Şuşaya aparan alternativ yol
23.04.2022 [10:14]
2024-cü ildə başa çatacaq
Mübariz ABDULLAYEV
Postmüharibə dövründə biz Prezident İlham Əliyevi və birinci xanım Mehriban Əliyevanı vaxtaşırı mədəniyyət beşiyimiz sayılan Şuşaya, işğaldan azad edilmiş digər ərazilərə gedən və orada müxtəlif təyinatlı infrastruktur obyektlərinin açılışına, yaxud təməlqoyma mərasimlərinə qatılan görürük. Elə bu günlərdə dövlətimizin başçısı növbəti dəfə işğaldan azad olunmuş ərazilərə səfərə gələrək burada bir sıra infrastruktur obyektlərində layihələrin icrası ilə tanış olub. Prezident İlham Əliyev bəhs olunan səfəri çərçivəsində, həmçinin Şuşadan Daşaltı kəndində Əhmədbəyli-Füzuli-Şuşa avtomobil yolunun və bu yolun üzərindəki tunellərin inşası ilə tanış olub.
Dövlət başçısının inamı və qətiyyəti
Vətən müharibəsindən sonra Prezident İlham Əliyevin işğaldan azad edilmiş ərazilərdə cənnət yaradılacağı ilə bağlı fikirlərinə skeptik yanaşma sərgiləyənlər Azərbaycanın bu dağılmış ərazilərin bərpasına gücü çatmayacağını bildirirdilər. Ancaq Prezidentin inamı və qətiyyəti belələrinə birmənalı cavab oldu. Dövlət başçısı işğaldan azad olunmuş ərazilərin bərpasına “biz bu yerləri cənnətə çevirəcəyik” inamı ilə başladı. Ötən bir il yarımın nəticələri təsdiqlədi ki, Azərbaycanın Müzəffər Liderinin istəyinin və inamının qarşısını ala biləcək qüvvə yoxdur.
Şuşaya gedən bir yolun açılışı Prezident İlham Əliyevin iştirakı ilə ötən il baş tutdu. Bu, 100 kilometr uzunluğunda olan Zəfər yoludur. İndi isə bizi doğma, əziz Şuşaya aparacaq növbəti yolun - Əhmədbəyli-Füzuli-Şuşa avtomobil yolunun və bu yolun üzərindəki tunellərin inşası həyata keçirilir. Yolun və tunellərin inşası böyük sürətlə həyata keçirilir. Cəmi 10 ay əvvəlki vəziyyətlə hazırkı mərhələni müqayisə etdikdə mübaliğəsiz demək olar ki, dünyada bu sürət və keyfiyyətdə görülən işlərə rast gəlmək mümkün deyil. Ərazidəki relyef çətinliklərini göz önünə gətirdikdə inşaatçıların məharətinə yalnız “Əhsən!” demək qalır.
Dövlət başçısına məlumat verildi ki, yolun uzunluğu 81,6 kilometr, hərəkət zolaqlarının sayı 4-6, hərəkət zolağının eni isə 3,5 metrdir. Yolboyu 7 tunelin tikintisi aparılır. Bir neçə tuneldə qazma işləri artıq tamamlanıb, digərlərində isə qazma, partlatma və qırma üsulları ilə qaya qruntlardan ibarət hissələrin kənarlaşdırılması işləri davam edir. Bundan başqa, tunellərdə havalandırma və izolyasiya sistemləri də quraşdırılır.
Əhmədbəyli-Füzuli-Şuşa avtomobil yolunda tunellərin inşası ilə yanaşı, yolboyu müxtəlif hissələrdə torpaq yatağının, körpülərin, yeraltı keçid və suötürücü boruların tikintisi də layihəyə uyğun şəkildə icra olunur. Yolun tikintisinin 2024-cü ildə başa çatdırılması planlaşdırılır.
Xəbər lenti
Hamısına baxElm
13 İyul 23:31
Dünya
13 İyul 23:08
İqtisadiyyat
13 İyul 22:57
Dünya
13 İyul 22:20
Dünya
13 İyul 21:49
Dünya
13 İyul 21:23
İqtisadiyyat
13 İyul 20:45
Dünya
13 İyul 20:32
Dünya
13 İyul 20:17
Siyasət
13 İyul 19:50
Dünya
13 İyul 19:24
Sosial
13 İyul 19:10
Siyasət
13 İyul 18:15
Sosial
13 İyul 18:14
YAP xəbərləri
13 İyul 17:35
İqtisadiyyat
13 İyul 17:25
İqtisadiyyat
13 İyul 17:12
Dünya
13 İyul 16:49
Siyasət
13 İyul 15:43
Siyasət
13 İyul 15:42
Siyasət
13 İyul 15:41
YAP xəbərləri
13 İyul 15:35
Elm
13 İyul 14:33
Sosial
13 İyul 14:32
Sosial
13 İyul 14:20
Elm
13 İyul 13:35
Siyasət
13 İyul 12:54
Sosial
13 İyul 12:34
YAP xəbərləri
13 İyul 12:16
Gündəm
13 İyul 12:05
Gündəm
13 İyul 11:14
Sosial
13 İyul 11:13
Siyasət
13 İyul 11:13
Dünya
13 İyul 11:10
Dünya
13 İyul 10:59
Dünya
13 İyul 10:23
Siyasət
13 İyul 10:19
Siyasət
13 İyul 10:18
Siyasət
13 İyul 10:18
Dünya
13 İyul 09:45
Siyasət
13 İyul 09:38
Siyasət
13 İyul 09:37
Siyasət
13 İyul 09:36
Dünya
13 İyul 09:17
Sosial
13 İyul 08:53
Dünya
13 İyul 08:29
Dünya
12 İyul 23:26
Dünya
12 İyul 22:34
Dünya
12 İyul 21:20
Maraqlı
12 İyul 20:17
Dünya
12 İyul 19:20
Dünya
12 İyul 18:39
Dünya
12 İyul 17:28
Dünya
12 İyul 16:42
Xəbər lenti
12 İyul 15:31
Dünya
12 İyul 14:20
Dünya
12 İyul 13:19
Dünya
12 İyul 12:35
Dünya
12 İyul 11:16
Dünya
12 İyul 10:28
Dünya
12 İyul 10:06
İdman
12 İyul 09:56
İdman
12 İyul 09:33
Dünya
12 İyul 08:52
Elm
12 İyul 08:30
Sosial
12 İyul 08:00
Dünya
11 İyul 23:30
Siyasət
11 İyul 22:38
Siyasət
11 İyul 21:17
Sosial
11 İyul 20:29

