Heydər Əliyev
yeni azerbaycan logo

6 baza prinsipi

27.01.2022 [11:10]

Ərzaq təhlükəsizliyi - yeni çağırışlar nədən ibarətdir?

Mübariz ABDULLAYEV

Hazırda dünyada müşahidə edilən arzuolunmaz tendensiyalar fonunda ərzaq təminatı ilə bağlı məsələlərin aktuallığı artıb. İqlim dəyişiklikləri və dünyanın müxtəlif regionlarındakı böhranlar səbəbindən yaranan ərzaq çatışmazlığı və bahalaşma bir sıra ölkələri ciddi problemlərlə üz-üzə qoyub.

Azərbaycan öz siyasətini zamanın dəyişən tələblərinə adekvat quran ölkədir. O cümlədən dünyada ərzaq təminatı sahəsində meydana çıxan çətinliklər respublikamız üçün də yeni çağırışlar yaradıb. Hazırda bir sıra yeyinti məhsullarına daxili tələbat idxal hesabına qarşılanır. Məsələn, ölkəmizdə taxıla olan tələbatın yalnız 60 faizi yerli istehsal hesabına təmin edilir. Tələbatın yerdə qalan 40 faizini isə biz əsasən idxal olunan taxıl hesabına ödəyirik. Taxılın əhəmiyyətli dərəcədə bahalaşması, həmçinin Azərbaycan bazarında da unun və çörəyin qiymətinin artması ilə nəticələndi.

Ölkə daxilində qiymətlərə təsir göstərən başqa mühüm amillər də var. Respublikamızda istehlak bazarı böyüyür. Respublikamızda istehlak bazarının həcmi 53 milyard AZN səviyyəsindədir. Ölkədə istehlak bazarının həcmi real ifadədə 3,7 faiz artıb. Bu, əslində müsbət məqamdır. 2021-ci ildə Azərbaycan iqtisadiyyatında müşahidə edilmiş müsbət tendensiyalardan biri məhz istehlak tələbinin canlanması olub. İstehlak bazarının genişlənməsi ölkəmizin inkişafını, iqtisadiyyatda fəallığın yüksəlməsini, əhalinin gəlir imkanlarının artmasını təsdiqləyir. Bu qəbildən olan müsbət məqamlar isə daxili bazarın mənfi xarici təsirlərdən qorunması və istehlak bazarında məhsul qıtlığının, eləcə də süni qiymət artımının qarşısının alınması ilə möhkəmləndirilə bilər.

Yeni baza prinsipləri

Nazirlər Kabinetinin yanvarın 18-də keçirilən iclasında səsləndirilən fikirlər diqqət çəkir. Hökumətin iclasında Baş nazir Əli Əsədovun yekun nitqində səsləndirilmiş, əsas ərzaq məhsulları, xüsusilə də taxıl ilə təminat sahəsində verilmiş tapşırıqların əsasını 6 baza prinsipi təşkil edir. Nazirlər Kabinetinin mətbuat xidmətindən verilən məlumatda bildiriblər ki, bunlar əsas ərzaq məhsulları ilə təminatın strategiyasının təməl prinsipləridir.

- Baza prinsip odur ki, ərzaq təhlükəsizliyində əsas məhsullar üzrə ağırlıq mərkəzi əsasən yerli istehsalın üzərinə keçirilir. Məhsulun maya dəyərini aşağı salmaq, keyfiyyətini yüksəltmək və həcmini artırmaq;

- Bu baza prinsipindən çıxan ikinci baza prinsipi odur ki, hökumət idxalı deyil, istehsalı subsidiyalaşdırmaq xəttini qəbul edir;

- Üçüncü prinsip əsas ərzaq məhsullarının qiymətinin liberallaşdırılmasıdır. Bu, sahibkar üçün çox mühüm stimuldur;

- İki qırmızı xətt müəyyənləşdirilib: birincisi, süni qiymət artımına yol verməmək, ikincisi, sahibkarların marjasının təmin olunması;

- Haqsız rəqabətə qarşı mübarizə gücləndiriləcək;

- Subsidiyaların nəticəyə görə verilməsi prinsipi - subsidiyalaşma sahəsində şəffaflığı artırmaq və daha çox məhsul istehsalını stimullaşdırmaq məqsədi daşıyır.

