Var olmuşuq və bu gün də varıq!
22.06.2024 [11:12]
Milli-mənəvi dəyərlərimizin təbliği sahəsində hansı işlər görülüb?
Xalqımız uzun illər ərzində tarixin ən ağır sınaqlarından çıxıb. Milli dəyərlərinə hörmətlə yanaşan soydaşlarımız dövlətçilik ənənələrimizin qorunub saxlanmasına nail ola bilib. Zamanla sübut edilib ki, yüksək mədəniyyətə sahib xalq müasir dövrün yeni tələblərinə uyğun hərəkət edərək tərəqqi yolunda inamla addımlamağa qadirdir. Bu səbəbdəndir ki, mədəniyyətin inkişafı, onun layiqincə təbliğ olunması, həmçinin qorunub saxlanması və gələcək nəsillərin bütün olanlardan xəbərdar olması mühüm şərtlərdən sayılır.
Məlumdur ki, adət-ənənələrin yaradıcısı, bu adət-ənənələri zənginləşdirən, qoruyaraq gələcək nəsillərə çatdıran, təbliğ edən xalqdır. Bu gün də mənəvi dəyərlərimizin, adət-ənənələrimizin qorunub saxlanması istiqamətində dövlətimiz tərəfindən də mühüm tədbirlər görülür. Dünyaya inteqrasiya olunduğumuz bir zamanda ölkəmiz öz milli-mənəvi dəyərləri, mədəniyyəti, incəsənəti ilə heyrətləndirməyi bacarıb. Əlbəttə ki, bütün bunlar Azərbaycanın bu istiqamətdə zənginliyinin göstəricisidir. Təbii ki, heyrətamiz dəyərlərimizin əsasında bir çox faktorlar dayanır. Bunlar da tarixi köklərimizi, mədəniyyətimizi özündə əks etdirən faktorlardır.
“Biz nadir irsin varisiyik”
Mövzunu “Yeni Azərbaycan”a dəyərləndirən Milli Məclisin Mədəniyyət komitəsinin sədr müavini, millət vəkili Ülviyyə Həmzəyeva bildirib ki, 1991-ci ildə müstəqilliyə qovuşan Azərbaycan ötən illər ərzində malik olduğu maddi və mənəvi dəyərləri ilə dünya mədəniyyətinə, bəşəri ideallara böyük töhfələr verib: “Məhz polietnik və çoxkonfessiyalı dövlət kimi dünyaya multikulturalizm və tolerantlıq nümunəsi təqdim edən Azərbaycanın beynəlxalq arenaya güclü aktor kimi çıxmasına qədim dövlətçilik tarixi, milli adət-ənənələri və mədəniyyəti təsir edib və bu gün də davam etməkdədir. Milli adət və ənənələr hər bir xalqın milli mədəniyyətinin zənginliyindən, qədim tarixi kökə malik olmasından xəbər verir. Biz nadir irsin varisiyik. Hər bir Azərbaycan vətəndaşı bu irsə layiq olmağa çalışaraq böyük bir tarixi keçmişi, zəngin mədəniyyəti, yüksək mənəviyyatı olan ölkəmizin həm dünəninə, həm bu gününə, həm də gələcəyinə dərin bir məsuliyyət hissi ilə yanaşmalıdır”.
Deputatın sözlərinə görə, milli, mənəvi və mədəni dəyərlərimizin qorunmasında dövlət başçısının imzaladığı sərəncamlar və bunun əsasında görülən tədbirlər xüsusilə qeyd edilməlidir: “Mənəvi dəyərlərimizin, mədəniyətimizin, adət-ənənələrimizin təbliği istiqamətində görülən tədbirlər sırasında Prezidentin Sərəncamı ilə Bakıda yaradılan Beynəlxalq Muğam Mərkəzi, Xalça Muzeyi, həmçinin regionlarda yeni muzey və digər mədəniyyət mərkəzlərinin yaradılması təqdirəlayiq addımlardır. Milli-mənəvi dəyərlərimizin inkişafında öz töhfələrini verən Azərbaycanın görkəmli ziyalılarının yubiley mərasimlərinin keçirilməsi, onlara yüksək dəyər verilərək fəxri ad və mükafatlarla təltif edilmələri deyilənlərin bariz nümunəsidir.
