“Bank Melli İran-Baku”nun fəaliyyəti niyə məhdudlaşdırılıb?
27.05.2023 [10:51]
Mübariz FEYİZLİ
İran Milli Bankının Bakı filialının bağlanacağı və yaxud qurumun fəaliyyətinin məhdudlaşdırılacağı barədə xəbərlər xeyli vaxt idi ki, müzakirə olunurdu. Artıq bu, baş verib. Belə ki, Azərbaycan Mərkəzi Bankı (AMB) İran Milli Bankının Bakı filialının fəaliyyətini məhdudlaşdırıb. Tənzimləyici qurum kredit təşkilatına məktub göndərib və hesabdan pul götürmək istisna olmaqla bütün bank əməliyyatlarının (depozit qəbulu, kredit verilməsi və s.) dayandırılmasını tələb edib.
Bankın son dövr göstəriciləri
“Bank Melli İran-Baku” ölkəmizdə 1993-cü ildən fəaliyyət göstərir. Qurumun yaydığı məlumatlardan son dövrlərdə bankın fəaliyyətinin heç də arzuedilən səviyyədə olmadığı məlum olur. Belə ki, cari ilin birinci rübündə İran Milli Bankının Bakı filialının faiz gəlirləri ötən ilin müvafiq dövrünə nisbətdə 115,2 min min manat, faiz xərcləri isə 59,1 min manat azalıb. Keçən ilin birinci rübü ilə müqayisədə bankın inzibati xərcləri isə 54,2 min manat artıb.
Müqayisə dövründə bankın aktivləri 12,9 milyon manat artsa da, kredit portfeli 900 min manata yaxın kiçilib.
Qeyd edilən dövr ərzində İran bankının öhdəlikləri 20 faizə yaxın və ya 10,6 milyon manat artıb.
Bankın cəmi kapitalı isə 6,2 %, yaxud 2,2 milyon manat çoxalıb. Bankın məcmu kapitalı bu ilin birinci rübündə ən az olub. Belə ki, birinci rüb üzrə məcmu kapital 54,6 milyon manatdır və bu, Mərkəzi Bankın təyin etdiyi minimal rəqəmə (50 milyon manat) çox yaxındır. Müqayisə üçün bildirək ki, “Günay Bank” bağlanan zaman onun məcmu kapitalı 64,3 milyon manat həcmində idi.
Azalan müştərilər, şübhəli fəaliyyət
İran Milli Bankının Bakı filialının fəaliyyətinin Mərkəzi Bank tərəfindən məhdudlaşdırılması ilə bağlı hələlik rəsmi açıqlama verilməsə də, bununla bağlı müxtəlif versiyalar irəli sürülür. Mütəxəssislərin qənaətinə görə, belə bir addımın atılmasını zəruri edən ən mühüm amil filialın gözləntiləri doğrultmaması və müştərilərini itirməsidir. Son bir ildə İranda baş verənlər bu ölkənin maliyyə-bank sektoruna da mənfi təsirsiz ötüşməyib. Milli valyuta kəskin dəyər itirməkdədir. Bu və ya digər səbəbdən insanların banklara inamı azalıb. Bu tendensiya “Bank Melli İran-Baku”nun da fəaliyyətində müşahidə edilirdi. Azərbaycanın Tehrandakı səfirliyində törədilən terror, oxşar ssenari ilə sifarişli terror hadisələrinin Bakıda da törədilməsi, həmçinin ölkəmizdə mollakratiyanın geniş cəsus şəbəkəsinin ifşa olunması prosesi daha da sürətləndirib. Filialın əmanətçiləri İranın siyasi hakimiyyətinin ölkəmizin milli maraqlarına zidd siyasətini davam etdirəcəyi təqdirdə gözlənilməz yeni ssenarilərin ortaya çıxacağından ehtiyatlanırlar və əmanətlərini filialdan geri çəkmək variantına üstünlük verirlər.
