Uşaqların hərtərəfli inkişafı...
18.02.2025 [11:23]
Öncə ailə, sonra təhsil müəssisələri önəmli rol oynayır
Uşaqlar və gənclər hər bir cəmiyyətin və dövlətin gələcəyi üçün mühüm rol oynayır. Bu baxımdan, gənc nəslin düzgün tərbiyəsi, fiziki və mənəvi inkişafı, savadlı vətəndaşlar kimi yetişməsi və digər vacib amillər onların gələcəkdə cəmiyyətə inteqrasiyasına böyük təsir göstərir. Ölkəmizdə uşaq və gənclərin fiziki və mənəvi inkişafı üçün mühüm addımlar atılır. Görülən işlər bunu deməyə əsas verir ki, uşaqların mənəvi inkişafı ölkəmizin əsas prioritetlərindən biridir.
Hazırda dövlət səviyyəsində uşaq və gənclərin mənəvi və fiziki inkişafı üçün geniş şərait yaradılıb, onlara hərtərəfli stimul verən qayğı siyasəti mövcuddur. Ölkəmizdə gənclər mərkəzləri, uşaqlar, eyni zamanda gənclər üçün yaradıcılıq birlikləri var. Kütləvi olmasa belə, hər rayonda bu mərkəzlər fəaliyyət göstərir. Bu, tamamilə dövlət hesabına həyata keçirilir. Həmin mərkəzlərdə uşaq və gənclərin mənəvi istirahəti və inkişafı üçün kurslar təşkil edilir.
İlk növbədə sağlam ailə mühiti olmalıdır
Mövzunu “Yeni Azərbaycan”a dəyərləndirən sosioloq Sahib Altay bildirib ki, uşaqların sosiallaşması, həm fiziki, həm də mənəvi baxımdan əhatəli, normal inkişafı cəmiyyətdəki şərtlərdən çox asılıdır. Onun sözlərinə görə, uşaqların ahəngdar fiziki-mənəvi inkişafı üçün ilk növbədə sosiallaşma institutları sağlam olmalıdır: “Birinci ailə institutu barədə məsələni qeyd edək. Sosiallaşma üçün ilk növbədə sağlam ailə mühiti olmalıdır. Ailədə psixoloji iqlim normal olmalı, valideyn öz missiyalarını başa düşməli, uşağa mülkiyyəti kimi baxmamalı, onunla aqressiv rəftar etməməlidir. Valideynin hüququ heç də uşaqların mənafeyinə zidd olmamalıdır. Bu, Konstitusiyamızda da, Ailə Məcəlləsində də var. Valideynlərin hamısının təhsilli olması vacib deyil. Əsas budur ki, ailə quran cütlüklər valideynlik missiyasını başa düşsünlər, övlada düzgün tərbiyə verməyi bacarsınlar. Uşaqlarla rəftarda ifrat dominantlıq etməməli, uşaqların düşüncələrinə hörmətlə yanaşmalıdırlar. Uşaqlara müstəqil qərar qəbul etmək imkanı vermək lazımdır”.
Məktəbin missiyası təkcə təhsil vermək deyil...
S.Altay bildirib ki, uşaq və gənclərin mənəvi, fiziki inkişafında rol oynayan ikinci institut bağçalar, orta və ali məktəblərdir: “Əlbəttə ki, burada da neqativlərdən kənar sağlam mühit olmalıdır. Uşaqların bir-birilərinə qarşı bullinq tətbiq etmələrinə yol verilməməlidir. Çünki o mühitdə hər cür uşaq var. Maksimum çalışmalıyıq ki, dayanıqlı, sağlam ailə mühitinə nail olaq. Amma bu, həmişə mümkün olmur. Bəzən orta məktəblərdə, bağçalarda, şübhəsiz ki, natamam ailələrdən olan uşaqlar olur. Yaxud da mənəvi, mədəni səviyyəsi fərqli ailələrin uşaqları təmsil olunurlar. Çalışmalıyıq ki, natamamlıq kompleksindən əziyyət çəkən uşaqlar öz yaşıdlarına qarşı aqressiya nümayiş etdirməsinlər. Yaxud belə hal baş versə, qabaqlayıcı metodlarda qarşısını almaq lazımdır. Ümumiyyətlə, məktəb mühiti sağlam olmalıdır. Bilirsiniz ki, məktəbin missiyası təkcə təhsil vermək deyil, həm də didaktikadır. Uşaqların tərbiyədə ideoloji cəhətdən zəngin böyümələrində məktəbin rolu müstəsnadır”.
Cəmiyyətimizi neqativ, aqressiya ötürən təsirlərdən qorumalıyıq
Sosioloqun sözlərinə görə, sosiallaşma institutu kimi ailədən və məktəblərdən daha öndə təsir imkanına malik olan sosial media, sosial şəbəkələr, internet resurslarıdır: “İnternetin, sosial medianın, sosial şəbəkələrin təsiri uşaq və gənclərin davranışlarına, hərəkətlərinə, tərzlərinə birmənalı təsir göstərir. Hətta bəzən görürük ki, uşaqların aqressiv davranışında baxdıqları filmlərin, cizgi filmlərin, oyunların qəhrəmanlarına oxşama cəhdlərini hiss edirik. Bütün bunlar onların davranışlarına təsir göstərir. Çalışmalıyıq ki, uşaqların zərərli informasiyalardan qorunmasını maksimum təmin edək. Sosial şəbəkə vahidlərinin təsirlərindən uşaqların az zərər görmələri üçün qanunvericilik istiqamətində də addımlar atılmalı, təkmilləşməli, sosial şəbəkələrin fəaliyyətini tənzimləyən ayrıca qanun olmalıdır.
