Autizmli uşaqların sayı artır...
06.08.2024 [11:49]
Xəstəliyin yeni potensial səbəbi aşkar edilib
Günümüzdə autizm xəstəliyindən əziyyət çəkən uşaqların sayının artdığını müşahidə etməkdəyik. Bəzən bir çox valideyn övladının üç yaşında danışmağa başlamamasını, heç kəslə ünsiyyət qurmamasını uşağın şəxsiyyətinə xas bir xasiyyət kimi qəbul edir. Buna görə həkimlərdən autizm diaqnozu eşidəndə uzun müddət buna inanmaq istəmirlər. Autizmli bir uşaq isə ona bənzəməyən insanların arasında narahatlıq hiss edir, çünki onlarıbaşa düşə bilmir.
Autizm nədir?
Qeyd edək ki, autizm 3 yaşından əvvəl başlayan və ömürboyu sürən, ictimai qarşılıqlı təsirə və ünsiyyətə zərər verən, məhdud və təkrarlanan davranışlara gətirib çıxaran, beynininkişafına mane olan xəstəlikdir. Mütəxəssislər qeyd edir ki, autizm irsi mənşəlidir, ancaq irsiliyi olduqca qarışıqdır vəmənşəyinin çoxlu gen qarşılıqlı təsirlərindən və yaxud nadirgörülən mutasiyalardan qaynaqlandığı dəqiq məlum deyil. Bəziləri xəstəliyin yaranmasına peyvəndlərin səbəb olduğunudeyir. Lakin bu iddia hələlik mübahisəli olaraq qalır.
Autizm beyinin bir çox qisminə təsir edir, amma bu təsirinnecə inkişaf etdiyi məlum deyil. Valideynlər uşaqlarınıntəxminən iki yaşında xəstəliyinin əlamətlərini hiss edirlər. Təəssüf ki, autizmin çarəsi yoxdur.
Xəstəliyin səbəbi bilinmir...
Mövzu barədə “Yeni Azərbaycan”a danışan pediatr Vaqif Qarayev autizmin son vaxtlar dünyanın, eləcə də Azərbaycanınproblemi olduğunu vurğulayıb: “Problemi qəlizləşdirən də odurki, bu sindromun səbəbi bilinmir. Doğrudur, bu vaxta qədərautizmin səbəbləri barədə müxtəlif iddialar irəli sürülüb. Lakinsübutlu təbabətdə onun səbəbi barədə hələlik heç nə yazılmır. Bir müddət bundan əvvəl peyvəndlərin autizm yaratdığı barədəməlumatlar yayılırdı. Bəzi xəbər saytlarının yazdığına, gəldiyiəsassız qənaətə görə, Azərbaycanda uşaqlara vurulan peyvəndlərkeyfiyyətsiz, yararsızdır. Gəlin baxaq, axı Avropada peyvəndləbağlı problem yoxdur. Və yaxud peyvənd autizm yaradırsa, bəspeyvənd almayan uşaqlarda autizmin səbəbi nədir? Yəni bu iddia özünü doğrultmayıb”.
Həkim qeyd edib ki, peyvəndin autizm yaratdığı barədəməlumatlar yayıldığı andan peyvənd əleyhinə böyük birkampaniya başladılıb və bu hələ də davam edir: “Avropanın ənqabaqcıl ölkələrində, o cümlədən ABŞ-ın bir çox ştatlarında qızılca epidemiyası geniş yayılmaqdadır. Səbəb isə insanların peyvənddən imtina etməsidir. Xatırladım ki, bir neçə il bundanöncə İngiltərədə peyvəndlə bağlı qalmaqallı məhkəmə prosesi keçirildi. Sonda peyvəndin autizm yaratdığı sübut edilmədi. Bu baxımdan autizm sindromunun peyvəndlə əlaqələndirilməsitamamilə əsassızdır. Son vaxtlarda isə genetik faktor irəlisürülür. Lakin bu da məntiqə uyğun gəlmir. Sual olunur: necəoldu yalnız son 20-30 ildə insanların genetik kodu dəyişdi? Yəni bir sözlə, autizmin dəqiq səbəbi hələlik bilinmir”.
Pediatr xəstəliyin dərmanla müalicə olunmadığını bildirib: “Bu cür uşaqlarla bağlı sırf reabilitasiya yaradılmalı, əsasən dəpsixoloqlar onlarla məşğul olmalıdır. Autizmin əlamətlərinəgəldikdə, belə uşaqlar adətən təkliyə meylli olur, ailə üzvləri, eləcə də kollektivlə kontakta girmir, monoton hərəkət edir, nitqində eyni sözlər olur, tutaq ki, hər suala yalnız öz adlarını deməklə cavab verirlər və s. Beləliklə, burada həm nitq, həm də psixoloji problemlər ortaya çıxır. Lakin uşaqda qeyd etdiklərimin hamısı varsa belə, hələ autizm demək doğru deyil. Çünki müxtəlif sindromlar var. Bəzən görürük ki, bu cür davranışları olan uşaqlar bir neçə ay psixoloji reabilitasiyakeçdikdən sonra həmin əlamətlər aradan qalxır”.
