100 minə yaxın vakansiya...
06.05.2022 [10:36]
İşəgötürmə qaydalarında yeniliklər
Nicat PAŞA
Son illər yürüdülən məqsədyönlü siyasətin uğurlu nəticələri göstərir ki, Azərbaycanda bütün qarşıya qoyulan məqsədlərə nail olunur, daha geniş tədbirlərin reallaşdırılmasına hərtərəfli imkan yaradılır. Ölkəmizdə əhalinin sosial müdafiəsinin təmin edilməsi müstəqil dövlətimizin qarşısında duran strateji vəzifələrdən biridir. Bunun real göstəricisidir ki, dövlət başçımızın rəhbərliyi ilə əhalinin sosial rifahının yüksəldilməsi, sosial infrastrukturun ən müasir standartlara uyğun yenidən qurulması istiqamətində məqsədyönlü siyasət həyata keçirilib və mühüm uğurlar əldə olunub.
Prezident İlham Əliyevin sosial sahəyə xüsusi diqqət və qayğısı Azərbaycanda sosial siyasətin prioritet istiqamətlərindən biri olduğunu bir daha təsdiq edir. Dövlət başçısının vurğuladığı kimi, Azərbaycan öz dövlət quruculuğunda, sosial-iqtisadi problemlərin həllində tutduğu strateji yolla gedir: “Bütün atılan addımlar bir daha onu göstərir ki, Azərbaycan sosial dövlətdir. Siyasətimizin mərkəzində Azərbaycan vətəndaşı dayanır. Azərbaycan vətəndaşının maraqları bizim üçün hər şeydən üstündür. Azərbaycanda iqtisadi islahatların həyata keçirilməsi insanların daha da yaxşı yaşamaları məqsədi daşıyır”.
Dövlət başçımızın müvafiq Fərman və Sərəncamlarına uyğun olaraq sözügedən sahədə genişmiqyaslı tədbirlər planı uğurla davam etdirilməkdədir.
Ötən gün Məşğulluq Agentliyinin sədri Mustafa Abbasbəyli mətbuat konfransında bildirib ki, gələcəkdə işəgötürənlərin səhv ehtimalı, işçilərin hüquqlarının pozulması minimuma endiriləcək: “Bundan sonra “Əmək və Məşğulluq” altsisteminə daxil olan bütün vakansiyaların hər birini sistemdə görə biləcəyik. İş axtaran özü haqqında bütün məlumatları qeyd edəcək, işə götürənlər də ona lazım olan bütün kriteriyaları daxil edəcək. Bundan sonra insan amili olmadan iş axtaranlar şəffaf şəkildə istədikləri işi tapa biləcəklər. “Əmək və məşğulluq” altsistemi vasitəsilə 100 minə yaxın vakansiya real vaxt rejimində toplanacaq və bu, bizə imkan verəcək ki, işsiz şəxslər işlə təmin olunsunlar”.
“Bu proses mərhələli şəkildə həyata keçiriləcək. Düşünürük ki, ilk mərhələdə müqavilələrin, əmrlərin elektron formalaşması, əmrlərin reyestri, müqavilələrin reyestri, vakansiya bankının elektron formalaşdırılması, vakansiyanın aktiv və passiv etmə funksiyalarını tətbiq edək. Sistem vasitəsilə gələcəkdə işəgötürənlərin səhv ehtimalı, işçilərin hüquqlarının pozulması minimuma endiriləcək”-, deyə sədr qeyd edib.
Bu sistem vasitəsilə gələcəkdə işəgötürənlərin səhv ehtimalı, işçilərin hüquqlarının pozulması minimuma endiriləcək. Əmək bazarının bütün meyilləri formalaşacaq. M.Abbasbəyli virtual peşə hazırlığı mərkəzinin yaradıldığını da qeyd edib. O deyib ki, insanlar hər hansı yerə getmədən peşə seçə biləcəklər.
