Güclü cəmiyyətin təməli...
29.10.2025 [08:31]
Vətəndaş cəmiyyətinin hüquqi dövlət quruculuğunda rolu
Demokratik dövlətlərin inkişaf təcrübəsi və ölkəmizin keçdiyi yol bir daha göstərir ki, vətəndaş cəmiyyətinin söykəndiyi əsas prinsiplərdən biri insan hüquqlarının və azadlıqlarının təminatıdır. İnsan hüquqları və azadlıqları təmin edilmədən nə vətəndaş cəmiyyəti, nə də hüquqi dövlət formalaşdırmaq mümkündür. Cəmiyyətdə hüquqların təminatçısı dövlətdir. Dövlət bu hüquqları təmin etməklə özünün həm də qoruduğu əsas dəyərləri göstərir.
Müasir dövrün ən çox işlədilən sözlərindən biri də “vətəndaş cəmiyyəti” ifadəsidir. Bu ifadənin hər hansı ölkə daxilində işlədilməsinin səviyyəsi dövlət hakimiyyətinin formasını müəyyən etmək üçün təsəvvürlər sistemi yaradır. Vətəndaş cəmiyyəti quruculuğundan söhbət gedirsə, deməli, demokratik dəyərlərin mövcudluğundan danışılır.
Mövzunu “Yeni Azərbaycan”a dəyərləndirən Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü, millət vəkili Bəhruz Məhərrəmov bildirib ki, demokratik və müstəqil inkişaf edən ölkələrdə vətəndaş cəmiyyəti əsas etibarilə vətəndaş - şəxsiyyət amilinə əsaslanır. O, qeyd edib ki, vətəndaş cəmiyyəti insanların siyasi yox, başlıca olaraq iqtisadi və şəxsi həyat fəaliyyəti sferasıdır: “Vətəndaş cəmiyyəti və hüquqi dövlət bir-birini tamamlayan anlayışlardır. Hüquqi dövlət şəraitində vətəndaş cəmiyyəti azad şəkildə inkişaf edir, vətəndaş cəmiyyətinin fəallığı isə hüquqi dövlətin təməlini möhkəmləndirir. Bu, qarşılıqlı etimad və əməkdaşlıq üzərində qurulmuş bir sistemdir.
Vətəndaş cəmiyyətinin sosial-siyasi sferasını təşkil edən əsas elementlər qismində ailə, ictimai-siyasi, siyasi təşkilatlar və hərəkatlar, yaşayış yeri, əmək və başqa kollektivlərlə əlaqədar ictimai özünü idarəetmə orqanları çıxış edir. İctimai fikrin formalaşması və ifadə edilməsi mexanizmlərinin üzə çıxarılması, sosial problemlərin həlli, cəmiyyətin maraqlarını qoruyan və müdafiə edən konstitusiya, müstəqil media, ədalətə söykənən məhkəmə-hüquq sisteminin formalaşması vətəndaş cəmiyyətinin inkişafının təməl prinsipləri hesab olunur. Vətəndaş cəmiyyətinin mənəvi sferasına daxil olan elementlər öz mövqeyini açıq ifadə etmək imkanı, söz və fikir azadlığı, yaradıcı, elmi və digər öz fəaliyyət birliklərinin dövlət və siyasi strukturlardan asılı olmaması və müstəqilliyidir”.
Millət vəkili qeyd edib ki, ölkə başçısı tərəfindən həyata keçirilən məqsədyönlü, hədəflərə xidmət edən siyasət nəticəsində vətəndaş cəmiyyəti və hüquqi dövlət quruculuğu sahəsində ölkəmizdə bu istiqamətdə çox ciddi uğurlara imza atılıb: “Azərbaycanda vətəndaş cəmiyyəti və hüquqi dövlət quruculuğu yüksək səviyyədə təşkil olunub. Müstəqilliyimizin ilk illərində ölkəmiz tarixinin ən mürəkkəb dövrünü yaşadığı bir zamanda dövlətçiliyimizin mövcudluğu ciddi təhlükə altında idi. Məhz belə bir ağır dönəmdə siyasi xəritədən silinmə təhlükəsi ilə üzləşən dövlətimiz ümummilli liderimizin müdrik, uzaqgörən siyasəti nəticəsində xilas olub. Belə ki, qısa zaman kəsiyində ölkəmizdə siyasi sabitlik təmin olunaraq, hüquqi dövlət kimi, müasir Azərbaycan dövləti inkişaf yoluna qədəm qoyub”.
