Əlaqələndirmə Qərargahının növbəti iclası keçirilib
15.03.2023 [20:50]
Azərbaycan Respublikası Prezidenti Administrasiyasının və Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində məsələlərin mərkəzləşdirilmiş qaydada həlli ilə bağlı Əlaqələndirmə Qərargahının rəhbəri Samir Nuriyevin sədrliyi ilə Qərargahın növbəti iclası keçirilib.
AZƏRTAC xəbər verir ki, iclası giriş sözü ilə açan Qərargah rəhbəri Azərbaycan Respublikasının Prezidenti tərəfindən müəyyən edilmiş strateji xəttə uyğun olaraq, 2023-cü ilin Böyük Qayıdışın sürətli inkişaf mərhələsi olacağını, yaşayış məntəqələrinin tikintisi və bərpası işinin əməli müstəvidə sürətlənəcəyini və miqyasının artacağını diqqətə çatdırıb. İşğaldan azad edilmiş ərazilərdə aparılan yenidənqurma və bərpa işlərində vaxt amilinə diqqəti yönəldən Samir Nuriyev operativliklə yanaşı, keyfiyyət və dayanıqlılığın da paralel olaraq təmin edilməsinin dövlətimizin başçısı tərəfindən qarşıya qoyulmuş vəzifə olduğunu deyib. Qərargah rəhbəri, həmçinin işğaldan azad edilmiş ərazilərdə 2023-cü il ərzində görülməsi nəzərdə tutulan işlərlə bağlı bir sıra prioritet istiqamətlərə toxunub.
Sonra iclasın gündəliyinə uyğun olaraq, işğaldan azad edilmiş ərazilərdə su ehtiyatlarından səmərəli istifadə və bərk məişət tullantılarının idarə edilməsi sahəsində görülən işlər, torpaq islahatlarına hazırlıq, Böyük Qayıdış çərçivəsində əhalinin dayanıqlı məşğulluğunun təmin edilməsi və “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı” çərçivəsində ərazilərdə görülən işlərin cari vəziyyəti ilə bağlı məruzələr dinlənilib. Ərazilərə geri qayıdan əhalinin dayanıqlı məşğulluq imkanlarının təmin edilməsi məqsədilə zəruri institusional, hüquqi və dəstək mexanizmlərinin yaradılması ilə bağlı vəzifələr müəyyən olunub.
Torpaq islahatları ilə bağlı təkliflərin hazırlanması zamanı torpaqların bölgüsündə ədalət prinsipinin təmin olunması, ərazilərə qayıdan əhalinin torpaqlardan səmərəli istifadəsinin təmin edilməsi və nəticə etibarilə ərazilərdə iqtisadi artım, məşğulluq və dayanıqlı gəlir mənbələrinin formalaşdırılmasının əhəmiyyəti vurğulanıb. Laçın şəhərinin, Zabux, Sus və Talış kəndlərinin yenidən qurulması və bərpası istiqamətində görülən işlər barədə məruzələr təqdim edilib.
Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndələri iclasın gündəliyində dayanan məsələlərin yerlərdə əlaqələndirilməsi və müvafiq ərazilər üzrə görülən işlərin cari vəziyyəti barədə məlumat veriblər.
İclasın sonunda Azərbaycan Respublikasının Prezidenti tərəfindən qarşıya qoyulan vəzifələrin yerinə yetirilməsi istiqamətində zəruri tədbirlər müəyyən edilib və müvafiq tapşırıqlar verilib.
Xəbər lenti
Hamısına baxİqtisadiyyat
10 İyul 23:21
İqtisadiyyat
10 İyul 22:45
Dünya
10 İyul 22:19
Dünya
10 İyul 21:50
İqtisadiyyat
10 İyul 21:26
Dünya
10 İyul 21:13
Gündəm
10 İyul 20:49
Elm
10 İyul 20:41
Dünya
10 İyul 20:35
İqtisadiyyat
10 İyul 20:18
Maraqlı
10 İyul 19:50
Dünya
10 İyul 19:23
Dünya
10 İyul 19:07
Maraqlı
10 İyul 18:39
Dünya
10 İyul 18:03
Dünya
10 İyul 17:55
Dünya
10 İyul 17:23
Dünya
10 İyul 16:49
Dünya
10 İyul 16:20
YAP xəbərləri
10 İyul 15:50
İqtisadiyyat
10 İyul 15:39
İqtisadiyyat
10 İyul 15:38
Dünya
10 İyul 15:32
Dünya
10 İyul 15:06
Sosial
10 İyul 14:54
Sosial
10 İyul 14:43
Dünya
10 İyul 14:40
Dünya
10 İyul 14:19
Sosial
10 İyul 14:06
İqtisadiyyat
10 İyul 14:06
Elanlar
10 İyul 14:05
Sosial
10 İyul 14:04
YAP xəbərləri
10 İyul 14:03
Dünya
10 İyul 13:51
Dünya
10 İyul 13:35
Sosial
10 İyul 12:43
Sosial
10 İyul 12:43
Elm
10 İyul 12:42
Dünya
10 İyul 12:26
Dünya
10 İyul 12:10
Gündəm
10 İyul 11:50
Gündəm
10 İyul 11:48
İqtisadiyyat
10 İyul 11:47
Gündəm
10 İyul 11:35
İqtisadiyyat
10 İyul 11:35
Siyasət
10 İyul 11:25
Siyasət
10 İyul 11:14
MEDİA
10 İyul 11:13
İqtisadiyyat
10 İyul 11:05
Sosial
10 İyul 10:42
İqtisadiyyat
10 İyul 10:40
Dünya
10 İyul 10:19
Xəbər lenti
10 İyul 10:17
YAP xəbərləri
10 İyul 09:54
Analitik
10 İyul 09:52
Dünya
10 İyul 09:45
Analitik
10 İyul 09:45
Sosial
10 İyul 09:40
Sosial
10 İyul 09:35
Sosial
10 İyul 09:17
Dünya
10 İyul 08:50
İdman
10 İyul 08:22
Dünya
09 İyul 23:32
Sosial
09 İyul 23:17
Dünya
09 İyul 22:45
İqtisadiyyat
09 İyul 22:19
Dünya
09 İyul 22:03
İdman
09 İyul 21:59
İdman
09 İyul 21:50
Hərbi
09 İyul 21:24

