/ / Almaniya Standartlar İnstitutu ilə Azərbaycan Standartlaşdırma İnstitutu əməkdaşlıq Memorandumu imzalayıblar
Almaniya Standartlar İnstitutu ilə Azərbaycan Standartlaşdırma İnstitutu əməkdaşlıq Memorandumu imzalayıblar
27.09.2017 [10:15]
Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin sədri Ramiz Həsənovun rəhbərlik etdiyi nümayəndə heyəti Almaniyanın paytaxtı Berlində Beynəlxalq Standartlaşdırma Təşkilatının (ISO) Baş Assambleyasının 40-cı iclasında iştirak edib.
Komitənin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, səfər çərçivəsində Ramiz Həsənov ISO-nun baş katibi Serjio Muxika ilə görüşündə Azərbaycanda standartlaşdırma sahəsində aparılan islahatlar, keyfiyyət infrastrukturu sahələrinin dünyada tanınmasına nail olmaq üçün həyata keçirilmiş tədbirlər haqqında məlumat verilib.
ISO-nun baş katibi Azərbaycanda qeyri-neft sektorunun inkişafı, yerli məhsulların ixrac potensialının yüksəldilməsi istiqamətində aparılan islahatları, bu çərçivədə keyfiyyət infrastrukturu sahələrinə xüsusi diqqəti yüksək qiymətləndirib.
“Standartlaşdırma, metrologiya, akkreditasiya və patent hüququ obyektlərinin mühafizəsi sahələrində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2017-ci il tarixli 1234 nömrəli Fərmanına əsasən təsis edilmiş “Azərbaycan Standartlaşdırma İnstitutu” publik hüquqi şəxsin milli standartlaşdırma qurumu kimi ISO-da üzvlüyünün təmin edilməsi ilə bağlı müraciət razılıqla qarşılanıb, yeni yaradılmış qurumun inkişafına dəstək mexanizmləri müzakirə olunub.
Komitə sədrinin Avropa Standartlaşdırma Təşkilatının (CEN-CENELEC) baş direktoru Yelena Santyaqo Sidlə görüşündə standartlaşdırma üzrə milli qurumun təşkilatda “tərəfdaş standartlaşdırma orqanı” statusunda təmsil olunması məsələsi müzakirə edilib.
Almaniya Standartlar İnstitutunun (DIN) baş katibi Kristof Vinterxalterlə keçirilmiş görüşdə isə standartlaşdırma sahəsində iki ölkə arasında mövcud münasibətlərin daha da inkişaf etdirilməsi qərara alınıb. Danışıqların nəticəsində Almaniya Standartlar İnstitutu ilə Azərbaycan Standartlaşdırma İnstitutu arasında əməkdaşlığa dair Memorandum imzalanıb.
Sənədə əsasən, qurumlar standartlaşdırma sahəsində texniki əməkdaşlıq, innovasiyaların tətbiqi və ekspertlərin qarşılıqlı mübadiləsi, həmçinin treninqlərin təşkili kimi sahələrdə intensiv əməkdaşlıq edəcəklər.
Səfər çərçivəsində Türkiyə, Rusiya, Belarus, Qazaxıstan və digər ölkələrin standartlaşdırma üzrə milli orqanlarının rəhbərləri ilə keçirilmiş görüşlərdə qarşılıqlı əməkdaşlıq əlaqələrinin inkişaf perspektivləri müzakirə edilib.
Sınaq və Materiallar üzrə Amerika Cəmiyyətinin (ASTM) prezidenti Katrin Morqanla görüşdə dünyada tanınmış standartların ölkəmizdə tətbiqi, Azərbaycan Standartlaşdırma İnstitutu ilə birgə tədbirlərin təşkili və mütəxəssislərin hazırlığı məsələləri müzakirə edilib.
Assambleyanın iclası çərçivəsində ISO-nun Şurası və Texniki İdarəedici Bürosuna 2018-2020-ci illər üzrə seçkilər keçirilib.
Xəbər lenti
Hamısına baxDünya
26 İyul 11:35
Dünya
26 İyul 10:19
Dünya
26 İyul 09:55
Dünya
26 İyul 09:24
Dünya
26 İyul 08:50
Hadisə
26 İyul 08:39
Dünya
25 İyul 23:20
Dünya
25 İyul 22:35
Dünya
25 İyul 21:19
Dünya
25 İyul 20:27
Dünya
25 İyul 19:15
Dünya
25 İyul 18:22
Dünya
25 İyul 17:45
Hadisə
25 İyul 16:31
Dünya
25 İyul 15:19
Dünya
25 İyul 14:25
Gündəm
25 İyul 14:07
Dünya
25 İyul 13:33
Gündəm
25 İyul 12:28
Gündəm
25 İyul 11:50
Gündəm
25 İyul 11:35
Siyasət
25 İyul 11:13
Sosial
25 İyul 10:52
Siyasət
25 İyul 10:34
Gündəm
25 İyul 10:18
Analitik
25 İyul 09:59
Analitik
25 İyul 09:32
Ədəbiyyat
25 İyul 09:15
Ədəbiyyat
25 İyul 08:50
Ədəbiyyat
25 İyul 08:37
YAP xəbərləri
24 İyul 23:50
YAP xəbərləri
24 İyul 23:44
Dünya
24 İyul 23:31
Sosial
24 İyul 23:17
Dünya
24 İyul 22:59
Dünya
24 İyul 22:20
İqtisadiyyat
24 İyul 22:06
Dünya
24 İyul 21:43
Dünya
24 İyul 21:33
Dünya
24 İyul 21:16
Dünya
24 İyul 20:58
Dünya
24 İyul 20:25
Dünya
24 İyul 20:10
Dünya
24 İyul 19:41
Dünya
24 İyul 19:30
Dünya
24 İyul 19:17
Dünya
24 İyul 18:32
YAP xəbərləri
24 İyul 18:12
Dünya
24 İyul 17:25
Dünya
24 İyul 16:19
Xəbər lenti
24 İyul 16:02
Dünya
24 İyul 15:22
Dünya
24 İyul 15:01
Dünya
24 İyul 14:46
YAP xəbərləri
24 İyul 14:39
YAP xəbərləri
24 İyul 14:32
Dünya
24 İyul 14:31
YAP xəbərləri
24 İyul 14:25
YAP xəbərləri
24 İyul 14:17
YAP xəbərləri
24 İyul 14:13
Siyasət
24 İyul 14:00
Dünya
24 İyul 13:59
Siyasət
24 İyul 13:59
Sosial
24 İyul 13:57
Siyasət
24 İyul 13:56
İqtisadiyyat
24 İyul 13:34
Xəbər lenti
24 İyul 13:32
Sosial
24 İyul 13:31
YAP xəbərləri
24 İyul 13:29
YAP xəbərləri
24 İyul 13:27

