Son qərar...
17.08.2023 [11:40]
Uçot dərəcəsinin artırılması rublu xilas edəcəkmi?
Son vaxtlarda qonşu Rusiyanın maliyyə sektorunda mənfi tendensiyalar qalıcı xarakter alıb. Hökumətin səylərinə baxmayaraq, onları səngitmək mümkün olmur. Milli valyutanın - rublun permanent qaydada dəyər itirməsi mənfi proseslərin diqqət çəkən əsas hadisəsi kimi dəyərləndirilir. Rusiyanın maliyyə qurumlarından verilən məlumatlardan aydın olur ki, son iki həftə ərzində rublun digər valyutalar, xüsusilə də ABŞ dolları qarşısında məzənnə itkisinə məruz qalması daha da intensivləşib. Artıq bu ölkədə 1 dollar almaq üçün 100 rubldan çox vəsait ödəmək lazım gəlir. Son 2 ayda 22 faiz dəyər itirən rubl 2023-cü ilin əvvəlindən bəri 35 faizə yaxın ucuzlaşıb.
Bu o deməkdir ki, bu il rubl ilə yığım edənlərin pulu real ifadədə dəyərinin 1/3-dən çoxunu itirib.
Rusiya Mərkəzi Bankının soyuqqanlı izahı
Moskva birjasında ticarət zamanı dolların məzənnəsinin 101 rublu, avronun məzənnəsinin isə 110 rublu ötməsi fonunda Rusiya cəmiyyətində ciddi narahatlıqlar müşahidə edilsə də, Mərkəzi Bank soyuqqanlı izahlar verməkdə davam edir. Rusiya Mərkəzi Bankının mətbuat xidmətindən bildirilib ki, rublun əsas valyutalara nisbətdə ucuzlaşması baş versə də, bu səbəbdən ölkənin maliyyə sabitliyinə heç bir təhlükə yoxdur.
Rusiya Bankı izah edir ki, bu gün rublun məzənnəsinə təsir idxala tələbatın artması şəraitində ixracın dəyərinin əhəmiyyətli dərəcədə azalmasıdır. “Məzənnə çoxlu sayda amillərin təsiri altında formalaşır. İxracın dəyərinin əhəmiyyətli dərəcədə azalması ilə yanaşı, daxili tələbin aktiv artımı ilə bağlı idxalın genişlənməsi də müşahidə olunur”, - deyə Rusiya Mərkəzi Bankının yaydığı məlumatda bildirilir.
Mətbuat xidməti onu da xatırladıb ki, Rusiya Mərkəzi Bankının pul siyasəti üzrə hərəkətləri 2024-cü ildə inflyasiyanın 4%-lik hədəf səviyyəsində sabitləşdirilməsinə yönəlib. Sitat: “İnflyasiyanın 4% sabitləşməsi üçün pul siyasətinin daha da sərtləşdirilməsi tələb olunur”.
Uçot dərəcəsinin artırılması yeganə çıxış yoludurmu?
Rusiya Mərkəzi Bankı hər nə qədər təmkinli izahatlar verib maliyyə sabitliyi üçün təhlükə gözlənilmədiyini bildirsə də, qurumun fəaliyyətində narahatlıq notları diqqətdən kənarda qalmır. Bankın cari dönəmdə pul siyasətini sərtləşdirmək kursu götürməsi bunu əyani şəkildə təsdiqləyir. Qonşu ölkənin KİV-də yayılan məlumatlarda bildirilir ki, rublun ucuzlaşmasına qarşı Rusiya Mərkəzi Bankı tərəfindən fövqəladə tədbirlər görülüb. Belə ki, bank uçot dərəcəsini 8,5 faizdən 12 faizə qaldırıb.
Qətnamənin mətnində təcili faiz artımının qiymət sabitliyi risklərini məhdudlaşdırmaq məqsədi daşıdığı bildirilib. Qeyd olunub ki, müharibə xərcləri artdıqca və ixrac kəskin şəkildə azaldıqca rublun dəyərdən düşməsi sürətlənib. Xatırladaq ki, Rusiya Mərkəzi Bankı ötən ay faiz dərəcələrini 100 bənd artıraraq, 8,5 faizə çatdırmışdı.
