Avtomobil bazarında bahalaşma...
19.04.2023 [10:52]
Süni qiymət artımı, yoxsa zərurət?
Nicat Dilqəmli
Bu ayın ikinci həftəsindən etibarən ölkənin avtomobil bazarında ikinci əl avtomobillərin qiymətində artım müşahidə edilir. Bahalaşma əsasən dizel mühərrikli və buraxılış ili köhnə olan avtomobillərə aiddir. Avtomobil bazarındakı qiymət artımının səbəbləri barədə fikirlər müxtəlifdir. Bahalaşmaya əsas səbəb kimi Nazirlər Kabinetinin (NK) 94 №-li Qərarı ilə istehsal ili 10 ildən çox olan minik avtomobillərinin ölkə ərazisinə gətirilməsinin məhdudlaşdırılması göstərilsə də, bununla razılaşmayanlar da var. Ekspertlərin qənaətinə görə, bahalaşma avtomobil alqı-satqısı ilə məşğul olan şəxslərin müdaxiləsinə görə yaranıb.
Mövzu ilə bağlı “Yeni Azərbaycan” qəzetinə danışan nəqliyyat eksperti Elməddin Muradlı bildirib ki, bahalaşmanın əsas səbəbi avtomobil bazarının hələ də dövlət nəzarətində olmamasıdır: “Çünki belə olan halda avtomobil alqı-satqısı ilə məşğul olan şəxslər qiymətləri artıq indidən qaldırıblar. NK qərarı hələ bir aydan sonra qüvvəyə minir, yəni, bu ayın sonu. Bundan başqa, NK-nin əvvəldən edilən sifarişlərin nəzərə alınacağı ilə bağlı açıqlaması var. Amma alverçilər dərhal fürsətdən istifadə etməyə, qiymətləri qaldırmağa başladılar”.
Ekspertin sözlərinə görə, hazırda dizel yanacağının qiymətinin qalxacağı kimi müxtəlif bəhanələr gətirilir. Ölkəmizdə hələ də hibrid avtomobillərə yetərincə marağın olmadığını təəssüf hissi ilə qeyd edən E.Muradlı bəzi məqamlara da aydınlıq gətirib: “Bütün dünya artıq dizeldən imtina edir, dizel mühərrikli avtomobillərdən istifadə etmək istəmirlər. Buna baxmayaraq, ölkəmizdə hələ də hibrid avotmobillərə keçməyə maraq yoxdur, zəifdir. Doğrudur, bəziləri artıq keçid edir və bu avtomobillər də yeni olur. Bu da nə ilə nəticələnir? Nəzərə almaq lazımdır ki, həmin avtomobillər premium markalı yanacaqla işləyir. Yəni əvvəllər 1 manata 92 oktanlı benzin alan şəxs indi 2 manata 95 alır. Hibridlər isə sürücü üçün 50 faizlik güzəşt imkanı yaradır. Amma qiymətləri müqayisə etdikdə görünür ki, burada heç bir güzəşt olmur, nəticə eyni olur”.
Ekspertin fikrincə, avtomobil bazarında ciddi bir dəyişikliyə nail olmaq üçün bu sahəyə dövlət tərəfindən nəzarət olunmalıdır: “Beləliklə də, özbaşınalığın qarşısı alınmalıdır, alverçilər hegemonluq etməməlidirlər. Qiymət artımı heç tam baş verməmiş, bu şəxslər onu həyata keçirdilər. Kimlərsə avtomobil almaq istəyir, lakin alverçilər bunun qarşısını alır. Çünki öz maraqlarını təmin etmək üçün qiymətləri süni şəkildə artırdılar. Yəni, burada səbəb süni qiymət artımıdır. Başqa bir səbəb görmürəm”.
“Qarşısını almaq üçün qardaş ölkənin və digər ölkələrin təcrübələrini istifadə etmək lazımdır. Avtomobil bazarı nəzarətdə saxlanılmalıdır”, - deyə E.Muradlı fikirlərinə əlavə edib.
Ümumiyyətlə, ölkəyə gətirilən avtomobillərin dəyəri də ötən illə müqayisədə artıb. Belə ki, 2023-cü ilin yanvar-mart aylarında Azərbaycana 314 milyon 994 min dollar dəyərində 20 min 799 ədəd nəqliyyat vasitəsi idxal edilib.
Dövlət Gömrük Komitəsinin yaydığı məlumata görə, nəqliyyat vasitələrinin idxalı 2022-ci ilin ilk rübü ilə müqayisədə dəyər ifadəsində 125 milyon 640 min dollar və ya təxminən 1,7 dəfə artıb.
Xatırladaq ki, 94 №-li qərarın əsas məqsədi insanların həyat və sağlamlığının, ətraf mühitin qorunması, avtonəqliyyat vasitələrindən atmosfer havasına atılan zərərli maddələrin miqdarının azaldılması və ekoloji vəziyyətin yaxşılaşdırılmasına dəstək olmaqdır. Qərara əsasən, zavod buraxılış tarixinə görə yaşı 10 ildən çox olan minik avtomobillərinin respublika ərazisinə gətirilməsi məhdudlaşdırılacaq.
Xəbər lenti
Hamısına baxXəbər lenti
17 May 20:12
Siyasət
17 May 20:09
Dünya
17 May 19:36
Gündəm
17 May 18:58
Sosial
17 May 18:42
Siyasət
17 May 18:37
Gündəm
17 May 18:35
Dünya
17 May 18:17
Gündəm
17 May 17:59
Siyasət
17 May 17:39
Siyasət
17 May 17:36
Dünya
17 May 17:31
Siyasət
17 May 16:39
Siyasət
17 May 16:38
Dünya
17 May 16:25
Siyasət
17 May 15:55
Dünya
17 May 15:38
Dünya
17 May 14:19
Siyasət
17 May 14:17
Siyasət
17 May 13:38
Sosial
17 May 13:25
Dünya
17 May 12:40
Dünya
17 May 12:19
Gündəm
17 May 12:05
Gündəm
17 May 11:45
Gündəm
17 May 11:41
Dünya
17 May 11:28
Gündəm
17 May 11:25
Dünya
17 May 11:10
İdman
17 May 10:45
Gündəm
17 May 10:35
Dünya
17 May 10:31
Siyasət
17 May 09:57
Dünya
17 May 09:54
Dünya
17 May 09:20
Dünya
17 May 08:42
Dünya
17 May 07:25
Siyasət
17 May 07:19
Siyasət
17 May 07:18
Siyasət
17 May 07:18
Siyasət
17 May 07:17
Siyasət
17 May 07:16
Elm
17 May 07:15
Dünya
16 May 23:17
Sosial
16 May 22:23
Sosial
16 May 21:54
Dünya
16 May 21:40
Dünya
16 May 20:29
Dünya
16 May 19:16
Dünya
16 May 18:33
Sosial
16 May 17:22
Sosial
16 May 16:48
Siyasət
16 May 15:50
Sosial
16 May 14:27
Gündəm
16 May 13:05
Gündəm
16 May 12:21
Gündəm
16 May 11:59
Siyasət
16 May 11:36
İqtisadiyyat
16 May 11:14
Sosial
16 May 10:53
Analitik
16 May 10:30
Analitik
16 May 10:17
Ədəbiyyat
16 May 09:58
Analitik
16 May 09:31
Sosial
16 May 09:15
Ədəbiyyat
16 May 08:50
Ədəbiyyat
16 May 08:33
Dünya
15 May 23:35
Dünya
15 May 23:17
Gündəm
15 May 23:14

