Fiziki aktivlik…
10.05.2024 [10:40]
Uşaqların hərtərəfli inkişafı üçün vacibdir!
Uşaqların hərtərəfli inkişafında fiziki tərbiyənin vacib rola malik olduğu şübhəsizdir. Ümumiyyətlə, fiziki tərbiyənin təməlləri ailədə qoyulur. Belə ki, bəzi valideynlər övladlarının fiziki tərbiyəsi ilə heç maraqlanmır, bəziləri isə onları hansısa idman bölməsinə yazdırmaqla öz üzərilərinə düşən vəzifənin bitdiyini hesab edirlər.
Əslində isə, dünyaya gələn körpənin ilk gündən sağlamlığı onun fiziki tərbiyəsinin düzgün təşkili ilə birbaşa bağlıdır. Övladlarının sağlam gələcəyini təmin etmələri üçün, valideynlər onların yaş dövrlərinə uyğun inkişaf mərhələlərini və bu zaman lazım olan prosedurları bilməlidirlər.
Mövzu barədə “Yeni Azərbaycan”a danışan psixoloq Aytən Ələkbərova bildirib ki, gənc nəsildə sağlamlıq mədəniyyətinin, sağlam həyat obrazına vərdişin tərbiyəsi və aşılanması dövrün vacib məsələlərindən biridir. O, qeyd edib ki, yaşlılarla bərabər, böyüməkdə olan, fiziki cəhətdən mükəmməl həyata daxil olan və qabaqcıl biliklərə yiyələnən gənc nəslin nümayəndələri də ölkənin dinamik inkişafı üzrə məsuliyyəti öz üzərlərinə götürməyə qabildirlər: “Məhz buna görə də hökumətin dövlət, ictimai, qeyri-hökumət və digər strukturlarının bütün fəaliyyəti böyüməkdə olan nəslin harmonik cəhətdən inkişaf etmiş, əxlaqi cəhətdən zəngin və fiziki cəhətdən sağlam şəkildə formalaşmasına istiqamətlənib. Gənc nəslin fiziki tərbiyəsinin vacib istiqaməti yeniyetmələrin hərəkət aktivliyinin yüksəldilməsi, təhsil alanların öyrədici, təşkilati, nizam-intizamlı xarakterə malik olan və gənclərin fiziki tərbiyəsinin mühüm tərəfi olan idman bölmələrinə intensiv şəkildə cəlb edilməsi hesab olunur”.
A.Ələkbərovanın sözlərinə görə, fiziki aktivlik uşaqların psixoloji baxımdan sağlam olmasında da mühüm rola malikdir: “Müasir dövrdə bədən tərbiyəsinin kütləvi hala çevrilməsi vəzifəsi öz həllini tapmaqdadır ki, bu da elmi cəhətdən əsaslanmış və cəmiyyətin bütün təbəqələrini əhatə edən fiziki tərbiyə sisteminə əsaslanır. Əhalinin müxtəlif yaş qruplarının fiziki inkişafı və hazırlığı üzrə proqram-dəyərləndirmə normativlərinin dövlət sistemləri mövcuddur.
Məlum məsələdir ki, hər bir dövlətin gələcək inkişafı onun fiziki cəhətdən sağlam yetişən gəncləri ilə sıx bağlıdır. Məhz belə bir gənclərin inkişafı təlim-təhsil müəssələrindən başlayır. Məktəblərdə fiziki tərbiyənin məzmunu uşaq və yeniyetmələri fiziki tərbiyə və yaradıcı fəaliyyətə istiqamətləndirən iki komponentin vəhdəti kimi başa düşülür. Birinci komponent uşaq və yeniyetmələrdə fiziki tərbiyə, sağlamlıq mədəniyyətinin insanın ümumi mədəniyyətinin bir elementi olması haqqında tam nəzəri təsəvvürlər formalaşdırır. Bu, şəxsiyyətin hərtərəfli fiziki və mənəvi inkişafı haqqında əsas biliklərin mənimsənilməsi və “insan-insan”, “insan-cəmiyyət”, “insan-istehsal”, “insan-dövlət”, “insan-təbiət” münasibətlərinin başa düşülməsi vasitəsilə əldə olunur. Məzmunun ikinci komponenti fiziki tərbiyə prosesini sağlamlıq-fiziki tərbiyə və idman fəaliyyəti üsullarının yaradıcı şəkildə mənimsənilməsi və onlardan sağlamlıq, təhsil, inkişaf və tərbiyə sahəsindəki məsələlərin həllində istifadə bacarığının formalaşmasına yönəldir. Bu komponent başqa cür fiziki tərbiyə sahəsində ümumtəhsil hazırlığının ümumdövlət standartının əsasını təşkil edən komponent də adlandırılır. O, dini, milli və fərdi xüsusiyyətlərdən asılı deyil”.
