Həyatımıza rəng qatan festivallar
23.12.2021 [11:03]
Mübariz ABDULLAYEV
Necə edək ki, günlərimiz bir-birinə bənzəməsin, yaddaqalan keçsin? Və yaxud harada fəqli ünsiyyətdə ola bilərik? Bu qəbildən suallar çoxdur. Elə cavablar da. Məsələn, götürək festivalları, yarmarkaları. Belə tədbirlərin aurası bura gələnlərin hər birinin əhval-ruhiyyəsinə çox yaxın olur. Azərbaycan dilində gözəl bir deyim var: “Eyni açılmaq”. Bax, festivallarda, yarmarkalarda adam özünü eyni açılan kimi hiss edir. Belə tədbirlərdə, adətən, rəsmiçilik bir kənara qoyulur, iştirakçılar özlərini sərbəst aparırlar, onların arasında qısa müddətdə xoş ünsiyyət yaranır. 2019-cu il iyulun 26-da Gədəbəy rayonunda baş tutan Milli Yaylaq Festivalının təəssüratları hələ də unudulmayıb. Bəhs olunan festival yaddaşları oyatdı, milli köklərimiz, ənənələrimiz, haradan hara gəldiyimiz barədə bir daha düşündük.
Məhsul bayramı ənənələri
Tarixən Azərbaycanda müxtəlif bayramlar qeyd olunub. Bunların içində məhsul bayramları xüsusi yer tutur və daha geniş yayılıb. Yurdumuzun hər bölgəsində insanlar məhsul bayramını fərqli şəkildə qeyd edirdilər. Əcdadlarımız məhsul bayramlarına toplaşmaqla bir-birilərini uğurlayırdılar. Belə deyirlər ki, bu bayramlar insanları gözütoxluğa, var olana “bərəkət” deməyə, başqalarının uğurlarına sevinməyə öyrədir, alışdırırdı. Evdə qalanların umsunmaması üçün qarşılıqlı payların ayrılması, xurcunların, heybələrin doldurulması da öz yerində. Varlığa nə darlıq, deyirdilər.
Məhsul bayramı ənənəsi bu günümüzədək gəlib çatıb. Gözləmədiyimiz qonaq - yeni növ koronavirus pandemiyası həyatımıza daxil olanadək respublikamızın ayrı-ayrı bölgələrində müntəzəm qaydada hər regionun ənənələrinə uyğun festivallar, yarmarkalar təşkil olunurdu. Göyçayda nar, Qubada alma, Şamaxıda üzüm və şərab, Zaqatalada fındıq, qoz, şabalıd kimi festivalların şöhrəti respublikamızın hüdudlarını belə aşıb. Festivallarda fermerlər tər tökərək yetişdirdikləri ən yaxşı məhsullarını nümayiş etdirirdilər. Xarici səfirliklərin təmsilçiləri, uzaq-yaxın ölkələrdən respublikamıza təşrif gətirən turistlər məhsul festivallarının, necə deyərlər, daimi qonaqları sırasında yer alırdılar. Beləliklə də, festivallar regionların təqdimatı, yüksək keyfiyyətli məhsullarımızın təbliği, tanıdılmasında əvəzsiz bir vəsiləyə çevrilmişdi.
Nar satış-yarmarkası bu dəfə Kürdəmirdə
Təbiət Azərbaycanın hər bölgəsində bir növ təbii seleksiya aparıb - ayrı-ayrı regionlar bu və ya digər məhsulların istehsalı üzrə ixtisaslaşıb. Quba, Göyçay, Şamaxı, Zaqatala barəsində söhbət açdıq. Həmçinin Astara, Lənkəran sitrus meyvələri, Saatlı, Sabirabad rayonları şirin qarpızları ilə məşhurdur. Kürdəmirə gəldikdə, bu diyarın qovunu əvəzsiz bir nemətdir. Ancaq sən demə, Kürdəmirdə həm də Göyçaydakından geri qalmayan nar yetişdirilir. Bunu Kürdəmirdə 2021-ci il 6 oktyabr tarixində baş tutan nar sərgi-satış yarmarkası bir daha təsdiqlədi. Pandemiya qaydaları çərçivəsində keçirilən yarmarkada iştirak edən fermerlər və təchizatçılar öz məhsullarını nümayiş etdirərək sərfəli qiymətə satmaq imkanı qazanıblar.
Nar sərgi-satış yarmarkası çərçivəsində nar müsabiqəsi də keçirilib. Belə ki, nümayiş olunan nar meyvələrinin xarici görünüşünə əsasən ən yüksəkkeyfiyyətli məhsul istehsal edən 3 qalib seçilib. Sabirabad rayonunda fəaliyyət göstərən fermer Rafael Musazadə 1-ci yer, Saatlı rayonundan Vüqar Xəlilov 2-ci yer, sabirabadlı fermer Polad Qasımov isə 3-cü yerə layiq görülüblər. Qalib nar istehsalçılarına peşəkar budama alətləri hədiyyə edilib.
