Regionların qazlaşdırılması istiqamətində genişmiqyaslı işlər görülür
27.02.2018 [09:55]
Bölgələrdə qaz təchizatı sisteminin yenidən qurulması və yaşayış məntəqələrinin qazlaşdırılması ilə bağlı tədbirlər davamlı xarakter daşıyır
Azərbaycan bütün sahələrin tərəqqisini nəzərdə tutan kompleks tədbirlər vasitəsilə uzunmüddətli hədəflərə çatmağı inkişaf strategiyasının ana xətti kimi müəyyənləşdirib. Yeni mərhələdə iqtisadi tərəqqi ilə bağlı prioritetlər məhz zamanın çağırışlarına uyğun formalaşdırılıb və Azərbaycanın dayanıqlı inkişafının təmin olunmasına xidmət edir. Hazırkı şəraitdə iqtisadi islahatların əsas strateji hədəflərinə uyğun olaraq sistem xarakterli tədbirlərin həyata keçirilməsi, sosial-iqtisadi inkişafın cari, orta və uzunmüddətli dövrləri arasında üzvi bağlılıq və qarşılıqlı uzlaşma yaratmaqla, iqtisadi inkişafın keyfiyyətcə yeni modelinin formalaşdırılması qarşıda duran əsas prioritet vəzifələrdəndir. Ekspertlərin qənaətincə, postneft dövründə həyata keçirilən islahat xarakterli məqsədyönlü tədbirlər qarşıya qoyulan inkişaf hədəflərinə çatmağa imkan verir. Yeni mərhələdə iqtisadi sektorda ardıcıl islahatların davam etdirilməsi müəyyən olunmuş hədəflərə çatmağa imkan verəcək. Əlbəttə, ötən dövr ərzində qeyri-neft sektorunun inkişaf etdirilməsi, paytaxtda və regionlarda sosial və iqtisadi infrastrukturun ən müasir standartlara uyğun yenidən qurulması qarşıya qoyulan vəzifələrin uğurla yerinə yetirilməsi üçün tam şərait yaradır. Bəllidir ki, ötən müddət ərzində iqtisadi inkişaf strategiyasının uğurla tətbiq olunmasına paralel olaraq həm respublika səviyyəsində, həm də regionlarda müxtəlif sahələri əhatə edən layihələr müvəffəqiyyətlə icra olunub. Bu kontekstdə respublikada infrastruktur quruculuğu istiqamətində görülən işlər xüsusi vurğulanmalıdır.
İnfrastruktur quruculuğundan bəhs edərkən respublika ərazisində qazlaşdırma sahəsində aparılan genişmiqyaslı işlər nəticəsində ölkəmizdə əhalinin qazla təchiz edilməsinin 93 faizə çatdırılmasını xüsusi olaraq qeyd etmək lazımdır. Qeyd edək ki, 2010-2017-ci illərdə Azərbaycan ərazisində yaşayış məntəqələrinin genişmiqyaslı yeni qazlaşdırılma tədbirləri nəticəsində respublikanın 1416 yaşayış məntəqəsi təbii qazla təmin edilib. 2009-cu ilin iyul ayına qədər mövcud qaz şəbəkəsinin uzunluğu 10 min 536 kilometr təşkil edirdisə, 8 ilə yaxın vaxt ərzində 48 min 558 kilometr yeni qaz kəmərləri çəkilib, 9 min 101 kilometr müxtəlif diametrli qaz xətləri yenidən qurulub, 29 ədəd qazpaylayıcı stansiya və qaztənzimləyici məntəqə quraşdırılıb.
