Ermənistanın yeni təxribatları...
30.03.2022 [10:17]
Rəsmi İrəvan beynəlxalq hüquq pozuntusunu vərdiş halına gətirib
Pərviz SADAYOĞLU
2020-ci ildə Azərbaycanın qəti qələbəsi ilə nəticələnən Vətən müharibəsi 30 ilə yaxın erməni işğalında qalan torpaqlarımızın azad olunması ilə yanaşı, beynəlxalq ədalətin öz yerini tapmasını da şərtləndirdi. 10 noyabr üçtərəfli Bəyanatı isə həm Azərbaycanın ərazi bütövlüyünün təmin olunduğunu özündə əks etdirdi, həm də təsdiqlədi. Eləcə də, regionda yaranan yeni siyasi reallıqlar sabitliyin, davamlı sülhün təmin edilməsini mühüm amilə çevirdi. Belə ki, Cənubi Qafqazda yaranacaq aktiv əməkdaşlıq platforması məhz sabitliyə və sülhə söykənməldir.
Ermənistan isə hər zaman olduğu kimi öz mənfur xislətindən əl çəkmir və müxtəlif təxribatlar vasitəsilə bölgədə distabillik yaratmağa çalışır. Regionda yerləşlən Rusiya sülhməramlılarının arxasında gizlənməyə çalışan silahlı qruplaşmaların əməlləri isə imzalanmış bəyanatların ruhuna və bəndlərinə ziddir. Yeri gəlmişkən, martın 28-də Ermənistan XİN-in yaydığı bəyanat bu ölkənin beynəlxalq hüquqa qarşı mövqe tutduğunu növbəti dəfə əyani şəkildə sübuta yetirir. Belə ki, bəyanatda Azərbaycanın ərazi bütövlüyünə qarşı fikirlər yer alır, ölkəmizin daxili işlərinə qarışmaq cəhdlərinə yol verilir. Bununla bağlı Azərbaycanın xarici siyasət idarəsi də öz mövqeyini bildirib. Sözügedən bəyanatın tamamilə həqiqətdən uzaq və iftira xarakterli olduğunu bildirən Azərbaycan XİN-in Mətbuat xidməti idarəsi qeyd edib ki, bu bəyanatı qətiyyətlə rədd edir. İlk növbədə, Ermənistan tərəfinə bir daha xatırladırıq ki, Azərbaycanın suveren əraziləri ilə bağlı edilən şərhlər bu ölkənin Azərbaycanın daxili işlərinə qarışmaq cəhdidir və beynəlxalq hüquq pozuntusudur: “Otuz ilə yaxın güc tətbiq etməklə Azərbaycanın ərazilərinin bir hissəsini hərbi işğal altında saxlayan, bir milyondan çox azərbaycanlını etnik təmizləməyə məruz qoyaraq öz evlərində yaşamaq hüququndan məhrum edən Ermənistan, görünür, beynəlxalq hüquq pozuntusunu bir vərdiş halına gətirib”.
Bildirilib ki, Azərbaycanı 2020-ci ilin 9/10 noyabr tarixli üçtərəfli Bəyanatı yerinə yetirməməkdə ittiham edən Ermənistan münaqişənin bitməsi ilə bölgədə yaranan əməkdaşlıq imkanlarına rəğmən, imzalanmış birgə Bəyanatın müddəalarını pozmaqla iki ölkə arasında normallaşma prosesinə zərbə vuran tərəfdir. Eləcə də, məhz Ermənistan postmünaqişə mərhələsində Azərbaycana qarşı açıq ərazi iddialarını davam etdirir və bunu, o cümlədən XİN səviyyəsində Azərbaycanın Qarabağ bölgəsi ilə bağlı verdiyi hər bir açıqlamasında gündəmə gətirir. “Məhz Ermənistan üçtərəfli Bəyanatın 4-cü bəndinə zidd olaraq erməni silahlı qüvvələrinin qalıqlarını hələ də bölgədən çıxarmır. Ermənistan Bəyanatın 6-cı maddəsini pozaraq Laçın dəhlizi vasitəsilə hərbçilərin bölgəyə göndərilməsini davam etdirir. Bu fakt beynəlxalq media tərəfindən də təsdiqini tapıb. Xüsusilə vurğulamaq istərdik ki, Azərbaycan tərəfinin tələbi ölkənin Qarabağ bölgəsində yaşayan erməni əsilli vətəndaşlarına yox, məhz üçtərəfli Bəyanatda nəzərdə tutulduğu kimi, qanunsuz erməni hərbi birləşmələrinin qalıqlarının bölgədən çıxarılmasına aiddir. Ermənistan XİN-in bu məsələni məqsədli şəkildə təhrif edərək “etnik təmizləmə” adı altında təqdim etməyə çalışması, Ermənistanın əsl niyyətini ifşa edir”, - deyə açıqlamada vurğulanır. Azərbaycan XİN onu da əlavə edib ki, Naxçıvan Muxtar Respublikasını 30 ilə yaxın qaz blokadasında saxlayan, Azərbaycanın Qarabağ bölgəsində ekosid və kultursid törədən və bu ərazilərə beynəlxalq missiyaların səfərlərinin qarşısını alan Ermənistan indi hansı əsaslarla beynəlxalq ictimaiyyətə çağırış edir?! “Saxta ittihamlarla beynəlxalq ictimaiyyətə yalan müraciətlər edən Ermənistan anlamalıdır ki, bölgədə sülh və sabitliyin təmin olunması yalnız üçtərəfli Bəyanatın bütün müddəalarının qeyd-şərtsiz icrasından asılıdır. Ermənistanın birgə Bəyanatın əksinə olan digər bütün addımları yalnız sülh quruculuğu prosesinə maneə olacaq. O ki qaldı, Azərbaycan ərazilərində müvəqqəti yerləşən Rusiya sülhməramlılarına aid məsələlərə, bununla bağlı Azərbaycan Respublikası Müdafiə Nazirliyinin müvafiq açıqlamalarında ətraflı məlumat verilib”.
