Qarabağ və Şərqi Zəngəzurda müasir həyat tərzi formalaşır
02.09.2025 [11:12]
İKT sahəsində artım qeydə alınıb
Bu gün Qarabağ və Şərqi Zəngəzurda İnformasiya və Kommunikasiya Texnologiyalarının (İKT) inkişafı bölgənin bərpası və müasir infrastrukturun yaradılması baxımından vacibdir. Həm regional, həm milli səviyyədə iqtisadi, sosial və mədəni həyatın inkişafında İKT-nin rolu böyükdür. Bu gün Qarabağ və Şərqi Zəngəzurda müasir İKT infrastrukturunun qurulması, əhalinin və müəssisələrin rəqəmsal xidmətlərdən istifadəsini mümkün edir. Elektron xidmətlərin göstərilməsi, internetin sürətli və geniş əhatəli olması, bölgədə müasir həyat tərzinin formalaşmasına töhfə verir.
Azad edilmiş rayonlarda “ağıllı şəhər” (Smart City) texnologiyalarının tətbiqi yerli əhalinin həyat səviyyəsini yüksəltməyə imkan verir. “Ağıllı şəhər” layihələri şəhər idarəçiliyinin daha səmərəli və şəffaf olmasını təmin edir. Bu, həmçinin ətraf mühitin qorunması, enerji qənaəti və sosial xidmətlərin daha asan və effektiv təqdim olunmasına da şərait yaradır.
Azad edilmiş rayonlarda informasiya xidmətlərinin həcmi
Bu ilin yanvar-iyun aylarında Qarabağ iqtisadi rayonu üzrə informasiya və rabitə sektoru üzrə məhsul (xidmət) buraxılışının həcmi 3,6 milyon manat təşkil edib. Dövlət Statistika Komitəsinin (DSK) məlumatına görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 1,3 faiz çoxdur.
İlin ilk rübündə Bərdə rayonunda bu göstərici 2,9 milyon manat (illik +35,4 faiz), Füzuli rayonunda 270,5 min manat (illik +18,6 faiz), Şuşa rayonunda 140,1 min manat (illik +58,7 faiz), Ağcabədi rayonunda 69,3 min manat (illik -84,6 faiz), Ağdam rayonunda 165,1 min manat (illik -43 faiz), Tərtər rayonunda 81,2 min manat (-79,1 faiz) təşkil edib.
6 ayda Şərqi Zəngəzur iqtisadi rayonu üzrə informasiya və rabitə sektoru üzrə məhsul (xidmət) buraxılışının həcmi 129,5 min manat təşkil edib. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 13,1faiz artım deməkdir. Dövr ərzində Cəbrayıl rayonunda rabitə xidmətlərinin həcmi 118,4 min (illik +20,2 faiz), Kəlbəcər rayonunda 11,1 min manat olub.
Simli telekommunikasiya fəaliyyətinin gəlirləri 3 dəfə artıb
Ötən il Azərbaycanda informasiya və rabitə xidmətlərindən 3 milyard 646 milyon 350 min manat gəlir əldə edilib. DSK məlumatları əsasında apardığı hesablamalarına əsasən, bu, 2023-cü ilin göstəricisindən 13,2 faiz çoxdur.
Hesabat dövründə mobil telefon rabitəsindən 1 milyard 237 milyon 283 min manat (əvvəlki ilə nisbətən 6,4 faiz çox), proqram təminatının işlənməsi və bu sahədə məsləhətlərin verilməsindən 464 milyon 10 min manat (+31 faiz), internet xidmətlərinin göstərilməsindən 470 milyon 972 min manat (+29 faiz) gəlir əldə edilib.
Həmçinin, bu dövr ərzində məlumatların işlənməsi, veb səhifələrin hazırlanması və idarə olunması ilə bağlı fəaliyyətdən 208 milyon 479 min manat (+13 faiz), kompüter şəbəkələrinə texniki xidmət və sair informasiya xidmətlərinin göstərilməsindən 264 milyon 25 min manat (+9 faiz), radio, televiziya verilişlərinin translyasiyası və proqramların tərtib edilməsindən 107 milyon 951 min manat (+12 faiz), şəhər-kənd telefon rabitəsindən 62 milyon 595 min manat (-20 faiz) vəsait toplanıb.
