/ / Nəsimi rayonunda 2017-ci ilin birinci yarısının yekunlarına həsr olunan hesabat yığıncağı keçirilib
Nəsimi rayonunda 2017-ci ilin birinci yarısının yekunlarına həsr olunan hesabat yığıncağı keçirilib
18.07.2017 [09:41]
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sədrliyi ilə keçirilən Nazirlər Kabinetinin 2017-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş geniş iclasında dövlət başçısının nitqindən irəli gələn vəzifələr Nəsimi rayon İcra Hakimiyyəti başçısı yanında şuranın rayonun sənaye müəssisələri, təsərrüfat xidmətləri, təhsil, səhiyyə, mədəniyyət müəssisələri, hüquq-mühafizə orqanları rəhbərlərinin, din xadimlərinin, gənclər təşkilatlarının və rayon ictimaiyyəti nümayəndələrinin iştirakı ilə keçirilən iclasında ətraflı müzakirə olunub.
İcra Hakimiyyətindən AZƏRTAC-a bildiriblər ki, iclasda çıxış edən Nəsimi rayon İcra Hakimiyyətinin başçısı Asif Əsgərov rayonda istehsalın artımında, quruculuq-abadlıq işlərinin genişlənməsində, önəmli sosial layihələrin sürətlə gerçəkləşdirilməsində qazanılan uğurlardan danışıb.
Bildirilib ki, rayonun makroiqtisadi göstəriciləri, tikinti, ticarət və xidmət sahələri üzrə 2017-ci ilin birinci yarım ili ərzində əvvəlki ilin müvafiq dövrünün göstəricilərindən daha dinamik olub: “Sənaye məhsulu istehsalı 278,9 milyon manat təşkil edib. Nəqliyyat sektorunda fəaliyyət göstərən müəssisələr tərəfindən ümumilikdə 165,8 milyon manatlıq xidmətlər göstərilib. Rabitə müəssisələri tərəfindən müəssisə və təşkilatlara, əhaliyə faktiki qiymətlərlə 145,9 milyon manatlıq rabitə xidməti göstərilib. Rayonun tikinti kompleksində iqtisadi və sosial sahələrin inkişafı üçün bütün maliyyə mənbələri hesabına 165,8 milyon manat məbləğində investisiya yönəldilib”.
Qeyd edilib ki, Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyevanın sədrliyi ilə Bakı və Sumqayıt şəhərlərinin yataqxanalarında müvəqqəti məskunlaşmış qaçqın və məcburi köçkünlərə həsr olunmuş müşavirədə verilmiş tapşırıqların icrası ilə bağlı Nəsimi rayonu üzrə nəzərdə tutulan işlərə dair müşavirə keçirilib, məcburi köçkünlərin məşğulluğunun təmin edilməsi ilə bağlı ardıcıl tədbirlərin görülməsi istiqamətində aidiyyəti üzrə tapşırıqlar verilib. Nəsimi RİH-in təşəbbüsü ilə rayonun ən böyük müəssisələrindən biri olan “Bakı Tikiş Evi” SC-də məcburi köçkünlərin işlə təmin olunması üçün yeni iş yerlərinin açılması istiqamətində müəyyən işlər görülür. Hazırda müəssisədə 150-ə yaxın məcburi köçkün işlə təmin olunub. Bundan başqa rayon ərazisində yerli layihələrin həyata keçirilməsi ilə bağlı aparılan abadlıq, quruculuq, tikinti-təmir işlərinə 1000-dən çox yeni iş yerləri açılıb, vətəndaşlar işlə təmin olunublar, gələcəkdə də yeni iş yerlərinin açılması istiqamətində müvafiq işlər davam etdirilir.
Hesabat yığıncağında Milli Məclisin deputatı Asim Mollazadə iştirak edib.
Xəbər lenti
Hamısına baxAnalitik
15 May 09:32
İqtisadiyyat
15 May 09:17
Dünya
15 May 08:42
Ədəbiyyat
15 May 08:33
Dünya
15 May 07:57
Dünya
15 May 07:54
Analitik
15 May 07:50
Sosial
15 May 07:50
Dünya
14 May 23:41
Dünya
14 May 23:12
Dünya
14 May 22:46
Dünya
14 May 22:30
Dünya
14 May 22:19
Dünya
14 May 21:53
Dünya
14 May 21:25
Dünya
14 May 21:13
Müsahibə
14 May 20:42
Dünya
14 May 20:30
Dünya
14 May 20:18
Dünya
14 May 19:54
Sosial
14 May 19:20
Dünya
14 May 19:05
Mədəniyyət
14 May 18:39
Sosial
14 May 18:07
Dünya
14 May 17:25
İqtisadiyyat
14 May 17:23
İdman
14 May 17:10
Dünya
14 May 17:09
Sosial
14 May 17:07
Sosial
14 May 16:35
Dünya
14 May 16:32
Dünya
14 May 16:14
İqtisadiyyat
14 May 16:10
Sosial
14 May 16:08
Dünya
14 May 15:38
Dünya
14 May 15:31
Sosial
14 May 15:29
Xəbər lenti
14 May 14:39
Dünya
14 May 14:19
Sosial
14 May 13:52
Siyasət
14 May 13:27
Gündəm
14 May 12:59
Sosial
14 May 12:42
Sosial
14 May 12:41
Mədəniyyət
14 May 12:33
Gündəm
14 May 12:26
Sosial
14 May 12:17
Sosial
14 May 12:08
Gündəm
14 May 11:49
YAP xəbərləri
14 May 11:37
Gündəm
14 May 11:31
İqtisadiyyat
14 May 11:20
İqtisadiyyat
14 May 11:19
İdman
14 May 11:18
Gündəm
14 May 11:16
Gündəm
14 May 11:05
Siyasət
14 May 10:52
Dünya
14 May 10:49
Siyasət
14 May 10:48
Siyasət
14 May 10:43
İqtisadiyyat
14 May 10:30
Sosial
14 May 10:28
Analitik
14 May 10:15
Sosial
14 May 09:57
Ədəbiyyat
14 May 09:33
Analitik
14 May 09:14
YAP xəbərləri
14 May 09:00
Müsahibə
14 May 08:50
MEDİA
14 May 08:37
Sosial
13 May 23:21

