Dövlət maraqları müdafiə olunmasa...
13.06.2024 [10:37]
İctimai maraqların qorunması da mümkün deyil!
Kimliyindən asılı olmayaraq, vətəndaşların ən başlıca vəzifəsi dövlət maraqlarını müdafiə etməkdir. Hər bir ölkə, millət üçün ictimai və dövlət maraqları ön planda olmalıdır. Çünki bu məsələlərdə kiçik bir fikir ayrılığı sonda ölkə üçün ciddi problemlərə yol aça bilər. Dövlət maraqları müdafiə olunmasa, ölkənin suverenliyi, təhlükəsizliyi təhdid altına düşmüş olar. Dünyada baş verən siyasi-iqtisadi proseslər, geosiyasi dəyişikliklər, dövlət və ictimai maraqların mahiyyəti və təmin olunması ilə bağlı ortaya real çağırışlar qoyur.
Azərbaycan cəmiyyəti ümumilikdə ictimai və dövlət maraqları kontekstində daim birlik nümayiş etdirib. Bunun dəfələrlə şahidi olmuşuq. Bu gün Azərbaycan cəmiyyəti və Azərbaycan iqtidarı birmənalı olaraq milli maraqların keşiyində dayanır.
Bu cəmiyyətlər daha dayanıqlı olur...
Mövzu barədə “Yeni Azərbaycan”a açıqlama verən millət vəkili Məşhur Məmmədov bildirib ki, müasir dünyada milli və dövlət maraqlarının müdafiəsi naminə vətəndaş həmrəyliyinin əldə edilməsi ən önəmli nüanslardan biridir: “Hansı dövlətlərdə ki, ictimai və dövlət maraqları naminə vətəndaşlar tək yumruq olmağı bacarır, eyni zamanda xalq-dövlət birliyi modeli uğurla tətbiq olunur, həmin dövlətlər qlobalist şüurların kataklizmlərindən uğurla çıxa bilir. Həmin cəmiyyətlər həm də daha dayanıqlı olur, dövlətlərdə ictimai-siyasi sabitlik uzun illər xalqın təhlükəsiz şəraitdə yaşamasına rəvac verir. İctimai və dövlət maraqlarının müdafiəsi kontekstində vətəndaş həmrəyliyinin təmin edilməsi, həm də insanların təhlükəsiz şəraitdə yaşamağa olan inam və etiqadını daha da gücləndirmiş olur”.
Ölkəmizin uğurlu modeli...
Deputat qeyd edib ki, Azərbaycan ictimai və dövlət maraqlarının təmin edilməsi sahəsində kifayət qədər uğurlu model formalaşdıra bilib: “Bu gün dövlətin milli mənsubiyyətindən, dini inancından asılı olmayaraq, bütün vətəndaşlar üçün tolerant mühit formalaşdırması, eyni zamanda inanc fərqliliyinə baxmayaraq, hər kəsə bərabərhüquqlu vətəndaş kimi yanaşması dövlətə olan sevginin artması ilə müşahidə edilir. Azərbaycanda xalq-dövlət birliyi, ictimai və dövlət maraqları kontekstində informasiya müharibəsində hər kəsin bir əsgər kimi fəal olması, beynəlxalq mediada, sosial şəbəkələrdə ölkəmizə qarşı informasiya hücumlarında hər kəs aktiv şəkildə dövlətin müdafiəçisi qismində çıxış edir. Hesab edirəm ki, bu gün Azərbaycan vətəndaşının dövlətin taleyində önəmli məsələlərdə göstərdiyi sücaət, milli birlik modeli indiki həssas dövrdə dünyanın bir çox cəmiyyətlərinə örnək ola bilər. Bu baxımdan Azərbaycanda olan mühit dünya dövlətləri üçün də dərs çıxarılası vəziyyətdir”.