Bundan başqa, ötən il Azərbaycanda peyk rabitəsindən 49 milyon 175 min manat (-8 faiz), data xidmətlərindən 54 milyon 173 min manat (+7,5 faiz), şəhərlərarası və beynəlxalq telefon rabitəsindən 25 milyon 107 min manat (-3 faiz), kinofilmlərin, video və televiziya proqramlarının istehsalı ilə əlaqədar fəaliyyətdən 50 milyon 859 min manat (-4 faiz), nəşriyyat fəaliyyətindən 30 milyon 833 min manat (-15 faiz), simli telekommunikasiya fəaliyyətindən 41 milyon 248 min manat (+3 dəfə), simsiz telekommunikasiya fəaliyyətindən 75 milyon 532 min manat (+29 faiz), sair telekommunikasiya fəaliyyətindən 463 milyon 600 min manat (+12 faiz), digər xidmətlərdən 40 milyon 508 min manat (+19 faiz) gəlir əldə olunub.
IPTV abunəçilərinin sayı 22 faiz çoxalıb
Bundan başqa, 2024-cü ildə Azərbaycanda 19 min 668 IPTV (İnternet Protokol Televiziyası) abunəçisi olub. DSK-nın məlumatına əsasən, bu, 2023-ci ilin göstəricisindən 26 faiz azdır.
Hesabat dövründə ölkədə kabel televiziyası abunəçilərinin sayı 204 min 448-ə bərabər olub ki, bu da 1 il əvvələ nisbətən 13 faiz çoxdur. Son 5 ildə IPTV abunəçilərinin sayında 22 faizlik, kabel televiziyası abunəçilərinin sayında isə cəmi 26 faizlik artım qeydə alınıb.
Yeganə
Məqalə “Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi”nin maliyyə dəstəyi ilə “İnformasiya və kommunikasiya texnologiyalarının inkişaf etdirilməsi” istiqaməti üzrə hazırlanmışdır.
Xəbər lenti
Hamısına baxDünya
13 May 16:22
İdman
13 May 15:54
MEDİA
13 May 15:49
Maraqlı
13 May 15:30
Siyasət
13 May 15:17
Sosial
13 May 15:12
Dünya
13 May 14:25
Siyasət
13 May 14:07
İdman
13 May 14:06
Mədəniyyət
13 May 14:02
Dünya
13 May 13:42
Dünya
13 May 13:19
YAP xəbərləri
13 May 12:58
Dünya
13 May 12:55
Sosial
13 May 12:53
Sosial
13 May 12:30
Gündəm
13 May 12:21
Elm
13 May 11:55
Xəbər lenti
13 May 11:54
İdman
13 May 11:53
Gündəm
13 May 11:52
Siyasət
13 May 11:49
İqtisadiyyat
13 May 11:43
Gündəm
13 May 11:36
MEDİA
13 May 11:14
Gündəm
13 May 10:51
Siyasət
13 May 10:39
Analitik
13 May 10:12
İqtisadiyyat
13 May 09:57
Sosial
13 May 09:49
Xəbər lenti
13 May 09:47
Sosial
13 May 09:46
Ədəbiyyat
13 May 09:33
Analitik
13 May 09:15
Sosial
13 May 08:52
Ədəbiyyat
13 May 08:30
Dünya
13 May 07:48
Sosial
13 May 07:48
Xəbər lenti
13 May 07:47
Sosial
13 May 07:46
Dünya
13 May 07:39
Siyasət
13 May 07:39
Dünya
12 May 23:45
Müsahibə
12 May 23:22
Dünya
12 May 22:43
Dünya
12 May 22:30
İqtisadiyyat
12 May 22:19
Siyasət
12 May 21:50
Dünya
12 May 21:25
İdman
12 May 21:10
Dünya
12 May 20:42
Hadisə
12 May 20:31
Dünya
12 May 20:17
Dünya
12 May 19:54
Gündəm
12 May 19:23
Dünya
12 May 19:20
Dünya
12 May 19:06
Dünya
12 May 18:48
YAP xəbərləri
12 May 18:14
YAP xəbərləri
12 May 18:06
Sosial
12 May 17:46
Dünya
12 May 17:28
Sosial
12 May 17:21
Hadisə
12 May 17:21
Dünya
12 May 17:21
YAP xəbərləri
12 May 17:11
Sosial
12 May 16:14
İqtisadiyyat
12 May 16:10
İqtisadiyyat
12 May 16:09
Gündəm
12 May 15:44