Psixoloq qeyd edib ki, şəxsiyyətlərarası münasibətlərdə müstəqilliyin, özünənəzarətin, qarşılıqlı nəzarətin formalaşması, dəyişən mühit şəraitində qabiliyyətlərin həmin yönə istiqamətlənməsi vacibdir: “Burada cəldlik, sərrastlıq, güclülük, çeviklik, dəqiqlik kimi reaksiayaların inkişafı, eləcə də şəxsi məqsədlərin əldə olunması üçün iradi səy göstərilməsi mühüm amildir. Bütün bunlar isə nəticədə insanın müxtəlif şəraitlərdə öz davranışlarına nəzarət etmək qabiliyyətini formalaşdırır. Deməli, təhsil alanların yuxarıda sadalanan fiziki keyfiyyətlərinin inkişaf etdirilməsi insanın daha zəngin mənəvi və əxlaqi dünyasının təşəkkül tapmasına gətirib çıxarır. Beləliklə, şəxsiyyətin əsas keyfiyyət və xüsusiyyətlərinin formalaşmasında fiziki tərbiyənin rolu olduqca böyükdür. İnsan mücərrəd şəkildə fikirləşməyi bacarmalı, ümumi mövqeyini ortaya qoymalı və bu mövqeyə uyğun şəkildə hərəkət etməlidir. Yalnız düşünmək və nəticələr çıxarmaq kifayət deyildir, bununla bərabər bu nəticələri öz həyatına tətbiq etməyi də, uğur əldə etmək yolunda çətinlikləri aşaraq qarşıya qoyulmuş məqsədlərə nail olmağı da bacarmaq lazımdır. Bütün bunlara isə düzgün şəkildə fiziki tərbiyə vərdişlərinə yiyələnmək nəticəsində nail olmaq olar”.
Yeganə BAYRAMOVA
Məqalə “Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi”nin maliyyə dəstəyi ilə “Uşaq və gənclərin fiziki və mənəvi inkişafı” istiqaməti üzrə hazırlanmışdır
Xəbər lenti
Hamısına baxDünya
10 İyul 16:49
Dünya
10 İyul 16:20
YAP xəbərləri
10 İyul 15:50
İqtisadiyyat
10 İyul 15:39
İqtisadiyyat
10 İyul 15:38
Dünya
10 İyul 15:32
Dünya
10 İyul 15:06
Sosial
10 İyul 14:54
Sosial
10 İyul 14:43
Dünya
10 İyul 14:40
Dünya
10 İyul 14:19
Sosial
10 İyul 14:06
İqtisadiyyat
10 İyul 14:06
Elanlar
10 İyul 14:05
Sosial
10 İyul 14:04
YAP xəbərləri
10 İyul 14:03
Dünya
10 İyul 13:51
Dünya
10 İyul 13:35
Sosial
10 İyul 12:43
Sosial
10 İyul 12:43
Elm
10 İyul 12:42
Dünya
10 İyul 12:26
Dünya
10 İyul 12:10
Gündəm
10 İyul 11:50
Gündəm
10 İyul 11:48
İqtisadiyyat
10 İyul 11:47
Gündəm
10 İyul 11:35
İqtisadiyyat
10 İyul 11:35
Siyasət
10 İyul 11:25
Siyasət
10 İyul 11:14
MEDİA
10 İyul 11:13
İqtisadiyyat
10 İyul 11:05
Sosial
10 İyul 10:42
İqtisadiyyat
10 İyul 10:40
Dünya
10 İyul 10:19
Xəbər lenti
10 İyul 10:17
YAP xəbərləri
10 İyul 09:54
Analitik
10 İyul 09:52
Dünya
10 İyul 09:45
Analitik
10 İyul 09:45
Sosial
10 İyul 09:40
Sosial
10 İyul 09:35
Sosial
10 İyul 09:17
Dünya
10 İyul 08:50
İdman
10 İyul 08:22
Dünya
09 İyul 23:32
Sosial
09 İyul 23:17
Dünya
09 İyul 22:45
İqtisadiyyat
09 İyul 22:19
Dünya
09 İyul 22:03
İdman
09 İyul 21:59
İdman
09 İyul 21:50
Hərbi
09 İyul 21:24
Sosial
09 İyul 21:09
Sosial
09 İyul 20:43
Dünya
09 İyul 20:43
Dünya
09 İyul 20:18
Dünya
09 İyul 19:52
Dünya
09 İyul 19:25
Dünya
09 İyul 19:07
Müsahibə
09 İyul 18:37
İqtisadiyyat
09 İyul 17:20
Dünya
09 İyul 17:19
Elanlar
09 İyul 16:49
İqtisadiyyat
09 İyul 16:35
Siyasət
09 İyul 16:34
Sosial
09 İyul 16:32
Dünya
09 İyul 16:32
Gündəm
09 İyul 16:31
Dünya
09 İyul 16:24

