Bol və keyfiyyətli məhsul üçün...
20.08.2022 [10:10]
Yaxşı, məhsuldar toxumlar seçilməlidir
MÜBARİZ
Toxumçuluq məhsul istehsalı zəncirində çox mühüm halqalardan birini təşkil edir. Mövsüm vaxtı torpağa səpilən yüksək reproduksiyalı toxum sahələrindən bol və keyfiyyətli məhsul götürülməsi deməkdir. Dünya miqyasında artan geosiyasi gərginliklər fonunda özünün ərzaq təhlükəsizliyini sırf yerli istehsal hesabına möhkəmlətməyi hədəfləyən respublikamızda da son illərdə toxumçuluğun inkişafı, bu sahədə qabaqcıl ölkələrin təcrübəsinin öyrənilməsi, məhsuldar toxum sortlarının yetişdirilməsi, həmçinin xaricdən keyfiyyətli toxumların idxalı diqqət mərkəzində saxlanılır. Bu sahənin inkişafını təmin etmək məqsədilə son illərdə respublikanın 5 bölgəsində müasir tipli toxum emalı müəssisələri yaradılaraq fermerlərə xidmət göstərilməsi təmin edilib. Eyni zamanda, toxumçuluq üzrə təcrübə təsərrüfatlarının maddi-texniki bazası ən müasir avadanlıqlarla təchiz olunub. Bu sahədə fəaliyyətin səmərəli təşkili kənd təsərrüfatı bitkilərinin məhsuldarlığının və keyfiyyətinin yüksəldilməsinə əhəmiyyətli dərəcədə müsbət təsir göstərir.
Saatda 5 ton toxum emalı imkanı
Kənd təsərrüfatı bitkilərinin becərilməsində yeni yaradılan sortlardan və sertifikatlı toxumlardan istifadə edilməsi məhsuldarlığı 20-30 faiz artırır. “Cari il ərzində Dövlət Toxum Fondunun aqronom və mütəxəssisləri tərəfindən toxumluq sahələrdə aparılan monitorinqin nəticəsinə görə, bu il fermerlər yüksək məhsul əldə ediblər. Xatırladım ki, ötən il Dövlət Toxum Fondu tərəfindən ölkəmizə 340 ton elit buğda toxumu idxal olunub. Fermer və təsərrüfat sahibləri tərəfindən alınan buğda toxumları ölkənin müxtəlif regionlarında əkilib. Bu ilin yanvar ayından başlayaraq fond tərəfindən Şabran, Xaçmaz, Şəki, Ağcabədi, Qobustan, Füzuli, Beyləqan, Göygöl, Tovuz və Gədəbəy rayonlarında toxumluq sahələrə baxış keçirilib, fermer və təsərrüfat sahibləri ilə söhbətlər aparılıb, aqrotexniki qulluqlarla bağlı bir sıra tövsyyələr verilib”.
Bu barədə “Yeni Azərbaycan”a Dövlət Toxum Fondunun (DTF) sədri Sərxan Sərxanov bildirib. O deyib ki, ölkədə ərzaq təhlükəsizliyini təmin etmək məqsədilə və yüksək reproduksiyalı toxumlara olan tələbatı nəzərə alaraq, toxumçuluq üçün nəzərdə tutulan elit toxumlarının gətirilməsi Dövlət Toxum Fondu tərəfindən bu il də davam etdirilir. Cari ilin sonunadək ölkəmizə fond tərəfindən 1200 ton elit buğda toxumunun idxalı planlaşdırılır.
S.Sərxanov bildirib ki, aqrar sahənin inkişafı üçün Kənd Təsərrüfatı Nazirliyi tərəfindən sistemli dəstək tədbirləri həyata keçirilir. “Hazırda Dövlət Toxum Fondunun Qobustan, Xaçmaz, Şəki, Ağcabədi və Tovuz rayonlarında fəaliyyət göstərən toxum emalı müəssisələrinin istehsal gücü saatda 5 tondur. Burada toxumların saxlanılması, təmizlənməsi, dərmanlanması, qablaşdırılması prosesləri həyata keçirilir və fermerlər yüksək kondisiyalı toxumlarla təmin edilirlər. Bu il 13 min tona yaxın toxum materialının emal olunması üçün müqavilələr bağlanıb. Artıq emal prosesinin 50 faizi tamamlanıb”, - deyə qurum rəsmisi vurğulayıb.
S.Sərxanov, həmçinin əlavə edib ki, Dövlət Toxum Fondu tərəfindən cari il ərzində fermerlərin maarifləndirilməsi istiqamətində müxtəlif təlim-seminarlar təşkil edilib. Bu ilin sonuna kimi də bölgələrdə maarifləndirici tədbirlərin keçirilməsi nəzərdə tutulub.
Toxum sərgi-satış yarmarkaları
Avqustun 18-də Kənd Təsərrüfatı Nazirliyinin təşkilatçılığı ilə Şəki şəhərində respublika toxum sərgi-satış yarmarkası öz işinə başlayıb. Bu barədə “Yeni Azərbaycan”a Kənd Təsərrüfatı Nazirliyindən məlumat verilib. Bildirilir ki, yarmarkanın keçirilməsində məqsəd yerli toxum bazarının formalaşması, payızlıq əkinlər ərəfəsində yerli toxuma olan tələbatın ödənilməsi, toxum istehsalçıları ilə fermerlər arasında birbaşa münasibətlərin qurulmasına köməklik etməkdir.
