Nağd pul mərkəzi yaradılır
22.02.2023 [10:39]
Nicat Dilqəmli
Azərbaycan Mərkəzi Bankı (AMB) iki il ərzində ölkədə yeni “Cash Center” nağd pul mərkəzinin yaradılmasını planlaşdırır. Bunu AMB-nin Nağd pul departamentinin Ekspertiza şöbəsinin rəisi Nəsib Pənahlı “Nağd pul dövriyəsinin təşkili - 2023 seminarı”nda deyib.
O qeyd edib ki, Mərkəzi Bankın əsas yeniliklərindən biri də avadanlıqlara qarşı tələblərin müəyyən edilməsidir: “Yeni yaradılacaq “Cash Center” tam avtomatlaşdırılmış nağd pul mərkəzi olacaq”.
Tam avtomatlaşdırılmış nağd pul mərkəzlərinin üstünlükləri nələrdir? Yeni layihənin hansı müsbət nəticələr verəcəyi ehtimal edilir?
AMB tərəfindən yeni tam avtomatlaşdırılmış nağd pul mərkəzlərinin yardılması barədə fikirlərini “Yeni Azərbaycan” qəzetinə bölüşən Milli Məclisin deputatı, iqtisadçı-ekspert Vüqar Bayramov yeni layihənin önəmindən söz açıb: “AMB tərəfindən nağd pul ofisləri fəaliyyət göstərir. Nağd pul ofisləri əskinasların dəyişdirilməsini, yoxlanılmasını həyata keçirir. Nəzərə alsaq ki, zədələnmiş əskinasların həm yoxlanılmasına, həm də dəyişdirilməsinə ehtiyac var, elə bu ofislər də sözügedən prosesə məsul idilər. Nağd pul mərkəzlərinin avtomatlaşdırılmış olması gözlənilir. Bu mərkəzlər vasitəsilə nağd pulla bağlı xidmətlərin həyata keçiriləcəyi gözlənilir”.
Deputat yeni yaradılacaq avtomatlaşdırılmış mərkəzlərdə hansı xidmətlərin göstəriləcəyi ehtimallarını da diqqətə çatdırıb: “Doğrudur, AMB tərəfindən hansı xidmətlərin göstəriləcəyi hələlik elan olunmayıb, amma gözlənti bundan ibarətdir ki, ümumiyyətlə, zədələnmiş və ya yoxlanılmasına ehtiyac olan pul əskinaslarının avtomatlaşdırılmış formada dəyişdirilməsi mərkəzlər vasitəsilə mümkün ola bilər. ?u, həm də nağd pula olan tələbin avtomatlaşdırılmış formada mərkəzlər tərəfindən həyata keçirilməsinə gətirib çıxara bilər. Bizim də təklifimiz xüsusən ondan ibarətdir ki, nağdlaşdırma zamanı ortaq tariflər və ya tarifsiz nağdlaşdırma siyasəti həyata keçirilsin. Bu istiqamətdə də mərkəzlər vasitəsilə müvafiq addımların atılmasının mümkün olacağı gözlənilir”.
“O baxımdan, nağd pul mərkəzlərinin əsas fəaliyyəti həm nağd pula olan tələbatın daha asan və avtomatlaşdırılmış yolla ödənilməsinə nail olunması, eyni zamanda, digər xidmətlərin, o cümlədən, əskinasların yoxlanılması və dəyişdirilməsi kimi xidmətlərin də avtomatlaşdırılmış formada təqdim edilməsinin reallaşmasına səbəb ola bilər”, - deyə V.Bayramov fikirlərinə əlavə edib.
Xəbər lenti
Hamısına baxYAP xəbərləri
14 İyul 22:23
YAP xəbərləri
14 İyul 22:19
Dünya
14 İyul 22:19
Sosial
14 İyul 21:50
İqtisadiyyat
14 İyul 21:24
İqtisadiyyat
14 İyul 21:10
YAP xəbərləri
14 İyul 20:48
Dünya
14 İyul 20:43
Dünya
14 İyul 20:32
Müsahibə
14 İyul 20:18
Dünya
14 İyul 19:58
Maraqlı
14 İyul 19:22
Dünya
14 İyul 19:09
Dünya
14 İyul 18:26
Sosial
14 İyul 18:12
Dünya
14 İyul 17:33
Dünya
14 İyul 17:19
Dünya
14 İyul 16:57
Dünya
14 İyul 16:19
Dünya
14 İyul 15:31
Gündəm
14 İyul 14:58
İqtisadiyyat
14 İyul 14:41
Sosial
14 İyul 14:40
Sosial
14 İyul 14:40
Elm
14 İyul 14:37
YAP xəbərləri
14 İyul 14:31
YAP xəbərləri
14 İyul 14:28
YAP xəbərləri
14 İyul 14:24
Dünya
14 İyul 14:20
Gündəm
14 İyul 14:18
Dünya
14 İyul 13:53
Dünya
14 İyul 13:47
Dünya
14 İyul 13:25
Dünya
14 İyul 12:38
Gündəm
14 İyul 12:26
Siyasət
14 İyul 12:17
Sosial
14 İyul 12:17
Siyasət
14 İyul 12:12
Dünya
14 İyul 12:10
Gündəm
14 İyul 11:56
Elm
14 İyul 11:38
İqtisadiyyat
14 İyul 11:37
Dünya
14 İyul 11:24
YAP xəbərləri
14 İyul 11:18
Sosial
14 İyul 11:15
Siyasət
14 İyul 11:10
Gündəm
14 İyul 11:06
Gündəm
14 İyul 11:01
Gündəm
14 İyul 10:50
Siyasət
14 İyul 10:35
İqtisadiyyat
14 İyul 10:32
Gündəm
14 İyul 10:15
Analitik
14 İyul 10:11
Gündəm
14 İyul 10:08
MEDİA
14 İyul 10:07
Ədəbiyyat
14 İyul 09:56
Siyasət
14 İyul 09:56
Turizm
14 İyul 09:43
Maraqlı
14 İyul 09:38
Ədəbiyyat
14 İyul 09:34
Dünya
14 İyul 09:23
Dünya
14 İyul 08:47
Dünya
14 İyul 08:12
Dünya
14 İyul 07:50
Dünya
14 İyul 07:38
Elm
13 İyul 23:31
Dünya
13 İyul 23:08
İqtisadiyyat
13 İyul 22:57
Dünya
13 İyul 22:20
Dünya
13 İyul 21:49

