Regionlarda toxumçuluğun inkişafı istiqamətində ardıcıl tədbirlər həyata keçirilir
06.10.2018 [10:33]
Respublikamızda məhsul istehsalçılarının keyfiyyətli toxuma olan tələbatının daxili istehsal hesabına təmin olunması prioritet vəzifələrdən biri kimi müəyyən edilib
Azərbaycanda qeyri-neft sektorunun inkişaf etdirilməsi iqtisadiyyatın şaxələndirilməsi və ixracın genişləndirilməsi məqsədilə həyata keçirilən dövlət siyasətinin uğurlu nəticələr verməsini şərtləndirir. Yeni iqtisadi şəraitdə aqrar sektorun üstün inkişafına nail olmaq məqsədilə görülən tədbirlər bir çox cəhətdən mühüm əhəmiyyət kəsb edir. O cümlədən ərzaq təhlükəsizliyinin təmin olunması, ölkə əhalisinin ərzaq məhsullarına olan tələbatının yerli istehsal hesabına ödənilməsi Azərbaycan dövlətinin aqrar sahədə həyata keçirdiyi tədbirlərin başlıca məqsədlərindən birini təşkil edir. Bu strateji məqsədə nail olmaq üçün regionların investisiya və infrastruktur təminatı möhkəmləndirilir, meliorativ tədbirlər görməklə dövriyyəyə yeni torpaqlar cəlb edilir, fermerlərə zəruri dəstək tədbirləri göstərilir. Həyata keçirilən bu və ya digər tədbirlər nəticəsində respublikamızda əhalinin meyvə-tərəvəzə olan tələbatının yerli istehsal hesabına təmin olunmasının səviyyəsinin 100 faizə yüksəlməsi məmnunluq doğurur. Bundan başqa, artıq ölkəmizdə heyvandarlıq məhsulları ilə özünütəminat səviyyəsi də 100 faizə çatmaq üzrədir. Mütəxəssislərin qənaətinə görə, yeni təsərrüfat subyektlərinin, o cümlədən də aqroparkların yaradılması ölkənin ərzaq təminatının möhkəmləndirilməsinə olduqca müsbət təsir göstərəcək.
Dövlət Toxum Fondunun yaradılması yeni inkişaf perspektivlərinin yaranmasını şərtləndirib
Kənd təsərrüfatının strateji əhəmiyyətli istehsal sahələrindən biri olan toxumçuluğun inkişaf etdirilməsi, məhsul istehsalçılarının keyfiyyətli toxuma olan tələbatının daxili istehsal hesabına təmin olunması prioritet vəzifələrdən biri kimi müəyyən edilib. Bu gün toxumçuluq sisteminin yenidən qurulması, həmçinin innovativ texnologiyaların tətbiqi istiqamətində beynəlxalq təcrübədən istifadə etməklə mühüm tədbirlər həyata keçirilir. Bununla bağlı daimi olaraq fermerlərin yanında olmaq, qarşılaşdıqları problemləri yerində həll etmək, bu sahədə müvafiq bilgilər vermək, yeni innovativ texnologiyaların tətbiqi və əyani nümayişi qarşıya qoyulan əsas vəzifələrdəndir. Prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə 2015-ci il martın 2-də Dövlət Toxum Fondu yaradılıb. Taxıl Fondunun yaradılması bu sahədə yeni inkişaf perspektivlərinin yaranmasını təmin edib. Ölkəmizdə toxumçuluqda keyfiyyət standartlarına əməl olunması üçün 1 Respublika və 12 Regional Toxum Sertifikatlaşdırma mərkəzləri (Quba, Şamaxı, Lənkəran, Sabirabad, Bərdə, Ucar, Göygöl, Tovuz, Qax, Beyləqan, Salyan, Şəki) var və bunların bir neçəsi artıq fəaliyyətə başlayıb. Sözügedən laboratoriyalar müasir cihaz və avadanlıqlarla təchiz olunub. Həmçinin Sort Sınaq məntəqələrinin maddi-texniki bazalarının möhkəmləndirilməsi, sort sınaq işlərinin müasir tələblər səviyyəsində həyata keçirilməsi, dövlət reyestrində qeydiyyata alınmamış sort və hibridlərin mövcud qanunvericiliyə uyğun olaraq istifadəsinin qadağan olunması, ümumiyyətlə bu sahənin beynəlxalq standartlara uyğun fəaliyyət göstərməsi istiqamətində tədbirlər həyata keçirilir.
