Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / İqtisadiyyat / Manat regionun ən güclü və sabit pul vahididir

Manat regionun ən güclü və sabit pul vahididir

26.05.2010 [10:41]

Azərbaycan iqtisadiyyatının həddindən artıq güclü və sağlam olması milli valyutanın aktiv, aparıcı dəyər aləti kimi mövqeyini möhkəmləndirir
Azərbaycanda dərin makroiqtisadi təməllərin yaradılması, maliyyə sabitliyinin möhkəmlənməsi istiqamətində çevik iqtisadi addımların atılması, Mərkəzi Bank tərəfindən həyata keçirilən pul-kredit siyasətinin səmərəliliyinin artırılması milli valyuta olan manatın yerli maliyyə bazarı ilə yanaşı, regionda aktiv pul aləti kimi çəkisinin yüksəlməsinə səbəb olmaqdadır. Bütün dövlətlərin milli valyutası dəyərini itirdiyi halda, Azərbaycan hökumətinin həyata keçirdiyi monetar siyasət nəticəsində milli valyutanın məzənnəsi əhəmiyyətli dərəcədə möhkəmlənməkdədir.
Azərbaycan yeganə ölkələrdəndir ki, denominasiyadan sonra milli valyutası dəyərini artırmaqda davam edir. 5 il əvvəl pul islahatları başlayanda və ilk yeni banknotlar dövriyyəyə buraxılanda manatın dollarla nisbətdə dəyəri 0, 92 qəpik təşkil edirdi və həmin dövrdə ABŞ pulu ümumilikdə dünya maliyyə bazarlarında əsas aparıcı valyuta növü idi. Yəni, həmin illərdə dünya iqtisadiyyatında böhran meyilləri olmadığından və dollar dünya pulu kimi aparıcı dönərli valyuta hesab olunduğundan yenicə tədavülə buraxılmış Azərbaycan manatının məzənnəsini sabit qoruyub saxlamaq həqiqətən asan məsələ deyildi. Amma Azərbaycan hökumətinin ölkədə güclü sabitlik potensialı yaratması və mükəmməl məzənnə siyasəti yürütməsi denominasiyanın ilk ilindəcə öz effektiv nəticələrini göstərdi. Manat digər xarici valyutalarla nisbətdə nəinki öz mövqeyini sabit qoruyub saxladı, hətta 2 faizə yaxın nisbi dəyər qazandı.
Azərbaycanın yeni milli valyutası son 5 ildə həm dollar, həm də avro və digər valyutalar qarşısında öz məzənnəsini möhkəmləndirərək ən yüksək templə aktiv pul alətinə çevrilib. Bu müddət ərzində milli valyuta dollarla nisbətdə 20 faizə yaxın möhkəmlənib və 1 dollar 0, 84 qəpiyə bərabərdir. Avro isə son 5 ildə manat qarşısında 50 faizdən də artıq dəyərini itirib. 2007-ci ildə 1 avro almaq üçün 1 manat 50 qəpik tələb olunurdusa indi bu rəqəm 95 qəpiyə bərabərdir. ümumiyyətlə, son illərdə valyuta bazarında çoxseqmentli proseslər gedib və onların heç biri milli valyutanın dəyərinin dəyişməsinə gətirib çıxarmayıb. Əksinə, bu proseslər milli valyutanın möhkəmlənməsinə əsaslı zəmin yaradıb.
Azərbaycan hökumətinin çevik monetar siyasəti, effektiv nəticələrə səbəb olan sərbəst məzənnə rejimi, pul bazarının dərinləşməsi və digər institusional işlərin həyata keçirilməsi ilə bağlı mühüm preventiv tədbirlər həyata keçirməsi milli valyutanın dəyərinin möhkəmlənməsinə əhəmiyyətli dərəcədə baza yaratmış olub. Həyata keçirilən pul siyasətinin makro və mikroiqtisadi diaqnostikasının gücləndirilməsi, monetar siyasətin balanslaşdırılmış sistem üzrə aparılması manatın davamlılığını möhkəmləndirir.
Azərbaycanın milli valyutası o qədər möhkəmlənib ki, hətta Mərkəzi Bank pul-kredit siyasətini yumşaltmağa qərar verərək digər dönərli valyutaların, xüsusilə də, dolların real dəyərinin “ölməsinin” qarşısını alır. çünki dolların kəskin şəkildə ucuzlaşması yerli sahibkarların ixrac əməliyyatlarında itkilərlə ucuzlaşmasına səbəb ola bilər. Buna görə də, Mərkəzi Bank valyuta bazarına müdaxilə edərək dolların ucuzlaşmasına mane olmaq üçün profilaktiki addımlar atmağa məcbur olur. MB-nin həyata keçirdiyi pul-kredit siyasətinin əsas məzmunu milli valyutanın bazarda aktiv pul aləti kimi çəkisinin artırılmasından ibarət olmaqla yanaşı, manatın müəyyən hədd nisbətində möhkəmlənməsini qorumaqdır. Yəni, bu tendensiya dolların kəskin ucuzlaşmasına qarşı yürüdülən çevik makroiqtisadi siyasətin tərkib hissəsidir.
Manatın möhkəmlənməsinin və digər dönərli valyutarla nisbətdə aktiv tədavül, eləcə də, etibarlı valyuta aləti olmasının ən bariz ifadəsi vətəndaşların pul yığımında, daha doğrusu, onların banklara yerləşdirdiyi əmanətlərin strukturunda meydana çıxır. Son illərdə əhalinin depozit hesablarının statistikasına nəzər salsaq manatın böyük üstünlük təşkil etməsinin şahidi ola bilərik. Vətəndaşlar son iki ildə, əsasən də ötən il vəsaitlərini banklara yerləşdirərkən əsas valyuta növü kimi manatı seçiblər. Hətta avronun payı da dolları ötməkdədir. Əhalinin 2009-cu ildə bank depozitlərinin manatda yerləşdirilən hissəsi isə iki dəfə çoxalıb. Eləcə də, bu ilin 4 ayında banklardakı depozitlərin strukturunda manatın çəkisi 18 faiz artıb.
Respublikamızın kifayət qədər strateji valyuta ehtiyatlarının olması da manatın stabilliyi üçün mühüm baza yaradan faktor sayıla bilər. ölkəmizdə güclü makroiqtisadiyyat potensialının yaradılması, iqtisadiyyatda maliyyə ehtiyatlarının artması iqtisadi islahatların keçirilməsinə şərait yaratmaqla bərabər, valyuta bazarının güclənməsinə səbəb olmaqdadır. Respublikamızın 22 milyard dollardan artıq strateji valyuta ehtiyatlarının yaradılması, Azərbaycanın iqtisadiyatının və maliyyə bazarının həddindən artıq  güclü və sağlam olması maliyyə sistemində davamlılığı artırır və milli valyutanın aktiv, aparıcı dəyər aləti kimi mövqeyini möhkəmləndirir.
E.CƏFƏRLİ
Paylaş:
Baxılıb: 1366 dəfə

Xəbər lenti

Hamısına bax

Dünya

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

Siyasət

Gündəm

Laçına gedən yolda...

25 Oktyabr 11:30  

Siyasət

Siyasət

İqtisadiyyat

Ədəbiyyat

Dünya

Analitik

Ədəbiyyat

Şənbə üçün nəzm

25 Oktyabr 08:25  

YAP xəbərləri

YAP xəbərləri

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31