Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / İqtisadiyyat / “Made in Azerbaijan” loqosu təqdim olunub

“Made in Azerbaijan” loqosu təqdim olunub

13.01.2018 [01:16]

“Made in Azerbaijan” loqosu təqdim olunub.
AZƏRTAC xəbər verir ki, yanvarın 12-də İxracatçılar Klubunun 2018-ci ildə ilk iclası çərçivəsində “Made in Azerbaijan” loqosunun təqdimatı olub.
Loqonu “Leo Burnett” şirkəti hazırlayıb. Şirkətin nümayəndəsi Abbas Fətullayev loqonun strategiyası, başqa ölkələrin bu sahədə təcrübəsi barədə məlumat verib. Bildirib ki, “Made in Azerbaijan” loqosu Azərbaycanın zəngin təbiətini və təbii sərvətlərini, müasirliyini, ölkəmizin yüksək mədəni səviyyəsini, eyni zamanda, xalq sənətkarlığının atributlarını özündə əks etdirir.
İqtisadiyyat nazirinin müavini Sahil Babayev İxracatçılar Klubunun Azərbaycan məhsullarının xarici bazarlara ixrac edilməsində istehsalçılara dəstək göstərmək məqsədilə yaradıldığını qeyd edib, qeyri-neft ixracının coğrafiyasının genişləndirilməsi, ənənəvi bazarlarda Azərbaycan məhsullarının mövqelərinin daha da gücləndirilməsi, “Made in Azerbaijan” brendinin dünyada tanıdılması istiqamətində görülən işlər barədə məlumat verib, bu istiqamətdə dəstək mexanizmlərinin uğurla həyata keçirildiyini deyib.
Bildirilib ki, 2017-ci il ərzində 10 ölkəyə 10 ixrac missiyası təşkil edilib. Bu ixrac missiyalarında 160-dan çox şirkət iştirak edib. Bundan başqa, müxtəlif xarici ölkələrdə 251-ə yaxın görüş keçirilib, 11 ölkə ilə əməkdaşlığa dair müqavilələr imzalanıb.
“2017-ci ildə qeyri-neft ixracı 24 faiz, o cümlədən kənd təsərrüfat məhsullarının ixracı 28 faiz, sənaye məhsullarının ixracı 21 faiz, xarici ticarət fəaliyyəti ilə məşğul olan sahibkarlıq subyektlərin sayı 7 faiz artıb. Ötən il Azərbaycan 3100 çeşiddə məhsul ixrac edib. 2017-ci ildə 160-dan çox şirkətə ixrac üzrə fərdi qaydada xidmətlər göstərilib, 44 sahibkarlıq subyektinə 2,8 milyon manat ixrac təşviqi ödənilib”, - deyə nazir müavini qeyd edib.
Diqqətə çatdırılıb ki, bundan başqa, “Buta Airways” təyyarələrində reklam yerləşdirilib, təyyarələrdə təklif olunan Azərbaycan məhsullarının siyahısı genişləndirilib. “SOCAR Georgia Petroleum” şirkətinin yanacaqdoldurma məntəqələri üçün 10 stend hazırlanıb və yanvar ayının sonunadək məntəqələrdə yerləşdiriləcək. Rəqabətqabiliyyətli və ixracyönümlü yerli məhsulların “Made in Azerbaijan” brendi altında təşviqi yerli şirkətlərin daxili və xarici bazarlarda mövqelərinin möhkəmləndirilməsi üçün mühüm əhəmiyyət kəsb edir. Milli brendlərimizin yaradılması və inkişafı, daha geniş coğrafiyada tanıdılması istiqamətində tədbirlər görülür. Bu məqsədlə həyata keçirilən tədbirlərdən biri də “Made in Azerbaijan” loqosunun hazırlanaraq Patent və Əmtəə Nişanları Mərkəzində qeydiyyata alınmasıdır.
“Patent və Əmtəə Nişanları Mərkəzi” publik hüquqi şəxsin baş direktoru Günel Sevdimalıyeva sahibkarlara məxsus brendlərin və patent hüquqlarının xarici ölkələrdə qorunmasının iqtisadi və texniki əhəmiyyəti barədə məlumat verib, “Made in Azerbaijan” loqosunun patentləşdirilməsinin zərurətini diqqətə çatdırıb.
Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) rəhbəri Rüfət Məmmədov “Made in Azerbaijan” brendinin təşviqi istiqamətində 2017-ci ildə görülmüş işlər və 2018-ci ildə bu sahədə reallaşdırılacaq tədbirlərdən danışıb.
Sonda sahibkarları maraqlandıran suallar cavablandırılıb.
Tədbirdə rəsmi şəxslərlə yanaşı, iqtisadiyyatın müxtəlif sahələrində fəaliyyət göstərən 100-ə yaxın iş adamı iştirak edib.

Paylaş:
Baxılıb: 870 dəfə

Xəbər lenti

Hamısına bax

MEDİA

Sosial

100 dollarlıq "akademik"…

30 Oktyabr 00:16  

YAP xəbərləri

Dünya

Siyasət

İqtisadiyyat

Siyasət

İqtisadiyyat

İlk dəfə...

29 Oktyabr 10:32

Ədəbiyyat

Siyasət

Analitik

Sosial

Görünməz təhlükə!

29 Oktyabr 08:56

MEDİA

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31