Dövlət Xidmətinin mütəxəssisləri toxumçuluq təsərrüfatlarında monitorinqlər həyata keçirirlər
Toxumların sertifikatlaşdırılması üçün toxumçuluq təsərrüfatlarında monitorinqlərin aparılması da həyata keçirilən tədbirlər sırasındadır. Yeri gəlmişkən, artıq uzun müddətdir ki, Bitki Sortlarının Qeydiyyatı və Toxum Nəzarəti üzrə Dövlət Xidmətinin mütəxəssisləri tərəfindən 2018-ci ildə dövlət və özəl toxumçuluq təsərrüfatlarında istehsal olunmuş və kondisiyaya çatdırılmış payızlıq dənli-taxıl (buğda və arpa) toxumlarının sertifikatlaşdırılması üçün toxumçuluq təsərrüfatlarında monitorinqlər həyata keçirilir. Kondisiyaya çatdırılmış buğda və arpa toxumlarının dağlıq və dağətəyi, o cümlədən aran bölgələrində istehsalçı fermerlərə optimal müddətdə satılması məqsədi ilə sertifikatlaşmaya hazır toxumlara baxış keçirilir. Bu məqsədlə Bitki Sortlarının Qeydiyyatı və Toxum Nəzarəti üzrə Dövlət Xidmətinin əmri ilə Dövlət Xidmətinin və onun yerli qurumlarının mütəxəssislərinin iştirakı ilə 27 nəfərdən ibarət 9 monitorinq qrupu 12 Regional Toxum Sertifikatlaşdırma Mərkəzinin (RTSM) xidmət göstərdiyi 44 rayonun toxumçuluq təsərrüfatlarında monitorinq həyata keçirib. Dövlət Xidmətinin rəhbərliyi tərəfindən bu tədbirin həyata keçirilməsində iştirak edən bütün mütəxəssislərə şəffaflığın təmin olunması üçün müvafiq tapşırıq və tövsiyələr verilib.
Dövlət xidmətinin mütəxəssisləri əvvəlcə Bərdə (Bərdə, Ağdam, Yevlax, Goranboy, Tərtər) və Beyləqan (Beyləqan, İmişli, Ağcabədi, Füzuli) Regional Toxum Sertifikatlaşdırma mərkəzlərinin əhatə etdiyi rayonlarda toxumçu fermerlərin iştirakı ilə toxumçuluq təsərrüfatlarına, toxumun anbarda saxlanılmasına, qablaşdırılmasına, etiketlənməsinə, dərmanlanmasına, kondisiyaya çatdırılmasına baxış keçiriblər. Kondisiyalı toxumlara baxış zamanı Bərdə RTSM üzrə 3867 ton (26 təsərrüfatda), Beyləqan RTSM üzrə 2143 ton (22 təsərrüfatda) təmizlənmiş toxum qeydiyyata alınıb. Qeydiyyata alınmış toxum partiyalarından müvafiq RTSM-in mütəxəssisləri tərəfindən laboratoriya analizləri üçün işçi və dublikat nümunələr götürülüb. Keyfiyyət göstəriciləri (təmizliyi, cücərməsi, sağlamlığı, təsərrüfat yararlılığı və s.) müvafiq standartların tələblərinə cavab verən toxumlar həmin RTSM tərəfindən sertifikatlaşdırılır.
Monitorinqə cəlb olunmuş mütəxəssislər daha sonra Şəki (Şəki, Qəbələ, Oğuz, Qax, Zaqatala) və Salyan (Biləsuvar, Cəlilabad, Neftçala, Masallı, Salyan) Regional Toxum Sertifikatlaşdırma mərkəzlərinin əhatə etdiyi rayonlarda toxumçu fermerlərin iştirakı ilə toxumçuluq təsərrüfatlarına toxumun anbarda saxlanılmasına, qablaşdırılmasına, etiketlənməsinə, dərmanlanmasına, kondisiyaya çatdırılmasına baxış keçirilib. Baxış zamanı Şəki və Salyan RTSM üzrə (52 təsərrüfatda) 11 min tondan çox təmizlənmiş toxum qeydiyyata alınıb. Qeydiyyata alınmış toxum partiyalarından müvafiq RTSM-in mütəxəssisləri tərəfindən laboratoriya analizləri üçün işçi və dublikat nümunələr götürülüb. Hazırda toxumların keyfiyyət analizləri davam edir. Keyfiyyət göstəriciləri (təmizliyi, cücərməsi, sağlamlığı, təsərrüfat yararlılığı və s.) müvafiq standartların tələblərinə cavab verən toxumlar həmin RTSM-lər tərəfindən sertifikatlaşdırılır.