Yarmarkaya Aqrar Xidmətlər Agentliyi (AXA), Dövlət Toxum Fondu, Aqrar Kredit və İnkişaf Agentliyi (AKİA), “Aqroservis” ASC, Aqrar Sığorta Fondu (ASF), Azərbaycan Toxumçular Assosiasiyası, yerli toxum istehsalçıları, elmi-tədqiqat institutları, iri toxum istehsalı və satışı ilə məşğul olan şirkətlər, fermerlər qatılıblar.
Sərgi-satış yarmarkasının açılışına qatılan kənd təsərrüfatı naziri İnam Kərimov belə tədbirlərin keçirilməsinin önəminə diqqət çəkib. Qurum rəsmisi bildirib ki, toxum istehsalı üzrə respublikanın torpaq iqlim zonalarını, həmçinin toxum istehsalçılarının, fermerlərin yarmarkaya maraqlarını və istəklərini nəzərə alaraq əvvəlki ildən fərqli olaraq toxum sərgi yarmarkası bu il Şəki ilə yanaşı, İsmayıllı, Quba, Ağcabədi, Sabirabad, Cəlilabad, Hacıqabul və digər rayonlarda da təşkil ediləcək.
Yarmarka çərçivəsində keçirilən görüşlərdə fermerlərə əkin materialı kimi yalnız sertifikatlı toxumdan istifadə etmək, toxum seçimi zamanı torpaq-iqlim xüsusiyyətlərini nəzərə almaq, istehsal prosesində aqrotexniki qulluq qaydalarına tam şəkildə riayət etmək tövsiyə olunub. Bildirilib ki, mövcud torpaq və su ehtiyatları fonunda taxılçılıqda orta məhsuldarlığın artırılması yerli şəraitə uyğun toxum seçimindən və düzgün aqrotexniki qulluqdan asılıdır. Söhbət zamanı toxumçuların və fermerlərin səsləndirdikləri təkliflər qeydə alınıb, müraciətlərin icrası üçün tapşırıqlar verilib.
Sərgidə dənli (arpa, buğda), həmçinin tərəvəz bitki sortları və toxumları nümayiş etdirilib. Sərgi çərçivəsində fermerlərə sertifikatlı toxumun əldə olunması, sortların regionların torpaq-iqlim xüsusiyyətlərinə uyğun düzgün seçilməsi, toxumların təmizlənməsi, kondisiyaya çatdırılması barədə məlumat verilib və informasiya materialları təqdim olunub. Fermerlərə məlumat verilib ki, növbəti satış-sərgi yarmarkası İsmayıllıda təşkil olunacaq.
Xəbər lenti
Hamısına baxXəbər lenti
17 May 20:12
Siyasət
17 May 20:09
Dünya
17 May 19:36
Gündəm
17 May 18:58
Sosial
17 May 18:42
Siyasət
17 May 18:37
Gündəm
17 May 18:35
Dünya
17 May 18:17
Gündəm
17 May 17:59
Siyasət
17 May 17:39
Siyasət
17 May 17:36
Dünya
17 May 17:31
Siyasət
17 May 16:39
Siyasət
17 May 16:38
Dünya
17 May 16:25
Siyasət
17 May 15:55
Dünya
17 May 15:38
Dünya
17 May 14:19
Siyasət
17 May 14:17
Siyasət
17 May 13:38
Sosial
17 May 13:25
Dünya
17 May 12:40
Dünya
17 May 12:19
Gündəm
17 May 12:05
Gündəm
17 May 11:45
Gündəm
17 May 11:41
Dünya
17 May 11:28
Gündəm
17 May 11:25
Dünya
17 May 11:10
İdman
17 May 10:45
Gündəm
17 May 10:35
Dünya
17 May 10:31
Siyasət
17 May 09:57
Dünya
17 May 09:54
Dünya
17 May 09:20
Dünya
17 May 08:42
Dünya
17 May 07:25
Siyasət
17 May 07:19
Siyasət
17 May 07:18
Siyasət
17 May 07:18
Siyasət
17 May 07:17
Siyasət
17 May 07:16
Elm
17 May 07:15
Dünya
16 May 23:17
Sosial
16 May 22:23
Sosial
16 May 21:54
Dünya
16 May 21:40
Dünya
16 May 20:29
Dünya
16 May 19:16
Dünya
16 May 18:33
Sosial
16 May 17:22
Sosial
16 May 16:48
Siyasət
16 May 15:50
Sosial
16 May 14:27
Gündəm
16 May 13:05
Gündəm
16 May 12:21
Gündəm
16 May 11:59
Siyasət
16 May 11:36
İqtisadiyyat
16 May 11:14
Sosial
16 May 10:53
Analitik
16 May 10:30
Analitik
16 May 10:17
Ədəbiyyat
16 May 09:58
Analitik
16 May 09:31
Sosial
16 May 09:15
Ədəbiyyat
16 May 08:50
Ədəbiyyat
16 May 08:33
Dünya
15 May 23:35
Dünya
15 May 23:17
Gündəm
15 May 23:14