Yeni araşdırma...
Bu günlərdə alimlər autizmin yeni potensial səbəbini aşkarediblər. Yaponiyanın Fukui Universitetinin alimləri yenidoğulmuş körpələrin göbək qanında yağ turşularının səviyyəsiilə autizm spektri pozğunluğunun inkişaf riski arasında əlaqətapıblar.
Tədqiqat yeni doğulmuş körpələrin 200 göbək qanınınanalizi əsasında aparılıb. Məlum olub ki, diHETrE (araxidonturşusundan əldə edilən diol) birləşməsinin həm artan, həm də azalan konsentrasiyası autizmin yaranmasına əhəmiyyətli təsir göstərə bilər. Alimlər qeyd ediblər ki, qanda yüksək səviyyəli diHETrE altı yaşında ünsiyyət çətinlikləri ilə, aşağı səviyyələrisə oxşar yaşda olan uşaqlarda təkrarlanan və məhdudlaşdırıcı davranışlarla əlaqələndirilir.
Tədqiqatçılar diHETrE səviyyələrinin qiymətləndirilməsinin uşağın autizmin inkişaf ehtimalını proqnozlaşdırmaq üçün faydalı bir vasitə ola biləcəyini təklifedirlər. Autizm və ya autizm spektri pozğunluğu (ASD) insanın davranışına, ünsiyyətinə və sosial qarşılıqlı əlaqəsinə təsir edən sinir-inkişaf pozğunluqlarının kompleks toplusudur.
Simptomlar müxtəlif insanlarda xeyli dərəcədə dəyişə bilər, lakin çox vaxt sosial qarşılıqlı əlaqədə çətinlik, təkrarlanan davranış və məhdud maraqları ehtiva edir.
Yeganə BAYRAMOVA
Məqalə “Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi”nin maliyyə dəstəyi ilə
“Uşaq və gənclərin fiziki və mənəvi inkişafı” istiqaməti üzrə hazırlanmışdır
Xəbər lenti
Hamısına baxDünya
09 İyul 23:32
Sosial
09 İyul 23:17
Dünya
09 İyul 22:45
İqtisadiyyat
09 İyul 22:19
Dünya
09 İyul 22:03
İdman
09 İyul 21:50
Hərbi
09 İyul 21:24
Sosial
09 İyul 21:09
Sosial
09 İyul 20:43
Dünya
09 İyul 20:43
Dünya
09 İyul 20:18
Dünya
09 İyul 19:52
Dünya
09 İyul 19:25
Dünya
09 İyul 19:07
Müsahibə
09 İyul 18:37
İqtisadiyyat
09 İyul 17:20
Dünya
09 İyul 17:19
Elanlar
09 İyul 16:49
İqtisadiyyat
09 İyul 16:35
Siyasət
09 İyul 16:34
Sosial
09 İyul 16:32
Dünya
09 İyul 16:32
Gündəm
09 İyul 16:31
Dünya
09 İyul 16:24
Elm
09 İyul 15:22
Elm
09 İyul 15:21
YAP xəbərləri
09 İyul 15:18
Sosial
09 İyul 14:45
İqtisadiyyat
09 İyul 14:21
İqtisadiyyat
09 İyul 13:22
Sosial
09 İyul 12:55
Sosial
09 İyul 12:50
Sosial
09 İyul 12:15
İdman
09 İyul 12:13
Elm
09 İyul 12:02
YAP xəbərləri
09 İyul 11:45
İqtisadiyyat
09 İyul 11:40
Gündəm
09 İyul 11:35
İqtisadiyyat
09 İyul 11:15
Siyasət
09 İyul 11:03
İqtisadiyyat
09 İyul 10:50
Dünya
09 İyul 10:41
Siyasət
09 İyul 10:39
Dünya
09 İyul 10:17
İqtisadiyyat
09 İyul 10:08
Dünya
09 İyul 09:52
Analitik
09 İyul 09:50
Analitik
09 İyul 09:42
Ədəbiyyat
09 İyul 09:36
Ədəbiyyat
09 İyul 09:29
Dünya
09 İyul 09:20
Dünya
09 İyul 08:43
Dünya
08 İyul 23:35
İqtisadiyyat
08 İyul 23:19
Dünya
08 İyul 22:46
Dünya
08 İyul 22:19
Sosial
08 İyul 21:55
Dünya
08 İyul 21:23
Dünya
08 İyul 20:42
Hadisə
08 İyul 20:17
Dünya
08 İyul 19:58
Dünya
08 İyul 19:20
Elm
08 İyul 19:14
YAP xəbərləri
08 İyul 18:55
Dünya
08 İyul 18:25
Dünya
08 İyul 17:43
Dünya
08 İyul 16:31
Sosial
08 İyul 16:30
Dünya
08 İyul 16:21
Siyasət
08 İyul 16:05

