Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Sosial / Bu gün Bakının 544 küçəsi yuyulub

Bu gün Bakının 544 küçəsi yuyulub

11.07.2026 [20:29]

İyulun 11-də Bakı şəhər kommunal xidmətləri tərəfindən paytaxtda və onun qəsəbələrində təmizliklə bağlı keçirilən iməcilik zamanı küçə və yol kənarlarına, həyət və məhəllələrə yayılan tozun təmizlənməsi, mövcud yaşıllıqlara qulluq göstərilməsi həyata keçirilib.

Bu barədə AZƏRTAC-a Bakı Şəhər İcra Hakimiyyətinin mətbuat xidmətindən məlumat verilib.

Səhər saatlarından etibarən Bakı Şəhər İcra Hakimiyyətinin kommunal təsərrüfat xidmətlərinin texnikası tərəfindən şəhərin və qəsəbələrin 544 küçəsi və məhəllədaxili yolların yuyucu maddələrlə yuyulması təmin edilib.

Ümumilikdə, paytaxtın bütün rayonlarını əhatə edən genişmiqyaslı təmizlik işləri Bakı şəhərinin sanitar vəziyyətinin daha da yüksəldilməsinə öz töhfəsini verib.

Paylaş:
Baxılıb: 102 dəfə

Xəbər lenti

Hamısına bax

Siyasət

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31