Avropanın xilas planı: Ümidlər doğrulacaqmı?
27.08.2022 [07:40]
Mübariz ABDULLAYEV
Təxminən 6 aydır ki, davam edən və sonu görünməyən Rusiya-Ukrayna müharibəsindən ən çox təsirlənən məkanlardan və sahələrdən biri Avrozona və onun enerji sektorudur. Toqquşan geosiyasi maraqlar fonunda təchizatçıların və istehlakçılaın enerji amilindən bir-birlərinə qarşı siyasi təzyiq aləti kimi istifadə etmələri hər iki tərəfin ziyanına işləyir. Avropa İttifaqı (Aİ) ölkələrinin ən böyük neft-qaz təchizatçılarından olan Rusiya ona qarşı tətbiq olunan və karbohidrogen resurslarının satışını da əhatə edən sanksiyalar səbəbindən böyük həcmlərdə enerji gəlirlərini itirir. Rusiya Avropada itirdiyi bazarı digər ünvanlarda, məsələn, Çində, Hindistanda tapmağa çalışır. Bu ölkə köhnə - yeni müştərilərinə neft və qazı daha ucuz satmaq məcburiyyətində qalsa da, artan həcmlər hesabına itkilərini kompensasiya edir. Qoca qitəyə gəldikdə isə...
Qoca qitədə kritik durum
?stehlak tələbinin kəsirlə qarşılandığı Avropada mənzərə fərqlidir. Müharibə başlayanadək gündəlik 5 milyon barel neft ixracatı həyata keçirən Rusiya bu həcmin 70 faizini ABŞ və Avropa bazarlarına ünvanlayırdı. Qoca qitənin neftə olan tələbatının ödənilməsində şimal qonşumuz 25 faiz paya malik idi. Rusiya Avropa üçün həm də ənənəvi olaraq optimal qaz təchizatı mənbəyi sayılırdı. İşlək infrastruktur qurulmuşdu, qiymətlər də əlçatan idi. Statistik məlumatlara görə müharibədən əvvəlki mərhələdə Rusiya Avropa İttifaqı məkanına ildə 150-190 milyard kubmetr qaz ixrac etməklə qoca qitənin təbii qaza olan tələbatının 40%-ə qədərini qarşılayırdı. ?ndi bu ölkədən Aİ məkanına enerji məhsullarının ixracı əhəmiyyətli dərəcədə azalıb.
Bütövlükdə qoca qitənin təbii qaza illik tələbatı təxminən 400 milyard kubmetrə bərabərdir. Bu həcmdə istehlakın 90 faizi idxal hesabına qarşılanır. Yeni reallıqlar şəraitində bu həcmin yarıya qədərini itirmək təhlükəsi və yaxud başqa mənbələrdən əvəzləmək məcburiyyəti qarşısında qalan qoca qitənin ağır durumunu təsəvvür etmək çətin deyil. Digər mənbələrdən enerji məhsullarının tədarükü ilə bağlı danışıqlar aparılsa da, bunun üçün zəruri infrastruktur qurulmalıdır. Uzaq mənbərdən daşıma xərclərinin artması digər bir problemdir.
Avropa Komissiyasının “REPowerEU” planı
Avropa İttifaqının perspektiv hədəfi Rusiyadan qaz asılılığından tam xilas olmaqdır. Bu məqsədlə Avropa Komissiyası “REPowerEU” planını hazırlayıb. Təqdim olunan bu plan enerji keçidi yolu ilə qoca qitənin özünü enerji mənbəyinə çevirmək konseptinə əsaslanır. Plana əsasən Rusiyadan qaz asılılığının aradan qaldırılması 5 istiqamətdə reallaşdırılacaq tədbirlər sayəsində mümkün ola bilər. Bunlardan birincisi enerjiyə qənaətdir. Sənəddə vurğulandığı kimi, orta və uzunmüddətli dövrdə enerji səmərəliliyinin artırılması, o cümlədən yaşayış binalarının isitmə sistemlərinin səmərəliliyinin yüksəldilməsi və qısamüddətli dövrdə əhali və bizneslərin davranışlarını qənaət yönündə dəyişməsi ilə enerji istehlakının azaldılması mümkündür. Plandakı hesablamalara əsasən əhali tərəfindən evlərdə enerjiyə qənaət 2022-ci ildə 15.5 milyard m3 təbii qazı əvəz edə bilər.
Sənəddə enerji mənbələrinin diversifikasiyası mühüm məqsədlərdən biri kimi dəyərləndirilir. Burada Aİ-nin enerji platforması vasitəsilə enerji tələbatının strukturunun müəyyənləşdirilməsi, qaz idxalı, saxlanılması və ötürülməsi infrastrukturunun optimallaşdırlması, ölkələrin tələbatının könüllü əsasda birgə ödənilməsi, etibarlı təchizatçıların tapılması və onlarla uzunmüddətli müqavilələrin imzalanması məsələlərinin əlaqələndirilməsi, LNG ticarəti ilə bağlı məsləhətçi qrupun yaradılmasının aktuallığı önə çəkilib.