Göründüyü kimi, Azərbaycan bölgədə sülhü və inkişafı hədəfləyən, əməkdaşlığı stimullaşdıran güc mərkəzi statusunda çıxış edir. Bunun qarşılığında isə təxribatları ilə ara qarışdırmağa çalışan Ermənistan üçtərəfli razılaşmanın detallarını göz ardı etməyə çalışır, beynəlxalq hüququn normalarını pozur. Amma Azərbaycanın “dəmir yumruğu” artıq “Dağlıq Qarabağ münaqişəsi”ni tarixə çevirib. Bu mənada, ermənilərin təxribatçı hərəkətləri isə özünəqəsddən uzağa getmir. Rəsmi İrəvan sülhə mane olmaqla, özünütəcrid siyasətini davam etdirir.
Məqalə “Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi”nin maliyyə dəstəyi ilə “Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə 44 günlük “Vətən Müharibəsi”ndə qazanılmış tarixi qələbə, Ermənistan tərəfindən törədilmiş sülh və insanlıq əleyhinə cinayətlər, habelə müharibə cinayətləri ilə bağlı həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması” istiqaməti üzrə hazırlanmışdır
Xəbər lenti
Hamısına baxDünya
11 İyul 23:30
Siyasət
11 İyul 22:38
Siyasət
11 İyul 21:17
Sosial
11 İyul 20:29
Gündəm
11 İyul 19:44
Gündəm
11 İyul 18:45
Gündəm
11 İyul 17:59
Sosial
11 İyul 17:33
Hadisə
11 İyul 16:44
Gündəm
11 İyul 15:59
Gündəm
11 İyul 15:32
Gündəm
11 İyul 15:07
Dünya
11 İyul 14:25
Dünya
11 İyul 13:32
Gündəm
11 İyul 12:55
Gündəm
11 İyul 12:20
Siyasət
11 İyul 11:56
Gündəm
11 İyul 11:32
Sosial
11 İyul 11:18
Gündəm
11 İyul 11:05
Hərbi
11 İyul 10:52
Gündəm
11 İyul 10:45
Siyasət
11 İyul 10:39
YAP xəbərləri
11 İyul 10:23
Sosial
11 İyul 10:13
İqtisadiyyat
11 İyul 09:58
Analitik
11 İyul 09:30
MEDİA
11 İyul 09:17
Ədəbiyyat
11 İyul 08:53
Ədəbiyyat
11 İyul 08:35
İqtisadiyyat
10 İyul 23:21
İqtisadiyyat
10 İyul 22:45
Dünya
10 İyul 22:19
Dünya
10 İyul 21:50
İqtisadiyyat
10 İyul 21:26
Dünya
10 İyul 21:13
Gündəm
10 İyul 20:49
Elm
10 İyul 20:41
Dünya
10 İyul 20:35
İqtisadiyyat
10 İyul 20:18
Maraqlı
10 İyul 19:50
Dünya
10 İyul 19:23
Dünya
10 İyul 19:07
Maraqlı
10 İyul 18:39
Dünya
10 İyul 18:03
Dünya
10 İyul 17:55
Dünya
10 İyul 17:23
Dünya
10 İyul 16:49
Dünya
10 İyul 16:20
YAP xəbərləri
10 İyul 15:50
İqtisadiyyat
10 İyul 15:39
İqtisadiyyat
10 İyul 15:38
Dünya
10 İyul 15:32
Dünya
10 İyul 15:06
Sosial
10 İyul 14:54
Sosial
10 İyul 14:43
Dünya
10 İyul 14:40
Dünya
10 İyul 14:19
Sosial
10 İyul 14:06
İqtisadiyyat
10 İyul 14:06
Elanlar
10 İyul 14:05
Sosial
10 İyul 14:04
YAP xəbərləri
10 İyul 14:03
Dünya
10 İyul 13:51
Dünya
10 İyul 13:35
Sosial
10 İyul 12:43
Sosial
10 İyul 12:43
Elm
10 İyul 12:42
Dünya
10 İyul 12:26
Dünya
10 İyul 12:10