Daha yaxşı nəticələr uğrunda

Azərbaycan hökumətinin yaranmış çətinliklər fonunda daxili istehsalın artırılmasına diqqət çəkməsi təsadüfi deyil. Son illərdə respublikamızda aqrar sektorda qabaqcıl təcrübənin tətbiqinə geniş yer verilir. Ölkə üzrə iri fermer təsərrüfatları, aqroparklar yaradılır. Bütün bunların nəticəsi olaraq respublikamızda istehsal həcmləri əhəmiyyətli dərəcədə artıb. Hazırda bir sıra mühüm pozisiyalar üzrə daxili tələbatın yerli istehsal hesabına qarşılanması böyük nailiyyətdir.

İndiki şəraitdə qazanılan təcrübə əsasında müsbət tendensiya daha da gücləndirilməlidir. Azərbaycan torpaq fondu məhdud olan ölkələr sırasında yer alır. Buna görə də biz məhsul bolluğuna nail olmaqdan ötrü, ilk növbədə, az sahədən daha çox həcmlərdə məhsul götürmək barədə düşünməliyik. Bitkiçilikdə və maldarlıqda intensiv metodların, qabaqcıl texnologiyaların tətbiqi qaçılmaz zərurətə çevrilib. Bitkiçilikdə toxumçuluğa diqqətin artırılması, müasir suvarma sistemlərinin tətbiqi, maldarlıqda cins tərkibinin yaxşılaşdırılması son nəticədə məhsuldarlığın artmasına gətirib çıxaracaq. Bütövlükdə, respublikamızda ərzaq məhsulları istehsalının artırılması üçün geniş imkanlar mövcuddur.  Ölkədə ərzaq təminatı ilə bağlı sahələrə investisiya qoyuluşunu artırmaqla biz daha yaxşı nəticələrə nail ola bilərik.

Dövriyyəyə yeni torpaqların cəlb olunması

Ekspertlər ölkədə ərzaq məhsulları istehsalının artırılması üçün digər zəruri addımların atılmasını da mümkün hesab edirlər. Milli Məclisin deputatı Ceyhun Məmmədov “Yeni Azərbaycan”a açıqlamasında deyib: “Ötən il ərzaqlıq buğdanın dünyada kəskin bahalaşmasının Azərbaycana təsirinin azaldılması məqsədilə hökumət tərəfindən bir sıra mühüm tədbirlər həyata keçirilib. Daxili bazarda satılan un və un məmulatlarının hər tonu üçün subsidiya məbləği artırılıb. Buğdanın idxalı və satışının, buğda ununun, çörəyin istehsalı və satışının ƏDV-dən azad edilməsinin müddəti 2024-cü ilədək uzadılıb. İri taxıl idxalatçılarına Mərkəzi Bankın vəsaitləri hesabına çox aşağı faizli kreditlər ayrılıb”.

Ceyhun Məmmədov bildirib ki, işğaldan azad edilmiş torpaqlarda əkin işlərinin aparılması ölkənin ərzaq təhlükəsizliyinə töhfə olacaq: “Azad edilmiş torpaqların təxminən 100 min hektarında əkin işlərinin aparılması, kənd təsərrüfatı məhsullarının emalı üzrə fəaliyyət sahələrinin yaradılması bu sektorda artıma imkan verəcək”.

Paylaş:
Baxılıb: 917 dəfə

Xəbər lenti

Hamısına bax

Dünya

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

Siyasət

Gündəm

Laçına gedən yolda...

25 Oktyabr 11:30  

Siyasət

Siyasət

İqtisadiyyat

Ədəbiyyat

Dünya

Analitik

Ədəbiyyat

Şənbə üçün nəzm

25 Oktyabr 08:25  

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31