Digər bölgələrdə də monitorinqlər davam etdirilir.
Toxumçuluq kənd təsərrüfatının strateji bir sahəsidir
Kənd Təsərrüfatı Nazirliyinin mütəxəssisləri monitorinqlərlə yanaşı, yerlərdə maarifləndirmə işinin gücləndirilməsinə də xüsusi diqqət yetirirlər. Bu məqsədlə mütəxəssislər toxum istehsalçıları ilə görüşür, bu sahədə inkişafa nail olunması, toxumların mövcud qaydalara uyğun təmizlənməsi, kondisiyaya çatdırılması üçün müvafiq təlimat və tövsiyələrini bildirirlər. Bu qəbildən olan növbəti görüş Qəbələ, Oğuz, Şəki, Qax, Zaqatala, Ağdaş, Göyçay rayonlarının fermerləri ilə keçirilib. Kənd Təsərrüfatı Nazirliyi yanında Bitki Sortlarının Qeydiyyatı və Toxum Nəzarəti üzrə Dövlət Xidmətinin rəisi İmran Cümşüdov sözügedən rayonlarda toxumçuluq təsərrüfatlarında olub, toxumçuluq təsərrüfatlarında istehsal olunmuş toxumun anbarda saxlanılmasına, təmizliyinə, qablaşdırılmasına və etiketlənməsinə, dərmanlanmasına, kondisiyaya çatdırılmasına baxış keçirib. Görüşdə İmran Cümşüdov taxılçılığın və toxumçuluğun inkişafına göstərilən dövlət qayğısından, tətbiq olunan güzəştlərdən danışaraq, toxumçuluğun kənd təsərrüfatının strateji bir sahəsi olduğunu və qarşıda duran əsas hədəfin fermerlərin keyfiyyətli toxuma olan tələbatının daxili istehsal hesabına ödənilməsi olduğunu bildirib. İ.Cümşüdov daim fermerlərin yanında olmağın və onların qarşılaşdıqları problemlərin yerində həll olunmasının rəhbərlik tərəfindən qarşıya bir vəzifə olaraq qoyulduğunu nəzərə çatdırıb. Xidmət rəisi bildirib ki, bəzi toxumçuluq təsərrüfatları toxumların mövcud qaydalara uyğun təmizlənməsinə, kondisiyaya çatdırılmasına tam əməl etmirlər. Bu da son nəticədə istehsalçı fermerlərin yüksək və keyfiyyətli məhsul əldə etməsinə mənfi təsir göstərir.
Görüşdə İmran Cümşüdov qeydiyyata alınmış toxum partiyalarından nümunələrin vaxtında götürülməsi, keyfiyyət analizlərinin aparılması, şəffaflığın təmin olunması, toxumçuluqda yeni, innovativ texnologiyaların tətbiqi, toxumçuluq sisteminin yenidən qurulması ilə bağlı qarşıda duran vəzifələr barədə danışaraq, müvafiq məsləhət və tövsiyələrini verib.
Dövlət Xidmətinin rəisi İmran Cümşüdov Zaqatala rayonunda, Elmi-Tədqiqat Əkinçilik İnstitutunun Bölgə Təcrübə Stansiyasında bölgənin toxumçuluqla məşğul olan fermerlərinin iştirakı ilə “Yeni istifadəyə verilmiş toxumtəmizləmə qurğuları ilə taxıl toxumlarının təmizlənməsi, dərmanlanması və qablaşdırılması” mövzusunda regional müşavirədə isə bildirib ki, kənd təsərrüfatı qeyri-neft sektorunun ən böyük potensiala malik sahələrindən biridir. Onun sözlərinə görə, kənd təsərrüfatının strateji sahələrindən biri olan toxumçuluq kənd təsərrüfatının bünövrəsini təşkil edir. Çünki bitkiçilik məhsullarının istehsalı ilk növbədə keyfiyyətli toxumdan asılıdır. İmran Cümşüdov deyib: “Qarşımızda duran ən mühüm vəzifə ondan ibarətdir ki, ölkəmizin bütün məhsullar, o cümlədən strateji bitkilər üzrə toxuma olan tələbatını yerli istehsal hesabına təmin edək. Dövlətin bu sahəyə çox güclü dəstəyi var. Bunu fermerlərin özləri də hiss edirlər. 2015-ci il martın 2-də Prezident İlham Əliyevin Sərəncamı ilə Toxum Fondu yaradılıb. Quruma xeyli vəsait ayrıldı ki, fermerləri, məhsul istehsalçılarını gələcəkdə keyfiyyətli, sertifikatlı toxumla təmin etmək mümkün olsun”.
