“Yaşıl dünyada qadınların təhsili”...
30.08.2024 [10:35]
QAİ-də konfrans keçirilib
Tarixən Azərbaycan qadınları iti zəkası, dərin düşüncəsi ilə mədəni inkişafımızda müstəsna xidmətlər göstəriblər. 19-cu əsrin ortalarından sonra Azərbaycanda maarifçilik yüksək səviyyədə inkişaf edib. Məlumdur ki, İrəvan maarifçilik mühitinin də təhsilimizin, maarifçiliyimizin və mədəniyyətimizin inkişafında xüsusi yeri və əhəmiyyəti var. Ümumiyyətlə, Qərbi Azərbaycanda qızların təhsilə cəlb olunması xüsusi diqqət mərkəzində saxlanılırdı. Belə ki, 19-cu əsrin sonu, 20-ci əsrin əvvəllərində İrəvan şəhərində milli-mənəvi və maarifçilik mühiti digər müsəlman şəhərlərindən güclü olub.
Həmin dövrdə İrəvanda təhsil və maarifçilik mühitinin inkişafı qızların ibtidai təhsillə yanaşı, həm də gimnaziyada oxumasına və ali təhsil almasına imkan verib. Hələ 1850-ci ildə İrəvanda fəaliyyətə başlayan Müqəddəs Pipsimi qadın məktəbində oxuyan qızların sayı ildən-ilə artırdı. O zamanlarda qızlarımızın təhsilə cəlb olunmasında İrəvan Qızlar Gimnaziyasının adını xüsusi vurğulamaq yerinə düşər.
1884-cü ildə yaranmış İrəvan Qız progimnaziyası kadr hazırlayan üç böyük tədris müəssisəsi adı altında yaranaraq fəaliyyət göstərirdi. 91 şagirdlik progimnaziyada Xeyriyyə Cəmiyyəti və Pedaqoji Şura fəaliyyət göstərirdi, pansion yaradılmışdı və burada 8 yaşından 12 yaşınadək olan qızlar xeyriyyə vəsaiti, yuxarı yaşlılar isə öz vəsaitləri hesabına təhsil alırdılar.
İrəvan Qızlar Gimnaziyasını bitirən azərbaycanlı qızların bəziləri 1918-1920-ci illər soyqırımı nəticəsində İrəvandan didərgin düşsələr də, yerdə qalanları Sovet hakimiyyəti illərində İrəvanda xalq maarifi və savadsızlığın aradan qaldırılması istiqamətində mühüm işlər görüb, digərləri isə təhsilini xaricdə davam etdiriblər.
140 yaşlı İrəvan Qızlar Gimnaziyası
Bu günlərdə Qərbi Azərbaycan İcmasında (QAİ) “Yaşıl dünyada qadınların təhsili: dünəndən bu günə” mövzusunda konfrans keçirilib. Tədbir zamanı bu il İrəvan Qızlar progimnaziyasının yaradılmasından 140 il ötdüyü xatırladılıb. Bildirilib ki, İrəvanda fəaliyyət göstərən məktəblərdən biri də Müqəddəs Ripsime qızlar məktəbi idi. 1850-ci il yanvarın 2-də Qafqazın canişini Mixail Vorontsovun xanımı Yelizaveta Vorontsovanın təşəbbüsü və İrəvanda fəaliyyət göstərən Müqəddəs Nina Xeyriyyə Cəmiyyətinin idarə heyətinin qərarı ilə Müqəddəs Ripsime qadın məktəbi təsis edilib.
Qeyd edilib ki, 1884-cü il iyulun 9-da bu məktəb üçsinifli qadın progimnaziyasına çevrilmişdi. 1898-ci il mayın 30-da isə progimnaziya hazırlıq sinfi də təşkil edilməklə səkkizsinifli qadın gimnaziyasına çevrildi. Ödənişli olan bu məktəbdə imkanlı azərbaycanlıların qızları da təhsil alırdılar. Təkcə 1916-1918-ci illərdə Müqəddəs Ripsime gimnaziyasını 36 azərbaycanlı qız bitirmişdi. İrəvan quberniyasının 1914-cü ilə dair “Yaddaş kitabçası”nda göstərilir ki, bu gimnaziyada şəriət dərslərini və Azərbaycan dilini Haşım bəy Nərimanbəyov tədris edib.
Daha yaşıl dünya üçün...
Daha sonra tədbirdə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova çıxış edərək qadınların və uşaqların təhsilinin cəmiyyətin ən ümdə vəzifələrindən olduğunu qeyd edib. O, ölkəmizdə daim təhsilə böyük önəm verildiyini, daha yaşıl dünya üçün təhsilin, məlumatlılığın rolunun misilsiz önəmi olduğunu vurğulayıb.
