Əks-hücum əməliyyatımız...
24.07.2025 [08:18]
Azərbaycan heç vaxt mülki əhalini hədəf almamışdı!
Azərbaycan İkinci Qarabağ müharibəsi zamanı Ermənistanın mülki əhalisi arasında itkiləri minimuma endirmək üçün əlindən gələni etmişdi. Müharibə zamanı dəfələrlə bildirmişdik ki, ordumuzun Ermənistan ərazisində və mülki əhali arasında heç bir hədəfi olmayıb. 44 gün ərzində bütün dünya da şahid oldu ki, Azərbaycan heç bir halda mülki əhalini hədəf götürmədi və yalnız hərbi obyektlərə atəş zərbələri endirmişdi.
Məlumdur ki, ordumuz yalnız özünə aid olan əraziləri erməni silahlılarından təmizləmək üçün əks-hücum əməliyyatları həyata keçirmişdi. Azərbaycanın sentyabrın 27-də Qarabağda başladığı uğurlu əks-hücum əməliyyatı nəticəsində noyabrın 9-dək ümumilikdə 5 şəhər, 4 qəsəbə və 286 kənd işğaldan azad edildi. Bu, dünyanın müasir hərb tarixində misli görünməmiş uğurlu hərbi əməliyyat idi. Ermənistan ordusu demək olar ki, tamamilə məhv edildi.
Oğullarımızın canı, qanı bahasına yazılan tarix!
Mövzunu “Yeni Azərbaycan”a şərh edən Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin üzvü, millət vəkili Elman Məmmədov bildirib ki, hərbçilərimizin şücaəti ilə 44 günlük savaşda qazanılan qələbə hər bir azərbaycanlı üçün son dərəcə əziz və qiymətlidir: “2020-ci il sentyabrın 27-də növbəti hərbi təxribat müharibə üçün qığılcım oldu. Atəşkəs rejimini kobud şəkildə pozan Ermənistan silahlı qüvvələri cəbhəboyu mövqelərimizə intensiv zərbələr endirməklə yanaşı, Tərtər, Ağdam, Füzuli rayonlarının yaşayış məntəqələrini qəsdən artilleriya atəşinə tutaraq Azərbaycana qarşı növbəti təcavüz törətdilər. Ali Baş Komandanın rəhbərliyi ilə işğal altındakı torpaqlarımızın azad edilməsi məqsədilə Vətən müharibəsinə başlanıldı. Azərbaycanın suverenliyi və ərazi bütövlüyü uğrunda gedən mübarizədə rəşadət göstərən əsgər və zabitlərimiz, bütövlükdə xalqımız əzm və iradə, birlik və həmrəylik nümayiş etdirərək, düşmənə sarsıdıcı zərbələr endirdi.
Azərbaycan Ermənistanı kapitulyasiya aktına imza atmağa məcbur etdi, tariximizə yeni bir gün yazdı və şəhidlərimizin qisası alındı. 21-ci əsrin müharibəsini aparan Azərbaycan hərbi gücü, qüdrəti ilə dünyaya səs saldı. Vətən müharibəsində tarixi Zəfər heç də asanlıqla əldə olunmayıb. Torpaqlarımızı geri qaytarmaq fikrində olmayan Ermənistan onilliklər ərzində burada güclü istehkamlar qurmuşdu. Azərbaycanın cəsur oğullarının şücaəti ilə düşmənin bütün sədləri darmadağın edildi, Vətən müharibəsində tarixi Zəfər cəsur Azərbaycan oğullarının fədakarlığı, canı və qanı bahasına qazanıldı”.
Mülki şəxslərimiz də hədəf idi...
E.Məmmədovun sözlərinə görə, Ermənistan silahlı qüvvələrinin üzvləri davamlı olaraq 1949-cü il tarixli Cenevrə Konvensiyalarının tələblərini pozaraq azərbaycanlı mülki şəxslərə, hərbi qulluqçulara, xüsusilə də yaralılara və həlak olmuş şəxslərə qarşı işgəncə və insanlıq əleyhinə əməllərlə müşahidə olunan müharibə cinayətləri törədib: “Azərbaycandan fərqli olaraq, Ermənistan Vətən müharibəsi zamanı mülki əhalini hədəfə aldı və mülki insanlardan qalxan kimi istifadə etdi. Lakin Azərbaycan Ermənistanın mülki əhalisinin ərazidən çıxarılması üçün dəfələrlə şərait yaratdı, atəşi dayandırdı. Buna Hadrutun azad edilməsi zamanı qarşı tərəfin mülki əhalisinin və hərbçilərinin ərazidən çıxmasına şərait yaradılmasını nümunə göstərə bilərik. Şuşa azad olunana yaxın Xankəndiyə doğru kilometrlərlə uzanan avtomobil karvanlarını da misal göstərə bilərik. Halbuki həmin karvanların tərkibində mülki maşınlarla birlikdə hərbi maşınların və hərbçilərin də olduğu barədə Azərbaycan tərəfində kifayət qədər dəqiq məlumatlar var idi. Biz həmin karvanlara heç bir atəş zərbəsi endirmədik və bunun da başlıca səbəbi onun yaxınlığında mülki əhalinin olması idi”.