“Avropanın xilası planı” kimi səciyyələndirilən sənəddə bərpa olunan enerjiyə sürətli keçidin təmin olunması nəzərdə tutulub. Hesab olunur ki, enerji transformasiyası yanacaq idxalının azalmasına və qiymətlərin aşağı düşməsinə müsbət təsir göstərəcək. Bu məqsədlə hidrogen və biometan istehsalının artırılması, müəyyən kateqoriyalı binalarda Günəş enerjisi panellərinin quraşdırılması, külək enerjisi sektorunun rəqabət qabiliyyətinin artırılması, Günəş, külək və termal enerji texnologiyaları üzrə dəyər zəncirlərinin gücləndirilməsi, icazə sisteminin sadələşdirilməsi və digər tədbirlər nəzərdə tutulur. Plandakı hesablamalara əsasən külək və Günəş enerjisindən istifadənin artırılması 2022-ci ildə 20 milyard kub.m təbii qazı əvəz edə bilər.
Avropa Komissiyasının “REPowerEU” planının digər bir istiqaməti- “ağıllı” investisiyalar istiqaməti kimi dəyərləndirilir. Planın 2027-ci ilədək icrası üçün tələb olunan 210 milyard avro həcmində əlavə invstisiyalar ümumi maraqlara xidmət edən layihələrin tamamlanmasına və tələb olunan yeni infrastrukturun yaradılmasına istiqamətləndirilməlidir. Avropa Komissiyasının nəzərdə tutduğu investisiya layihələrinin siyahısına həmçinin Cənub Qaz Dəhlizinin genişləndirilməsi də daxildir. İnvestisiyaların “ağıllı” yönəldilməsi planlarına həmçinin enerji qiymətlərinin volatilliyinin azaldılmasına, qiymətlərin nəzarətdə saxlanılmasına, aşağı gəlirli əhaliyə və kiçik bizneslərə dəstək üçün vəsaitlərin ayrılması daxildir.
Sənəddə qışa hazırlığın gücləndirilməsi müddəası yer alıb. Bildirlir ki, müəyyən olunmuş müddətədək qaz saxlancı anbarlarının doldurulması təmin edilməli, enerji ötürücü sistemi tam hazır vəziyyətə gətirilməli, Aİ dövlətləri arasında ikitərəfli həmrəylik sazişləri imzalanmalı, və sair tədbirlər reallaşdırılmalıdır. Enerjiyə qənaət rejiminin gücləndirilməsi qışa hazırlıq tədbirləri sırasında mühüm məqsədlərdən biri kimi nəzərdə tutulub.
Xəbər lenti
Hamısına baxDünya
17 May 16:25
Dünya
17 May 15:38
Dünya
17 May 14:19
Sosial
17 May 13:25
Dünya
17 May 12:40
Dünya
17 May 12:19
Gündəm
17 May 12:05
Gündəm
17 May 11:41
Dünya
17 May 11:28
Gündəm
17 May 11:25
Dünya
17 May 11:10
İdman
17 May 10:45
Gündəm
17 May 10:35
Dünya
17 May 10:31
Dünya
17 May 09:54
Dünya
17 May 09:20
Dünya
17 May 08:42
Dünya
17 May 07:25
Siyasət
17 May 07:19
Siyasət
17 May 07:18
Siyasət
17 May 07:18
Siyasət
17 May 07:17
Siyasət
17 May 07:16
Elm
17 May 07:15
Dünya
16 May 23:17
Sosial
16 May 22:23
Sosial
16 May 21:54
Dünya
16 May 21:40
Dünya
16 May 20:29
Dünya
16 May 19:16
Dünya
16 May 18:33
Sosial
16 May 17:22
Sosial
16 May 16:48
Siyasət
16 May 15:50
Sosial
16 May 14:27
Gündəm
16 May 13:05
Gündəm
16 May 12:21
Gündəm
16 May 11:59
Siyasət
16 May 11:36
İqtisadiyyat
16 May 11:14
Sosial
16 May 10:53
Analitik
16 May 10:30
Analitik
16 May 10:17
Ədəbiyyat
16 May 09:58
Analitik
16 May 09:31
Sosial
16 May 09:15
Ədəbiyyat
16 May 08:50
Ədəbiyyat
16 May 08:33
Dünya
15 May 23:35
Dünya
15 May 23:17
Gündəm
15 May 23:14
Sosial
15 May 22:40
Mədəniyyət
15 May 22:31
Dünya
15 May 22:18
Elm
15 May 21:56
Sosial
15 May 21:23
Sosial
15 May 21:10
Dünya
15 May 20:45
İqtisadiyyat
15 May 20:32
Dünya
15 May 20:19
Sosial
15 May 19:53
Sosial
15 May 19:30
Dünya
15 May 19:17
Ədəbiyyat
15 May 18:55
Dünya
15 May 18:45
Sosial
15 May 18:10
Sosial
15 May 17:55
Gündəm
15 May 17:48
Dünya
15 May 17:34
Dünya
15 May 16:58

