Regionun inkişaf məsələləri Bakıda müzakirə olunur
24.11.2023 [11:36]
Mübariz FEYİZLİ
Bakıda daha bir mötəbər beynəlxalq tədbirin - “SPECA regionunun qlobal miqyaslı rabitə qovşağına çevrilməsi” mövzusunda İqtisadi Forumun (SPECA-2023) keçirilməsi qlobal miqyasda Azərbaycana etimadın artmasının növbəti təzahürüdür. Son vaxtlarda respublikamız iqtisadi inkişaf, uzunmüddətli daxili sabitlik, təhlükəsizlik və bu kimi digər mühüm məqamlar baxımından dünyanın ən cəlbedici məkanlarından biri kimi qəbul olunur. Ölkəmiz belə tədbirlərin keçirilməsində bir qayda olaraq özünün xoş məramını, nümunəvi modelini və yüksək standartlarını ortaya qoyur. Aparılan aktual müzakirələr, qəbul olunan qərarlar isə sonradan regional və qlobal əhəmiyyət daşıyan əməkdaşlıq əlaqələrinin möhkəmlənməsinə, yeni daha səmərəli çərçivələrin müəyyənləşməsinə vəsilə olur.
SPECA nədir?
SPECA - BMT-nin Mərkəzi Asiya Ölkələrinin İqtisadiyyatları üçün Xüsusi Proqramıdır. SPECA 1998-ci ildə formalaşdırılıb. Onun əsas məqsədləri və fəaliyyət istiqamətləri 26 mart 1998-ci ildə qəbul olunmuş Daşkənd Bəyannaməsində öz əksini tapıb. Azərbaycan, Qazaxıstan, Tacikistan, Qırğızıstan, Türkmənistan, Özbəkistan və Əfqanıstan proqrama üzv dövlətlərdirlər. BMT-nin Avropa üçün İqtisadi Komissiyası (UNECE), BMT-nin Asiya və Sakit Okean üzrə İqtisadi və Sosial Komissiyası (UNESCAP) da proqramda təmsil olunurlar . SPECA-nın məqsədi üzv dövlətlər arasında əməkdaşlığın inkişafı və dünya iqtisadiyyatına inteqrasiyanın dəstəklənməsidir. Forumda Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarovun vurğuladığı kimi, SPECA regionda ortaq iqtisadi məqsədlərə nail olmaq, bərabərsizlikləri azaltmaq və regionda rifahı artırmaq məqsədinə əsaslanır.
İndiyədək proqrama uyğun olaraq BMT təərfindən bir sıra mühüm sənədlər imzalanıb və önəmli layihələr reallaşdırlıb. Noyabrın 20-də Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Tacikistan, Türkmənistan və Özbəkistan tərəfindən irəli sürülmüş SPECA-nın 25-ci ildönümünün qeyd olunmasına dair BMT Baş Assambleyasının qətnamə layihəsi yekdilliklə qəbul edilib. “Dünyamızın transformasiyası: Davamlı İnkişaf üçün 2030 gündəliyi” adlı qətnamədə Xüsusi Proqramın üzv dövlətlər üçün qarşılıqlı anlaşma, iqtisadi əməkdaşlıq və regional inkişafı təşviq edən regional proqram kimi mühüm rolu vurğulanıb. Sənəddə Xüsusi Proqramın iştirakçısı olan dövlətlərin və BMT-nin Xüsusi Proqram çərçivəsində layihələrin həyata keçirilməsi üçün maliyyə resurslarının səmərəli və vaxtında səfərbər edilməsi üçün BMT-nin çoxtərəfdaşlı etimad fondunun yaradılması imkanlarının araşdırılmasının əhəmiyyəti qeyd olunub. Habelə qətnamədə Dayanıqlı İnkişaf Məqsədlərinə nail olmaq və mehriban qonşuluq münasibətlərini inkişaf etdirmək üçün Mərkəzi Asiya ölkələri arasında regional əməkdaşlığın daha da inkişaf etdirilməsinin vacibliyi vurğulanıb.