Bundan başqa, sərgi-satış yarmarkasına gələn fermerlər burada narçılıq sektoru üçün mühüm əhəmiyyət kəsb edən gübrə, dərman və su sistemləri ilə tanış olmaq imkanı qazanıblar. Burada fermerlər nar suyunun tərkibindəki şəkərin və turşuluğun miqdarının ölçülməsi xidmətlərindən pulsuz yararlanıblar.
Bal kimi bal
Son illərdə Azərbaycanın bölgələrində aqrar sektorun intensiv inkişaf edən istiqamətlərindən biri də arıçılıqdır. Regionlarda arı ailələri saxlayanların sayı getdikcə artır. Artıq neçə ildir ki, onlar şirin məhsullarını paytaxtda keçirilən yarmarkalarda reallaşdırırlar. Cari ildə Bakıda sayca 21-ci olan bal yarmarkası oktyabrın 20-də start götürdü və noyabrın birinci ongünlüyünədək davam etdi. Kənd Təsərrüfatı Nazirliyinin İctimaiyyətlə əlaqələr və informasiya təminatı şöbəsinin müdiri Vüqar Hüseynov “Yeni Azərbaycan”a açıqlamasında bildirib ki, ardıcıl olaraq hər il təşkil edilən yarmarka ötən il pandemiya ilə əlaqədar kütləvi tədbirlərin təxirə salınması səbəbindən keçirilmədi. Bu isə arıçılara öz məhsullarını satmaqda müəyyən çətinliklər yaratdı. Çünki yarmarka arıçıların bir qismi üçün əsas satış platformalarından biridir. Nəticə etibarilə mövcud vəziyyət dəyərləndirilərək bu il yarmarkanın keçirilməsi qərarı verildi.
Dünyada və ölkəmizdə mövcud olan koronavirus pandemiyası səbəbindən builki yarmarkada hər bir iqtisadi rayondan maksimum 40 olmaqla, ümumilikdə, 250 arıçı iştirak edib. Fikirlərinə davam edən Vüqar Hüseynov vurğulayıb: “İştirakçıların sayını müəyyənləşdirən zaman qərara gəldik ki, bütün iqtisadi rayonları əhatə edək. Hər rayondan onlayn olaraq qeydiyyatdan keçmiş ilk 20 arıçıya yarmarkada iştirak hüququ verildi və onlara öz məhsullarını təqdim etmək üçün şərait yaradıldı”.
Builki yarmarkanın işğaldan azad olunmuş ərazilərdəki arıçılıq təsərrüfatları nümayəndələrinin öz məhsullarını alıcılara təqdim etməsi ilə fərqləndiyini deyən Vüqar Hüseynov diqqətə çatdırıb ki, azad edilmiş ərazilərdə Kənd Təsərrüfatı Nazirliyinin pilot layihəsi çərçivəsində yerləşdirilmiş, dislokasiya olunmuş arıçılıq təsərrüfatları var idi. Həmin təsərrüfatların nümayəndələri, Kəlbəcər və Laçın arıçılarının bir qismi yarmarkada iştirak ediblər.
İnnovasiya festivalı nə ilə yadda qaldı?
Yuxarıda ölkəmiz üçün ənənəvi olan festivallardan, yarmarkalardan bəhs etdik. Ölkəmizdə yeni ənənənin təməli qoyulub - innovasiya festivallarının keçirilməsinə başlanıb. Bir neçə gün bundan əvvəl Aqrar İnnovasiya Mərkəzinin təşkilatçılığı ilə həyata keçirilən İnnovasiya festivalının növbəti təqdimatı Lənkəran şəhərində baş tutub.
Kənd Təsərrüfatı Nazirliyindən “Yeni Azərbaycan” a daxil olan məlumatda bildirilir ki, festivalda yem konteyneri, aqrodron, press bağlayan, çəltik əkən və çəltik biçən qurğuların, raps, maralfalfa, kinoa, amarant yem bitkilərinin, yerli və xarici çəltik sortlarının, yemlik paxla və soya nümunələrinin, feremonlu tələlərin və soxulcan gübrəsinin təqdimatı keçirilib.
