Şimal-Cənub Beynəlxalq Nəqliyyat Dəhlizinin perspektivləri müzakirə edilib
07.09.2018 [08:46]
Şimal-Cənub Beynəlxalq Nəqliyyat Dəhlizi vasitəsilə əvvəlki illə müqayisədə 100 dəfə çox yük daşınıb.
İqtisadiyyat Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, bu barədə iqtisadiyyat naziri, Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında iqtisadi əməkdaşlıq məsələləri üzrə hökumətlərarası Dövlət Komissiyasının həmsədri Şahin Mustafayev “Rusiya Dəmir Yolları” ASC-nin baş direktorunun birinci müavini Aleksandr Mişarin ilə görüşündə deyib.
Görüşdə Şahin Mustafayev Azərbaycan-Rusiya əlaqələrinin bütün istiqamətlərdə, o cümlədən iqtisadi-ticari, nəqliyyat sahələrində uğurla inkişaf etdiyini vurğulayıb. Qeyd edib ki, Azərbaycan Respublikası Prezidentinin sentyabrın 1-də Rusiya Federasiyasına rəsmi səfəri, səfər çərçivəsində keçirilmiş görüşlər və imzalanmış 17 sənəd əməkdaşlığın genişləndirilməsində xüsusilə önəmlidir.
Nəqliyyat sahəsinin Azərbaycan-Rusiya əməkdaşlığının əhəmiyyətli istiqamətlərindən olduğunu qeyd edən nazir dövlət başçılarının görüşündə də bu məsələnin diqqət mərkəzində olduğunu bildirib. O, səfər zamanı özündə beş yol xəritəsini əhatə edən “Rusiya-Azərbaycan əməkdaşlığının başlıca istiqamətlərinin inkişafı üzrə 2024-cü ilədək Fəaliyyət Planı”nın imzalandığını və sənədin nəqliyyat sahəsində əməkdaşlığın inkişafı üzrə Yol Xəritəsi bölməsində Şimal-Cənub Beynəlxalq Nəqliyyat Dəhlizinin inkişafı üzrə tərəflərin qarşılıqlı əməkdaşlığının xüsusi qeyd edildiyini vurğulayıb.
Şimal-Cənub Beynəlxalq Nəqliyyat Dəhlizinin hər iki ölkə üçün əhəmiyyətini diqqətə çatdıran iqtisadiyyat naziri bu sahədə görülən işlər, o cümlədən nəqliyyat dəhlizi üzrə dəmir yolu xəttinin tikintisinə dair fikirlərini bölüşüb. Bildirib ki, Rusiya ilə birgə həyata keçirilən Samur çayı üzərində körpünün tikintisi hazırda davam edir. Şimal-Cənub Beynəlxalq Nəqliyyat Dəhlizinin əlaqələrin genişləndirilməsi və tranzit daşımalarının artırılması sahəsində önəmini vurğulayan nazir nəqliyyat dəhlizi vasitəsilə əvvəlki illə müqayisədə 100 dəfə çox yük daşındığını qeyd edərək, Şərq-Qərb nəqliyyat dəhlizi üzrə əməkdaşlıq imkanlarını diqqətə çatdırıb.
“Rusiya Dəmir Yolları” ASC-nin baş direktorunun müavini A.Mişarin Şimal-Cənub Beynəlxalq Nəqliyyat Dəhlizinin önəmli layihələrdən olduğunu vurğulayıb, bu istiqamətdə dəmir yolu xəttinin tikintisinə dair işçi qrupunun yaradılması və digər məsələlərə dair fikirlərini bildirib.
Xəbər lenti
Hamısına baxDünya
13 May 07:48
Sosial
13 May 07:48
Xəbər lenti
13 May 07:47
Sosial
13 May 07:46
Dünya
13 May 07:39
Siyasət
13 May 07:39
Dünya
12 May 23:45
Müsahibə
12 May 23:22
Dünya
12 May 22:43
Dünya
12 May 22:30
İqtisadiyyat
12 May 22:19
Siyasət
12 May 21:50
Dünya
12 May 21:25
İdman
12 May 21:10
Dünya
12 May 20:42
Hadisə
12 May 20:31
Dünya
12 May 20:17
Dünya
12 May 19:54
Gündəm
12 May 19:23
Dünya
12 May 19:20
Dünya
12 May 19:06
Dünya
12 May 18:48
YAP xəbərləri
12 May 18:14
YAP xəbərləri
12 May 18:06
Sosial
12 May 17:46
Dünya
12 May 17:28
Sosial
12 May 17:21
Hadisə
12 May 17:21
Dünya
12 May 17:21
YAP xəbərləri
12 May 17:11
Sosial
12 May 16:14
İqtisadiyyat
12 May 16:10
İqtisadiyyat
12 May 16:09
Gündəm
12 May 15:44
İdman
12 May 15:22
Siyasət
12 May 15:00
Sosial
12 May 14:37
Sosial
12 May 14:37
Dünya
12 May 13:51
İdman
12 May 13:25
Siyasət
12 May 12:21
Dünya
12 May 12:19
Mədəniyyət
12 May 12:14
Siyasət
12 May 11:59
Sosial
12 May 11:58
İdman
12 May 11:57
Gündəm
12 May 11:51
İqtisadiyyat
12 May 11:51
Dünya
12 May 11:42
Hadisə
12 May 11:32
Sosial
12 May 11:31
Hadisə
12 May 11:30
YAP xəbərləri
12 May 11:22
Siyasət
12 May 11:07
Siyasət
12 May 10:43
Dünya
12 May 10:35
Dünya
12 May 10:18
Dünya
12 May 09:40
Hadisə
12 May 09:12
Hadisə
12 May 08:49
Sosial
12 May 08:31
Dünya
11 May 23:22
Xəbər lenti
11 May 22:53
Siyasət
11 May 21:14
Dünya
11 May 20:24
Dünya
11 May 19:46
Dünya
11 May 18:40
İdman
11 May 18:19
Dünya
11 May 17:50
Dünya
11 May 17:27