Bəzi ölkələr susur...
Deputat qeyd edib ki, hələ də Ermənistanın müharibə cinayətlərinə bəzi ölkələr susur, baş verənlərə qeyri-ciddi yanaşırlar: “Bu da Azərbaycanın beynəlxalq müstəvidə daha çox mübarizə aparmasına səbəb olub. Cinayətlərin tam şəkildə araşdırılması və Ermənistanın cavabdeh tutulması üçün beynəlxalq səviyyədə daha çox tədbir görülməsi vacibdir”.
Sahib
Məqalə “Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi”nin maliyyə dəstəyi ilə “Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə 44 günlük “Vətən müharibəsi”ndə qazanılmış tarixi qələbə, Ermənistan tərəfindən törədilmiş sülh və insanlıq əleyhinə cinayətlər, habelə müharibə cinayətləri ilə bağlı həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması” istiqaməti üzrə hazırlanmışdır.
Xəbər lenti
Hamısına baxDünya
01 Sentyabr 23:34
Dünya
01 Sentyabr 23:20
Hadisə
01 Sentyabr 22:48
İqtisadiyyat
01 Sentyabr 22:25
Siyasət
01 Sentyabr 22:24
Dünya
01 Sentyabr 21:40
İqtisadiyyat
01 Sentyabr 21:19
Siyasət
01 Sentyabr 21:10
Dünya
01 Sentyabr 20:43
İdman
01 Sentyabr 20:15
Dünya
01 Sentyabr 19:58
Dünya
01 Sentyabr 19:21
Gündəm
01 Sentyabr 19:20
Gündəm
01 Sentyabr 18:49
Sosial
01 Sentyabr 18:34
İdman
01 Sentyabr 17:22
Sosial
01 Sentyabr 17:19
İqtisadiyyat
01 Sentyabr 16:27
Dünya
01 Sentyabr 16:18
Siyasət
01 Sentyabr 15:35
Siyasət
01 Sentyabr 15:27
Siyasət
01 Sentyabr 15:03
Sosial
01 Sentyabr 14:58
Siyasət
01 Sentyabr 14:55
Gündəm
01 Sentyabr 14:53
Siyasət
01 Sentyabr 14:46
Siyasət
01 Sentyabr 14:32
Dünya
01 Sentyabr 14:20
Dünya
01 Sentyabr 14:20
Siyasət
01 Sentyabr 14:19
Gündəm
01 Sentyabr 14:12
Siyasət
01 Sentyabr 13:59
Siyasət
01 Sentyabr 13:57
Dünya
01 Sentyabr 13:24
Sosial
01 Sentyabr 13:19
Siyasət
01 Sentyabr 12:43
Sosial
01 Sentyabr 11:54
Gündəm
01 Sentyabr 11:48
İqtisadiyyat
01 Sentyabr 11:20
Gündəm
01 Sentyabr 11:18
Siyasət
01 Sentyabr 11:17
Gündəm
01 Sentyabr 10:56
Analitik
01 Sentyabr 10:22
Gündəm
01 Sentyabr 10:06
Siyasət
01 Sentyabr 09:45
Analitik
01 Sentyabr 09:41
Ədəbiyyat
01 Sentyabr 09:17
Ədəbiyyat
01 Sentyabr 08:50
Elm
01 Sentyabr 08:36
Sosial
01 Sentyabr 07:38
Elm
31 Avqust 23:14
İqtisadiyyat
31 Avqust 22:59
İdman
31 Avqust 22:27
İqtisadiyyat
31 Avqust 21:42
İdman
31 Avqust 21:18
İqtisadiyyat
31 Avqust 20:53
Gündəm
31 Avqust 20:32
Hadisə
31 Avqust 20:25
İdman
31 Avqust 19:41
Dünya
31 Avqust 19:16
Gündəm
31 Avqust 18:58
Dünya
31 Avqust 18:34
Elm
31 Avqust 18:19
İqtisadiyyat
31 Avqust 17:23
Gündəm
31 Avqust 17:12
Sosial
31 Avqust 17:07
Sosial
31 Avqust 16:41
Dünya
31 Avqust 16:30
YAP xəbərləri
31 Avqust 16:12
Dünya
31 Avqust 15:23

