Qeyri-neft ixracı 37 dəfə artıb
10.03.2023 [10:50]
Dünyada baş verən iqtisadi təlatümlər fonunda ölkəmizin iqtisadi göstəricilərinin artması qürurvericidir. Prezident İlham Əliyev tərəfindən aparılan çoxşaxəli, uğurlu siyasət nəticəsində hazırda Azərbaycan dünyanın sürətli inkişaf tempinə malik olan ölkələrindən biridir. Təbii ki, ümumi iqtisadi göstəricilər arasında qeyri-neft sektorunun payı da artmaqdadır. Bunu statistik göstəricilər bir daha təsdiq edir. Belə ki, 2023-cü ilin yanvar-fevralında Azərbaycanın qeyri-neft ixracının dəyəri 651,42 milyon ABŞ dolları təşkil edib. Bu barədə İxracın və İnvestisiyaların Təşviqi Agentliyi (AZPROMO) məlumat yayıb. Bildirilir ki, bu, 2022-ci ilin müvafiq dövrü ilə müqayisədə 36,6% çoxdur.
Təkcə fevralda Azərbaycandan 366,92 milyon ABŞ dolları dəyərində qeyri-neft məhsulları ixrac olunub ki, bu da ötən ilin analoji ayı ilə müqayisədə 50% çoxdur. 2022-ci ildə Azərbaycanın qeyri-neft ixracı illik müqayisədə 12,3% artaraq 3 047,67 milyon ABŞ dollarına bərabər olub. Statistika komitəsinin məlumatına görə, kimya sənayesi məhsullarının ixracı 11,3 faiz, spirtli və spirtsiz içkilərin ixracı 11,1, şəkər ixracı 2,5, çay ixracı isə 2,3 dəfə artıb.
Aqrar və aqrar sənaye məhsulları üzrə birgə ixracın statistik dəyəri 67,1 milyon ABŞ dolları təşkil edib. 2023-cü ilin yanvarı ərzində ixrac edilən meyvə-tərəvəz məhsulları aqrar məhsullar qrupunun 94 faizini təşkil edib. Qeyri-neft-qaz ixracının tərkib hissəsində əhəmiyyətli yer tutan aqrar-sənaye məhsullarının yaratdığı dəyər ötən ilin müvafiq dövrü ilə müqayisədə 2,7 dəfə artıb.
Məsələ ilə bağlı “Yeni Azərbaycan” qəzetinə danışan Milli Məclisin deputatı, iqtisadçı-ekspert Vüqar Bayramovun sözlərinə görə, qeyri-neft ixracatının yüksəlməsi ixracatın bütövlükdə, keyfiyyət baxımından strukturunun tənzimlənməsi ilə bağlıdır: “Son üç ildə Azərbaycanın qeyri-neft ixracatında artımlar müşahidə edilir. 2022-ci ildə ilk dəfə olaraq ölkəmizin qeyri-neft ixracatı 3 milyard dollara qədər yüksəldi. Bu, praktiki olaraq neftdən kənar sektorların ixrac imkanlarının yüksəldiyindən xəbər verir. Burada digər mühüm məqamlardan biri ixracatın bütövlükdə, keyfiyyət baxımından strukturunun tənzimlənməsi ilə bağlıdır. Strukturda keyfiyyət baxımından dəyişikliklər müşahidə edirik. Bu da birbaşa olaraq onunla bağlıdır ki, Azərbaycan əvvəlki illərdən fərqli olaraq yalnız xammal məhsulları deyil, eyni zamanda, emaledici məhsulları da dünya bazarına çıxarır. Bu da təbii ki, qeyri-neft ixracatının dayanıqlığı baxımından çox vacibdir”.
İqtisadçı deyir ki, coğrafiyanın dəyişməsi məsələsi də nəzərə alınmalıdır: “Və baxmayaraq ki, qeyri-neft ixracatımızda yenə də Rusiya və Ukrayna öndə olan ölkələrdəndir, amma bununla yanaşı, biz xüsusən Avropa ölkələrinin qeyri-neft ixracatında ixracatımızda payının artmasını müşahidə edirik. Bu da vacib məqamlardan biridir”.
“Ona görə də həm strukturun dəyişməsi, həm keyfiyyətcə emaledici məhsulların ixracatının artması bütövlükdə, qeyri-neft ixracatının dayanıqlığının gücləndirilməsinə xidmət edəcək”, - deyə V.Bayramov fikirlərinə əlavə edib.
Nicat Dilqəmli
Xəbər lenti
Hamısına baxDünya
17 May 16:25
Dünya
17 May 15:38
Dünya
17 May 14:19
Sosial
17 May 13:25
Dünya
17 May 12:40
Dünya
17 May 12:19
Gündəm
17 May 12:05
Gündəm
17 May 11:41
Dünya
17 May 11:28
Gündəm
17 May 11:25
Dünya
17 May 11:10
İdman
17 May 10:45
Gündəm
17 May 10:35
Dünya
17 May 10:31
Dünya
17 May 09:54
Dünya
17 May 09:20
Dünya
17 May 08:42
Dünya
17 May 07:25
Siyasət
17 May 07:19
Siyasət
17 May 07:18
Siyasət
17 May 07:18
Siyasət
17 May 07:17
Siyasət
17 May 07:16
Elm
17 May 07:15
Dünya
16 May 23:17
Sosial
16 May 22:23
Sosial
16 May 21:54
Dünya
16 May 21:40
Dünya
16 May 20:29
Dünya
16 May 19:16
Dünya
16 May 18:33
Sosial
16 May 17:22
Sosial
16 May 16:48
Siyasət
16 May 15:50
Sosial
16 May 14:27
Gündəm
16 May 13:05
Gündəm
16 May 12:21
Gündəm
16 May 11:59
Siyasət
16 May 11:36
İqtisadiyyat
16 May 11:14
Sosial
16 May 10:53
Analitik
16 May 10:30
Analitik
16 May 10:17
Ədəbiyyat
16 May 09:58
Analitik
16 May 09:31
Sosial
16 May 09:15
Ədəbiyyat
16 May 08:50
Ədəbiyyat
16 May 08:33
Dünya
15 May 23:35
Dünya
15 May 23:17
Gündəm
15 May 23:14
Sosial
15 May 22:40
Mədəniyyət
15 May 22:31
Dünya
15 May 22:18
Elm
15 May 21:56
Sosial
15 May 21:23
Sosial
15 May 21:10
Dünya
15 May 20:45
İqtisadiyyat
15 May 20:32
Dünya
15 May 20:19
Sosial
15 May 19:53
Sosial
15 May 19:30
Dünya
15 May 19:17
Ədəbiyyat
15 May 18:55
Dünya
15 May 18:45
Sosial
15 May 18:10
Sosial
15 May 17:55
Gündəm
15 May 17:48
Dünya
15 May 17:34
Dünya
15 May 16:58

