/ / “Ərzaq məhsullarının tədarükü və təchizatı” ASC və Bəhreynin “Riyada Consulting” şirkəti anlaşma memorandumu imzalayıblar
“Ərzaq məhsullarının tədarükü və təchizatı” ASC və Bəhreynin “Riyada Consulting” şirkəti anlaşma memorandumu imzalayıblar
27.07.2017 [09:30]
“Ərzaq məhsullarının tədarükü və təchizatı” Açıq Səhmdar Cəmiyyətinin Bəhreyn Krallığının “Riyada Group” holdinqinə daxil olan “Riyada Consulting” şirkəti ilə strateji tərəfdaşlığın yaradılmasına dair anlaşma Memorandumu imzalanıb. Sənədi ASC-nin İdarə Heyətinin sədri Əbülfət Qocayev, qarşı tərəfdən isə Sergey Tsvetkov imzalayıblar.
Bu barədə AZƏRTAC-a ASC-nin mətbuat xidmətindən bildirilib.
Məlumata əsasən, tərəflər Azərbaycanın kənd təsərrüfatı məhsullarının körfəz ölkələrinə ixracı, alternativ bazarların araşdırılması və ölkəmizin aqrar sektoruna xarici investisiyaların cəlb edilməsi istiqamətində əməkdaşlıq edəcəklər. Körfəz ölkələrinin bazarlarında Azərbaycan məhsullarına tələbat böyük olduğu üçün “Riyada Consulting” şirkəti qarşılıqlı razılaşma əsasında yeni müştərilərin tapılması üçün məsləhət xidmətləri göstərəcək.
Mərasimdə, həmçinin vurğulanıb ki, səhmdar cəmiyyət xarici bazarların tələbatına uyğun məhsulların tədarük olunmasına, qarşı tərəf isə müəyyən olunmuş ərazilərdə satışının idarəedilməsinə məsuliyyət daşıyacaq.
Əməkdaşlığın həyata keçirilməsi üçün işçi qrupu yaradılıb. Qrupa ASC-nin İdarə Heyətinin sədr müavini Elşən Əsədov və Bəhreyn tərəfdən isə Sergey Tsvetkov rəhbərlik edəcək.
“Ərzaq məhsullarının tədarükü və təchizatı” ASC Azərbaycan məhsullarının körfəz ölkələrinə ixracı istiqamətində ardıcıl işlər aparır. Bir müddət əvvəl səhmdar cəmiyyətin nümayəndə heyəti Bəhreyn Krallığı və Birləşmiş Ərəb Əmirliyinə səfər edərək bir sıra holdinq və satış şəbəkələrinin rəhbərləri ilə müzakirələr aparıb. Nümayəndə heyəti “Mumtalakat” Holdinqin prezidenti Mahmud Alkhocayi, “Arcapita” İnvestisiya Fondunun baş icraçı direktoru Atif Əbdülmalik, “Bəhreyn İqtisadi İnkişaf Şurası”nın icraçı direktoru Simon Qalpin, Bəhreyn Kral ailəsinin üzvü, “Riyada Şirkətlər Qrupu”nun prezidenti xanım Şeyxa Dheya Bin İbrahim Əl Xəlifə ilə işgüzar görüşlər keçirib, Azərbaycanda həyata keçirilən iqtisadi islahatlar, ölkəmizin kənd təsərrüfatı potensialı haqda geniş təqdimatlarla çıxış edib.
Qeyd olunub ki, müzakirələrin davamı olaraq “Ərzaq məhsullarının tədarükü və təchizatı” ASC-nin təşkilatçılığı ilə Bəhreyn şirkətləri üçün Azərbaycan məhsullarının sərgisi təşkil olunub, sərgidə iştirak etmiş “Meyvəli”, “Balxurma”, “Gilan”, “Azərsun”, “Ballı”, “Veysəloğlu”, “Milla”, “AzQranata”, “GlobalFoodService”, “ AhmedTodor”, “AstaraÇay”, “Qoç Ət” və “Tovuz-Baltiya” şirkətlərinin məhsulları bəhreynli iş adamları tərəfindən həm görünüşünə, həm də dadına görə yüksək qiymətləndirilib.
“Ərzaq məhsullarının tədarükü və təchizatı” ASC-nin nümayəndələri Bəhreyn Krallığının paytaxtı Manama şəhərinin market şəbəkələrində ərzaq məhsullarının keyfiyyət və daxili bazar qiymətlərini araşdırıblar.
“Carrefur” və digər satış şəbəkəsində aparılan araşdırmalar nəticəsində məlum olub ki, daxili bazarda meyvə və tərəvəz, habelə digər ərzaq məhsullarının qiyməti Azərbaycanla müqayisədə dəfələrlə baha, keyfiyyət baxımından da aşağıdır. Bu səbəbdən də Azərbaycan Respublikasından kənd təsərrüfatı məhsullarının ixracı üçün əlverişli imkanlar mövcuddur. Logistika imkanları formalaşarsa, Bəhreyn bazarlarında Azərbaycan məhsulları yüksək qiymətə satıla bilər.
Xəbər lenti
Hamısına baxAnalitik
15 May 09:32
İqtisadiyyat
15 May 09:17
Dünya
15 May 08:42
Ədəbiyyat
15 May 08:33
Dünya
15 May 07:57
Dünya
15 May 07:54
Analitik
15 May 07:50
Sosial
15 May 07:50
Dünya
14 May 23:41
Dünya
14 May 23:12
Dünya
14 May 22:46
Dünya
14 May 22:30
Dünya
14 May 22:19
Dünya
14 May 21:53
Dünya
14 May 21:25
Dünya
14 May 21:13
Müsahibə
14 May 20:42
Dünya
14 May 20:30
Dünya
14 May 20:18
Dünya
14 May 19:54
Sosial
14 May 19:20
Dünya
14 May 19:05
Mədəniyyət
14 May 18:39
Sosial
14 May 18:07
Dünya
14 May 17:25
İqtisadiyyat
14 May 17:23
İdman
14 May 17:10
Dünya
14 May 17:09
Sosial
14 May 17:07
Sosial
14 May 16:35
Dünya
14 May 16:32
Dünya
14 May 16:14
İqtisadiyyat
14 May 16:10
Sosial
14 May 16:08
Dünya
14 May 15:38
Dünya
14 May 15:31
Sosial
14 May 15:29
Xəbər lenti
14 May 14:39
Dünya
14 May 14:19
Sosial
14 May 13:52
Siyasət
14 May 13:27
Gündəm
14 May 12:59
Sosial
14 May 12:42
Sosial
14 May 12:41
Mədəniyyət
14 May 12:33
Gündəm
14 May 12:26
Sosial
14 May 12:17
Sosial
14 May 12:08
Gündəm
14 May 11:49
YAP xəbərləri
14 May 11:37
Gündəm
14 May 11:31
İqtisadiyyat
14 May 11:20
İqtisadiyyat
14 May 11:19
İdman
14 May 11:18
Gündəm
14 May 11:16
Gündəm
14 May 11:05
Siyasət
14 May 10:52
Dünya
14 May 10:49
Siyasət
14 May 10:48
Siyasət
14 May 10:43
İqtisadiyyat
14 May 10:30
Sosial
14 May 10:28
Analitik
14 May 10:15
Sosial
14 May 09:57
Ədəbiyyat
14 May 09:33
Analitik
14 May 09:14
YAP xəbərləri
14 May 09:00
Müsahibə
14 May 08:50
MEDİA
14 May 08:37
Sosial
13 May 23:21

