Qanunun təsdiqlənməsi...
07.07.2022 [10:06]
Yerli qızıl istehsalına müsbət təsir edəcək
Azad olunmuş ərazilərdə qızıl yataqlarının istismarı dövlət gəlirlərini artıracaq
N.BAYRAMLI
Prezident İlham Əliyev iyulun 5-də “Gədəbəy, Qoşa, Ordubad qrupu (Piyazbaşı, Ağyurd, Şəkərdərə, Kələki), Söyüdlü, Qızılbulaq və Vejnəli perspektiv qızıl filiz yataqlarının kəşfiyyatı, işlənməsi və hasilatın pay bölgüsü haqqında “Azərqızıl” Dövlət Şirkəti ilə ABŞ-ın “R.V. Investment Group Services” şirkəti arasında bağlanmış Sazişdə Dəyişiklik” sənədinin qəbul və təsdiq edilməsi, həyata keçirilməsinə icazə verilməsi barədə qanunu təsdiqləyib. Dəyişiklik onun qüvvəyə minməsindən irəli gələn bütün hüquqi nəticələri ilə Sazişin ayrılmaz hissəsidir.
Yeni qanun qüvvəyə mindikdən sonra Hökumət təminatı Qanun olur. Sazişdə konkret surətdə başqa hallar göstərilməyibsə, Hökumət təminatı Sazişin qüvvədə olduğu müddət ərzində Hökumət təminatına uyğun gəlməyən və ya zidd olan Azərbaycan Respublikasının hər hansı başqa mövcud və ya qəbul oluna biləcək qanunlarının, fərmanlarının, yaxud inzibati sərəncamlarının (və ya onların hissələrinin) müddəalarından üstün tutulur. Eləcə də, qanun qüvvəyə mindikdən sonra Podratçının (və ya onun hüquq varislərinin) Hökumət təminatı üzrə əldə etdiyi hüquqlar və mənafelər Podratçının qabaqcadan razılığı olmadan dəyişdirilə, düzəldilə və ya azaldıla bilməz.
Qanunda diqqət çəkən əsas məqamlardan biri işğaldan azad edilmiş ərazilərimizdəki qızıl yataqlarının işlənməsi ilə əlaqədardır. Məsələ ilə bağlı Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vüqar Bayramov qəzetimizə açıqlamasında bildirib ki, işğaldan azad olunmuş ərazilərimizdə qızıl yataqlarının işlənməsi bütövlükdə Azərbaycan iqtisadiyyatının, o cümlədən sənayenin inkişafı baxımından vacibdir. Onun sözlərinə görə, həmin ərazilərin uzun müddət işğal altında qaldığını nəzərə alsaq, bu müddətdə qızıl, filiz yataqları Ermənistan hakimiyyətinə yaxın şirkətlər tərəfindən beynəlxalq qanunlara zidd olaraq istismar edilmişdi: “Bu da Azərbaycanın təbii ehtiyatlarının bir hissəsinin beynəlxalq hüquqa zidd olaraq işğalçı ölkə tərəfindən mənimsənilməsinə gətirib çıxarmışdı. Artıq Azərbaycan ərazilərini azad edib. Bu da imkan verir ki, həmin ərazilərdəki qızıl və filiz yataqlarını? istismarı həyata keçirilsin. Yataqların istismarının həyata keçirilməsi Azərbaycanın dövlət gəlirlərinə müsbət təsir edəcək”.
Millət vəkilinin fikrincə, bu proses imkan verəcək ki, bir tərəfdən Azərbaycan qızıl ehtiyatlarını artıra bilsin, digər tərəfdən qızıl bazarına yerli məhsullar çıxarılsın: “Hazırda Azərbaycan qızıla olan tələbatın böyük hissəsini idxal hesabına ödəyir. Yerli istehsalın artması isə idxaldan asılılığın aradan qaldırılmasına təsir edəcək. Eyni zamanda, ölkəmizin qızıl ehtiyatının artırılması da önəmlidir”. V.Bayramov onu da qeyd edib ki, hazırkı mürəkkəb qlobal proseslər fonunda qızıl ehtiyatlarımızın artırılması geoiqtisadi və geosiyasi mövqeyimizin daha da möhkəmləndirilməsinə imkan yaradacaq”.
Xəbər lenti
Hamısına baxİqtisadiyyat
17 May 21:20
Xəbər lenti
17 May 20:12
Siyasət
17 May 20:09
Dünya
17 May 19:36
Gündəm
17 May 18:58
Sosial
17 May 18:42
Siyasət
17 May 18:37
Gündəm
17 May 18:35
Dünya
17 May 18:17
Gündəm
17 May 17:59
Siyasət
17 May 17:39
Siyasət
17 May 17:36
Dünya
17 May 17:31
Siyasət
17 May 16:39
Siyasət
17 May 16:38
Dünya
17 May 16:25
Siyasət
17 May 15:55
Dünya
17 May 15:38
Dünya
17 May 14:19
Siyasət
17 May 14:17
Siyasət
17 May 13:38
Sosial
17 May 13:25
Dünya
17 May 12:40
Dünya
17 May 12:19
Gündəm
17 May 12:05
Gündəm
17 May 11:45
Gündəm
17 May 11:41
Dünya
17 May 11:28
Gündəm
17 May 11:25
Dünya
17 May 11:10
İdman
17 May 10:45
Gündəm
17 May 10:35
Dünya
17 May 10:31
Siyasət
17 May 09:57
Dünya
17 May 09:54
Dünya
17 May 09:20
Dünya
17 May 08:42
Dünya
17 May 07:25
Siyasət
17 May 07:19
Siyasət
17 May 07:18
Siyasət
17 May 07:18
Siyasət
17 May 07:17
Siyasət
17 May 07:16
Elm
17 May 07:15
Dünya
16 May 23:17
Sosial
16 May 22:23
Sosial
16 May 21:54
Dünya
16 May 21:40
Dünya
16 May 20:29
Dünya
16 May 19:16
Dünya
16 May 18:33
Sosial
16 May 17:22
Sosial
16 May 16:48
Siyasət
16 May 15:50
Sosial
16 May 14:27
Gündəm
16 May 13:05
Gündəm
16 May 12:21
Gündəm
16 May 11:59
Siyasət
16 May 11:36
İqtisadiyyat
16 May 11:14
Sosial
16 May 10:53
Analitik
16 May 10:30
Analitik
16 May 10:17
Ədəbiyyat
16 May 09:58
Analitik
16 May 09:31
Sosial
16 May 09:15
Ədəbiyyat
16 May 08:50
Ədəbiyyat
16 May 08:33
Dünya
15 May 23:35
Dünya
15 May 23:17