Mənəvi dəyərlərimizin təbliğində önəmli rol
Dövlət başçısının tapşırığı ilə mənəvi dəyərlərimizin təbliği istiqamətində tədbirlər daim davam etməkdədir. Bunların sırasında Gəncə şəhərinin “Azərbaycanın əfsanələr paytaxtı”, Şəki şəhərinin “Azərbaycanın sənətkarlıq paytaxtı” və Qazax şəhərinin “Azərbaycanın folklor paytaxtı” elan edilməsini nümunə kimi göstərmək olar. Eyni zamanda, bu şəhərlərdə respublika və beynəlxalq səviyyəli elmi-praktik konfransların, festivalların və digər tədbirlərin təşkili də vacib məqamlardandır. Məlumdur ki, Azərbaycanın mənəvi inciləri sayılan Qobustan Dövlət Tarixi-Bədii Qoruğu, Şirvanşahlar Sarayı, Qız Qalası və İçərişəhər Dövlət Tarix-Memarlıq Kompleksi UNES?O-nun “Dünya mədəni irs” siyahısına daxil olub. Eyni zamanda, Aşıq sənəti, Azərbaycan xalçası, Novruz bayramı və tar ifaçılıq sənətinin UNES?O-nun Qeyri-Maddi Mədəni İrs Siyahısında yer alması da mənəvi dəyərlərimizin təbliğində önəmli rol oynayır. Bundan başqa, Azərbaycanın çövkən oyununun UNES?O-nun Təcili Qorunmaya Ehtiyacı Olan Qeyri-Maddi Mədəni İrs Siyahısına salınması da ölkəmizə məxsus olan qeyri-maddi irsinin növbəti uğurlarındandır”.
Xalqımız özünəməxsusluğu ilə seçiləcək...
Ü.Həmzəyeva qeyd edib ki, mənəvi aləmimizi zənginləşdirən, milli vəhdətimizi təmin edən dəyərlərimiz sayəsində var olmuşuq və bu gün də varıq: “Dünya xalqları arasında öz qədim milli-mənəvi dəyərləri ilə tanınan Azərbaycan xalqı yaşatdığı və təbliğ etdiyi bəşəri ideyaları, adət-ənənələri, milli xüsusiyyətləri ilə dünya mədəni irsində bundan sonra da özünəməxsusluğu ilə seçiləcək”.
Y.SAHİB
Məqalə “Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi”nin maliyyə dəstəyi ilə “Azərbaycanın dövlətçilik tarixinin, milli adət-ənənələrinin, elm və mədəniyyətinin təbliği” istiqaməti üzrə hazırlanmışdır
Xəbər lenti
Hamısına baxDünya
01 İyul 21:29
Dünya
01 İyul 21:12
Elm
01 İyul 20:45
Dünya
01 İyul 20:35
Dünya
01 İyul 20:17
Dünya
01 İyul 19:50
Dünya
01 İyul 19:22
Dünya
01 İyul 18:41
Siyasət
01 İyul 18:21
Dünya
01 İyul 18:09
Dünya
01 İyul 17:35
İqtisadiyyat
01 İyul 17:10
Gündəm
01 İyul 16:58
İqtisadiyyat
01 İyul 16:38
MEDİA
01 İyul 16:29
YAP xəbərləri
01 İyul 16:28
İdman
01 İyul 16:10
YAP xəbərləri
01 İyul 15:39
Sosial
01 İyul 15:16
İqtisadiyyat
01 İyul 15:12
MEDİA
01 İyul 15:01
Elm
01 İyul 14:27
Sosial
01 İyul 14:27
MEDİA
01 İyul 14:10
MEDİA
01 İyul 14:09
İqtisadiyyat
01 İyul 13:35
YAP xəbərləri
01 İyul 12:16
Gündəm
01 İyul 12:07
Gündəm
01 İyul 11:34
Siyasət
01 İyul 11:30
Dünya
01 İyul 11:19
Sosial
01 İyul 11:12
Xəbər lenti
01 İyul 11:09
Sosial
01 İyul 11:04
Sosial
01 İyul 11:04
Siyasət
01 İyul 10:51
Gündəm
01 İyul 10:25
Siyasət
01 İyul 09:58
Siyasət
01 İyul 09:37
Analitik
01 İyul 09:13
MEDİA
01 İyul 08:50
Sosial
01 İyul 08:35
Dünya
30 İyun 23:21
Dünya
30 İyun 23:10
Dünya
30 İyun 22:59
İqtisadiyyat
30 İyun 22:25
Dünya
30 İyun 21:56
İqtisadiyyat
30 İyun 21:20
Dünya
30 İyun 20:45
Müsahibə
30 İyun 20:18
Xəbər lenti
30 İyun 19:53
Maraqlı
30 İyun 19:50
Dünya
30 İyun 19:22
Xəbər lenti
30 İyun 19:08
YAP xəbərləri
30 İyun 18:48
Xəbər lenti
30 İyun 18:43
Dünya
30 İyun 18:35
Dünya
30 İyun 17:54
Dünya
30 İyun 17:20
YAP xəbərləri
30 İyun 16:52
Maraqlı
30 İyun 16:43
Dünya
30 İyun 16:19
Dünya
30 İyun 15:48
Xəbər lenti
30 İyun 15:44
Sosial
30 İyun 15:37
Mədəniyyət
30 İyun 15:36
Elm
30 İyun 15:35
Dünya
30 İyun 15:23
Mədəniyyət
30 İyun 15:17
Elanlar
30 İyun 14:53
| B | Be | Ça | Ç | Ca | C | Ş |
| 1 | 2 | 3 | 4 | |||
| 5 | 6 | 7 | 8 | 9 | 10 | 11 |
| 12 | 13 | 14 | 15 | 16 | 17 | 18 |
| 19 | 20 | 21 | 22 | 23 | 24 | 25 |
| 26 | 27 | 28 | 29 | 30 | 31 |