Digər bir versiya bankın çirkli pulların, o cümlədən də narkotik ticarətində dövriyyədə olan pulların leqallaşdırılması, həmçinin terror və cəsusluq fəaliyyəti ilə məşğul olan qruplaşmaların maliyyələşdirilməsini həyata keçirməsi ehtimalı ilə bağlıdır. Dünyada İrandakı kimi mühafizəkar rejimlərin belə praktikadan istifadə etmələrinə dair çoxlu faktlar məlumdur. Maliyyə qurumları gəlir müqabilində çox asanlıqla siyasi hakimiyyətlərin ambisiyalarının girovuna çevrilərək bir növ siyasi-maliyyə alətinə çevrilirlər. İran Milli Bankının Bakı filialının fəaliyyətin də bu xüsusda araşdırılmasına ciddi ehtiyac var.
“Yeni Azərbaycan”a açıqlama verən Milli Məclisin deputatı Vüqar Bayramov Mərkəzi Bankın qərarını təqdir etdiyini bildirib. “Azərbaycan Mərkəzi Bankının qərarı sözügedən filialda vəsaiti olan vətəndaşlarımıza dəyə biləcək potensial ziyanın qarşısını almaq məqsədi daşıyır. Bu baxımdan, doğru qərardır və təqdirəlayiqdir. Bununla yanaşı, rəqəmlər də göstərir ki, bu addım daha əvvəl - ən geci 2022-ci ildə atılmalı idi”, - deyə Vüqar Bayramov vurğulayıb.
Xəbər lenti
Hamısına baxİqtisadiyyat
10 İyul 23:21
İqtisadiyyat
10 İyul 22:45
Dünya
10 İyul 22:19
Dünya
10 İyul 21:50
İqtisadiyyat
10 İyul 21:26
Dünya
10 İyul 21:13
Gündəm
10 İyul 20:49
Elm
10 İyul 20:41
Dünya
10 İyul 20:35
İqtisadiyyat
10 İyul 20:18
Maraqlı
10 İyul 19:50
Dünya
10 İyul 19:23
Dünya
10 İyul 19:07
Maraqlı
10 İyul 18:39
Dünya
10 İyul 18:03
Dünya
10 İyul 17:55
Dünya
10 İyul 17:23
Dünya
10 İyul 16:49
Dünya
10 İyul 16:20
YAP xəbərləri
10 İyul 15:50
İqtisadiyyat
10 İyul 15:39
İqtisadiyyat
10 İyul 15:38
Dünya
10 İyul 15:32
Dünya
10 İyul 15:06
Sosial
10 İyul 14:54
Sosial
10 İyul 14:43
Dünya
10 İyul 14:40
Dünya
10 İyul 14:19
Sosial
10 İyul 14:06
İqtisadiyyat
10 İyul 14:06
Elanlar
10 İyul 14:05
Sosial
10 İyul 14:04
YAP xəbərləri
10 İyul 14:03
Dünya
10 İyul 13:51
Dünya
10 İyul 13:35
Sosial
10 İyul 12:43
Sosial
10 İyul 12:43
Elm
10 İyul 12:42
Dünya
10 İyul 12:26
Dünya
10 İyul 12:10
Gündəm
10 İyul 11:50
Gündəm
10 İyul 11:48
İqtisadiyyat
10 İyul 11:47
Gündəm
10 İyul 11:35
İqtisadiyyat
10 İyul 11:35
Siyasət
10 İyul 11:25
Siyasət
10 İyul 11:14
MEDİA
10 İyul 11:13
İqtisadiyyat
10 İyul 11:05
Sosial
10 İyul 10:42
İqtisadiyyat
10 İyul 10:40
Dünya
10 İyul 10:19
Xəbər lenti
10 İyul 10:17
YAP xəbərləri
10 İyul 09:54
Analitik
10 İyul 09:52
Dünya
10 İyul 09:45
Analitik
10 İyul 09:45
Sosial
10 İyul 09:40
Sosial
10 İyul 09:35
Sosial
10 İyul 09:17
Dünya
10 İyul 08:50
İdman
10 İyul 08:22
Dünya
09 İyul 23:32
Sosial
09 İyul 23:17
Dünya
09 İyul 22:45
İqtisadiyyat
09 İyul 22:19
Dünya
09 İyul 22:03
İdman
09 İyul 21:59
İdman
09 İyul 21:50
Hərbi
09 İyul 21:24