Cəmiyyətimiz müstəqil cəmiyyət kimi qlobal dünyaya inteqrasiya olunub. Şübhəsiz ki, qlobal dünyanın bir parçasıyıq. Baş verən hadisə sürətlə dünyanın hər bucağına təsir göstərir. Azərbaycan da kənar təsirlərdən sığortalanmayıb. Cəmiyyətimizi neqativ, aqressiya ötürən təsirlərdən qoruyaq. Filtirizasiya aparılmalıdır ki, cəmiyyətimizin mənəvi-əxlaqi düzəni pozulmasın, cəmiyyətimizin müsbət özəllikləri qorunub saxlanılsın, sosial varisliklə gələcək nəsillərə ötürülsün, cəmiyyət sosial anemiyalardan xilas olsun, sağlam düzəndə inkişaf etsin”.
Yeganə BAYRAMOVA,
Məqalə “Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi”nin maliyyə dəstəyi ilə “Uşaq və gənclərin fiziki və mənəvi inkişafı” istiqaməti üzrə hazırlanmışdır.
Xəbər lenti
Hamısına baxİqtisadiyyat
01 Sentyabr 21:19
Siyasət
01 Sentyabr 21:10
Dünya
01 Sentyabr 20:43
İdman
01 Sentyabr 20:15
Dünya
01 Sentyabr 19:58
Dünya
01 Sentyabr 19:21
Sosial
01 Sentyabr 18:34
İdman
01 Sentyabr 17:22
Sosial
01 Sentyabr 17:19
İqtisadiyyat
01 Sentyabr 16:27
Dünya
01 Sentyabr 16:18
Siyasət
01 Sentyabr 15:35
Siyasət
01 Sentyabr 15:27
Siyasət
01 Sentyabr 15:03
Sosial
01 Sentyabr 14:58
Siyasət
01 Sentyabr 14:55
Gündəm
01 Sentyabr 14:53
Siyasət
01 Sentyabr 14:46
Siyasət
01 Sentyabr 14:32
Dünya
01 Sentyabr 14:20
Dünya
01 Sentyabr 14:20
Siyasət
01 Sentyabr 14:19
Gündəm
01 Sentyabr 14:12
Siyasət
01 Sentyabr 13:59
Siyasət
01 Sentyabr 13:57
Dünya
01 Sentyabr 13:24
Sosial
01 Sentyabr 13:19
Siyasət
01 Sentyabr 12:43
Sosial
01 Sentyabr 11:54
Gündəm
01 Sentyabr 11:48
İqtisadiyyat
01 Sentyabr 11:20
Gündəm
01 Sentyabr 11:18
Siyasət
01 Sentyabr 11:17
Gündəm
01 Sentyabr 10:56
Analitik
01 Sentyabr 10:22
Gündəm
01 Sentyabr 10:06
Siyasət
01 Sentyabr 09:45
Analitik
01 Sentyabr 09:41
Ədəbiyyat
01 Sentyabr 09:17
Ədəbiyyat
01 Sentyabr 08:50
Elm
01 Sentyabr 08:36
Sosial
01 Sentyabr 07:38
Elm
31 Avqust 23:14
İqtisadiyyat
31 Avqust 22:59
İdman
31 Avqust 22:27
İqtisadiyyat
31 Avqust 21:42
İdman
31 Avqust 21:18
İqtisadiyyat
31 Avqust 20:53
Gündəm
31 Avqust 20:32
Hadisə
31 Avqust 20:25
İdman
31 Avqust 19:41
Dünya
31 Avqust 19:16
Gündəm
31 Avqust 18:58
Dünya
31 Avqust 18:34
Elm
31 Avqust 18:19
İqtisadiyyat
31 Avqust 17:23
Gündəm
31 Avqust 17:12
Sosial
31 Avqust 17:07
Sosial
31 Avqust 16:41
Dünya
31 Avqust 16:30
YAP xəbərləri
31 Avqust 16:12
Dünya
31 Avqust 15:23
Elm
31 Avqust 15:21
Siyasət
31 Avqust 15:19
Siyasət
31 Avqust 15:18
Gündəm
31 Avqust 14:58
YAP xəbərləri
31 Avqust 14:35
Dünya
31 Avqust 14:23
Elanlar
31 Avqust 14:10
İqtisadiyyat
31 Avqust 14:02
| B | Be | Ça | Ç | Ca | C | Ş |
| 1 | 2 | 3 | 4 | 5 | ||
| 6 | 7 | 8 | 9 | 10 | 11 | 12 |
| 13 | 14 | 15 | 16 | 17 | 18 | 19 |
| 20 | 21 | 22 | 23 | 24 | 25 | 26 |
| 27 | 28 | 29 | 30 |

