Dövlət siyasəti hər bir sahibkarın öz fəaliyyətində əsaslandığı vacib mənbə olmalıdır
15.01.2010 [11:08]
ötən saylarımızın birində bəzi sahibkarların miqrantlardan ibarət ucuz işçi qüvvəsindən istifadə edərək vətəndaşlarımızın məşğulluq hüquqlarını pozumaları haqqında material dərc etmişdik. Redaksiyamıza daxil olan telefon zənglərindən, elektron məktublardan bir daha bəlli olur ki, bəzi sahibkarlar ucuz əməklə daha çox gəlir götürməyi üstün tuturlar. Belələri bununla əslində, insanların məşğulluq problemlərinin aradan qaldırılması və onların sosial vəziyyətinin yaxşılaşdırılması istiqamətində həyata keçirilən dövlət siyasətinə xələl gətirirlər. Buradan da belə bir məntiq hasil olur ki, bəzi sahibkarlar Azərbaycandakı əlverişli biznes mühitindən istifadə etməklə, yüksək gəlir əldə etmək kimi şəxsi maraqlarını dövlətin mənafeyindən üstün tuturlar.
Məsələyə münasibət bildirən millət vəkili, Milli Məclisin Sosial siyasət komitəsinin sədri Hadi Rəcəbli deyib ki, Azərbaycanda bu kimi məsələlər qəbul edilmiş “Əmək miqrasiyası” haqqında Qanunla müəyyən olunur: “Qanunda göstərilir ki, 18 yaşına çatmış, əmək qabiliyyətli əcnəbilər Azərbaycan Respublikasına gələ bilərlər. Amma Qanunla müəyyən olunan müddəada o da qeyd olunur ki, əcnəbilərin əməkhaqqı ödənilən fəaliyyətlə məşğul olmaq üçün əsas şərtlər iş yerinin tələblərinə cavab verən peşə hazırlığına və ixtisasa malik Azərbaycan Respublikasının vətəndaşlarının iddia etmədiyi boş iş yerlərinin mövcudluğundan, işəgötürənlərin işçi qüvvəyə olan ehtiyaclarının yerli əmək ehtiyatları hesabına ödənilməsi imkanının olmamasından ibarətdir. Əlbəttə, sahibkarlar vətəndaşların iddia etdiyi iş yerlərində miqrantların ucuz əməyindən istifadə etməsi qanunvericiliyin və insanların məşğulluq hüquqlarının pozulması deməkdir”.
Hadi Rəcəbli, eyni zamanda, vurğulayıb ki, insanlar bəzən sahibkarların təklif etdikləri əməkhaqları ilə razılaşmırlar: “Bu gün Azərbaycanın sürətli inkişafı, yeni müəssisələrin və kütləvi iş yerlərinin açılması təbii hal olaraq, əcnəbilərin diqqətini cəlb edir. Onu da qeyd edim ki, hazırda ölkəmizdə çox nadir sahə tapılar ki, orada ixtisaslı kadr tapılmasın. Belə bir problem olanda isə rəsmi sənədlər əsasında, qanunvericilik çərçivəsində əcnəbi kadrlar işə cəlb oluna bilər. Amma bu gün Azərbaycana gələn miqrantların əksəriyyəti ucuz əmək təklif edən işaxtaranlardırlar. öncə vurğuladığım kimi, ucuz əməkhaqqı ilə razılaşmayan vətəndaşlarımızın həmin yerlərdə yerini həmin miqrantlar doldurur. Lakin bir daha diqqətinizə çatdırmaq istəyirəm ki, bu işlər mövcud qanunvericilik çərçivəsində aparılmalıdır. Sahibkarlar işini elə qurmalıdır ki, bu nə qanunvericiliyə, nə də ki, dövlətin sosial siyasətinə zidd olsun”.
RAMİL
Xəbər lenti
Hamısına baxDünya
08 İyul 23:35
İqtisadiyyat
08 İyul 23:19
Dünya
08 İyul 22:46
Dünya
08 İyul 22:19
Sosial
08 İyul 21:55
Dünya
08 İyul 21:23
Dünya
08 İyul 20:42
Hadisə
08 İyul 20:17
Dünya
08 İyul 19:58
Dünya
08 İyul 19:20
Elm
08 İyul 19:14
YAP xəbərləri
08 İyul 18:55
Dünya
08 İyul 18:25
Dünya
08 İyul 17:43
Dünya
08 İyul 16:31
Sosial
08 İyul 16:30
Dünya
08 İyul 16:21
Siyasət
08 İyul 16:05
Sosial
08 İyul 16:01
Gündəm
08 İyul 15:23
Mədəniyyət
08 İyul 15:18
Dünya
08 İyul 15:18
YAP xəbərləri
08 İyul 15:17
Hərbi
08 İyul 15:03
Dünya
08 İyul 14:58
Dünya
08 İyul 14:20
Dünya
08 İyul 14:04
Sosial
08 İyul 13:58
Siyasət
08 İyul 13:42
Dünya
08 İyul 13:32
Dünya
08 İyul 13:09
Sosial
08 İyul 13:04
Sosial
08 İyul 13:03
İqtisadiyyat
08 İyul 13:02
İqtisadiyyat
08 İyul 12:41
YAP xəbərləri
08 İyul 12:23
İqtisadiyyat
08 İyul 12:19
İqtisadiyyat
08 İyul 12:05
Gündəm
08 İyul 11:53
İqtisadiyyat
08 İyul 11:50
Siyasət
08 İyul 11:45
Siyasət
08 İyul 11:25
Gündəm
08 İyul 10:58
Gündəm
08 İyul 10:49
Siyasət
08 İyul 10:31
YAP xəbərləri
08 İyul 10:20
Analitik
08 İyul 10:17
Elanlar
08 İyul 10:15
Analitik
08 İyul 09:56
Siyasət
08 İyul 09:30
İdman
08 İyul 09:27
Analitik
08 İyul 09:12
Sosial
08 İyul 08:54
Sosial
08 İyul 08:39
Dünya
08 İyul 07:43
Dünya
08 İyul 07:37
Dünya
08 İyul 07:36
Sosial
08 İyul 07:29
Müsahibə
07 İyul 23:21
Dünya
07 İyul 22:37
İdman
07 İyul 22:10
Dünya
07 İyul 21:44
Hadisə
07 İyul 21:19
Elm
07 İyul 20:41
İqtisadiyyat
07 İyul 20:17
Siyasət
07 İyul 20:09
Xəbər lenti
07 İyul 20:08
Elm
07 İyul 19:55
Dünya
07 İyul 19:50
Dünya
07 İyul 19:23

