Azərbaycanın regionlarında müasir təsərrüfatların yaradılması intensiv şəkildə davam etdirilir
09.12.2017 [00:43]
Son illərdə ölkə üzrə 312 hektar sahədə ümumi dəyəri 400 milyon manat olan 58 müasir istixana kompleksinin yaradılmasına İqtisadiyyat Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu tərəfindən 200 milyon manat güzəştli kredit verilib
Azərbaycanın regionlarında yeni yanaşmalara, intensiv metodlara, qabaqcıl dünya təcrübəsinə əsaslanan aqrar sektorun formalaşdırılması siyasəti uğurla həyata keçirilir. Prezident İlham Əliyev tərəfindən ölkənin torpaq fondunun məhdud olması, istehlak tələbatının isə getdikcə artması, həmçinin yeni qlobal trendlər nəzərə alınmaqla müəyyənləşdirilən bu strategiyaya uyğun olaraq bölgələrdə müasir tipli təsərrüfatların, yeni texnologiyalar əsasında işləyən aqrar-sənaye müəssisələrinin yaradılması geniş vüsət alıb. Belə təsərrüfatlarda, bir qayda olaraq, yüksək keyfiyyət və məhsuldarlıq göstəricilərinə nail olunur. Beləliklə də, həm daxili istehsal genişlənir, həm də respublikamızın yeni ixrac imkanları yaranır.
Ölkənin digər bölgələrində olduğu kimi, Abşeron rayonunda da müasir təsərrüfatların və aqrar-sənaye müəssisələrinin yaradılması diqqət mərkəzində saxlanılır. Belə təsərrüfatlar yaradılarkən İqtisadiyyat Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondunun (SKMF) güzəştli kreditlərindən geniş istifadə olunur. Son illərdə SKMF-nin xəttilə Abşeron rayonu üzrə ümumi dəyəri 360 milyon manat olan 602 investisiya layihəsinin maliyyələşdirilməsinə 200 milyon manat güzəştli kredit verilib. Maliyyələşdirilmiş layihələr hesabına 8700 yeni iş yeri açılıb. Müasir texnologiyalara əsaslanan, ümumi dəyəri 261 milyon manat olan 39 investisiya layihəsinə isə 140,5 milyon manat güzəştli kredit ayrılıb. Nəticədə, 3 logistik mərkəz, 7 quşçuluq təsərrüfatı, 14 istixana kompleksi, iki süd emalı zavodu və müasir texnologiyalara əsaslanan digər istehsalatlar yaradılıb.
Belə müəssisələrdən biri də bu yaxınlarda Prezident İlham Əliyevin regionlara növbəti səfəri çərçivəsində fəaliyyəti ilə tanış olduğu “Zəhmət-Ruzi” MMC-dir. Bəhs olunan MMC-nin dəyəri 42 milyon manat olan logistika mərkəzindən, ət kəsimi, ət və süd emalı fabrikindən ibarət aqrar-sənaye kompleksinin ərsəyə gəlməsinə Sahibkarlığa Kömək Milli Fondunun xəttilə 8,3 milyon manat güzəştli kredit ayrılıb. Götürülən kredit artıq tam qaytarılıb.
Müəssisədə 60 çeşiddə ət və 40 çeşiddə yüksəkkeyfiyyətli süd məhsulları istehsal edilir. Aqrar-sənaye müəssisəsinin AZS - keyfiyyət idarəetmə standartlarının sertifikatına və keyfiyyətə nəzarət sisteminin ISO 9001:2000 sertifikatına layiq görülən ət və süd məhsulları “SAB”-”Made in Azerbaijan” brendi altında bazara çıxarılır.