Deputatın sözlərinə görə, bütün sadalananların fonunda əminliklə deyə bilərik ki, müasir Azərbaycan Respublikası vətəndaş təşəbbüslərinin dəstəkləndiyi, siyasi plüralizmin əsas götürüldüyü demokratik cəmiyyətin formalaşdığı ölkələr sırasında ilk yerlərdə qərarlaşıb: “Təbii ki, bununla ölkədə hüquqi dövlət quruculuğu və vətəndaş cəmiyyətinin formalaşması prosesinin tamamlandığını demək olmaz. Dövlətimiz özünün inkişaf strategiyasında hər zaman bu istiqamətə xüsusi önəm verib, hüquqi dövlət quruculuğuna həssaslıqla yanaşıb. Ardıcıl şəkildə həyata keçirilən islahatlar isə başlıca olaraq bir məqsədə - vətəndaşların hüquq və azadlıqlarının etibarlı qorunmasına, ədalət mühakiməsinin təmin edilməsinə və təkmilləşdirilməsinə yönəlib. Bu fikrin davamı olaraq demək olar ki, vətəndaş cəmiyyətinin inkişafı ilə bağlı proseslər ölkəmizdə də, bütün dünyada olduğu kimi, eyni məcrada gedir. Azərbaycanda ildən-ilə vətəndaşların sosial fəallığının artması özünü müxtəlif cəmiyyətlərin, birliklərin, sosial hərəkatların yaranması və fəaliyyətini genişləndirməsində göstərir. Bu isə son illər Azərbaycanın beynəlxalq siyasi arenada artan nüfuzu, genişlənən əlaqələri, ölkəmizin regional əhəmiyyətinin yüksəlməsi ilə izah olunmalıdır. Bütün bunların isə eyni məqsədə - ümumxalq mənafeyinin qorunmasına xidmət etdiyi şübhəsizdir”.
Yeganə
Məqalə “Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi”nin maliyyə dəstəyi ilə “Vətəndaş cəmiyyəti, hüquqi dövlət quruculuğu” istiqaməti üzrə hazırlanmışdır.
Xəbər lenti
Hamısına baxYAP xəbərləri
29 Aprel 23:28
Dünya
29 Aprel 23:18
Dünya
29 Aprel 22:50
Dünya
29 Aprel 22:23
Dünya
29 Aprel 21:46
Dünya
29 Aprel 21:14
Sosial
29 Aprel 20:59
Dünya
29 Aprel 20:25
İqtisadiyyat
29 Aprel 19:53
Dünya
29 Aprel 19:32
Dünya
29 Aprel 19:18
Maraqlı
29 Aprel 18:30
Siyasət
29 Aprel 18:12
YAP xəbərləri
29 Aprel 17:40
Maraqlı
29 Aprel 17:25
Sosial
29 Aprel 17:06
Dünya
29 Aprel 16:39
Analitik
29 Aprel 16:16
Dünya
29 Aprel 16:03
Dünya
29 Aprel 15:48
İqtisadiyyat
29 Aprel 15:23
YAP xəbərləri
29 Aprel 14:59
Siyasət
29 Aprel 14:41
Dünya
29 Aprel 14:32
Dünya
29 Aprel 14:09
Siyasət
29 Aprel 13:52
Dünya
29 Aprel 13:42
Hadisə
29 Aprel 13:31
Dünya
29 Aprel 13:19
Sosial
29 Aprel 12:59
Sosial
29 Aprel 12:59
Dünya
29 Aprel 12:54
Dünya
29 Aprel 12:20
İdman
29 Aprel 12:13
Siyasət
29 Aprel 11:55
Gündəm
29 Aprel 11:48
Gündəm
29 Aprel 11:25
Elm
29 Aprel 11:03
Gündəm
29 Aprel 10:59
Gündəm
29 Aprel 10:34
YAP xəbərləri
29 Aprel 10:22
Sosial
29 Aprel 10:12
Hadisə
29 Aprel 10:06
Gündəm
29 Aprel 09:55
İdman
29 Aprel 09:41
Analitik
29 Aprel 09:30
Analitik
29 Aprel 09:17
Sosial
29 Aprel 08:50
Mədəniyyət
29 Aprel 08:34
Elanlar
29 Aprel 07:50
Hadisə
29 Aprel 07:49
Sosial
29 Aprel 07:45
Dünya
28 Aprel 23:25
Dünya
28 Aprel 23:10
Sosial
28 Aprel 22:41
Dünya
28 Aprel 22:19
İqtisadiyyat
28 Aprel 22:10
Dünya
28 Aprel 21:50
Sosial
28 Aprel 21:24
Dünya
28 Aprel 21:09
Elm
28 Aprel 20:43
YAP xəbərləri
28 Aprel 20:31
Dünya
28 Aprel 20:17
YAP xəbərləri
28 Aprel 19:59
Dünya
28 Aprel 19:55
YAP xəbərləri
28 Aprel 19:32
Diaspor
28 Aprel 19:21
YAP xəbərləri
28 Aprel 18:59
YAP xəbərləri
28 Aprel 18:30
Dünya
28 Aprel 18:12