Hazırda Azərbaycanın bütün rayonlarında böyük infrastruktur layihələri həyata keçirilir. Bu baxımdan, regionların sosial-iqtisadi inkişafına dair Dövlət proqramları çərçivəsində həyata keçirilən tədbirlər sırasında bölgələrin qazlaşdırılması ilə bağlı layihələrin önəmi xüsusi vurğulanmalıdır. “Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrası istiqamətində respublika ərazisində qaz təchizatı sisteminin yenidən qurulması, kənd və qəsəbələrin qazlaşdırılması, həmçinin uzun müddət təbii qaz almayan yaşayış məntəqələrinin yenidən “mavi yanacaq”la təmin edilməsi istiqamətində görülən məqsədyönlü tədbirlər nəticəsində respublikanın qaz təchizatı şəbəkəsi genişləndirilir və müasirləşdirilir. Regionlarda da qazlaşdırma və qaz təminatının bərpası istiqamətində məqsədyönlü tədbirlər uğurla davam etdirilir. Yeri gəlmişkən, Masallı rayonunun Şıxlar kəndi ilk dəfə “mavi yanacaq”la təmin olunub. Bu məqsədlə fevralın 24-də Masallı rayonunun Şıxlar kəndinə təbii qazın verilməsi kənd sakinlərinin böyük sevincinə səbəb olub. Tədbirdə “Azəriqaz” İB-nin baş direktoru Əkbər Hacıyev, Masallı rayon İcra Hakimiyyətinin başçısı Rafil Hüseynov və ictimaiyyət nümayəndələri iştirak ediblər. Bildirilib ki, ümumilikdə 781 abonenti olan kəndin qazlaşdırılması üçün birpilləli sistem əsasında ümumi uzunluğu 67 min 882 metr olan müxtəlif diametrli polad və polietilen borularla daşıyıcı, həmçinin məhəllədaxili qaz xətləri çəkilib, hər bir mənzilə sayğac və fərdi tənzimləyici quraşdırılıb. Hazırda rayonun Qodman kəndində tikinti quraşdırma işləri davam etdirilir. Yaxın günlərdə tikintisi başa çatdırılaraq yaşayış məntəqəsinə təbii qazın verilişi təmin olunacaq. “Azəriqaz” İB-nin baş direktoru Əkbər Hacıyev qeyd edib ki, təbii qaz almayan yaşayış məntəqələrinin sürətli templərlə “mavi yanacaq”la təmin olunması xalqımızın rifah halının daha da yaxşılaşmasına xidmət edir. Ölkədə qazlaşdırılma proqramının icrası daim diqqət mərkəzində saxlanır, bu sahədə həyata keçirilən işlər bundan sonra da davam etdiriləcək.
Sabirabadın qəsəbə və kəndlərinin “mavi yanacaq”la təmin edilməsi ilə bağlı qarşıda duran vəzifələr də uğurla icra olunur. İndiyədək rayonun 74 yaşayış məntəqəsindən 58-i qazlaşdırılıb. Onların sırasına 795 abonenti olan Yolçubəyli kəndi də əlavə olunub. Kəndin qazlaşdırılması üçün birpilləli sistem əsasında ümumi uzunluğu 70 min 710 metr olan metal və polietilen borularla daşıyıcı və məhəllədaxili qaz xətləri çəkilib, mənzillərə 795 ədəd sayğac və fərdi tənzimləyici quraşdırılıb. Kəndə təbii qazın verilməsi münasibətilə keçirilən mərasimdə çıxış edən “Azəriqaz” İstehsalat Birliyinin baş direktoru Əkbər Hacıyev və Sabirabad rayon İcra Hakimiyyətinin başçısı Nazim İsmayılov son illər ölkədə qaz təchizatı sisteminin yenidən qurulduğunu diqqətə çatdırıb, qəsəbə və kəndlərin qazlaşdırılması istiqamətində həyata keçirilən irimiqyaslı layihələrdən danışıblar. Bildirilib ki, Sabirabad şəhəri də daxil olmaqla rayonun 59 kənd və 2 məcburi köçkün qəsəbəsi təbii qazla təmin olunub. Qalan 15 yaşayış məntəqəsinin cari ildə qazlaşdırılması nəzərdə tutulub. Qeyd olunub ki, hazırda rayonun Zəngən kəndində qaz çəkilişi yekunlaşmaq üzrədir. Yaxın günlərdə bu kəndin sakinləri də təbii qazdan istifadə edəcəklər.
