Şəfəqlə başlayan həyat...
16.05.2026 [09:15]
İşığın həyatımızdakı rolu
Səhərin ilk şəfəqləri pəncərədən içəri süzüləndə sanki həyat yenidən başlayır. Günəş işığı insanın ruhuna toxunur, ümid oyadır və həyatın ritmini müəyyənləşdirir. İşıqsız nə həyat, nə rənglər, nə də zaman anlayışı mövcud olardı. Ümumiyyətlə, təbiətdə hər şey işıqla nəfəs alır. Ağacların yarpaqları günəşdən güc alır, çiçəklər işığa tərəf boylanır, insanlar isə işığın verdiyi enerji ilə yaşayır. Məhz buna görə qədim zamanlardan işıq müqəddəs sayılıb, həyatın və xeyirin simvolu hesab olunub.
İşıq insan sağlamlığında da mühüm rol oynayır. Günəş şüaları bədənimizə D vitamini verir, əhval-ruhiyyəmizi yüksəldir və bizi daha enerjili edir. Qaranlıq və tutqun günlərdə insanların özünü yorğun və kədərli hiss etməsi təsadüfi deyil. Çünki işıq yalnız gözlərimizi deyil, qəlbimizi də isidir.
2017-ci ildə UNESCO mayın 16-nı Beynəlxalq İşıq Günü elan edib. Həmin il 147 ölkədə elmin, mədəniyyətin, sənətin, tibbin, eləcə də gündəlik həyatda işıq roluna həsr olunmuş 13 mindən çox tədbir təşkil edildi. Günün keçirilməsində əsas məqsəd - işığın insan həyatında, bəşəriyyətdə əvəzsiz rolunu yada salmaqdır.
Bayramın tarixi isə fizik və mühəndis T.Mayman tərəfindən 1960-cı ildə dünyada ilk dəfə lazerin uğurla nümayiş etdirildiyi 16 may tarixi seçilib. Məhz müxtəlif ölkələrin, qitələrin fizika cəmiyyətləri, elmi-tədqiqat institutları və təhsil müəssisələri Beynəlxalq İşıq Günü çərçivəsində tədbirlərin təşkili və keçirilməsi, həmçinin qarşıya qoyulan vəzifələrlə bağlı məsələlərə baxılması və həll edilməsi ilə məşğul olan əlaqələndirmə şurasını yaradıblar.
İşıq texnologiyalarının sənaye və kənd təsərrüfatında, səhiyyədə, mədəniyyət və məişətə qədər hər sahədə tətbiqi geniş imkanlar yaradır. Bununla belə süni işığın, xüsusilə smartfonlar və kompüterlərin ekranlarından gələn işığın dəriyə zərərləri və faydaları son illərin mübahisə yaradan mövzularındandır.
Süni işığın orqanizmə təsirləri...
Görülə bilən işıq, gözümüzdə bir reaksiya yaradan işıq enerjisidir və bu 390-789nm ölçüsündə olan işıq dalğalarıdır. Təbii ki, dalğa ölçüsü uzandıqca zərərli təsirləri azalmaqdadır. Mütəxəssislər, 390-440 nm olan mavi işıq dalğalarının insan gözünə zərər verə biləcəyini düşünürlər.
İnsan dərisinin mavi işığa ehtiyacı var
Aparılan araşdırmalara görə, mavi işıq bədən hormonlarını tənzimləyərək bioloji ritmi normaya salır. Yeni doğulan uşaqlarda müşahidə edilən sarılıq olaraq bilinən qaraciyərin aktiv hala gəlməsi və bilirubin səviyyəsinin tənzimlənməsi üçün körpələr mavi işıqla müalicə edilir. Əksər kosmetoloqlar, dermatoloqlar sızanaqların müalicəsində mavi işıqdan istifadə edirlər.
Bədənin aktiv hala gəlməsində mavi işığın rolu böyükdür. Xüsusilə insanlarda görülən D vitamini əksikliyi, günəşin ultrabənövşəyi və mavi dalğa boyundakı işıqlar vasitəsilə bədən tərəfindən təmin edilir. Bu baxımdan insan dərisinin mavi rəngə ehtiyacı var.
Zərərləri də var...
Bununla yanaşı, mavi işığın zərərləri də mövcuddur. Belə ki, dəridə problemlərə yol aça bilər. Bunun üçün də günəş şüalarından qorunmaq üçün kosmetoloqlar günəş kremindən istifadə etməyi tövsiyə edirlər.
Qadcetlərin mavi işığı istənilən dəriyə zərər verir. Melatonin istehsalına maneə törədir, nəticədə insan kifayət qədər yuxuya gedə bilmir və özünü yaxşı hiss etmir. Buna görə insan sağlamlığı üçün bir çox tövsiyələr arasında yatmadan bir neçə saat əvvəl telefon və digər cihazları bir neçə saat kənarda qoymaq məsləhət bilinir.
