Növbəti mərhələ Qəbələdə keçiriləcək
10.04.2024 [11:00]
IDEA İctimai Birliyi “Gənc arıçı” layihəsinə yenidən start verir
Günel ABBAS
Gənclərin bütün peşələrdə özlərini ifadə etmələri üçün zəruri məkanların yaradılması çox vacibdir. Gənclər elm, mədəniyyət, ədəbiyyat və istehsal sahələrindən əlavə biznes və sahibkarlıqda da öz fəaliyyətlərini göstərə bilərlər. Görünən odur ki, dövlət gənclərin inkişafının qayğısına qalır. Gənclərin həm siyasətdə, həm də iqtisadiyyatın inkişafında rolunun artması üçün müvafiq tədbirlər görülür. Aydındır ki, bir ölkənin güclü iqtisadiyyata sahib olması üçün kommersiya təşkilatları müvafiq şəkildə inkişaf etməlidir.
Gənclərin də fikrincə, onlar iqtisadiyyatda daha uğurla təmsil oluna bilirlər. İqtisadçılar deyir ki, azad tənzimlənən iqtisadiyyatın əsasını özəl mülkiyyət təşkil etdiyindən, hər bir dövlət adıçəkilən sahənin inkişafını diqqət mərkəzində saxlayır və onun təşəkkül tapması üçün lazım olan dəstəyi verməyə çalışır.
Bu gün Azərbaycan gəncləri ictimai-siyasi, sosial-mədəni, özəl sahibkarlığı əhatə edən sahələrdə fəal iştirak edir. Gənclərlə iş sahəsində görülən tədbirlər Azərbaycan gəncliyinin inkişafına təkan verir, onların cəmiyyətdə özlərini təsdiq etməsində böyük rol oynayır. Artıq respublikamızda fəaliyyət göstərən gənclər təşkilatları, ictimai birliklər ölkəmizdə vətəndaş cəmiyyətinin qurulmasına, özəl sahibkarlığın inkişafına töhfələrini verir. Ölkədə gənc nəslin mənəvi-ideoloji tərbiyəsinə, onların sağlamlığının qorunmasına xüsusi qayğı ilə yanaşılır.
Son vaxtlar Azərbaycan dövləti gənclərə malik olduqları qabiliyyət və intellektual imkanlar müqabilində geniş meydan verməyin tərəfdarı kimi bu təbəqəyə daim böyük diqqət və qayğı göstərir. Ölkəmizin qüdrətli dövlətə çevrilməsi naminə gənclərin imkanlarından daha dolğun istifadə edilməsi, həmçinin bunun üçün əlverişli şəraitin yaradılması gənclər siyasətinin əsasını təşkil edir. Gənc nəslin fiziki, sosial və mənəvi inkişafını təmin edən fəaliyyət sahələrinin istiqamətləndirilməsi, gənclərin dünya dəyərlərinə yiyələnməsi, onların geniş imkanlara malik olan iş adamlarına çevrilməsi və digər bir sıra mühüm məsələlər qarşıda duran əsas vəzifələrdəndir.
Yeri gəlmişkən, “Yaşıl dünya naminə həmrəylik ili” və BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) çərçivəsində Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyevanın təşəbbüsü ilə 2021-ci ildən etibarən həyata keçirilən “Gənc arıçı” layihəsinin icrasına bu il Qəbələ rayonunda başlanılacaq.
Layihə gənclər və gənc ailələr üçün arıçılıq təsərrüfatının yaradılması və düzgün inkişaf etdirilməsinə istiqamətlənib. Layihə çərçivəsində nəzəri və praktiki təlimlərə cəlb olunması nəzərdə tutulan 20 gənc ailə bir aylıq kurs müddətini tamamladıqdan sonra arıçılıq təsərrüfatı üçün lazım olan arı ailəsi və pətəkləri, arıçı geyimi, balsüzən aparat və digər lazımi ləvazimatlarla tam təchiz olunacaq və gənc arıçılara istehsalat prosesini effektiv icra etmələri üçün lazımi şərait yaradılacaq.
IDEA İctimai Birliyi, Gənclər Fondu, Dövlət Məşğulluq Agentliyi və “ABAD” publik hüquqi şəxsin birgə təşkilatçılığı ilə həyata keçirilən layihənin məqsədi biomüxtəlifliyin qoruyucusu olan arıların Azərbaycanda arealını artırmaq, arıçılıq təsərrüfatının ekosahibkarlıq növü kimi Azərbaycanın bölgələrində yayılmasını təşviq etmək, təbii bal istehsalının təmin olunmasına dəstək vermək, gənc ailələrin maddi rifahının yaxşılaşdırılmasına töhfə vermək və gənclərin məşğulluğunu təmin etməkdir.
