Regionlarımız necə inkişaf edir?
24.09.2025 [08:30]
Dünyanın inkişaf etmiş ölkələrinin iqtisadi prioritetlərindən biri regionlar arasında tarazlı inkişafın qorunub saxlanılmasıdır. Çünki güclü iqtisadiyyat yalnız paytaxtla ölçülmür, bütün bölgələrin inkişafı dövlətin iqtisadi potensialını və qüdrətini artır. Azərbaycanda həyata keçirilən iqtisadi siyasət də bu prinsiplərə söykənir və regionların sosial-iqtisadi inkişafı ilə bağlı davamlı proqramların icrası milli prioritet kimi 20 ildən çoxdur ki, ön planda dayanır.
Bu gün ucqar kəndlərə baxdıqda illər əvvəl xarakterik olan yarımçıq infrastrukturları, iqtisadi-sosial baxımdan çətinlikləri əvəz edən müasir inkişaf meyalarının və insanların layiqli həyat şəraitini müşahidə etmək mümkündür. Yeni yollar çəkilməsi, qazlaşdırma və su təchizatının genişləndirilməsi, zəruri həyatı vacib infrastruktur təminatlarının yaradılması, kənd təsərrüfatı və sənaye sahələrinin dirçəldilməsi regionların simasında nəzərəçarpacaq dəyişikliklər yaradıb.
Regionların inkişafı təkcə iqtisadi göstəricilərin yaxşılaşması ilə məhdudlaşmır. Eyni zamanda sosial təminat imkanları da yüksəlir. Sosial infrastrukturlar - məktəblər, xəstəxanalar, mədəniyyət ocaqları, idman obyektlərinin inşası və digər sistemli tədbirlər sayəsində bölgələrdə məşğulluq imkanları artıb, insanlar iş yerləri ilə təmin olunub, onların sosial rifahı güclənib. Bütün bu sadaladıqlarımız sosial ədalətin təmininə və insan kapitalının inkişafına xidmət edir.
Regionlararası nəqliyyat bağlantılarının yaxşılaşdırılması vacibdir
Mövzuya dair “Yeni Azərbaycan”a açıqlama verən Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Müşfiq Cəfərov bildirib ki, regionların sosial-iqtisadi inkişafı ölkəmizin davamlı tərəqqisi üçün əsas prioritetlərdən biridir. Ötən illər ərzində regionların inkişafı istiqamətində müxtəlif proqramlar həyata keçirilib, infrastruktur layihələri icra olunub, sahibkarlığın inkişafına, kənd təsərrüfatının modernləşdirilməsinə və insan kapitalının gücləndirilməsinə xüsusi diqqət yetirilib. Deputatın fikrincə, regionların sosial-iqtisadi inkişafında hələ də bir sıra problemlər mövcuddur ki, onların aradan qaldırılması məqsədilə sistemli və çoxşaxəli yanaşma tələb olunur: “Regionlarda sosial-iqtisadi inkişafın balanslaşdırılması ölkə iqtisadiyyatının dayanıqlığını artırır və sosial sabitliyin təmin olunmasında həlledici rol oynayır. Hazırda Azərbaycanın bir sıra regionlarından əhali kütləvi şəkildə Bakı və digər iri şəhərlərə köç edir. Bu, regionların əmək bazarının daralmasına, yerli sosial xidmətlərin və infrastrukturun zəifləməsinə səbəb olur. Əhalinin sosial vəziyyətinin yaxşılaşdırılması, iş yerlərinin yaradılması və təhsil imkanlarının artırılması bölgələrdə yaşayış səviyyəsinin yüksəlməsinə gətirib çıxaracaq”.
M.Cəfərov hesab edir ki, regionların iqtisadi inkişafında əsas çətinliklərdən biri onların ərazilərarası qeyri-bərabərliyi və iqtisadi şaxələndirmənin zəif olmasıdır. “Bəzi regionlarda iqtisadiyyat əsasən kənd təsərrüfatına və tək-tək sənaye sahələrinə bağlıdır. Bu isə regionların iqtisadi dayanıqlığını azaldır və onların iqtisadi artım perspektivlərini məhdudlaşdırır. İqtisadi şaxələndirmə və yeni sənaye sahələrinin yaradılması yerli iqtisadiyyatın inkişafı üçün vacibdir. Bundan əlavə, bəzi regionlarımız sərhəd zonalarında yerləşdiyindən, orada investisiya mühiti məhdudlaşır. Həmçinin, idxalın baha başa gəlməsi, logistika xərclərinin yüksəkliyi və kommunikasiya problemləri yerli sahibkarlığın inkişafına mənfi təsir göstərir. Bu problemlərin həlli üçün infrastruktur layihələrinin genişləndirilməsi və regionlararası nəqliyyat bağlantılarının yaxşılaşdırılması vacibdir”.
İnsan kapitalının artırılması diqqət mərkəzindədir...
