Smart-kart tipli, yoxsa mexaniki?
19.04.2023 [10:51]
Sayğaclar niyə dəyişdirilir?Ölkəmizdə smart-kart tipli sayğacların mexaniki sayğaclarla əvəzlənməyə başlanılmasından artıq 3 il keçir. Müşahidələr onu göstərir ki, “Azəriqaz” İB-nin bu addımı vətəndaşlar tərəfindən birmənalı qarşılanmır. Abonentlər qurumun niyə belə addım atması ilə bağlı narahatlıqlarını sosial şəbəkələr üzərindən mütəmadi olaraq ifadə edirlər.
Bəs, əslində, sayğaclar niyə dəyişdirilir? Mexaniki sayğacların üstünlükləri nələrdir?
SOCAR “Azəriqaz” İB-nin Yeni qazlaşma və inkişaf şöbəsinin rəisi Teymur Cəfərov vətəndaşları düşündürən bu məsələlərə aydınlıq gətirib. Şöbə rəisi bildirib ki, həm öncə ödənişli qaz sayğacı (smart-kart tipli), həm sonra ödənişli - mexaniki tipli sayğacların hər biri ölçü vasitəsidir və onların daxili ölçmə quruluşunda hər hansısa bir fərq yoxdur: “Sadəcə olaraq birində qazın həcmini alırsınız və sonradan onu istifadə edirsiniz, mexanikidə isə bir ay müddətində istifadə etdiyiniz qazı sonrakı dövrdə ödəyirsiniz. Yəni, fərq yalnız ödəniş metodologiyasındadır”.
“Mexaniki sayğacın əsas üstünlükləri nələrdir?” sualına isə T.Cəfərov belə cavab verib: “Smart-kart tipli qaz sayğaclarına nisbətən hər hansı bir zaman kəsiyində ödənişi edə bilərsiniz. Ödəniş üçün abonentə daha çox müddət verilir. Amma smart-kart tipli sayğaclarda daxil edilən limit hər hansı bir vaxtda bitərsə, aydın məsələdir ki, klapan bağlanır və təbii qazdan yenidən istifadə etmək üçün ya kreditdən istifadə edilməlidir (1 kub), ya da yenidən məbləği yükləmək lazımdır”.
“Ümumiyyətlə, qeyd etmək istərdim ki, qanunvericilikdə quraşdırılacaq sayğaclara dair xüsusi bir tələb yoxdur. Son zamanlar qiymət baxımından mexaniki qaz sayğaclarına daha çox üstünlük veririk. Amma bu, o demək deyil ki, smart-kart tipli qaz sayğaclarından imtina olunub”, - deyə şöbə rəisi vurğulayıb.
Xəbər lenti
Hamısına baxSiyasət
17 May 22:31
İqtisadiyyat
17 May 21:20
Xəbər lenti
17 May 20:12
Siyasət
17 May 20:09
Dünya
17 May 19:36
Gündəm
17 May 18:58
Sosial
17 May 18:42
Siyasət
17 May 18:37
Gündəm
17 May 18:35
Dünya
17 May 18:17
Gündəm
17 May 17:59
Siyasət
17 May 17:39
Siyasət
17 May 17:36
Dünya
17 May 17:31
Siyasət
17 May 16:39
Siyasət
17 May 16:38
Dünya
17 May 16:25
Siyasət
17 May 15:55
Dünya
17 May 15:38
Dünya
17 May 14:19
Siyasət
17 May 14:17
Siyasət
17 May 13:38
Sosial
17 May 13:25
Dünya
17 May 12:40
Dünya
17 May 12:19
Gündəm
17 May 12:05
Gündəm
17 May 11:45
Gündəm
17 May 11:41
Dünya
17 May 11:28
Gündəm
17 May 11:25
Dünya
17 May 11:10
İdman
17 May 10:45
Gündəm
17 May 10:35
Dünya
17 May 10:31
Siyasət
17 May 09:57
Dünya
17 May 09:54
Dünya
17 May 09:20
Dünya
17 May 08:42
Dünya
17 May 07:25
Siyasət
17 May 07:19
Siyasət
17 May 07:18
Siyasət
17 May 07:18
Siyasət
17 May 07:17
Siyasət
17 May 07:16
Elm
17 May 07:15
Dünya
16 May 23:17
Sosial
16 May 22:23
Sosial
16 May 21:54
Dünya
16 May 21:40
Dünya
16 May 20:29
Dünya
16 May 19:16
Dünya
16 May 18:33
Sosial
16 May 17:22
Sosial
16 May 16:48
Siyasət
16 May 15:50
Sosial
16 May 14:27
Gündəm
16 May 13:05
Gündəm
16 May 12:21
Gündəm
16 May 11:59
Siyasət
16 May 11:36
İqtisadiyyat
16 May 11:14
Sosial
16 May 10:53
Analitik
16 May 10:30
Analitik
16 May 10:17
Ədəbiyyat
16 May 09:58
Analitik
16 May 09:31
Sosial
16 May 09:15
Ədəbiyyat
16 May 08:50
Ədəbiyyat
16 May 08:33
Dünya
15 May 23:35

