Türkiyənin gömrük naziri türkiyəli sahibkarları Azərbaycana investisiya yatırmağa çağırıb
19.07.2017 [08:59]
Türkiyənin gömrük naziri türkiyəli sahibkarları Azərbaycana investisiya yatırmağa çağırıb.
AZƏRTAC xəbər verir ki, iyulun 18-də Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general-polkovniki Aydın Əliyev və Türkiyə Respublikasının gömrük və ticarət naziri Bülənt Tüfəngçinin Azərbaycanda fəaliyyət göstərən türkiyəli iş adamları ilə görüşü keçirilib.
Görüşdə Türkiyə Respublikasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Erkan Özoral da iştirak edib.
Türkiyə Respublikasının gömrük və ticarət naziri Bülənt Tüfəngçi Azərbaycan və Türkiyə xalqları arasındakı tarixi və mədəni birliyin bu gün iki dövlət arasında bütün sahələrdə yüksələn xətt üzrə inkişaf etdiyini vurğulayıb.
Daha sonra iki ölkə arasındakı ticarət dövriyyəsi barədə görüş iştirakçılarına məlumat verən türkiyəli nazir bildirib ki, 2016-cı ildə Türkiyədən Azərbaycana 1,3 milyard dollarlıq ixracat əməliyyatı olub. “2013-2014-cü illərdə bu rəqəm 3 milyard dollar, 2015-ci ildə 2,1 milyard dollar təşkil edib, 2016-cı ildə isə 1,3 milyard dollara qədər azalıb. Hər iki ölkə ticarət əlaqələrini böyütməkdə maraqlıdır, bu istiqamətdə birgə əməkdaşlıq edir, böyük ortaq layihələr həyata keçirir. Artıq 2017-ci ildə qarşılıqlı ticarət əlaqələrində artım müşahidə olunur. Azərbaycan və Türkiyə arasında mövcud potensial dəfələrlə çoxdur və bu potensialın həyata keçirilməsi üçün bütün vacib addımlar atılacaq”, - deyə nazir vurğulayıb.
Bülənt Tüfəngçi Azərbaycanın tranzit imkanlarının Türkiyə üçün xüsusi önəm daşıdığını və bu istiqamətdə də mühüm addımlar atıldığını söyləyib. Yeni Bakı Beynəlxalq Dəniz Ticarət Limanı və Bakı-Tbilisi-Qars dəmir yolu xətti kimi layihələrin icrasının artıq yekunlaşmaqda olduğunu və bu layihələrin fəaliyyətə başlamasından sonra Asiya ilə Avropa arasındakı ticarət yolunun tarixi marşrutuna qayıdacağını qeyd edən türkiyəli nazir Türkiyə iş adamlarına Azərbaycana investisiya yatırmağı tövsiyə edib.
Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin sədri Aydın Əliyev iki ölkə arasındakı bütün sahələrdə səmərəli, işgüzar əlaqələr qurulduğunu, bu əlaqələrin gömrük işi sahəsində də sürətlə inkişaf etdiyini bildirib. Son illər Azərbaycanda aparılan islahatlar hesabına xarici investorlara güzəştlərdən, gömrük sahəsində tətbiq edilən yeni sistem və layihələrdən bəhs edən Aydın Əliyev sahibkarlar üçün ölkədə münbit şərait yaradıldığını diqqətə çatdırıb.
Komitə sədri iki ölkə arasındakı iqtisadi münasibətlərin yalnız ticarət sahəsində deyil, istehsal və emal sahəsində də inkişafının vacibliyinə toxunub və bu məqsədlə Azərbaycanda türkiyəli iş adamları üçün münbit şəraitin mövcud olduğunu qeyd edib. Komitə sədri onu da bildirib ki, Azərbaycanda istehsal edilən hər hansı məhsul MDB bazarına gömrük vergi və rüsumlarından azad şəkildə daxil olur ki, bu da investorların bazar probleminin əhəmiyyətli dərəcədə həllinə kömək göstərir.
Aydın Əliyev son dövrlər bəzi türkiyəli iş adamlarının da gömrük vergi və rüsumlarından yayınmaq məqsədilə idxal etdikləri malların dəyərini aşağı göstərməyə çalışdıqlarını bildirib və onları qanunvericiliyin tələblərinə əməl etməyə çağırıb. “Bəzi hallarda türk sahibkarlar Azərbaycanda mal tədarükü zamanı vergi ödəməkdən yayınmağa çalışırlar. Sabah Türkiyə ilə Saziş imzalanacaq. Bu Saziş imkan verəcək ki, bu cür halların qarşısını rahatlıqla alaq. Biz ölkəmizə investisiya yatırmaq, məhsul idxal etmək istəyənlərə hər cür şərait yaradırıq”, - deyə Aydın Əliyev vurğulayıb.
Görüşün sonunda sahibkarları maraqlandıran suallar ətraflı cavablandırılıb.
Xəbər lenti
Hamısına baxAnalitik
15 May 09:32
İqtisadiyyat
15 May 09:17
Dünya
15 May 08:42
Ədəbiyyat
15 May 08:33
Dünya
15 May 07:57
Dünya
15 May 07:54
Analitik
15 May 07:50
Sosial
15 May 07:50
Dünya
14 May 23:41
Dünya
14 May 23:12
Dünya
14 May 22:46
Dünya
14 May 22:30
Dünya
14 May 22:19
Dünya
14 May 21:53
Dünya
14 May 21:25
Dünya
14 May 21:13
Müsahibə
14 May 20:42
Dünya
14 May 20:30
Dünya
14 May 20:18
Dünya
14 May 19:54
Sosial
14 May 19:20
Dünya
14 May 19:05
Mədəniyyət
14 May 18:39
Sosial
14 May 18:07
Dünya
14 May 17:25
İqtisadiyyat
14 May 17:23
İdman
14 May 17:10
Dünya
14 May 17:09
Sosial
14 May 17:07
Sosial
14 May 16:35
Dünya
14 May 16:32
Dünya
14 May 16:14
İqtisadiyyat
14 May 16:10
Sosial
14 May 16:08
Dünya
14 May 15:38
Dünya
14 May 15:31
Sosial
14 May 15:29
Xəbər lenti
14 May 14:39
Dünya
14 May 14:19
Sosial
14 May 13:52
Siyasət
14 May 13:27
Gündəm
14 May 12:59
Sosial
14 May 12:42
Sosial
14 May 12:41
Mədəniyyət
14 May 12:33
Gündəm
14 May 12:26
Sosial
14 May 12:17
Sosial
14 May 12:08
Gündəm
14 May 11:49
YAP xəbərləri
14 May 11:37
Gündəm
14 May 11:31
İqtisadiyyat
14 May 11:20
İqtisadiyyat
14 May 11:19
İdman
14 May 11:18
Gündəm
14 May 11:16
Gündəm
14 May 11:05
Siyasət
14 May 10:52
Dünya
14 May 10:49
Siyasət
14 May 10:48
Siyasət
14 May 10:43
İqtisadiyyat
14 May 10:30
Sosial
14 May 10:28
Analitik
14 May 10:15
Sosial
14 May 09:57
Ədəbiyyat
14 May 09:33
Analitik
14 May 09:14
YAP xəbərləri
14 May 09:00
Müsahibə
14 May 08:50
MEDİA
14 May 08:37
Sosial
13 May 23:21