Mövzu ilə bağlı “Yeni Azərbaycan”a danışan hüquqşünas Çingiz Qənizadə bildirib ki, məşğulluqla bağlı yeni sistemin yaradılması olduqca təqdirəlayiqdir: “Son dövrlər işə götürülmə ilə bağlı vətəndaşları çoxsaylı şəkildə aldadanlar ortaya çıxıblar. Vətəndaşlar hər hansı bir elektron sistemdən istifadə etmədən dələduzların vədlərinə inanırlar və sonra da müəyyən problemlər yaşayırlar. Elə bir neçə gün öncə mətbuatda dövlət qurumu adından 200-ə yaxın vətəndaşın aldadılması faktı ictimailəşdi və bu şəxslər həbs edildilər. Amma məşğulluqda yeni bir sistemin yaradılması, şəffaflığın təmin edilməsi həm işəgötürənin, həm də işəgötürülən haqqında məlumatların yerləşdirilməsi zamanı vətəndaşlarımız artıq bu cür dələduzların sözlərinə inanmayacaq, bu sistemə daxil olmaqla hansı sahələrdə boş yerlərin olması və sənədlərin necə verilməsi ilə bağlı məlumatlara sahib olacaqlar, bundan yararlanacaqlar”.
“Mövcud olan bəzi qaranlıq məqamlara son qoyulacaq, vətəndaşlar istədikləri yerə öz sənədlərini verəcəklər. Hesab edirəm ki, yeni texnologiyadan istifadə vətəndaşlarımızın məşğulluqla bağlı problemlərinin həllində şəffaflığı təmin edəcək”, - deyə Ç.Qənizadə fikirlərinə əlavə edib.
Xəbər lenti
Hamısına baxDünya
14 İyul 08:47
Dünya
14 İyul 08:12
Dünya
14 İyul 07:50
Dünya
14 İyul 07:38
Elm
13 İyul 23:31
Dünya
13 İyul 23:08
İqtisadiyyat
13 İyul 22:57
Dünya
13 İyul 22:20
Dünya
13 İyul 21:49
Siyasət
13 İyul 21:39
Dünya
13 İyul 21:23
İqtisadiyyat
13 İyul 20:45
Dünya
13 İyul 20:32
Dünya
13 İyul 20:17
Gündəm
13 İyul 19:55
Siyasət
13 İyul 19:50
Dünya
13 İyul 19:24
Sosial
13 İyul 19:10
Siyasət
13 İyul 18:15
Sosial
13 İyul 18:14
YAP xəbərləri
13 İyul 17:35
İqtisadiyyat
13 İyul 17:25
İqtisadiyyat
13 İyul 17:12
Dünya
13 İyul 16:49
Siyasət
13 İyul 15:43
Siyasət
13 İyul 15:42
Siyasət
13 İyul 15:41
YAP xəbərləri
13 İyul 15:35
Elm
13 İyul 14:33
Sosial
13 İyul 14:32
Sosial
13 İyul 14:20
Elm
13 İyul 13:35
Siyasət
13 İyul 12:54
Sosial
13 İyul 12:34
YAP xəbərləri
13 İyul 12:16
Gündəm
13 İyul 11:14
Sosial
13 İyul 11:13
Siyasət
13 İyul 11:13
Dünya
13 İyul 11:10
Dünya
13 İyul 10:59
Dünya
13 İyul 10:23
Siyasət
13 İyul 10:19
Siyasət
13 İyul 10:18
Siyasət
13 İyul 10:18
Dünya
13 İyul 09:45
Siyasət
13 İyul 09:38
Siyasət
13 İyul 09:37
Siyasət
13 İyul 09:36
Dünya
13 İyul 09:17
Sosial
13 İyul 08:53
Dünya
13 İyul 08:29
Dünya
12 İyul 23:26
Dünya
12 İyul 22:34
Dünya
12 İyul 21:20
Maraqlı
12 İyul 20:17
Dünya
12 İyul 19:20
Dünya
12 İyul 18:39
Dünya
12 İyul 17:28
Dünya
12 İyul 16:42
Xəbər lenti
12 İyul 15:31
Dünya
12 İyul 14:20
Dünya
12 İyul 13:19
Dünya
12 İyul 12:35
Dünya
12 İyul 11:16
Dünya
12 İyul 10:28
Dünya
12 İyul 10:06
İdman
12 İyul 09:56
İdman
12 İyul 09:33
Dünya
12 İyul 08:52
Elm
12 İyul 08:30