Aqrar-sənaye müəssisəsinin 7 min tonluq logistika mərkəzi ən müasir avadanlıqla təchiz edilib. Gələcəkdə burada illik kəsim gücü 1,8 min ton olan fabrik də fəaliyyət göstərəcək. Bundan başqa, müəssisəyə saatda 2500 quş kəsimi gücünə malik olan fabrik üçün də avadanlıq gətirilib və ilin sonunadək quraşdırılması nəzərdə tutulub. İllik istehsal gücü 10 min tona çatan ət emalı sahəsində məhsulun saxlanma şəraiti ən müasir standartlara uyğundur.
İllik istehsal gücü 7 min ton olan süd emalı sahəsində pasterizə edilmiş süd, pendir, xama, kəsmik, qatıq, dovğa, ayran və digər məhsullar hazırlanır. Tezliklə bu aqrar-sənaye kompleksində dondurma da istehsal olunacaq. Kompleksin xammala olan tələbatı Abşeron və digər rayonlarda fəaliyyət göstərən fermerlərin təsərrüfatlarında tədarük edilmiş məhsul hesabına təmin ediləcək. “Zəhmət-Ruzi” MMC-nin həyata keçirdiyi layihələr hesabına 150 yeni iş yeri yaradılıb və orta aylıq əməkhaqqı 500 manatdır. Burada istehsal edilən məhsulların Rusiyaya, Qazaxıstana və Asiya ölkələrinə ixracı ilə bağlı müvafiq tədbirlər görülür.
Son illərdə respublikamızın bölgələrində gəlirli sahə olan üzümçülüyün intensiv metodlarla inkişafına böyük diqqət göstərilir. Prezident İlham Əliyevin 15 dekabr 2011-ci il tarixli müvafiq Sərəncamı ilə təsdiqlənən “2012-2020-ci illərdə Azərbaycan Respublikasında üzümçülüyün inkişafına dair Dövlət Proqramı” ölkəmizdə bu sahənin yenidən dirçəldilməsində mühüm rol oynayır. Bəhs olunan Dövlət Proqramı üzümçülüklə məşğul olan sahibkarların fəaliyyətini gücləndirib, yeni üzümçülük təsərrüfatlarının yaradılmasına müsbət təsir göstərib. Təsadüfi deyil ki, Şamaxıda da son illərdə təsərrüfatın bu gəlirli sahəsi sürətlə inkişaf edir. Artıq üzüm bağlarının sahəsi 1650 hektara çatdırılıb ki, bunun da 1550 hektarı məhsul verir.
“Az-Granata” MMC də Şamaxı rayonunda üzümçülüyün inkişafına öz töhfəsini verir. MMC-nin Şamaxı üzüm bağları 2009-cu ildə 25 hektar sahədə salınmağa başlanıb. Hazırda üzüm bağı 375 hektardır. Onun 309 hektarı texniki üzüm növləri, 66 hektarı isə süfrə üzümü bağıdır.
Sahələrdə becərilən üzüm tingləri Fransa, Türkiyə və Gürcüstandan gətirilən ən yaxşı növlərdən ibarətdir. Texniki növlərdən “Şardane”, “Cabarne”, “Cabarne Frans”, süfrə növlərindən “Prima”, “Cardinal”, “Sultaniye”, “Alfonz Lavalle”, “Danuta” və s. kimi növləri misal göstərmək olar. 2016-2017-ci məhsul ilində “Superrior Seedeless”, “Crimson Seedles”, “Red Globe” kimi yeni növlər gətirilərək cavan bağlar salınıb. Kişmiş və əla şərab üzümü olan “Mədrəsə” kimi yerli növlər də bağda yetişdirilərək məhsul istehsalı ildən-ilə artırılır. Cari ildə texniki üzümün hektar üzrə məhsuldarlığı 7-8 ton, süfrə üzümünün məhsuldarlığı isə 15 ton olub. Növbəti ildə məhsuldarlığı texniki üzüm bağları üzrə 10-11 tona, süfrə üzümü bağlarında isə 17-18 tona çatdırmaq hədəflənib. 2015-ci ildə süfrə üzümü bağında ən müasir suvarma sistemi qurulub. Texniki üzüm isə dəmyə şəraitində yetişdirilir. Hazırda “Az-Granata” MMC-nin üzüm bağlarında 250 nəfər işlə təmin edilib ki, onlardan 200 nəfəri qadındır.