Gənc ekosahibkarlar iki il ərzində təbii artım vasitəsilə pətək saylarının çoxaldılması üçün mütəmadi olaraq təsərrüfatları mütəxəssislər tərəfindən monitorinq olunacaq və onlara lazımi məsləhətlər veriləcəkdir. Bazar iqtisadiyyatı şəraitində rəqabətə davamlı bal istehsalı mərhələsinə çatdıqda yeni arıçılara öz məhsullarını sərgiləməklə geniş müştəri bazasına çıxış əldə etməyə və satışın səmərəli təşkilinə köməklik göstərilməsi planlaşdırılıb.
Məlumdur ki, arı və digər tozlandırıcılar biomüxtəlifliyin mühafizəsində vacib rol oynayır və arıçılıq kənd təsərrüfatının ekoloji baxımdan ən təhlükəsiz, eyni zamanda faydalı növü hesab edilir. Bunu nəzərə alan IDEA İctimai Birliyi Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə birgə arıçılığa dəstək məqsədilə ölkədə nektar verən ağacların əkilməsi üzrə kütləvi ağacəkmə aksiyaları keçirir və ekosistemdə vacib rol oynayan arıların qorunmasında hər birimizi aktiv iştirak etməyə cağırır.
Layihədə iştirak etmək istəyən gənclərin 10 aprel 2024-cü il tarixinədək müraciətlərini IDEA İctimai Birliyininin qaynar xətti 1113 və ya e-mail ünvanına (info@ideacampaign.org) göndərmələri və yaxud Qəbələ Rayon Məşğulluq Mərkəzinə yaxınlaşaraq qeydiyyatdan keçməsi xahiş olunur.
Məqalə “Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi”nin maliyyə dəstəyi ilə “Uşaq və gənclərin fiziki və mənəvi inkişafı” istiqaməti üzrə hazırlanmışdır
Xəbər lenti
Hamısına baxElm
31 Avqust 23:14
İqtisadiyyat
31 Avqust 22:59
İdman
31 Avqust 22:27
İqtisadiyyat
31 Avqust 21:42
İdman
31 Avqust 21:18
İqtisadiyyat
31 Avqust 20:53
Hadisə
31 Avqust 20:25
İdman
31 Avqust 19:41
Dünya
31 Avqust 19:16
Gündəm
31 Avqust 18:58
Dünya
31 Avqust 18:34
Elm
31 Avqust 18:19
İqtisadiyyat
31 Avqust 17:23
Gündəm
31 Avqust 17:12
Sosial
31 Avqust 17:07
Sosial
31 Avqust 16:41
Dünya
31 Avqust 16:30
YAP xəbərləri
31 Avqust 16:12
Dünya
31 Avqust 15:23
Elm
31 Avqust 15:21
Siyasət
31 Avqust 15:19
Siyasət
31 Avqust 15:18
Gündəm
31 Avqust 14:58
YAP xəbərləri
31 Avqust 14:35
Dünya
31 Avqust 14:23
Elanlar
31 Avqust 14:10
İqtisadiyyat
31 Avqust 14:02
İdman
31 Avqust 13:58
Sosial
31 Avqust 13:56
Dünya
31 Avqust 13:19
İdman
31 Avqust 12:51
Dünya
31 Avqust 12:26
Gündəm
31 Avqust 11:45
Dünya
31 Avqust 11:31
Siyasət
31 Avqust 11:31
Siyasət
31 Avqust 11:29
Siyasət
31 Avqust 11:26
Sosial
31 Avqust 11:25
Dünya
31 Avqust 11:14
Gündəm
31 Avqust 11:09
Gündəm
31 Avqust 10:58
Dünya
31 Avqust 10:53
Dünya
31 Avqust 10:25
Dünya
31 Avqust 09:49
İdman
31 Avqust 09:41
Gündəm
31 Avqust 09:32
Dünya
31 Avqust 09:16
Hadisə
31 Avqust 08:48
Dünya
31 Avqust 08:22
Dünya
31 Avqust 07:50
Dünya
31 Avqust 07:36
Dünya
30 Avqust 23:20
Sosial
30 Avqust 22:44
İdman
30 Avqust 22:18
Sosial
30 Avqust 21:25
Dünya
30 Avqust 20:17
Dünya
30 Avqust 19:31
Dünya
30 Avqust 18:14
Dünya
30 Avqust 17:46
Dünya
30 Avqust 16:40
Dünya
30 Avqust 15:18
Dünya
30 Avqust 14:31
Sosial
30 Avqust 13:10
Dünya
30 Avqust 12:25
Dünya
30 Avqust 11:19
Dünya
30 Avqust 10:41
Dünya
30 Avqust 09:17
Dünya
30 Avqust 08:32
Dünya
29 Avqust 23:17
Hadisə
29 Avqust 23:03
| B | Be | Ça | Ç | Ca | C | Ş |
| 1 | 2 | 3 | 4 | 5 | ||
| 6 | 7 | 8 | 9 | 10 | 11 | 12 |
| 13 | 14 | 15 | 16 | 17 | 18 | 19 |
| 20 | 21 | 22 | 23 | 24 | 25 | 26 |
| 27 | 28 | 29 | 30 |