Deputatın sözlərinə görə, regionların sosial-iqtisadi inkişaf proqramları çərçivəsində hazırda işğaldan azad edilmiş ərazilərdə də yol infrastrukturu, energetika, təhsil və səhiyyə sahələri üzrə çoxsaylı layihələr icra olunur: “Azad edilmiş ərazilərdə bərpa və yenidənqurma işlərinin sürətləndirilməsi regionun sosial-iqtisadi vəziyyətinin yaxşılaşdırılmasına mühüm töhfə verir”.
Millət vəkili regionların inkişafında insan kapitalının rolunun artırılmasını da mühüm faktor hesab etdiyini bildirib. Belə ki, bölgələrdə təhsil və peşə hazırlığına sərmayə qoyuluşu əmək bazarının tələblərinə uyğun ixtisaslı kadrların formalaşmasına şərait yaradır. Bu isə həm yerli sahibkarlığın inkişafına, həm də iş yerlərinin artırılmasına imkan verir. Eləcə də, kiçik və orta sahibkarlığın dəstəklənməsi, yeni biznes təşəbbüslərinin təşviqi regionlarda iqtisadi dinamikanı yüksəldir və sosial rifahın yaxşılaşmasına səbəb olur. Bu baxımdn həm dövlət, həm də özəl sektor arasında əməkdaşlıq möhkəmləndirilməli, maliyyə və qeyri-maliyyə dəstəyi mexanizmləri təkmilləşdirilməlidir”.
M.Cəfərov onu da bildirib ki, regionların sosial-iqtisadi inkişafı çoxşaxəli yanaşma və uzunmüddətli strategiya tələb edir. Yeni iqtisadi şəraitə və inkişaf tələblərinə uyğun olaraq, iqtisadi şaxələndirmə tədbirlərinin artırılması, sahibkarlığın stimullaşdırılması, digər institisional islahatların davam etdirilməsi regional siyasətin effektivliyini daha da artıra bilər. Nəticədə, regionlarda iqtisadi imkanlar və sosial rifah yüksələr, ölkə iqtisadiyyatı daha da güclənmiş olar”.
Sahib
Məqalə “Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi”nin maliyyə dəstəyi ilə “Regionların sosial-iqtisadi inkişafının təşviq edilməsi” istiqaməti üzrə hazırlanmışdır.
Xəbər lenti
Hamısına baxƏdəbiyyat
11 İyul 08:35
İqtisadiyyat
10 İyul 23:21
İqtisadiyyat
10 İyul 22:45
Dünya
10 İyul 22:19
Dünya
10 İyul 21:50
İqtisadiyyat
10 İyul 21:26
Dünya
10 İyul 21:13
Gündəm
10 İyul 20:49
Elm
10 İyul 20:41
Dünya
10 İyul 20:35
İqtisadiyyat
10 İyul 20:18
Maraqlı
10 İyul 19:50
Dünya
10 İyul 19:23
Dünya
10 İyul 19:07
Maraqlı
10 İyul 18:39
Dünya
10 İyul 18:03
Dünya
10 İyul 17:55
Dünya
10 İyul 17:23
Dünya
10 İyul 16:49
Dünya
10 İyul 16:20
YAP xəbərləri
10 İyul 15:50
İqtisadiyyat
10 İyul 15:39
İqtisadiyyat
10 İyul 15:38
Dünya
10 İyul 15:32
Dünya
10 İyul 15:06
Sosial
10 İyul 14:54
Sosial
10 İyul 14:43
Dünya
10 İyul 14:40
Dünya
10 İyul 14:19
Sosial
10 İyul 14:06
İqtisadiyyat
10 İyul 14:06
Elanlar
10 İyul 14:05
Sosial
10 İyul 14:04
YAP xəbərləri
10 İyul 14:03
Dünya
10 İyul 13:51
Dünya
10 İyul 13:35
Sosial
10 İyul 12:43
Sosial
10 İyul 12:43
Elm
10 İyul 12:42
Dünya
10 İyul 12:26
Dünya
10 İyul 12:10
Gündəm
10 İyul 11:50
Gündəm
10 İyul 11:48
İqtisadiyyat
10 İyul 11:47
Gündəm
10 İyul 11:35
İqtisadiyyat
10 İyul 11:35
Siyasət
10 İyul 11:25
Siyasət
10 İyul 11:14
MEDİA
10 İyul 11:13
İqtisadiyyat
10 İyul 11:05
Sosial
10 İyul 10:42
İqtisadiyyat
10 İyul 10:40
Dünya
10 İyul 10:19
Xəbər lenti
10 İyul 10:17
YAP xəbərləri
10 İyul 09:54
Analitik
10 İyul 09:52
Dünya
10 İyul 09:45
Analitik
10 İyul 09:45
Sosial
10 İyul 09:40
Sosial
10 İyul 09:35
Sosial
10 İyul 09:17
Dünya
10 İyul 08:50
İdman
10 İyul 08:22
Dünya
09 İyul 23:32
Sosial
09 İyul 23:17
Dünya
09 İyul 22:45
İqtisadiyyat
09 İyul 22:19
Dünya
09 İyul 22:03
İdman
09 İyul 21:59
İdman
09 İyul 21:50

