Qızıl qiymətinə qızıl
05.03.2022 [10:14]
Rusiya-Ukrayna müharibəsi qiymətli metallar bazarına necə təsir göstərir?
Mübariz ABDULLAYEV
Qlobal maliyyə və qiymətli metallar bazarları geosiyasi proseslərə həmişə həssas olub. Rusiya-Ukrayna müharibəsinin bəhs olunan bazarlara təsirini də çox gözləmək lazım gəlmədi. Müharibənin başlamasından cəmi bir neçə gün ötməsinə baxmayaraq, artıq dünya üzrə konvertə olunan valyutaların və qiymətli metalların, ələlxüsus da qızılın qiymətində nəzərəçarpacaq dəyişikliklər müşahidə olunur.
Yatırımları və yığımları valyuta, yoxsa qızılla etməli?
Müharibə şəraitində investorlar ciddi bir sual qarşısında baş sındırırlar: İnvestisiyaları dönərli valyutalarla, yoxsa qızılla etsinlər? Elə sıravi insanlar da indiki həssas dönəmdə yığımlarının taleyi sarıdan narahatlıq keçirirlər. Müharibə başlayanadək investorlar və sıravi insanlar öz sərmayələrini və yığımlarını dönərli valyutalarla, ələlxüsus da dollarla edirdilər. İndi isə vəziyyət kökündən dəyişib və narahatlıq üçün ciddi əsaslar var. Hamı başa düşür ki, dönərli valyutalar müharibə risklərinə çox həssasdır və onlara əlavə təzyiqlər yarana bilər.
Belə şəraitdə investorlar və sıravi vətəndaşlar öz seçimlərini qiymətli metallarla, ələlxüsus da qızılla bağlayırlar. Bunu qiymətli metallar bazarında müşahidə edilən bahalaşma da təsdiqləyir. Baş verənlər fonunda dünya bazarında qızıl sürətlə bahalaşır və necə deyərlər, elə qızıl qiymətinə satılır. Son günlərdə əmtəə birjalarında qiymətli metalın 1 unsiyasının qiyməti müəyyən tərəddüdlərlə təxminən 3,5% atıb. Hazırda bu qiymət 1905-1910 dollar arası dəyişir.
Düzdür, likvidlik baxımından sərmayələri və yaxud yığımları dönərli valyutalarla etmək daha sərfəlidir. İş adamları öz vəsaitlərini adətən dönərli valyutalarla edirdilər ki, daha çox gəlir götürsünlər. Nahaq deməyiblər ki, pul pul gətirər. Ancaq indi elə bir dövr gəlib ki, gəlirlərlə yanaşı, həm də etibarlılıq barədə düşünmək lazımdır. Qızıla yatrım etmək isə ən azından əlindəki vəsaitlərin qorunması deməkdir.
Ehtiyatı da əldən vermək olmaz
Müharibənin davam etdiyi günlərdə dünya trendinə çevrilən qızılın bahalaşması Azərbaycandan da yan keçmir. Hazırda bir unsiya (31 qram) qızıl 3249 manatdır. Ölkədə qızılın qramı 100-105 manat arası dəyişir.
Lakin mütəxəssislər qızılla yatırımlar və yaxud yığımlar edərkən ehtiyatlı davranmağı məsləhət görürlər. “Yeni Azərbaycan”a açıqlama verən Milli Məclisin deputatı Vahid Əhmədov indiki məqamda investorların və sadə vətəndaşların əllərindəki vəsaitlərin hamısını qızıla yönəltməyin düzgün yanaşma olmadığını bildirdi. Onun qənaətinə görə, hələ müharibənin başlanğıcıdır və proseslərin müxtəlif ssenarilər üzrə inkişafı gözləniləndir. Millət vəkilinin sözlərinə görə, qızılın qiymətinin bahalaşması müvəqqəti xarakter daşıya bilər. “Rusiyaya qarşı sanksiyaların nəticələri qarşıdakı dövrdə daha aydın görünəcək. Mən iqtisadçı kimi vətəndaşlara qızıl yatırımlarına ehtiyatlı yanaşmağı tövsiyə edirəm. Tələskənlik peşmanlığa yol aça bilər. Söhbət ondan gedir ki, Rusiyanın böyük qızıl ehtiyatı var. Həmin ehtiyatların satışa çıxarılması ehtimalları da az deyil. Zərurət üzündən bu addım atılsa, qızılın qiymətində enmələr gözləniləndir. Çünki bazarda təklif artacaq. Buna görə də hələ təxminən bir ay da gözləmək lazımdır”, - deyə Vahid Əhmədov vurğulayıb.
Xəbər lenti
Hamısına baxSosial
14 İyul 18:12
Dünya
14 İyul 17:33
Dünya
14 İyul 17:19
Dünya
14 İyul 16:57
Dünya
14 İyul 16:19
Dünya
14 İyul 15:31
Gündəm
14 İyul 14:58
İqtisadiyyat
14 İyul 14:41
Sosial
14 İyul 14:40
Sosial
14 İyul 14:40
Elm
14 İyul 14:37
YAP xəbərləri
14 İyul 14:31
YAP xəbərləri
14 İyul 14:28
YAP xəbərləri
14 İyul 14:24
Dünya
14 İyul 14:20
Gündəm
14 İyul 14:18
Dünya
14 İyul 13:53
Dünya
14 İyul 13:47
Dünya
14 İyul 13:25
Dünya
14 İyul 12:38
Gündəm
14 İyul 12:26
Siyasət
14 İyul 12:17
Sosial
14 İyul 12:17
Siyasət
14 İyul 12:12
Dünya
14 İyul 12:10
Gündəm
14 İyul 11:56
Elm
14 İyul 11:38
İqtisadiyyat
14 İyul 11:37
Dünya
14 İyul 11:24
YAP xəbərləri
14 İyul 11:18
Sosial
14 İyul 11:15
Siyasət
14 İyul 11:10
Gündəm
14 İyul 11:06
Gündəm
14 İyul 11:01
Gündəm
14 İyul 10:50
Siyasət
14 İyul 10:35
İqtisadiyyat
14 İyul 10:32
Gündəm
14 İyul 10:15
Analitik
14 İyul 10:11
Gündəm
14 İyul 10:08
MEDİA
14 İyul 10:07
Ədəbiyyat
14 İyul 09:56
Siyasət
14 İyul 09:56
Turizm
14 İyul 09:43
Maraqlı
14 İyul 09:38
Ədəbiyyat
14 İyul 09:34
Dünya
14 İyul 09:23
Dünya
14 İyul 08:47
Dünya
14 İyul 08:12
Dünya
14 İyul 07:50
Dünya
14 İyul 07:38
Elm
13 İyul 23:31
Dünya
13 İyul 23:08
İqtisadiyyat
13 İyul 22:57
Dünya
13 İyul 22:20
Dünya
13 İyul 21:49
Siyasət
13 İyul 21:39
Dünya
13 İyul 21:23
İqtisadiyyat
13 İyul 20:45
Dünya
13 İyul 20:32
Dünya
13 İyul 20:17
Siyasət
13 İyul 19:58
Gündəm
13 İyul 19:55
Siyasət
13 İyul 19:50
Dünya
13 İyul 19:24
Sosial
13 İyul 19:10
Siyasət
13 İyul 18:15
Sosial
13 İyul 18:14
YAP xəbərləri
13 İyul 17:35
İqtisadiyyat
13 İyul 17:25