Böyük dozalarda görünən mavi işıq dəri üçün mənfi amil ola bilər. Eyni zamanda, eyni mavi işıq və ultrabənövşəyi şüalar dəri xəstəliklərinin müalicəsində istifadə olunan fototerapiyanın bir hissəsidir. Mavi işıq dəri ilə yanaşı göz üçün də zərərli ola bilər. Bu səbəbdən mütəxəssislər elektronik əşyalara baxarkən xüsusi eynəklərdən istifadəni tövsiyə edirlər.
Ağ işıq verən lampaların orqanizmə zərərləri
Ətrafa ağ işıq verən qənaətcil lampaların insan orqanizminə ziyanlı olduğu bildirilir. Belə ki, dünya alimləri elektrik enerjisinə qənaət edən luminiset (süd lampası və ya neon da deyilir) lampalarının 1 metrdən az məsafədə elektromaqnit çirklənmə ilə insan həyatı üçün təhlükə yaratdığını iddia edirlər. Mütəxəssislər belə lampalardan ən azı 1 metrlik məsafədə olmağı məsləhət görürlər.
Aparılan araşdırmalar nəticəsində məlum olub ki, bu lampaların yaydığı B və C şüaları üz dərisi və gözlər üçün zərərlidir. 1 metrdən daha az məsafədə isıq verəndə luminiset lampaları elektromaqnit çirklənmə yaradır və bunun insan üçün böyük ziyanı var.
Araşdırmalar onu da sübut edib ki, luminiset lampalarının ən zərərli cəhəti titrəmə effektinin olmasıdır. Hansı ki, bunun da nəticəsində gözlər yorulur. Həmin lampaların istifadəsi zamanı rənglər təhrif olunur. Təəssüf ki, dünyada işıq çirklənməsinin qarşısını alan real proqramlar geniş yayılmayıb. Halbuki işıq həyatın özüdür. Harada işıq varsa, orada ümid, inkişaf və həyat var. Buna görə də insanlıq əsrlər boyu işığı qorumağa, artırmağa və onun gücündən faydalanmağa çalışıb. Çünki işıq yalnız ətrafımızı deyil, gələcəyimizi də aydınlaşdırır.
Yeganə BAYRAMOVA
Xəbər lenti
Hamısına baxSosial
16 May 09:15
Ədəbiyyat
16 May 08:50
Ədəbiyyat
16 May 08:33
Dünya
15 May 23:35
Dünya
15 May 23:17
Gündəm
15 May 23:14
Sosial
15 May 22:40
Mədəniyyət
15 May 22:31
Dünya
15 May 22:18
Elm
15 May 21:56
Sosial
15 May 21:23
Sosial
15 May 21:10
Dünya
15 May 20:45
İqtisadiyyat
15 May 20:32
Dünya
15 May 20:19
Sosial
15 May 19:53
Sosial
15 May 19:30
Dünya
15 May 19:17
Ədəbiyyat
15 May 18:55
Dünya
15 May 18:45
Sosial
15 May 18:10
Sosial
15 May 17:55
Gündəm
15 May 17:48
Dünya
15 May 17:34
Dünya
15 May 16:58
Dünya
15 May 16:26
Sosial
15 May 16:14
Sosial
15 May 16:04
Siyasət
15 May 16:03
Siyasət
15 May 16:02
Dünya
15 May 15:50
Gündəm
15 May 15:45
Siyasət
15 May 15:40
Mədəniyyət
15 May 15:39
Dünya
15 May 15:19
YAP xəbərləri
15 May 15:15
YAP xəbərləri
15 May 15:05
Dünya
15 May 14:46
Gündəm
15 May 14:30
Dünya
15 May 14:22
Elanlar
15 May 13:57
Sosial
15 May 13:55
Dünya
15 May 13:51
Dünya
15 May 13:47
Mədəniyyət
15 May 13:46
Xəbər lenti
15 May 13:42
Dünya
15 May 13:17
Gündəm
15 May 12:42
Sosial
15 May 12:41
Sosial
15 May 12:41
Sosial
15 May 12:27
Sosial
15 May 12:19
YAP xəbərləri
15 May 11:54
Gündəm
15 May 11:35
Gündəm
15 May 11:17
Siyasət
15 May 10:59
Sosial
15 May 10:49
İqtisadiyyat
15 May 10:48
Elm
15 May 10:48
Gündəm
15 May 10:30
İqtisadiyyat
15 May 10:16
Gündəm
15 May 09:54
Analitik
15 May 09:32
İqtisadiyyat
15 May 09:17
Dünya
15 May 08:42
Ədəbiyyat
15 May 08:33
Dünya
15 May 07:57
Dünya
15 May 07:54
Analitik
15 May 07:50
Sosial
15 May 07:50