Son illərdə regionlarda və Bakı şəhərinin qəsəbələrində 312 hektar sahədə ümumi dəyəri 400 milyon manat olan 58 müasir istixana kompleksinin yaradılmasına İqtisadiyyat Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu tərəfindən 200 milyon manat güzəştli kredit verilib. Bakıətrafı ərazilərdə daha bir müasir təsərrüfat Xəzər rayonunun Zirə qəsəbəsində yaradılıb. Prezident İlham Əliyev bu günlərdə “BAKU AGROPARK” adlanan bu təsərrüfatın birinci mərhələsi çərçivəsində görülən işlərlə tanış olub. Dövlət başçısına məlumat verilib ki, “BAKU AGROPARK” MMC-nin müasir istixana kompleksinin ümumi layihə dəyəri 68 milyon manata yaxındır.
“BAKU AGROPARK”ın birinci mərhələsində 10 hektar sahədə illik istehsal gücü 3,3 min ton pomidor məhsulu olan istixana kompleksi yaradılıb. Birinci mərhələdə layihə üzrə infrastrukturun yaradılmasına 21,7 milyon manat investisiya qoyulub. İqtisadiyyat Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu tərəfindən isə bu mərhələ üzrə 10 milyon manat güzəştli kredit ayrılıb.
İkinci mərhələdə daha 10 hektar sahədə şüşə tipli müasir istixana və 1 hektar sahədə şitilxananın tikilməsinə 24,7 milyon manat, üçüncü mərhələdə isə 10 hektar sahədə şüşə tipli müasir istixananın yaradılmasına 21 milyon manat investisiya qoyulacaq.
Dördüncü nəslə aid istixana kompleksi Niderland texnologiyasından istifadə olunmaqla qurulub. Kompleksin texniki zonasında su, gübrə çənləri qoyulub, qazanxana və sutəmizləmə sistemi quraşdırılıb. İstixananın suvarılmasını təmin etmək üçün 21 min kubmetr tutumu olan su hövzəsi yaradılıb. İstixanada yüksək keyfiyyət göstəricilərinə malik olan ekoloji təmiz məhsullar istehsal edilir. Daha bir üstün cəhət isə istehsal prosesinin tam avtomatlaşdırılmasıdır. Bu isə öz növbəsində yerli mütəxəssislərin intellektual və peşəkarlıq səviyyəsinin artırılmasını, bu sahədə yüksək ixtisaslı kadrların formalaşmasını şərtləndirir. Kompleksin idarə olunmasında və yerli kadrların yetişdirilməsində Avropa mütəxəssislərinin xidmətindən istifadə olunur. Burada yüksək əmək təhlükəsizliyinə və gigiyenik-sanitar normalara riayət olunur, işçilərin işə gətirilməsi, aparılması və nahar yeməyinin verilməsi təmin edilir. İstehsal olunan məhsullar “Tomat.az” brendi ilə əsasən ixrac edilir.
Bu müəssisənin yaradılması ölkə iqtisadiyyatının, o cümlədən qeyri-neft sektorunun inkişafına töhfə verməklə yanaşı, Azərbaycanın ixracyönümlü məhsullarının sayının və çeşidinin artırılmasında da rol oynayır. Belə layihələrin icrası həm də əhalinin məşğulluğunun təmin edilməsi baxımından əhəmiyyətlidir. Hazırda kompleksdə 140 nəfər işlə təmin olunub. Müəssisə tam fəaliyyətə başladıqdan sonra yeni iş yerlərinin sayı da artacaq.
