/ / Vüsal Qasımlı: “2017-2018 Qlobal Rəqabətlilik Hesabatı”nda Azərbaycanın iki pillə irəliləməsi davamlı islahatların məntiqi nəticəsidir
Vüsal Qasımlı: “2017-2018 Qlobal Rəqabətlilik Hesabatı”nda Azərbaycanın iki pillə irəliləməsi davamlı islahatların məntiqi nəticəsidir
28.09.2017 [10:18]
Dünya İqtisadi Forumunun “2017-2018 Qlobal Rəqabətlilik Hesabatı”nda Azərbaycanın iki pillə irəliləməsini ölkədə həyata keçirilən davamlı islahatların məntiqi nəticəsi hesab etmək olar.
AZƏRTAC xəbər verir ki, bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktoru Vüsal Qasımlı Dünya İqtisadi Forumunun “2017-2018 Qlobal Rəqabətlilik Hesabatı”nı şərh edərkən deyib.
Bildirib ki, məhz bu islahatlar fonunda strateji hədəf olaraq iqtisadiyyat liberallaşdırılır və şaxələndirilir. Bunun nəticəsi kimi, kiçik və orta sahibkarlıq inkişaf edir, sözügedən sektorun ümumi daxili məhsulda çəkisi getdikcə artır. Yaradılan əlverişli biznes mühiti isə ölkə iqtisadiyyatına daha çox daxili və xarici sərmayələrin cəlb edilməsi üçün əlavə imkanlar yaradır. Sözsüz ki, burada ictimai-siyasi sabitlik faktoru da ciddi rol oynayır. Məhz bu səbəblərdən Azərbaycanın Dünya İqtisadi Forumunun “2017-2018 Qlobal Rəqabətlilik Hesabatı” indeksi reytinqində bir sıra ölkələri qabaqlayaraq 35-ci yerdə qərarlaşması təsadüfi deyil. Bu göstəriciyə görə, Azərbaycan dünya ölkələrinin hər 4-dən 3-nü üstələməyə müvəffəq olub. Hesabatda bildirilir ki, Azərbaycanın budəfəki indeksi 4,7 bənd təşkil edib və MDB ölkələri arasında liderdir. Hətta G20-yə daxil olan İtaliya, Rusiya, İndoneziya, Hindistan, Türkiyə, Cənubi Afrika Respublikası kimi nəhəng ölkələr də iqtisadiyyatın rəqabət qabiliyyəti indeksinə görə Azərbaycandan geridə qalır. Azərbaycan rəqabət qabiliyyətinin gücünə görə MDB məkanında öz liderliyini inamla qoruyur.
Vüsal Qasımlı deyib: “Azərbaycanın rəqabət qabiliyyətinin artması bir sıra indikatorlarda daha aydın görünür. Hesabatda qeyd olunur ki, hazırda dünyada struktur dəyişiklikləri ən ciddi problemlərdən biridir. Azərbaycan institutların effektivliyinə görə dünyada 33-cü yerdədir. Xüsusilə hökumət institutlarının effektivliyinin göstəricisinə görə, Azərbaycanın mövqeyi bu reytinqdə kifayət qədər yüksəkdir. Hesabatda qeyd olunur ki, hazırda dünyada 4-cü sənaye inqilabı ilə əlaqədar olaraq innovasiyalar sahəsində çağırışlar var və dövlətlər innovasiyalarla çağırışlar sahəsində mübarizə aparmaqda bir qədər çətinlik çəkirlər. Azərbaycan bu göstəriciyə görə dünyada 33-cü yerdədir. Hesabatda, həmçinin göstərilir ki, sosial təbəqələr arasında bərabərsizliyin artması, bütövlükdə iqtisadi inkişaf üçün ciddi problemlər yaratdığı halda, Azərbaycanda Cini əmsalı kifayət qədər aşağıdır və bu, ölkədə orta təbəqənin güclü inkişafının bilavasitə göstəricisidir”.
“Göründüyü kimi, Azərbaycan qlobal rəqabət indeksinə görə mövqelərini getdikcə gücləndirir. Sözsüz ki, burada biznesin qurulması üçün vacib olan amillər də əsas şərt kimi qiymətləndirilir. Məsələyə bu baxımdan yanaşdıqda təkcə paytaxt deyil, bölgələrdə də mühüm infrastruktur yaradılıb, xidmətlərə çıxış asanlaşdırılıb, lisenziyalar minimuma endirilib, yoxlamalar ləğv edilib, güclü ixracat-təşviq mexanizmi yaradılıb”, - deyə Vüsal Qasımlı diqqətə çatdırıb.
Xəbər lenti
Hamısına baxDünya
11 May 23:22
Xəbər lenti
11 May 22:53
Siyasət
11 May 21:14
Dünya
11 May 20:24
Dünya
11 May 19:46
Dünya
11 May 18:40
İdman
11 May 18:19
Dünya
11 May 17:50
Dünya
11 May 17:27
Dünya
11 May 16:56
Sosial
11 May 16:28
Dünya
11 May 15:50
Dünya
11 May 15:22
Dünya
11 May 14:39
YAP xəbərləri
11 May 14:16
Dünya
11 May 13:40
Dünya
11 May 13:19
Dünya
11 May 12:47
YAP xəbərləri
11 May 12:13
Xəbər lenti
11 May 11:56
Hadisə
11 May 11:10
Hadisə
11 May 10:29
Dünya
11 May 09:58
Dünya
11 May 09:22
Dünya
11 May 08:45
Dünya
11 May 08:17
Dünya
11 May 07:50
İdman
11 May 07:24
Xəbər lenti
10 May 23:34
Dünya
10 May 22:12
Siyasət
10 May 22:06
Dünya
10 May 21:43
YAP xəbərləri
10 May 19:54
Sosial
10 May 19:23
YAP xəbərləri
10 May 18:52
Sosial
10 May 18:45
Siyasət
10 May 17:59
YAP xəbərləri
10 May 17:46
YAP xəbərləri
10 May 17:15
Siyasət
10 May 16:19
Xəbər lenti
10 May 15:48
Siyasət
10 May 15:24
Gündəm
10 May 13:59
Siyasət
10 May 13:23
Siyasət
10 May 13:22
Gündəm
10 May 12:57
Gündəm
10 May 12:51
Siyasət
10 May 12:32
Siyasət
10 May 12:20
Hadisə
10 May 12:02
Siyasət
10 May 11:57
İdman
10 May 10:19
Gündəm
10 May 09:13
Siyasət
10 May 00:24
Gündəm
09 May 23:53
Dünya
09 May 23:21
Dünya
09 May 22:40
Dünya
09 May 21:15
Dünya
09 May 20:33
Gündəm
09 May 19:40
Dünya
09 May 19:18
YAP xəbərləri
09 May 18:46
Maraqlı
09 May 18:30
Gündəm
09 May 17:54
Gündəm
09 May 17:43
Dünya
09 May 17:41
Gündəm
09 May 17:18
Gündəm
09 May 17:10
Dünya
09 May 16:22
Dünya
09 May 15:38