Azərbaycanın fəal rolu
Azərbaycan 28-29 noyabr 2002-ci ildə Bişkek şəhərində keçirilmiş Regional Məşvərət Komitəsinin 4-cü sessiyasında proqrama üzv qəbul edilib. Həmin vaxtdan etibarən respublikamız proqramın həyata keçirilməsində xüsusi fəallıq göstərir. 2006-cı ildə Bakıda Proqramın İdarəetmə Şurasının 1-ci iclası və Biznes-Forum keçirilib. 2007-ci ildə Xarici İşlər və İqtisadi İnkişaf nazirlikləri tərəfindən irəli sürülmüş Ticarətə Yardım mexanizminə qoşulmaq təşəbbüsü üzrə 1-2 dekabr 2010-cu il tarixində Bakı şəhərində Nazirlər Görüşü keçirilib. Azərbaycan 2016-cı ildə SPECA-ya sədrlik edib. İqtisadiyyat Nazirliyinin və BMT-nin Avropa üçün İqtisadi Komissiyasının (UNECE) həmsədrliyi ilə 22-23 noyabr tarixlərində Gəncə şəhərində SPECA-nın İqtisadi Forumu və İdarəetmə Şurasının 11-ci iclası keçirilib. 2023-cü ildə SPECA-ya sədrliyi növbəti dəfə Azərbaycan Respublikası həyata keçirir.
Azəbaycanın üzv dövlətlərlə ticarət tərəfdaşlığının genişlənməsi də xüsusi diqqət çəkir. 2022-ci ildə Azərbaycanın SPECA ölkələri ilə ticarət dövriyyəsi 3,6 dəfə artaraq 1,3 milyard dollara çatıb. Bu ilin ilk on ayında isə həmin göstərici 1,2 milyard dollar təşkil edib ki, bu da ötən ilin eyni dövrünə nisbətən təxminən 16 faiz çoxdur. Bundan əlavə, Azərbaycan proqram çərçivəsində ixracın həcminə görə də müsbət nəticələrə nail olub. Ötən ilin eyni dövrünə nisbətən bu ilin ilk 10 ayında Azərbaycanın proqram iştirakçısı olan ölkələrə ixracı təxminən 82 faiz artıb. Bu sahədə daha yüksək nəticələr əldə etmək üçün imkanlar genişdir. Gömrük prosedurlarının sadələşdirilməsi, ticarət maneələrinin azaldılması və tranzit daşımaların optimallaşdırılması kimi tədbirlər bu məsələdə mühüm töhfələr verə bilər. İqtisadiyyat naziri Mikayıl Cabbarov SPECA çərçivəsində ölkəmizin Qazaxıstan, Qırğızıstan, Tacikistan, Türkmənistan və Özbəkistanla ikitərəfli faydalı iqtisadi-ticarət tərəfdaşlığı və bu sahədə mövcud potensial barədə fikirlərini bildirib. Forumda Azərbaycanın artan nəqliyyat-tranzit potensialının ölkəmizin Mərkəzi Asiya ilə əlaqələrinin gücləndirilməsinə mühüm töhfəsi qeyd olunub. Azərbaycanın Milli Prioritetlərinin, əlverişli biznes və investisiya mühitinin, ərazilərimizin azad edilməsinin yaratdığı yeni reallıqların bu kontekstdə önəmi diqqətə çatdırılıb. Bütövlükdə, respublikamızın SPECA-ın reallaşdırılmasında fəal rolu çoxistiqamətlidir.
Ölkəmizin artan nəqliyyat-tranzit potensialı
Açıq dənizə çıxışı olmayan Azərbaycan geniş Avrasiya coğrafiyasının mühüm nəqliyyat hablarından birinə çevrilməkdədir. Regionda ölkəmizin rolu o qədər artıb ki, artıq qeyd olunan geniş coğrafiyanın ən aktual nəqliyyat məsələləri məhz Azərbaycanda müzakirə olunaraq mühüm qərarlar qəbul olunur.
Azərbaycanın qısa müddətdə Avrasiyanın mühüm tranzit habına çevrilməsini şərtləndirən ən mühüm faktorlardan biri qismində son 20 ildə bütün ölkə üzrə yaradılan müasir yol-nəqliyyat infrastrukturu çıxış edir. Respublikamızın ərazisindən bir-birinə inteqrasiya olunmuş Şərq-Qərb və Şimal-Cənub kimi iki mühüm dəhliz keçir. Həmçinin respublikamızda SPECA-nın üzv dövlətlərinin də qoşulduğu Orta Dəhlizin hər iki marşruta bağlantıları var. Bəhs olunan dövrdə respublika üzrə hər il təxminən min kilometr uzunluğunda avtomobil yolları əsaslı şəkildə yenidən qurulub, yüzlərlə körpü, keçid inşa olunub. Hazırda Azərbaycanın regionlarında da beynəlxalq səviyyəli hava limanları fəaliyyət göstərir.