Festivalda “Aqroservis” ASC tərəfindən də aqrar sahədə istifadə olunan müasir innovativ texnikalar - 4 cərgəli KUBOTA SPV-48C çəltik ştili əkən, Runyuan 4/GK DELTA 100 çəltikbiçən, Paksan Superyunus ot, küləş presləyən avadanlıqlar nümayiş olunub. Səhmdar Cəmiyyətin əməkdaşları tərəfindən sərgi iştirakçılarına bu texnikalar haqqında ətraflı məlumat verilib.
Qeyd edək ki, Aqrar İnnovasiya Mərkəzinin təşkilatçılığı ilə son 2 ay ərzində Abşeron, Gəncə, Füzuli, Şəki şəhər və rayonlarında silsilə tədbirlər həyata keçirilib. Sözügedən tədbirlər zamanı kənd təsərrüfatı məhsul istehsalçılarına alternativ yem bitkiləri, mobil yaşıl yem istehsalı konteyneri, bitki zərərvericilərinə qarşı yeni bioloji mübarizə vasitələri, biogübrə-kompostun torpağın münbitliyinin artırılmasındakı üstünlükləri, aqrorobotlar və dərman çiləyici dron kimi bir sıra innovativ avadanlıqların əyani şəkildə nümayişi keçirilib. Mərkəz tərəfindən ölkəmizin müxtəlif bölgələrində mərhələli şəkildə həyata keçirilən bu festivallarda ümumilikdə 500 nəfərdən artıq fermer iştirak edib.
Məqalə “Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi”nin maliyyə dəstəyi ilə “Regionların sosial-iqtisadi inkişafının təşviq edilməsi” istiqaməti üzrə hazırlanmışdır
Xəbər lenti
Hamısına baxİqtisadiyyat
21 Yanvar 22:41
Dünya
21 Yanvar 22:26
Xəbər lenti
21 Yanvar 21:54
Maraqlı
21 Yanvar 21:19
İqtisadiyyat
21 Yanvar 20:40
Xəbər lenti
21 Yanvar 20:35
Dünya
21 Yanvar 20:16
İqtisadiyyat
21 Yanvar 19:52
Dünya
21 Yanvar 19:30
Dünya
21 Yanvar 19:27
İdman
21 Yanvar 18:14
Dünya
21 Yanvar 17:22
İqtisadiyyat
21 Yanvar 16:52
Sosial
21 Yanvar 16:42
Dünya
21 Yanvar 16:31
İdman
21 Yanvar 16:12
Dünya
21 Yanvar 16:07
Dünya
21 Yanvar 16:06
Dünya
21 Yanvar 15:20
Sosial
21 Yanvar 14:59
Gündəm
21 Yanvar 13:08
Gündəm
21 Yanvar 12:48
Gündəm
21 Yanvar 12:47
Hadisə
21 Yanvar 12:42
Analitik
21 Yanvar 12:23
Gündəm
21 Yanvar 12:13
Dünya
21 Yanvar 11:29
Gündəm
21 Yanvar 11:24
Gündəm
21 Yanvar 11:23
İqtisadiyyat
21 Yanvar 11:19
Sosial
21 Yanvar 11:10
İqtisadiyyat
21 Yanvar 11:08
Hadisə
21 Yanvar 10:56
Dünya
21 Yanvar 10:47
Gündəm
21 Yanvar 10:28
Dünya
21 Yanvar 10:14
Siyasət
21 Yanvar 10:03
Dünya
21 Yanvar 09:56
İqtisadiyyat
21 Yanvar 09:25
Sosial
21 Yanvar 08:44
Sosial
21 Yanvar 08:24
Sosial
21 Yanvar 08:17
Sosial
21 Yanvar 08:16
Dünya
21 Yanvar 08:05
Siyasət
21 Yanvar 08:04
Sosial
21 Yanvar 07:58
Siyasət
21 Yanvar 07:53
Siyasət
21 Yanvar 07:53
Siyasət
21 Yanvar 07:52
Siyasət
21 Yanvar 07:51
Gündəm
21 Yanvar 07:47
Gündəm
21 Yanvar 03:35
Gündəm
20 Yanvar 22:58
Siyasət
20 Yanvar 22:46
Siyasət
20 Yanvar 22:46
Gündəm
20 Yanvar 21:37
Diaspor
20 Yanvar 21:18
Siyasət
20 Yanvar 20:53
Siyasət
20 Yanvar 20:31
YAP xəbərləri
20 Yanvar 19:29
İdman
20 Yanvar 19:26
Dünya
20 Yanvar 18:38
Dünya
20 Yanvar 17:31
Gündəm
20 Yanvar 17:02
Sosial
20 Yanvar 16:54
Gündəm
20 Yanvar 16:40
Dünya
20 Yanvar 16:23
Gündəm
20 Yanvar 16:21
Dünya
20 Yanvar 15:49
YAP xəbərləri
20 Yanvar 15:19