Salyan rayonunun Kürsəngi kəndi də “mavi yanacaq”la təmin olunub. Tədbirdə “Azəriqaz” İB-nin baş direktoru Əkbər Hacıyev, Salyan rayon İcra Hakimiyyətinin başçısı Sevindik Hətəmov və ictimaiyyət nümayəndələri iştirak ediblər. Bildirilib ki, ümumilikdə 940 abonenti olan kəndin qazlaşdırılması üçün birpilləli sistem əsasında ümumi uzunluğu 76 min 244 metr olan müxtəlif diametrli polad borularla daşıyıcı, həmçinin məhəllədaxili qaz xətləri çəkilib, hər bir mənzilə sayğac və fərdi tənzimləyici quraşdırılıb.
Naxçıvan Muxtar Respublikasında isə təbii qaz təchizatının etibarlılığının və səmərəliliyinin artırılması istiqamətində mütəmadi olaraq tədbirlər həyata keçirilir. Yanvar ayında daxil olan müraciətlərə əsasən 144 mənzil və müxtəlif təyinatlı obyekt qazlaşdırılıb, bunun 132-si əhali abonenti, 12-si isə qeyri-əhali abonenti olub. Naxçıvan şəhərində mexaniki qaz sayğaclarının smartkarttipli qaz sayğacları ilə əvəz olunması istiqamətində işlər davam etdirilib və 433 ədəd qaz sayğacı quraşdırılıb. Ötən ay qaz şəbəkəsində 1574 sızma aşkarlanaraq aradan qaldırılıb. Yanvar ayında yeni qaz boru xətlərinin quraşdırılması, yerinin dəyişdirilməsi, korroziyaya uğramış yeraltı yol, qapı keçidlərinin yerüstü keçidlərlə əvəzlənməsi işlərinin görülməsi ilə əlaqədar 14 min 367 paqonometr müxtəlif diametrli polietilen və dəmir borulardan istifadə olunub.
Ötən il Tovuz rayonunun 50 yaşayış məntəqəsində isə əlavə 426 abonentə təbii qaz verilib və beləliklə də, “mavi yanacaq”dan istifadə edən abonentlərin sayı 32111-ə çatıb. Əhalinin təbii qazla təminatını yaxşılaşdırmaq məqsədilə 2017-ci ildə rayon ərazisində müxtəlif diametrli yararsız qaz xətləri yenilənib. Rayon üzrə qazlaşmanın səviyyəsi 85 faizə çatdırılıb. Tovuzun ucqar dağ kəndlərinin qazlaşdırılması işləri davam etdirilir.
İsmayıllı rayonunun Lahıc kəndinə isə təbii qaz çəkilir. Ucqar kənd və qəsəbələrin qazlaşdırılması barədə nəzərdə tutulan proqrama müvafiq olaraq SOCAR-ın “Azəriqaz” İstehsalat Birliyi tərəfindən Lahıc kəndinin qısa zamanda təbii qazla təmin olunması üçün qazlaşdırma işlərinə başlanılıb. Layihəyə uyğun olaraq kənddə yerləşən 510 evin qazlaşdırılması üçün 19 min 300 metr uzunluğunda müxtəlif diametrli metal və polietilen borulardan ibarət daşıyıcı qaz kəmərlərinin, 20 min 800 metr uzunluğunda müxtəlif diametrli metal borularla paylayıcı qaz xətlərinin, eyni zamanda, mətbəxdə yerləşən qaz cihazına qədər 7 min 900 metr mənzildaxili qaz borularının çəkilməsi, hər bir mənzilin qaz sayğacı və fərdi tənzimləyici ilə təmin olunması nəzərdə tutulub. Cari ilin yanvar ayının əvvəlindən işlərə başlanılıb, ancaq dağlıq relyef olduğundan texnikanın işləyə bilməməsi, qaz borularını işçilərin əlləri ilə həmin ərazilərə daşıması, havanın şaxtalı, qarlı olması və qaz kəmərlərinin keçəcəyi qayalıq ərazilərin çapılması kimi çətinliklərə baxmayaraq, qazlaşdırma işlərinin bu ilin may ayının sonlarına kimi başa çatdırılması planlaşdırılıb.