Ölkə ərazisində dəmir yollarının müasir standartlar səviyyəsində yenidən qurulması istiqamətində böyük həcmlərdə investisiya tutumuna malik layihələr reallaşdırılıb. Azərbaycanın moderatorluğu ilə inşa olunan və 2017-ci ildə istismara verilmiş Bakı-Tbilisi-Qars dəmir yolu vasitəsilə birinci mərhələdə 5 milyon ton, növbəti mərhələdə 17 milyon ton, ondan sonra isə daha böyük həcmdə yüklərin daşınması nəzərdə tutulur. Respublikamız liderlik keyfiyyəti nümayiş etdirməklə Xəzər sahilində - Ələtdə ən böyük ticarət limanının inşasına nail olub.
Yaradılan güclü infrastruktur öz müsbət nəticələrini verir. Artıq Qazaxıstandan Gürcüstan limanlarına çatdırılma müddəti ötən illərlə müqayisədə əhəmiyyətli dərəcədə azalıb. Növbəti il üçün hədəf bu müddəti iki dəfəyə qədər (11-15 günə) endirməkdir. SPECA-ya üzv dövlətlərin qoşulduğu Orta Dəhlizin potensialı dəmir yolları ilə yanaşı, limanların yükaşırma qabiliyyəti ilə də sıx bağlıdır. Bu baxımdan, Xəzər dənizində ən böyük ticarət limanlarından biri olan Bakı Beynəlxalq Dəniz Ticarət Limanının yükaşırma qabiliyyətinin ildə 15 milyon tondan 25 milyon tona qədər artırılması istiqamətində fəal iş aparılır. Eyni zamanda Azərbaycanın Gürcüstanın Qara dəniz sahilində yerləşən Kulevi limanının genişləndirilməsi də Orta Dəhlizin fəaliyyətinə töhfə verəcək. Həmçinin Azərbaycan Qara dənizdə yeni liman infrastrukturu qurmaq niyyətini ifadə edib.
Qurulan müasir infarstruktur ölkəmiz üzərindən daşımaların artmasını şərtləndirir. Bu ilin I yarısında Azərbaycanda avtomobil nəqliyyatı ilə beynəlxalq yük daşımalarının sayı 153 872 olub ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 13,9% çoxdur. Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) yaydığı məlumata əsasən, 6 ay ərzində daşımalarda iştirak edən nəqliyyat vasitələrinin sayı isə 11 960 olub, halbuki, 2021-ci ildə bu rəqəm 2 400 idi. Avtomobil nəqliyyatı ilə tranzit daşımaların sayında qeydə alınan artım dinamikası isə 2022-ci ilin eyni dövrü ilə müqayisədə 52 498 ədəd və yaxud 85,8 % artaraq 113 675 ədədə çatıb.
SPECA üzrə yeni çağırışlar
Son 25 il ərzində SPECA ölkələrinin qlobal ticarətdə rolu dəfələrlə artıb, iqtisadiyyatları nəzərəçarpacaq dərəcədə inkişaf edib. Eyni zamanda, forumda yeni çağırışlara da diqqət çəkilib. BMT-nin Avropa İqtisadi Komissiyasının icraçı katibinin müavini Dmitri Maryasin vurğulayıb ki, proqram iştirakçısı olan dövlətlərin davamlı iqtisadi inkişafı üçün bir sıra məsələlərə diqqət artırılmalıdır. Buraya rəqəmsal transformasiya, təchizat zəncirindəki problemlərin aradan qaldırılması, gender bərabərliyinə tam nail olunması, “yaşıl” iqtisadiyyata keçidin sürətləndirilməsi və digər məsələlər daxildir. Bildirilib ki, SPECA Fondunun yaradılması üzərində iş aparılır. Həmin fonda daxil olacaq vəsait Dayanıqlı İnkişaf Məqsədlərinə nail olunmasına yönəldiləcək.
