Avropa yeni mənbə axtarışında...
03.02.2022 [10:21]
M.ABDULLAYEV
Rusiya ilə Ukrayna arasında münasibətlərin gərginləşməsinin əks-sədası dünyanın bir sıra regionlarında, o cümlədən Avropada eşidilməkdədir. ABŞ-dan və Avropa ölkələrindən Rusiyaya qarşı sanksiyaların sərtləşdiriləcəyi ilə bağlı hədələr də gündəmə gəlib. Lakin bu, asan məsələ deyil. Məsələ ondadır ki, Ukraynanın yanında olduğunu bildirən və Rusiyanı cəzalandırmaq planları quran Avropa bunun qarşılığında “mavi yanacaq” problemi ilə üzləşə bilər. Rusiya Avropanın ən böyük qaz tədarükçüsüdür - “qoca qitə”nin “mavi yanacağa” tələbatının təxminən 40 faizi bu ölkənin ixracı hesabına qarşılanır. 2020-ci ilin statistikasına görə, Rusiyadan 40 milyard kubmetrdən çox maye qaz ixrac olunub. Bu həcmin 17 milyard kubmetrdən çoxu Avropaya ixrac edilib. Həmin ildə boru kəmərləri vasitəsi ilə 198 milyard kubmetr qaz nəqli həyata keçirilib ki, bunun da 168 milyard kubmetrini Avropa alıb.
Hədsiz dərəcədə böyük rəqəmlərdir. Buraya pandemiyanın yaratdığı çətinlikləri də əlavə edək. Verilən məlumatlara görə, ayrı-ayrı ölkələr qlobal pandemiyadan əvvəlki dövrlərlə müqayisədə qış tədarükünü vaxtında görməyiblər və lazımi həcmlərdə qaz almayıblar. Xarici medianın məlumatına əsasən, bəzi ölkələrdə anbarlar yarıya qədər boşalıb. Belə bir vəziyyətdə sanksiyaların cavabında Rusiyanın Avropaya qaz nəqlini tamam dayandırması və yaxud ixrac həcmlərini azaltması “qoca qitə” üçün çox böyük sınaq olar.
Təbii ki, Rusiyadan kəsilə biləcək “mavi yanacaq” axınını başqa mənbələrdən kompensasiya etmək lazım gələcək. Avropa da elə hazırda bu məsələ ətrafında, necə deyərlər, baş sındırmaqdadır. “Diplomatiyanın uğursuzluğa düçar olacağı təqdirdə, hazır olmalıyıq”. Bunu Avropa İttifaqının xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali komissarı Josep Borrell söyləyib. Ağ Evin sözçüsü Cen Psaki isə təsdiqləyib ki, ABŞ Rusiyadan tədarükün kəsiləcəyi təqdirdə Avropa üçün alternativ qaz mənbələri axtarır. Onun sözlərinə görə, Rusiyadan yanacaq tədarükündə mümkün azalma ABŞ-ın qiymətlərinə minimal təsir göstərəcək. İndiki məqamda söhbət ABŞ-dan Avropaya sıxılmış qazın tədarükündən gedir. Ancaq bu, bir sıra dairələrdə ABŞ-ın öz qazını Avropaya sırımasının müqabilində “qoca qitə”də siyasi təzyiq imkanlarını artırmaq istəyi kimi izah edilir.
Belə ziddiyyətli vəziyyətdə ümidlər daha çox Qətərə yönəlir. Qətər Avropaya sıxılmış qaz tədarükünü artıra bilər. Ancaq bu ölkə də Avropaya qaz tədarükünü ehtiyacı qarşılayacaq həcmlərdə artırmaq imkanında deyil. Əvvəla, ənənəvi olaraq qaz satışına dair müqavilələr əvvəlcədən bağlanır. Qətərin də istehsal obyektləri tam yüklənib və qazın əksər hissəsi uzunmüddətli müqavilələr çərçivəsində Asiyaya göndərilir. Digər tərəfdən, ixrac infrastrukturunun ötürmə imkanları da hüdudsuz deyil. Verilən məlumatlara görə, yanvar ayında LNG terminallarının potensialından istifadə səviyyəsi maksimal ötürmə qabiliyyətinin 73%-i olmaqla rekord həddə çatıb. LNG terminallarından Avropanın qaz nəqli sisteminə 393 milyon kubmetr “mavi yanacağa” çatdırılıb, sərbəst güc ehtiyatı isə cəmi 146 milyon kubmetr təşkil edib. Beləliklə, aydın görünür ki, ehtiyac yaranacağı təqdirdə Avropanın “mavi yanacağa” artan tələbatının bütünlüklə Qətərin sıxılmış qaz ixracı hesabına qarşılanması mümkün olmayacaq.