Bahalı pul siyasəti inflyasiyanın cilovlanması üçün dünya praktikasında tez-tez əl atılan bir vasitədir. Ancaq bu, heç də bütün hallarda özünü doğrultmur. Məsələn, son vaxtlarda ABŞ-da, ayrı-ayrı Avropa ölkələrində uçot dərəcələri atırılsa da, inflyasiyanın səviyyəsi yüksək olaraq qalmaqdadır və artmağa daha çox dərəcədə meyillidir. İndiki halda rublun bahalaşdırılması reanimasiyada ağır xəstəyə süni nəfəs verilməsinə bənzəyir. Süni nəfəs verilməsi dayandırıldıqda xəstə ölür. Bəs Rusiya Mərkəzi Bankı rublu xilas etmək üçün uçot dərəcəsini hansı səviyyəyədək qaldırmaqda davam edəcək?
Müharibənin kədərli izləri...
Yuxarıda təqdim olunan məlumatdan da göründüyü kimi, rublun məzənnə itkilərinin səbəbləri izah olunarkən müharibə amili önə çəkilməyib. Ancaq Rusiyanın milli valyutasının, necə deyərlər, çöküş dövrünü yaşamasında müharibə səbəbi ön sırada dayanır. Artıq bir il yarımdan çoxdur ki, davam edən və sonu görünməyən müharibənin kədərli izləri Rusiyanın maliyyə sektorunda aydın şəkildə özünü büruzə verir.
Etiraf olunması nə qədər qeyri-məqbul sayılsa da, rublun kəskin məzənnə itkisi, heç şübhəsiz ki, müharibə fonunda kollektiv Qərbdən Rusiyaya qarşı tətbiq edilən sanksiyalarla bilavasitə bağlıdır. İndiyədək 11 mərhələdə tətbiq olunan sanksiyaların əhatə dairəsi kifayət qədər genişdir. Sanksiyaların bir qismi Rusiyanın maliyyə, o cümlədən də bank sektoruna aiddir. Müharibədən əvvəlki mərhələdə Rusiyanın əsas valyuta gəlirləri enerji resurslarının ixracından formalaşırdı. İndi sanksiyalar səbəbindən bu ölkədən “qoca qitə”yə enerji məhsullarının ixracı əhəmiyyətli dərəcədə azalıb. Xatırladaq ki, 2022-ci il dekabrın 5-də Rusiya neftinə tətbiq edilən embarqo qüvvəyə minib və həmin gündən etibarən Rusiyadan gələn neftin qiyməti bir barel üçün 60 dollar səviyyəsində müəyyən edilib. Üçüncü ölkələr isə Rusiya neftinin ixracına 60 dollarlıq yuxarı tavan qiyməti müəyyənləşdirildikdən sonra bu qiymətdən baha neft almağa tələsmirlər. Beləliklə, Rusiyanın gəlirləri azalır. 2023-cü ilin birinci yarısında Rusiyanın büdcəsinə neft və qaz sənayesindən daxilolmalar 46,9% azalaraq bir il əvvəlki 6,376 trilyon rubla qarşı 3,382 trilyon rubl təşkil edib. Bütövlükdə, Rusiyanın neft gəlirlərində 65.0 faiz azalma var. Rusiya Maliyyə Nazirliyinin məlumatına görə, yanvar-iyun aylarında neft və kondensat üzrə hasilat vergisi (MET) 1,73 dəfə azalaraq büdcəyə 2,984 trilyon rubl, ixrac rüsumu 105,9 milyard rubl (3,25 dəfə azalma) gətirib. Əlavə gəlir vergisi isə 2,54 dəfə azalaraq büdcəyə 403 milyard rubl gətirib. Qaza görə ixrac rüsumlarının yığılmasından büdcə gəlirləri 4,9 dəfə - 241,2 milyard rubla qədər azalıb.
Ümumi ixracatdakı azalmalar rubla təzyiq yaradır. Tətbiq olunan sanksiyalar fonunda enerji məhsullarının satışından gələn gəlirlər azaldıqca ölkədə valyutaya tələbatın ödənilməsində kəsirlər yaranır. Paralel şəkildə idxalın artması da sərbəst dönərli valyutalara tələbatı artırır. Tələb təklifi daha çox üstələdikcə, milli valyuta da bir o qədər dəyər itirir.
Manata hansı təsirlər ola bilər?
Bəs qonşu ölkənin milli valyutasının son günlərdə kəskin məzənnə itkisinə məruz qalması Azərbaycan manatına hansı təsirləri göstərə bilər? Bu sualla Milli Məclisin deputatı Vüqar Bayramova müraciət etdik. “Yeni Azərbaycan”a açıqlama verən Vüqar Bayramov bildirib ki, bu ilin ilk yarısında ölkəmizin 14 milyard 755 milyon dollarlıq ixracatının cəmi 3.5 faizi Rusiyanın payına düşüb. Deməli, ixrac yolu ilə ölkəyə daxil olan valyutanın strukturunda Rusiyanın payı olduqca azdır. Azərbaycanın 22 milyard 953 milyon dollarlıq ticarət dövriyyəsinin isə cəmi 8.3 faizini Rusiya formalaşdırıb.