BMT-nin Asiya və Sakit Okean ölkələri üzrə İqtisadi və Sosial Komissiyasının icraçı katibinin müavini Hirohito Toda proqram ölkələri arasında energetika, nəqliyyat, ətraf mühit, gömrük, informasiya-kommunikasiya texnologiyaları, ticarət və digər sahələrdə əlaqələrin gücləndirilməsinin, gələcəkdə birgə layihələrin gerçəkləşdirilməsinin önəmini qeyd edib. Onun fikrincə, proqram ölkələrinin iqtisadiyyatları şaxələndirilməli, rəqəmsal inkişafa, iqlim dəyişikliyi problemlərinin aradan qaldırılmasına, ərzaq təhlükəsizliyinin təmin olunmasına və s. diqqət artırılmalıdır.
SPECA proqramı üzrə yaranan yeni ən mühüm çağırışlardan biri rəqəmsallaşmanın genişləndirilməsi ilə bağlıdır. Forumda Ticarətin Asanlaşdırılması və Elektron Biznes üzrə BMT Mərkəzinin sədri Syu Probert və digərləri rəqəmsal transformasiyanın və elektron sənəd mübadiləsinin regional ticarətdə səmərəli əməkdaşlıq baxımından əhəmiyyətini vurğulayıb, region ölkələri tərəfindən SPECA-nın davamlı ticarət prinsiplərinin dəstəklənməsinin faydaları və başqa əlaqədar məsələlər barədə danışıblar.
Xəbər lenti
Hamısına baxİqtisadiyyat
10 İyul 23:21
İqtisadiyyat
10 İyul 22:45
Dünya
10 İyul 22:19
Dünya
10 İyul 21:50
İqtisadiyyat
10 İyul 21:26
Dünya
10 İyul 21:13
Gündəm
10 İyul 20:49
Elm
10 İyul 20:41
Dünya
10 İyul 20:35
İqtisadiyyat
10 İyul 20:18
Maraqlı
10 İyul 19:50
Dünya
10 İyul 19:23
Dünya
10 İyul 19:07
Maraqlı
10 İyul 18:39
Dünya
10 İyul 18:03
Dünya
10 İyul 17:55
Dünya
10 İyul 17:23
Dünya
10 İyul 16:49
Dünya
10 İyul 16:20
YAP xəbərləri
10 İyul 15:50
İqtisadiyyat
10 İyul 15:39
İqtisadiyyat
10 İyul 15:38
Dünya
10 İyul 15:32
Dünya
10 İyul 15:06
Sosial
10 İyul 14:54
Sosial
10 İyul 14:43
Dünya
10 İyul 14:40
Dünya
10 İyul 14:19
Sosial
10 İyul 14:06
İqtisadiyyat
10 İyul 14:06
Elanlar
10 İyul 14:05
Sosial
10 İyul 14:04
YAP xəbərləri
10 İyul 14:03
Dünya
10 İyul 13:51
Dünya
10 İyul 13:35
Sosial
10 İyul 12:43
Sosial
10 İyul 12:43
Elm
10 İyul 12:42
Dünya
10 İyul 12:26
Dünya
10 İyul 12:10
Gündəm
10 İyul 11:50
Gündəm
10 İyul 11:48
İqtisadiyyat
10 İyul 11:47
Gündəm
10 İyul 11:35
İqtisadiyyat
10 İyul 11:35
Siyasət
10 İyul 11:25
Siyasət
10 İyul 11:14
MEDİA
10 İyul 11:13
İqtisadiyyat
10 İyul 11:05
Sosial
10 İyul 10:42
İqtisadiyyat
10 İyul 10:40
Dünya
10 İyul 10:19
Xəbər lenti
10 İyul 10:17
YAP xəbərləri
10 İyul 09:54
Analitik
10 İyul 09:52
Dünya
10 İyul 09:45
Analitik
10 İyul 09:45
Sosial
10 İyul 09:40
Sosial
10 İyul 09:35
Sosial
10 İyul 09:17
Dünya
10 İyul 08:50
İdman
10 İyul 08:22
Dünya
09 İyul 23:32
Sosial
09 İyul 23:17
Dünya
09 İyul 22:45
İqtisadiyyat
09 İyul 22:19
Dünya
09 İyul 22:03
İdman
09 İyul 21:59
İdman
09 İyul 21:50
Hərbi
09 İyul 21:24