Bunlarla yanaşı, Xaçmaz rayonunun Nabran-Yalama turizm zonasında yerləşən 19 kəndinin qazlaşdırılması layihəsi uğurla həyata keçirilir. İşlər başa çatdırıldıqdan sonra Nabran, Turist, Dalğalı, Samurçay, Şimali, Günəşli, Tel, Yaquboba, Xanoba, Səlimoba, Vələmir, Meşəli, Sahillər, Aşağıoba, Aslanoba, Seyidlikəndyeri, Xuray, Çaxçaxlı, Pərdiqıran kəndlərində, ümumilikdə, 2 minə yaxın abonent təbii qazdan istifadə edəcək. Artıq 10 yaşayış məntəqəsində tikinti işləri başa çatdırılıb. İstirahət zonasında yerləşən kəndlərin qazlaşdırılması ərazidəki meşələrin qorunması ilə yanaşı, sahibkarların qış aylarında turizm obyektlərinin qızdırılması xərclərini də xeyli azaldacaq.
Nurlan QƏLƏNDƏRLİ
Xəbər lenti
Hamısına baxİqtisadiyyat
21 Yanvar 09:25
Sosial
21 Yanvar 08:44
Sosial
21 Yanvar 08:24
Sosial
21 Yanvar 08:17
Sosial
21 Yanvar 08:16
Dünya
21 Yanvar 08:05
Siyasət
21 Yanvar 08:04
Sosial
21 Yanvar 07:58
Siyasət
21 Yanvar 07:53
Siyasət
21 Yanvar 07:53
Siyasət
21 Yanvar 07:52
Siyasət
21 Yanvar 07:51
Gündəm
21 Yanvar 07:47
Gündəm
21 Yanvar 03:35
Gündəm
20 Yanvar 22:58
Siyasət
20 Yanvar 22:46
Siyasət
20 Yanvar 22:46
Gündəm
20 Yanvar 21:37
Diaspor
20 Yanvar 21:18
Siyasət
20 Yanvar 20:53
Siyasət
20 Yanvar 20:31
İdman
20 Yanvar 19:26
Dünya
20 Yanvar 18:38
Dünya
20 Yanvar 17:31
Gündəm
20 Yanvar 17:02
Sosial
20 Yanvar 16:54
Gündəm
20 Yanvar 16:40
Dünya
20 Yanvar 16:23
Gündəm
20 Yanvar 16:21
Dünya
20 Yanvar 15:49
YAP xəbərləri
20 Yanvar 15:19
YAP xəbərləri
20 Yanvar 14:43
Gündəm
20 Yanvar 14:12
Gündəm
20 Yanvar 14:11
Sosial
20 Yanvar 13:44
YAP xəbərləri
20 Yanvar 13:22
YAP xəbərləri
20 Yanvar 12:45
YAP xəbərləri
20 Yanvar 12:29
Sosial
20 Yanvar 12:10
YAP xəbərləri
20 Yanvar 12:02
Sosial
20 Yanvar 11:40
Siyasət
20 Yanvar 11:25
Gündəm
20 Yanvar 11:17
Sosial
20 Yanvar 10:48
İqtisadiyyat
20 Yanvar 10:37
Analitik
20 Yanvar 10:12
Siyasət
20 Yanvar 09:54
Ədəbiyyat
20 Yanvar 09:31
Analitik
20 Yanvar 09:17
Sosial
20 Yanvar 08:50
Mədəniyyət
20 Yanvar 08:25
Gündəm
20 Yanvar 08:16
Gündəm
20 Yanvar 00:24
Dünya
19 Yanvar 23:34
Siyasət
19 Yanvar 23:33
YAP xəbərləri
19 Yanvar 23:15
Sosial
19 Yanvar 22:58
Dünya
19 Yanvar 22:41
Gündəm
19 Yanvar 22:31
YAP xəbərləri
19 Yanvar 22:24
Gündəm
19 Yanvar 21:50
Dünya
19 Yanvar 21:50
YAP xəbərləri
19 Yanvar 21:29
Sosial
19 Yanvar 21:17
İqtisadiyyat
19 Yanvar 20:49
İqtisadiyyat
19 Yanvar 20:36
Gündəm
19 Yanvar 20:28
Gündəm
19 Yanvar 20:27
YAP xəbərləri
19 Yanvar 20:13
İqtisadiyyat
19 Yanvar 19:50

