Əmlak sığortası: İnam niyə zəifdir?
02.03.2022 [10:20]
M.ABDULLAYEV
Təbii fəlakətlər, bədbəxt hadisələr zamanı evini, əmlakını itirən insanların halını, kədərini təsəvvür etmək çətin deyil. Ancaq bu vəziyyətdə bizim köməyimizə sığorta qurumları çata, üzləşdiyimiz riskləri bölüşə, əmlakımızın bərpasında yardımçı ola bilərlər.
Sığorta tariflərinin aşağı səviyyəsi
Respublikamızda daşınmaz əmlakın icbari sığortası 2011-ci ildə qəbul edilən “İcbari sığortalar haqqında” Qanunla tənzimlənir. Sözügedən Qanun 2012-ci il yanvarın 1-dən qüvvəyə minib. Qanuna əsasən, yanğın, ildırım düşməsi, məişətdə və istehsalatda istifadə olunan qazın partlayışı, elektrik naqillərində baş verən qısa qapanma sığorta hadisəsi sayılır. Təbii fəlakətlər - zəlzələ, vulkan, fırtına, qasırğa, tufan, dolu, sel, daşqın, leysan, yer sürüşməsi və bir sıra digər məqamlar da bu siyahıda yer alır.
Respublikamızda sığorta tarifləri dünya ölkələri ilə müqayisədə aşağı səviyyədə müəyyənləşdirilib. Belə ki, yaşayış təyinatlı daşınmaz əmlaklar üçün Bakı şəhəri üzrə sığorta tarifi 50 manat, sığorta təminatı 25 min manata qədər, Gəncə, Sumqayıt və Naxçıvan şəhərləri üzrə sığorta tarifi 40 manat, sığorta təminatı 20 min manata qədər, respublikanın digər rayon və şəhərləri üzrə isə sığorta tarifi 30 manat, sığorta təminatı 15 min manatadəkdir. Qeyri-yaşayış təyinatlı əmlakların sığortalanması isə fərqli kalkulyatorla həyata keçirilir.
“Yükü dövlət çəkəcək” yanaşmasından uzaqlaşmaq lazımdır
Müvafiq qanunun qüvvəyə minməsindən təxminən 10 il vaxt ötməsinə baxmayaraq, respublikamızda əmlakın sığortalanması geniş vüsət almayıb. 2022-ci ilin yanvar ayında ölkədə lisenziya verilmiş 20 qurum tərəfindən 118234 min manat sığorta haqqı yığılıb və 16623 min manat sığorta ödənişi həyata keçirilib ki, bu da sığorta bazarının potensialı ilə müqayisədə çox kiçik rəqəmdir.
Son illərdə respublikamızda şahidi olduğumuz daşqınlar, Qax, Balakən, Zaqatala, Şamaxı, Ağsu və İsmayıllıda baş verən zəlzələlər, eləcə də “Diqlas” və “Eurohome” ticarət mərkəzindəki yanğınlar əmlakların sığortalanmasının nə qədər aktual olduğunu bütün cəhətləri ilə gündəmə gətirdi. Ancaq sadalanan hadisələrin fonunda belə, insanlar öz əmlaklarını sığortalamağa böyük həvəs göstərmirlər. Bunun isə bir sıra səbəbləri var. Ölkədə sığorta bazarını genişləndirmək üçün daha səmərəli maarifləndirmə və təşviq tədbirləri həyata keçirilməlidir. Biz, nəhayət, “yükü dövlət çəkəcək” yanaşmasından uzaqlaşmalıyıq. Respublika üzrə əmlak sığortasının əhatə dairəsinin genişlənməsini əngəlləyən ən mühüm səbəblərdən biri isə, heç şübhəsiz ki, lisenziya almış sığorta şirkətlərinin öz öhdəliklərini lazımi səviyyədə yerinə yetirməmələri ilə bağlıdır. Biz daim müşahidə edirik: Onlar heç vaxt sığorta ödənişlərini operativ şəkildə reallaşdırmağa tələsmirlər. Müraciətlər, bir qayda olaraq könülsüz qəbul edilir, vətəndaşlar ofislərdə süründürməçiliklə üzləşirlər, ödənişlər gecikir və s. Bütün bunlar isə vətəndaşlarda sığorta şirkətlərinə inamsızlıq yaradır.
Xəbər lenti
Hamısına baxMüsahibə
14 İyul 20:18
Dünya
14 İyul 19:58
Maraqlı
14 İyul 19:22
Dünya
14 İyul 19:09
Dünya
14 İyul 18:26
Sosial
14 İyul 18:12
Dünya
14 İyul 17:33
Dünya
14 İyul 17:19
Dünya
14 İyul 16:57
Dünya
14 İyul 16:19
Dünya
14 İyul 15:31
Gündəm
14 İyul 14:58
İqtisadiyyat
14 İyul 14:41
Sosial
14 İyul 14:40
Sosial
14 İyul 14:40
Elm
14 İyul 14:37
YAP xəbərləri
14 İyul 14:31
YAP xəbərləri
14 İyul 14:28
YAP xəbərləri
14 İyul 14:24
Dünya
14 İyul 14:20
Gündəm
14 İyul 14:18
Dünya
14 İyul 13:53
Dünya
14 İyul 13:47
Dünya
14 İyul 13:25
Dünya
14 İyul 12:38
Gündəm
14 İyul 12:26
Siyasət
14 İyul 12:17
Sosial
14 İyul 12:17
Siyasət
14 İyul 12:12
Dünya
14 İyul 12:10
Gündəm
14 İyul 11:56
Elm
14 İyul 11:38
İqtisadiyyat
14 İyul 11:37
Dünya
14 İyul 11:24
YAP xəbərləri
14 İyul 11:18
Sosial
14 İyul 11:15
Siyasət
14 İyul 11:10
Gündəm
14 İyul 11:06
Gündəm
14 İyul 11:01
Gündəm
14 İyul 10:50
Siyasət
14 İyul 10:35
İqtisadiyyat
14 İyul 10:32
Gündəm
14 İyul 10:15
Analitik
14 İyul 10:11
Gündəm
14 İyul 10:08
MEDİA
14 İyul 10:07
Ədəbiyyat
14 İyul 09:56
Siyasət
14 İyul 09:56
Turizm
14 İyul 09:43
Maraqlı
14 İyul 09:38
Ədəbiyyat
14 İyul 09:34
Dünya
14 İyul 09:23
Dünya
14 İyul 08:47
Dünya
14 İyul 08:12
Dünya
14 İyul 07:50
Dünya
14 İyul 07:38
Elm
13 İyul 23:31
Dünya
13 İyul 23:08
İqtisadiyyat
13 İyul 22:57
Dünya
13 İyul 22:20
Dünya
13 İyul 21:49
Siyasət
13 İyul 21:39
Dünya
13 İyul 21:23
İqtisadiyyat
13 İyul 20:45
Dünya
13 İyul 20:32
Dünya
13 İyul 20:17
Siyasət
13 İyul 19:58
Gündəm
13 İyul 19:55
Siyasət
13 İyul 19:50
Dünya
13 İyul 19:24

