Ərzaq böhranı qapıda: Dünyanı nə gözləyir?
08.07.2022 [10:08]
Azərbaycanda mövcud durum necədir?
Yeganə
BMT Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) Baş iqtisadçısı Maksimo Torero bildirib ki, Ukraynadakı vəziyyətə görə dünyada təxminən 40 milyon insan qida çatışmazlığı problemi ilə üzləşəcək. Onun sözlərinə görə, 2023-cü ildə 70 milyondan çox insan aclıq problemi ilə üzləşə bilər: “Aqrar-sənaye sektoru hazırda ciddi qeyri-müəyyənlik vəziyyətindədir. Əgər Ukraynadakı vəziyyətin təsirini proqnozlaşdırsaq, o zaman 2022-ci ildə xroniki qida çatışmazlığı ilə üzləşən ən azı 40 milyon insan olacaq”.
“Bloomberg”in yazarı Amanda Littl də bildirib ki, ABŞ-da artan aclıq epidemiyası müvəqqəti problemdən davamlı reallığa çevrilir. Onun sözlərinə görə, 2021-ci ildə hər altı amerikalıdan biri ərzaq banklarına kömək üçün müraciət edib:
“Bu, 2019-cu ildəki 40 milyon insan sayı ilə müqayisədə 53 milyon nəfər deməkdir. Pandemiyanın səngiməkdə olmasına baxmayaraq, ABŞ-da ac insanların sayı artmaqda davam edir”.
Qeyd edək ki, Amerik Birləşmiş Ştatları (ABŞ) dövlət katibi Entoni Blinken və Pakistanın xarici işlər naziri Biləval Bhutto Zərdari də dünyadakı ərzaq böhranı ilə bağlı məsələni müzakirə ediblər. Baş diplomatlar iqtisadi sabitlik, iqlim və səhiyyə sahələrində ikitərəfli əməkdaşlığı gücləndirmək haqqında danışıblar.
Göründüyü kimi qida çatışmazlığı və ərzaq böhranı ilə əlaqədar məsələ beynəlxalq təşkilatların və dövlətlərarası münasibətlərin gündəmindədir. Dövlətlər nə üçün bu məsələni diplomatik təmaslar çərçivəsində müzakirə edirlər? Bunu həyəcan siqnalı kimi dəyərləndirmək olarmı?
Sualımızı cavablandıran iqtisadçı Fuad İbrahimov “Yeni Azərbaycan”a açıqlamasında söyləyib ki, bütün dünyada ərzaq böhranının olma ehtimalı çox yüksəkdir və bunun üçün müəyyən səbəblər var: “BMT-nin “Ərzaq təhlükəsizliyi” proqramı ilə bağlı bülletenlərinə diqqət yetirsək görərik ki, son 10 ildə ərzaq məhsullarının qiymətində dinamik artım var. Bu proses getdiyi zaman paralel olaraq iqlim dəyişikliyi öz rolunu oynayır və getdikcə ərzaq istehsalında məhdudiyyətlərin yaranma dinamikası artır. Yəni qarşılıqlı ziddiyyət bir-birini dəstəkləyir. Bundan başqa, dünya iqtisadiyyatı, bütün bəşəriyyət pandemiya ilə üzləşdi və makroiqtisadiyyat bir təlatümlə qarşılaşdı. Bununla da bütün dünyada makroiqtisadi tarazlıq pozuldu. Belə olan bir vəziyyətdə əlbəttə ki, ərzaq sektoruna kifayət qədər ziyan vuruldu.
Məlumdur ki, son zamanlar Rusiya-Ukrayna arasında münaqişə baş verir. Rusiyaya qarşı tətbiq olunan sanksiyalar da ərzaq böhranına səbəb olan amillər sırasındadır. Bəllidir ki, Rusiya bitki yağlarının ixracında kifayət qədər çəkisi olan bir dövlətdir. Bu qəbildən olan digər məhsullar, istər taxıl, istərsə də bitki yağı trasifikasiya olunan məhsullardan istehsal olunur. İndi isə bunların hamısının bazarda olmaması panika yaradır. Ancaq bu panikanı yersiz hesab etmək olmaz. Həqiqətən də dünya bazarında ərzaq qıtlığının yaranması istisna olunmur”.
Ölkəmizdəki vəziyyətə gəlincə, iqtisadçı qeyd edib ki, hökumət tərəfindən bununla bağlı kifayət qədər qərarlar verilib, hansısa bir fors-majorun yaranmaması üçün Nazirlər Kabineti səviyyəsində müəyyən tədbirlər görülüb: “Yəni Azərbaycan digər dövlətlərə baxanda öz səfərbərliyini əldə edib və hazırlığını görüb. Lakin dünyada ərzaq böhranının olması gündəmdədir. Bu durum ən azı mövcud proseslər dayanana qədər davam edəcək”.
Xəbər lenti
Hamısına baxİqtisadiyyat
17 May 21:20
Xəbər lenti
17 May 20:12
Siyasət
17 May 20:09
Dünya
17 May 19:36
Gündəm
17 May 18:58
Sosial
17 May 18:42
Siyasət
17 May 18:37
Gündəm
17 May 18:35
Dünya
17 May 18:17
Gündəm
17 May 17:59
Siyasət
17 May 17:39
Siyasət
17 May 17:36
Dünya
17 May 17:31
Siyasət
17 May 16:39
Siyasət
17 May 16:38
Dünya
17 May 16:25
Siyasət
17 May 15:55
Dünya
17 May 15:38
Dünya
17 May 14:19
Siyasət
17 May 14:17
Siyasət
17 May 13:38
Sosial
17 May 13:25
Dünya
17 May 12:40
Dünya
17 May 12:19
Gündəm
17 May 12:05
Gündəm
17 May 11:45
Gündəm
17 May 11:41
Dünya
17 May 11:28
Gündəm
17 May 11:25
Dünya
17 May 11:10
İdman
17 May 10:45
Gündəm
17 May 10:35
Dünya
17 May 10:31
Siyasət
17 May 09:57
Dünya
17 May 09:54
Dünya
17 May 09:20
Dünya
17 May 08:42
Dünya
17 May 07:25
Siyasət
17 May 07:19
Siyasət
17 May 07:18
Siyasət
17 May 07:18
Siyasət
17 May 07:17
Siyasət
17 May 07:16
Elm
17 May 07:15
Dünya
16 May 23:17
Sosial
16 May 22:23
Sosial
16 May 21:54
Dünya
16 May 21:40
Dünya
16 May 20:29
Dünya
16 May 19:16
Dünya
16 May 18:33
Sosial
16 May 17:22
Sosial
16 May 16:48
Siyasət
16 May 15:50
Sosial
16 May 14:27
Gündəm
16 May 13:05
Gündəm
16 May 12:21
Gündəm
16 May 11:59
Siyasət
16 May 11:36
İqtisadiyyat
16 May 11:14
Sosial
16 May 10:53
Analitik
16 May 10:30
Analitik
16 May 10:17
Ədəbiyyat
16 May 09:58
Analitik
16 May 09:31
Sosial
16 May 09:15
Ədəbiyyat
16 May 08:50
Ədəbiyyat
16 May 08:33
Dünya
15 May 23:35
Dünya
15 May 23:17