Xalqımız mənəvi dəyərlərimizə sayğı göstərir
Millət vəkilinin sözlərinə görə, hər kəsə bəllidir ki, Prezident tərəfindən milli və dövlət maraqlarının qorunması istiqamətində ardıcıl tədbirlər həyata keçirilir: “Fikrimcə, hər bir vətəndaş siyasi mövqeyindən asılı olmayaraq, öz dövlətinin milli maraqlarını qorumalıdır. Çünki dövlət maraqları müdafiə olunmadığı təqdirdə, ictimai maraqların da qorunması mümkün deyil. Sevindirici haldır ki, bu gün xalqımız mənəvi dəyərlərimizə, o cümlədən dövlətə, onun atributlarına və simvollarına böyük diqqət, qayğı və sayğı göstərir. Bütün bunlar da aparılan təbliğatın nəticəsidir. Milli maraq Azərbaycan xalqının fundamental dəyər və məqsədlərini, həmçinin insan, cəmiyyət və dövlətin tərəqqisini təmin edən siyasi, iqtisadi, sosial və digər tələbatların məcmusudur. Nəzərə alsaq ki, müasir Azərbaycan sosiumu intellektual əsaslarda formalaşmış modern bir cəmiyyət kimi xarakterizə olunur. O zaman əminliklə söyləyə bilərik ki, Azərbaycan cəmiyyəti ictimai maraq və dövlət marağı məfhumlarının mahiyyətini dərk edən, bu mövqeyi ictimai, siyasi münasibətlərdə və dövlətlə əlaqələrində nümayiş etdirməyi bacaran, formalaşmış bir yetkin cəmiyyətdir. Bu isə ictimai maraqlarımızın yaşaması deməkdir.
Göründüyü kimi, ictimai və dövlət maraqlarında xalqı ayırmaq mümkün deyil. Azərbaycan bu baxımdan vahid mövqeyə və sarsılmaz birliyə sahibdir. Bundan sonrakı dönəmlər üçün də bu amil əsas götürülməlidir. Bütün ictimai-siyasi təşkilatlar da bu məsələdə aktiv olmalı, ictimai və dövlət maraqlarının müdafiəsində ön sıralarda dayanmalıdır”.
Yeganə BAYRAMOVA
Məqalə “Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi”nin maliyyə dəstəyi ilə “İctimai və dövlət maraqlarının müdafiəsi” istiqaməti üzrə hazırlanmışdır
Xəbər lenti
Hamısına baxDünya
14 May 21:25
Dünya
14 May 21:13
Müsahibə
14 May 20:42
Dünya
14 May 20:30
Dünya
14 May 20:18
Dünya
14 May 19:54
Sosial
14 May 19:20
Dünya
14 May 19:05
Mədəniyyət
14 May 18:39
Sosial
14 May 18:07
Dünya
14 May 17:25
İqtisadiyyat
14 May 17:23
İdman
14 May 17:10
Dünya
14 May 17:09
Sosial
14 May 17:07
Sosial
14 May 16:35
Dünya
14 May 16:32
Dünya
14 May 16:14
İqtisadiyyat
14 May 16:10
Sosial
14 May 16:08
Dünya
14 May 15:38
Dünya
14 May 15:31
Sosial
14 May 15:29
Xəbər lenti
14 May 14:39
Dünya
14 May 14:19
Sosial
14 May 13:52
Siyasət
14 May 13:27
Gündəm
14 May 12:59
Sosial
14 May 12:42
Sosial
14 May 12:41
Mədəniyyət
14 May 12:33
Gündəm
14 May 12:26
Sosial
14 May 12:17
Sosial
14 May 12:08
Gündəm
14 May 11:49
YAP xəbərləri
14 May 11:37
Gündəm
14 May 11:31
İqtisadiyyat
14 May 11:20
İqtisadiyyat
14 May 11:19
İdman
14 May 11:18
Gündəm
14 May 11:16
Gündəm
14 May 11:05
Siyasət
14 May 10:52
Dünya
14 May 10:49
Siyasət
14 May 10:48
Siyasət
14 May 10:43
İqtisadiyyat
14 May 10:30
Sosial
14 May 10:28
Analitik
14 May 10:15
Sosial
14 May 09:57
Ədəbiyyat
14 May 09:33
Analitik
14 May 09:14
YAP xəbərləri
14 May 09:00
Müsahibə
14 May 08:50
MEDİA
14 May 08:37
Sosial
13 May 23:21
Dünya
13 May 22:43
Dünya
13 May 22:39
Dünya
13 May 22:16
Mədəniyyət
13 May 21:54
Dünya
13 May 21:20
Xəbər lenti
13 May 21:14
Dünya
13 May 21:05
İqtisadiyyat
13 May 20:43
Dünya
13 May 20:30
Dünya
13 May 20:18
Dünya
13 May 19:50
Dünya
13 May 19:25
Dünya
13 May 19:13
Dünya
13 May 18:29