“Bu baxımdan, rublun ucuzlaşmasının Azərbaycana daxil olan valyutanın həcminə xüsusi təsirləri olmasa da, Rusiyadan ölkəmizə göndərilən remitensinin (bir ölkədən digərinə göndərilən vəsait) həcminə təsirsiz ötüşməyəcək. Rusiyada iqtisadi çətinliklər Azərbaycana göndərilən remitensilərin həcmini azalda bilər. Digər tərəfdən, rublun ucuzlaşmasının valyuta bazarımıza psixoloji təsirlərini də diqqətdən qaçırmaq olmaz. Bununla belə, rubl daxil olmaqla bir sıra tərəfdaş ölkə valyutalarının zəifləməsi manatın nominal effektiv məzənnəsini daha da möhkəmləndirir. Bu da qeyri-neft ixracatımıza təsirsiz ötüşməyə bilər. Rusiyada fəaliyyətini davam etdirən azərbaycanlı iş adamlarının da həm yığımlarını, həm də sərmayə qoy?luşlarını şaxələndirmələri çox vacibdir. Rusiya iqtisadiyyatı artıq yeni mərhələyə qədəm qoyub. Bu, onun bütün qonşularından daha yaxşı hazırlıqlar tələb edir”, - deyə Vüqar Bayramov bildirib.
MÜBARİZ
Xəbər lenti
Hamısına baxDünya
10 İyul 16:20
YAP xəbərləri
10 İyul 15:50
İqtisadiyyat
10 İyul 15:39
İqtisadiyyat
10 İyul 15:38
Dünya
10 İyul 15:32
Dünya
10 İyul 15:06
Sosial
10 İyul 14:54
Sosial
10 İyul 14:43
Dünya
10 İyul 14:40
Dünya
10 İyul 14:19
Sosial
10 İyul 14:06
İqtisadiyyat
10 İyul 14:06
Elanlar
10 İyul 14:05
Sosial
10 İyul 14:04
YAP xəbərləri
10 İyul 14:03
Dünya
10 İyul 13:51
Dünya
10 İyul 13:35
Sosial
10 İyul 12:43
Sosial
10 İyul 12:43
Elm
10 İyul 12:42
Dünya
10 İyul 12:26
Dünya
10 İyul 12:10
Gündəm
10 İyul 11:50
Gündəm
10 İyul 11:48
İqtisadiyyat
10 İyul 11:47
Gündəm
10 İyul 11:35
İqtisadiyyat
10 İyul 11:35
Siyasət
10 İyul 11:25
Siyasət
10 İyul 11:14
MEDİA
10 İyul 11:13
İqtisadiyyat
10 İyul 11:05
Sosial
10 İyul 10:42
İqtisadiyyat
10 İyul 10:40
Dünya
10 İyul 10:19
Xəbər lenti
10 İyul 10:17
YAP xəbərləri
10 İyul 09:54
Analitik
10 İyul 09:52
Dünya
10 İyul 09:45
Analitik
10 İyul 09:45
Sosial
10 İyul 09:40
Sosial
10 İyul 09:35
Sosial
10 İyul 09:17
Dünya
10 İyul 08:50
İdman
10 İyul 08:22
Dünya
09 İyul 23:32
Sosial
09 İyul 23:17
Dünya
09 İyul 22:45
İqtisadiyyat
09 İyul 22:19
Dünya
09 İyul 22:03
İdman
09 İyul 21:59
İdman
09 İyul 21:50
Hərbi
09 İyul 21:24
Sosial
09 İyul 21:09
Sosial
09 İyul 20:43
Dünya
09 İyul 20:43
Dünya
09 İyul 20:18
Dünya
09 İyul 19:52
Dünya
09 İyul 19:25
Dünya
09 İyul 19:07
Müsahibə
09 İyul 18:37
İqtisadiyyat
09 İyul 17:20
Dünya
09 İyul 17:19
Elanlar
09 İyul 16:49
İqtisadiyyat
09 İyul 16:35
Siyasət
09 İyul 16:34
Sosial
09 İyul 16:32
Dünya
09 İyul 16:32
Gündəm
09 İyul 16:31
Dünya
09 İyul 16:24
Elm
09 İyul 15:22