Azərbaycanda qadın hərəkatının qürurverici səhifəsi
Tədbirdə “Qərbi Azərbaycanda milli maarifçilik mühitinin formalaşmasında azərbaycanlı ziyalı qadınların rolu” mövzusunda çıxış edən Azərbaycan Dövlət Pedaqoji Universitetinin prorektoru, QAİ İdarə Heyətinin üzvü, professor Mahirə Hüseynova bildirib ki, 140 il öncə İrəvanda Qızlar Gimnaziyasının yaranması tarixi hadisə olmaqla yanaşı, həm də Azərbaycan qadın hərəkatının qürurverici səhifələrindən biri kimi nəzərdən keçirilir. Bundan başqa, bu gimnaziyanın nümayəndələrinin də payına deportasiyanın acı nəticələrini yaşamaq düşüb. Qərbi azərbaycanlıların ötən əsr boyunca yaşadığı 4 deportasiya soydaşlarımızın təhsilinə də zərərsiz ötüşməyib.
Tədbirdə, həmçinin “Müstəqil Azərbaycanda təhsil ümummilli məsələ kimi”, “Yaşıl dünya: Ətraf mühitin qorunmasında qadınların rolu”, “Təhsilli qadın təhsilli gələcəkdir” mövzuları ətrafında çıxışlar edilib, fikir mübadilələri aparılıb.
Yeganə BAYRAMOVA
Məqalə “Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi”nin maliyyə dəstəyi ilə “Gender, ailə və demoqrafiya məsələlərinin işıqlandırılması” istiqaməti üzrə hazırlanmışdır
Xəbər lenti
Hamısına baxİqtisadiyyat
10 İyul 22:45
Dünya
10 İyul 22:19
Dünya
10 İyul 21:50
İqtisadiyyat
10 İyul 21:26
Dünya
10 İyul 21:13
Gündəm
10 İyul 20:49
Elm
10 İyul 20:41
Dünya
10 İyul 20:35
İqtisadiyyat
10 İyul 20:18
Maraqlı
10 İyul 19:50
Dünya
10 İyul 19:23
Dünya
10 İyul 19:07
Maraqlı
10 İyul 18:39
Dünya
10 İyul 18:03
Dünya
10 İyul 17:55
Dünya
10 İyul 17:23
Dünya
10 İyul 16:49
Dünya
10 İyul 16:20
YAP xəbərləri
10 İyul 15:50
İqtisadiyyat
10 İyul 15:39
İqtisadiyyat
10 İyul 15:38
Dünya
10 İyul 15:32
Dünya
10 İyul 15:06
Sosial
10 İyul 14:54
Sosial
10 İyul 14:43
Dünya
10 İyul 14:40
Dünya
10 İyul 14:19
Sosial
10 İyul 14:06
İqtisadiyyat
10 İyul 14:06
Elanlar
10 İyul 14:05
Sosial
10 İyul 14:04
YAP xəbərləri
10 İyul 14:03
Dünya
10 İyul 13:51
Dünya
10 İyul 13:35
Sosial
10 İyul 12:43
Sosial
10 İyul 12:43
Elm
10 İyul 12:42
Dünya
10 İyul 12:26
Dünya
10 İyul 12:10
Gündəm
10 İyul 11:50
Gündəm
10 İyul 11:48
İqtisadiyyat
10 İyul 11:47
Gündəm
10 İyul 11:35
İqtisadiyyat
10 İyul 11:35
Siyasət
10 İyul 11:25
Siyasət
10 İyul 11:14
MEDİA
10 İyul 11:13
İqtisadiyyat
10 İyul 11:05
Sosial
10 İyul 10:42
İqtisadiyyat
10 İyul 10:40
Dünya
10 İyul 10:19
Xəbər lenti
10 İyul 10:17
YAP xəbərləri
10 İyul 09:54
Analitik
10 İyul 09:52
Dünya
10 İyul 09:45
Analitik
10 İyul 09:45
Sosial
10 İyul 09:40
Sosial
10 İyul 09:35
Sosial
10 İyul 09:17
Dünya
10 İyul 08:50
İdman
10 İyul 08:22
Dünya
09 İyul 23:32
Sosial
09 İyul 23:17
Dünya
09 İyul 22:45
İqtisadiyyat
09 İyul 22:19
Dünya
09 İyul 22:03
İdman
09 İyul 21:59
İdman
09 İyul 21:50
Hərbi
09 İyul 21:24
Sosial
09 İyul 21:09