Əlbəttə, Rusiya, Qətər kimi ölkələrlə müqayisədə Azərbaycanın “mavi yanacaq” tədarükü nisbətən kiçik rəqəmlərlə ölçülür. Lakin Azərbaycan etibarlı təchizatçı imicinə malikdir. Ölkəmiz imzalanan müqavilələrin icrasına çox məsuliyyətlə yanaşır və öhdəliklərini yüksək səviyyədə yerinə yetirir. Bu gün respublikamız dünyada alternativ “mavi yanacaq” mənbəyi hesab edilir. Eyni zamanda, ölkəmiz alternativ nəql marşrutunun - Cənub Qaz Dəhlizinin yaradılmasına nail olub. Yeni dəhlizin sonuncu seqmenti - TAP layihəsi üzrə işlər tamamlandı. Hazırda Azərbaycan qazının ixracı iki marşrutla həyata keçirilir. Bakı-Tbilisi-Ərzurum marşrutunun funksionallığı yüksək səviyyədə təmin olunur. Eyni zamanda, zəngin “Şahdəniz” yatağından çıxarılan Azərbaycan qazı Cənub Qaz Dəhlizi ilə Avropanın mərkəzi ölkələrinə çatdırılır. 2021-ci ildə Avropadan Azərbaycana cəmi 5 milyard kubmetr qazın alınması ilə bağlı sifariş verilmişdi. İlin yekununda respublikamız Avropaya qaz tədarükünü 8 milyard 150 milyon kubmetrə çatdırmağa nail oldu. Ölkəmiz 2022-ci ildə Avropaya əvvəlcədən razılaşdırılan sifarişlərə uyğun olaraq 9 milyard, 2023-cü ildə isə 11 milyard kubmetr qaz tədarük etməyi planlaşdırır.
Təsadüfi deyil ki, son vaxtlarda Avropanın ayrı-ayrı dairələrində Cənub Qaz Dəhlizinin genişləndirilməsi və Azərbaycandan “mavi yanacaq” tədarükünün artırılması ilə bağlı fikirlər səsləndirilir. Verilən məlumatlara görə, gözlənilən kritik məqamda Azərbaycandan Avropaya qaz tədarükünün artırılması məsələsi çox aktualdır. Bunu Avropa İttifaqının xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali komissarı Josep Borrellin ifadə etdiyi fikirlərdən də görmək mümkündür: “Biz bütün variantları və ssenariləri, o cümlədən ABŞ, Qətər və Azərbaycan kimi tərəfdaşlarla qaz tədarükü məsələsində işləməyi nəzərdən keçiririk”.
Öz nöbəsində Azərbaycan fövqəladə vəziyyət halında Avropaya daha çox qaz tədarük etməyə hazırdır. Bunu Böyük Britaniya mətbuatına müsahibəsində Azərbaycanın bu ölkədəki səfiri Elin Süleymanov deyib. Səfir vurğulayıb ki, Azərbaycan daha çox qaz hasil edə və Cənub Qaz Dəhlizinin gücünü artıra bilər. Ölkə, həmçinin Türkmənistan qazını da nəql edə bilər. Belə ki, hər iki ölkə Xəzər dənizində “Dostluq” yatağının birgə işlədilməsi niyyətindədir.
Xəbər lenti
Hamısına baxDünya
25 Aprel 21:24
Sosial
25 Aprel 20:17
Dünya
25 Aprel 19:32
Siyasət
25 Aprel 19:25
Dünya
25 Aprel 18:56
Dünya
25 Aprel 18:20
Maraqlı
25 Aprel 17:45
Dünya
25 Aprel 17:28
Siyasət
25 Aprel 17:22
Dünya
25 Aprel 16:30
Mədəniyyət
25 Aprel 16:04
Gündəm
25 Aprel 15:52
Dünya
25 Aprel 15:46
Siyasət
25 Aprel 15:38
Dünya
25 Aprel 15:22
Siyasət
25 Aprel 15:17
Siyasət
25 Aprel 15:16
Siyasət
25 Aprel 15:15
YAP xəbərləri
25 Aprel 15:08
Dünya
25 Aprel 14:49
Dünya
25 Aprel 14:17
Sosial
25 Aprel 13:53
Gündəm
25 Aprel 13:38
Diaspor
25 Aprel 13:25
Gündəm
25 Aprel 12:49
Gündəm
25 Aprel 12:20
Gündəm
25 Aprel 11:53
İqtisadiyyat
25 Aprel 11:37
Gündəm
25 Aprel 11:13
Gündəm
25 Aprel 10:59
Gündəm
25 Aprel 10:35
Ədəbiyyat
25 Aprel 10:12
Analitik
25 Aprel 09:54
İqtisadiyyat
25 Aprel 09:32
Sosial
25 Aprel 09:16
Ədəbiyyat
25 Aprel 08:50
Ədəbiyyat
25 Aprel 08:38
Dünya
25 Aprel 07:48
Dünya
25 Aprel 07:25
İdman
25 Aprel 07:24
Siyasət
25 Aprel 07:16
Dünya
25 Aprel 07:14
Dünya
24 Aprel 23:42
Dünya
24 Aprel 23:35
Dünya
24 Aprel 23:17
Dünya
24 Aprel 22:41
Dünya
24 Aprel 22:30
Dünya
24 Aprel 22:19
YAP xəbərləri
24 Aprel 22:07
YAP xəbərləri
24 Aprel 21:54
Dünya
24 Aprel 21:50
YAP xəbərləri
24 Aprel 21:50
İdman
24 Aprel 21:37
Elm
24 Aprel 21:23
Dünya
24 Aprel 20:45
Dünya
24 Aprel 20:17
İqtisadiyyat
24 Aprel 19:52
Formula 1
24 Aprel 19:28
Dünya
24 Aprel 19:11
Xəbər lenti
24 Aprel 19:08
YAP xəbərləri
24 Aprel 18:53
YAP xəbərləri
24 Aprel 18:36
YAP xəbərləri
24 Aprel 18:13
YAP xəbərləri
24 Aprel 17:27
MEDİA
24 Aprel 17:27
Elm
24 Aprel 17:26
YAP xəbərləri
24 Aprel 17:05
YAP xəbərləri
24 Aprel 17:04
Elanlar
24 Aprel 17:00
Elm
24 Aprel 16:27

