/ / Umberto de Pretto: “Lapis-Lazuli” layihəsi regionun qlobal iqtisadiyyata daha çox inteqrasiya olunmasına və əmtəə dövriyyəsini artırmağa kömək edəcək
Umberto de Pretto: “Lapis-Lazuli” layihəsi regionun qlobal iqtisadiyyata daha çox inteqrasiya olunmasına və əmtəə dövriyyəsini artırmağa kömək edəcək
30.11.2018 [10:21]
“Lapis-Lazuli” layihəsi çox böyük əhəmiyyətli bir layihə olaraq regionun qlobal iqtisadiyyata daha çox inteqrasiya olunmasına və əmtəə dövriyyəsini artırmağa kömək edəcək.
AZƏRTAC-ın xüsusi müxbiri xəbər verir ki, Beynəlxalq Avtomobil Nəqliyyatı İttifaqının (İRU) baş katibi Umberto de Pretto bu sözləri “Lapis-Lazuli” nəqliyyat dəhlizinin iştirakçısı olan ölkələrin nəqliyyat nazirlərinin “Avaza” milli turizm zonasında keçirilmiş beynəlxalq konfransında söyləyib.
O deyib: “Bu marşrut üzrə səmərəli yükdaşımalar sistemi yaradılması və yükdaşımaların ləngidilməməsi üçün qanunvericilik səviyyəsində bütün tədbirlər görülməlidir. Viza dəstəklənməsi məsələləri prioritet məsələdir”.
Umberto de Pretto peşəkar sürücülər üçün sadələşdirilmiş viza rejimi tətbiq olunmasını təklif edib. O deyib: “Bizdə təyyarəçilər və dənizçilər üçün mövcud viza sistemi yükdaşımaların sürətini artırır. Mən “Lapis-Lazuli” marşrutu üzrə hərəkət edəcək sürücülər üçün də buna oxşar sistem tətbiq olunmasını təklif edirəm. Axı, nəqliyyatı elektriklə müqayisə etmək olar - o da müqavimət az olan tərəfə gedir. Əgər “Lapis-Lazuli” marşrutu üzrə hərəkət etmək sadə olsa, bu, çoxsaylı tranziterləri cəlb edəcək”.
Xatırladaq ki, ötən həftə Azərbaycan Prezidenti İlham Əliyevin Aşqabada rəsmi səfəri çərçivəsində böyük sənədlər paketi imzalanıb. O cümlədən “Azərbaycan Respublikası Hökuməti ilə Türkmənistan Hökuməti arasında Azərbaycan Respublikası və Türkmənistan ərazilərindən keçməklə həyata keçirilən beynəlxalq daşımaların iştirakçıları üçün viza rejiminin sadələşdirilməsi haqqında Saziş”i Azərbaycanın xarici işlər nazirinin müavini Xələf Xələfov və Türkmənistanın Dövlət Miqrasiya Xidmətinin sədri Merqen Qurdov imzalayıblar.
“Lapis-Lazuli” marşrutuna dair Saziş 2017-ci il noyabrın 15-də Əfqanıstan, Türkmənistan, Azərbaycan, Gürcüstan və Türkiyə arasında Əfqanıstana dair VII regional iqtisadi əməkdaşlıq konfransında (RECCA - Regional Economic Cooperation Conference on Afghanistan) imzalanıb.
Bu sənədin reallaşdırılması regionun iqtisadi inteqrasiya səviyyəsini yüksəltməyə, ticarətin həcmini əhəmiyyətli dərəcədə artırmağa xidmət edir. “Lapis-Lazuli” beynəlxalq nəqliyyat dəhlizi həmin marşrut üzrə yükdaşımaların həcmini artırmaq üçün yeni imkanlar yaradır.
Xəbər lenti
Hamısına baxDünya
15 May 16:26
Sosial
15 May 16:14
Sosial
15 May 16:04
Siyasət
15 May 16:03
Siyasət
15 May 16:02
Dünya
15 May 15:50
Gündəm
15 May 15:45
Siyasət
15 May 15:40
Mədəniyyət
15 May 15:39
Gündəm
15 May 15:38
Dünya
15 May 15:19
YAP xəbərləri
15 May 15:15
YAP xəbərləri
15 May 15:05
Dünya
15 May 14:46
Gündəm
15 May 14:30
Dünya
15 May 14:22
Elanlar
15 May 13:57
Sosial
15 May 13:55
Dünya
15 May 13:51
Dünya
15 May 13:47
Mədəniyyət
15 May 13:46
Xəbər lenti
15 May 13:42
Dünya
15 May 13:17
Gündəm
15 May 12:42
Sosial
15 May 12:41
Sosial
15 May 12:41
Sosial
15 May 12:27
Sosial
15 May 12:19
YAP xəbərləri
15 May 11:54
Gündəm
15 May 11:35
Gündəm
15 May 11:17
Siyasət
15 May 10:59
Sosial
15 May 10:49
İqtisadiyyat
15 May 10:48
Elm
15 May 10:48
Gündəm
15 May 10:30
İqtisadiyyat
15 May 10:16
Gündəm
15 May 09:54
Analitik
15 May 09:32
İqtisadiyyat
15 May 09:17
Dünya
15 May 08:42
Ədəbiyyat
15 May 08:33
Dünya
15 May 07:57
Dünya
15 May 07:54
Analitik
15 May 07:50
Sosial
15 May 07:50
Dünya
14 May 23:41
Dünya
14 May 23:12
Dünya
14 May 22:46
Dünya
14 May 22:30
Dünya
14 May 22:19
Dünya
14 May 21:53
Dünya
14 May 21:25
Dünya
14 May 21:13
Müsahibə
14 May 20:42
Dünya
14 May 20:30
Dünya
14 May 20:18
Dünya
14 May 19:54
Sosial
14 May 19:20
Dünya
14 May 19:05
Mədəniyyət
14 May 18:39
Sosial
14 May 18:07
Dünya
14 May 17:25
İqtisadiyyat
14 May 17:23
İdman
14 May 17:10
Dünya
14 May 17:09
Sosial
14 May 17:07
Sosial
14 May 16:35
Dünya
14 May 16:32
Dünya
14 May 16:14