Xidmətin rəisi bildirib ki, kənd təsərrüfatının bütün sahələrinə dövlətin qayğısı var. İstehsal prosesinin bütün mərhələlərində dövlət fermerlərin yanındadır. Dünyanın heç bir ölkəsində dövlət tərəfindən fermerlərə bu qədər diqqət və qayğı göstərilmir. Ona görə də fermerlər bu qayğıya cavab olaraq, keyfiyyətli məhsul istehsal etməlidirlər.
Aqşin ŞAHİNOĞLU
Xəbər lenti
Hamısına baxDünya
21 Yanvar 17:22
İqtisadiyyat
21 Yanvar 16:52
Sosial
21 Yanvar 16:42
Dünya
21 Yanvar 16:31
İdman
21 Yanvar 16:12
Dünya
21 Yanvar 16:07
Dünya
21 Yanvar 16:06
Dünya
21 Yanvar 15:20
Sosial
21 Yanvar 14:59
Gündəm
21 Yanvar 13:08
Gündəm
21 Yanvar 12:48
Gündəm
21 Yanvar 12:47
Hadisə
21 Yanvar 12:42
Analitik
21 Yanvar 12:23
Gündəm
21 Yanvar 12:13
Dünya
21 Yanvar 11:29
Gündəm
21 Yanvar 11:24
Gündəm
21 Yanvar 11:23
İqtisadiyyat
21 Yanvar 11:19
Sosial
21 Yanvar 11:10
İqtisadiyyat
21 Yanvar 11:08
Hadisə
21 Yanvar 10:56
Dünya
21 Yanvar 10:47
Gündəm
21 Yanvar 10:28
Dünya
21 Yanvar 10:14
Siyasət
21 Yanvar 10:03
Dünya
21 Yanvar 09:56
İqtisadiyyat
21 Yanvar 09:25
Sosial
21 Yanvar 08:44
Sosial
21 Yanvar 08:24
Sosial
21 Yanvar 08:17
Sosial
21 Yanvar 08:16
Dünya
21 Yanvar 08:05
Siyasət
21 Yanvar 08:04
Sosial
21 Yanvar 07:58
Siyasət
21 Yanvar 07:53
Siyasət
21 Yanvar 07:53
Siyasət
21 Yanvar 07:52
Siyasət
21 Yanvar 07:51
Gündəm
21 Yanvar 07:47
Gündəm
21 Yanvar 03:35
Gündəm
20 Yanvar 22:58
Siyasət
20 Yanvar 22:46
Siyasət
20 Yanvar 22:46
Gündəm
20 Yanvar 21:37
Diaspor
20 Yanvar 21:18
Siyasət
20 Yanvar 20:53
Siyasət
20 Yanvar 20:31
YAP xəbərləri
20 Yanvar 19:29
İdman
20 Yanvar 19:26
Dünya
20 Yanvar 18:38
Dünya
20 Yanvar 17:31
Gündəm
20 Yanvar 17:02
Sosial
20 Yanvar 16:54
Gündəm
20 Yanvar 16:40
Dünya
20 Yanvar 16:23
Gündəm
20 Yanvar 16:21
Dünya
20 Yanvar 15:49
YAP xəbərləri
20 Yanvar 15:19
YAP xəbərləri
20 Yanvar 14:43
Gündəm
20 Yanvar 14:12
Gündəm
20 Yanvar 14:11
Sosial
20 Yanvar 13:44
YAP xəbərləri
20 Yanvar 13:22
YAP xəbərləri
20 Yanvar 12:45
YAP xəbərləri
20 Yanvar 12:29
Sosial
20 Yanvar 12:10
YAP xəbərləri
20 Yanvar 12:02
Sosial
20 Yanvar 11:40
Siyasət
20 Yanvar 11:25