Hazırda ölkə üzrə 3 min hektara yaxın sahədə mövcud və tikilməkdə olan istixana təsərrüfatları var. Bunun 2463 hektarı mövcud, 463 hektarı isə tikilməkdə olan istixana təsərrüfatlarıdır. Fəaliyyətdə olan istixana təsərrüfatlarından bu il avqustun 1-dək 302,3 min ton tərəvəz məhsulları yığılıb. İstehsal olunan məhsullar əsasən ixrac edilir. Görülən işlərin nəticəsidir ki, bu ilin 10 ayı ərzində tərəvəz ixracı ötən ilin müvafiq dövrü ilə müqayisədə 64,5 faiz artıb. Bu artım 259,7 min ton və ya 184,2 milyon dollar təşkil edib. Cari ilin 10 ayında yalnız pomidor ixracından ölkəyə 130 milyon dollar vəsait daxil olub.
Hazırda ölkə üzrə 400 hektarda yeni istixana komplekslərinin yaradılması istiqamətində işlər intensiv şəkildə davam etdirilir. Şübhə yoxdur ki, yeni istixana kompleksləri istifadəyə verildikdən sonra bölgələrdə aqrar sektorda yetişdirilən məhsulların ixrac həcmləri daha da artacaq.
Mübariz ABDULLAYEV
Xəbər lenti
Hamısına baxDünya
12 İyul 23:26
Dünya
12 İyul 22:34
Dünya
12 İyul 21:20
Maraqlı
12 İyul 20:17
Dünya
12 İyul 19:20
Dünya
12 İyul 18:39
Dünya
12 İyul 17:28
Dünya
12 İyul 16:42
Xəbər lenti
12 İyul 15:31
Dünya
12 İyul 14:20
Dünya
12 İyul 13:19
Dünya
12 İyul 12:35
Dünya
12 İyul 11:16
Dünya
12 İyul 10:28
Dünya
12 İyul 10:06
İdman
12 İyul 09:56
İdman
12 İyul 09:33
Dünya
12 İyul 08:52
Elm
12 İyul 08:30
Sosial
12 İyul 08:00
Dünya
11 İyul 23:30
Siyasət
11 İyul 22:38
Siyasət
11 İyul 21:17
Sosial
11 İyul 20:29
Gündəm
11 İyul 19:44
Gündəm
11 İyul 18:45
Gündəm
11 İyul 17:59
Sosial
11 İyul 17:33
Hadisə
11 İyul 16:44
Gündəm
11 İyul 15:59
Gündəm
11 İyul 15:32
Gündəm
11 İyul 15:07
Dünya
11 İyul 14:25
Dünya
11 İyul 13:32
Gündəm
11 İyul 12:55
Gündəm
11 İyul 12:20
Siyasət
11 İyul 11:56
Gündəm
11 İyul 11:32
Sosial
11 İyul 11:18
Gündəm
11 İyul 11:05
Hərbi
11 İyul 10:52
Gündəm
11 İyul 10:45
Siyasət
11 İyul 10:39
YAP xəbərləri
11 İyul 10:23
Sosial
11 İyul 10:13
İqtisadiyyat
11 İyul 09:58
Analitik
11 İyul 09:30
MEDİA
11 İyul 09:17
Ədəbiyyat
11 İyul 08:53
Ədəbiyyat
11 İyul 08:35
İqtisadiyyat
10 İyul 23:21
İqtisadiyyat
10 İyul 22:45
Dünya
10 İyul 22:19
Dünya
10 İyul 21:50
İqtisadiyyat
10 İyul 21:26
Dünya
10 İyul 21:13
Gündəm
10 İyul 20:49
Elm
10 İyul 20:41
Dünya
10 İyul 20:35
İqtisadiyyat
10 İyul 20:18
Maraqlı
10 İyul 19:50
Dünya
10 İyul 19:23
Dünya
10 İyul 19:07
Maraqlı
10 İyul 18:39
Dünya
10 İyul 18:03
Dünya
10 İyul 17:55
Dünya
10 İyul 17:23
Dünya
10 İyul 16:49
Dünya
10 İyul 16:20
YAP xəbərləri
10 İyul 15:50

