Məqsəd bəllidir
11.06.2022 [10:41]
Azərbaycan dünyanın ən gözəl ölkəsinə çevrilməlidir
Nicat PAŞA
Ölkəmizdə ekologiya və ətraf mühitin mühafizəsi prioritet istiqamətlərdən biridir. Bu məsələ hər zaman dövlətin diqqət mərkəzindədir. Belə ki, bütün şəhər və rayonlarımızda görülən işlər deyilənlərin əyani sübutudur. Prezident İlham Əliyevin rəhbərliyi ilə yeni-yeni parklar, yaşıllıq zonaları salınır, beləliklə də həm insanların asudə vaxtlarının səmərəli təşkili, həm də ekologiya ətraf mühitin mühafizəsi yüksək səviyyədə təşkil edilir. Elə son bir neçə gündə bu sahədə görülən işləri qeyd edək.
Parkların salınması
Son bir neçə ildə Azərbaycanda xeyli sayda park salınıb. Diqqət yetirilməli məqamlardan biri də bundan ibarətdir ki, ölkə ərazisində inşa edilən parkların demək olar ki, hər birinin əhəmiyyətli hissəsi yaşıllıq ərazilərinin payına düşür. Bu xüsusda dövlətimizin başçısının ötən ilin fevral ayında açılışını etdiyi paytaxtın,Yasamal rayonu ərazisində yerləşən yeni meşə tipli parkı nümunə çəkmək yerinə düşər. Dövlətimizin başçısının tapşırığına əsasən salınan bu parkın ümumi ərazisi 4 hektardır. Vaxtilə bu ərazi bəzi adamlar tərəfindən zəbt olunmuşdu və onlar bunu hissə-hissə satmaq niyyətində idilər. Məhz Prezident İlham Əliyevin müdaxiləsindən sonra bu proses dayandırıldı və bu torpaqlar dövlət fonduna qaytarıldı. Adıçəkilən parkda yaşıllıq zonası ərazinin 70 faizindən çoxunu əhatə edir. Eyni zamanda, ötən il açılışı olan parkda ətraf ərazilərin sakinlərinin istirahəti üçün bütün şərait var.
Ölkə başçısının rəhbərliyi ilə bu tendensiya bu gün də davam etməkdədir. Belə ki, bu ayın 8-də daha bir parkın açılışı olub. “Çəmbərəkənd” parkı paytaxtın Səbail rayonunun ərazisində salınıb. Dövlət başçısı “Çəmbərəkənd” parkında yaradılan şəraitlə tanış olub. Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov parkda görülən işlərlə bağlı dövlətimizin başçısına məlumat verib. Bildirilib ki, paytaxtın Həsən Seyidbəyli küçəsində istifadəsiz ərazidə salınmış yeni parkda yaşıllaşdırma işləri aparılıb, 1200 metr uzunluğunda piyada yolları salınıb, sakinlərin mənalı istirahəti və asudə vaxtlarını səmərəli keçirmələri üçün hər cür şərait yaradılıb. Parkda estakada üzərində piyadalar üçün 147 metr uzunluğunda körpü salınıb, şəhər mənzərəli iki terras düzəldilib, müasir standartlara cavab verən fəvvarə inşa edilib, ərazidə iaşə obyekti, sanitar qovşaq və inzibati bina tikilib. Ərazinin relyefinə uyğun olaraq sürüşmənin qarşısını almaq üçün istinad divarı çəkilib. Həmçinin ərazidə müasir idman və uşaq əyləncə qurğuları quraşdırılıb. Ərazisi 4 hektar olan parkın yaşıllıq sahəsinə qazon örtük döşənib, 50 mindən çox müxtəlif növ ağac, kol və güllər əkilib.
Çimərliklərin hazır vəziyyətə gətirilməsi
Qarşıdan qızmar yay günləri gəlir. Ölkəmizə üz tutan turistlərin sayı hər gün bir az daha da artacaq. Həmişə olduğu kimi bu il də turistlər iki qrupa ayrılacaq: bir qrup Bakı ərazisində olan tarixi məkanlara, digərləri isə çimərliklərə üz tutacaqlar. Bununla yanaşı rayonlarımızda yaşayan vətəndaşlarımızın da bir çoxu yay aylarında çimərliklərə üz tuturlar. Belə olduğu halda dənizkənarı ərazilərin təmizlənməsi, yay mövsümünə hazır vəziyyətə gətirilməsi də prioritet məsələlərdəndir. Ənənəvi qaydada bu il də böyük həcmdə işlər görülüb. Belə ki, bir neçə gün bundan öncə Bakı Şəhər İcra Hakimiyyəti sözügedən məsələ ilə bağlı mətbuat üçün açıqlama yayıb. Rəsmi məlumatda bildirilir ki, qarşıdan gələn yay çimərlik mövsümü ilə əlaqədar Heydər Əliyev Fondunun vitse-prezidenti, İDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla xanım Əliyevanın təşəbbüsü ilə Bakı şəhərinin sahil kənarı ərazilərində yaradılan ictimai çimərliklərdə mövsümə hazırlıq işləri başa çatıb.
Qeyd edilib ki, 4 ildir Abşeron yarımadasının Sahil, Buzovna, Novxanı, Görədil və Pirşağı qəsəbələrində, Səbail rayonunda, “Şıx” çimərlik ərazisində - ümumilikdə 6 yerdə fəaliyyət göstərən bu çimərliklər şəhər sakinlərinin Leyla Əliyevaya müraciətlərindən sonra paytaxtın dənizkənarı ərazilərində mövcud özəl istirahət mərkəzlərinə və çimərliklərə alternativ olaraq yaradılıb.
“Burada yaradılan şərait və ən başlıcası isə pulsuz xidmət göstərilməsi Bakı sakinləri və şəhərimizin qonaqlarının böyük rəğbətini qazanıb. Çimərlik mövsümü ərəfəsində ictimai çimərliklərdə lazımi təmizlik-abadlıq işləri aparılıb. Qış ərzində dəniz sahilinə yığılan tullantılar, həmçinin dalğaların sahilə atdığı müxtəlif əşyalar yığışdırılıb, digər təmizlik işləri görülüb.
Çimərliklərdəki inventarlar, günlüklər, söhbətgahlar, sanitariya qovşaqları və duşlar yoxlanılır, qaydaya salınır, cari təmir işləri, bir sıra yerlərinin rənglənməsi aparılır. Eyni zamanda, rəsmi çimərlik olmayan ərazilər də nəzarətdən kənarda qalmayıb, rayon icra hakimiyyətləri, kommunal xidmətlər bu ərazilərin təmizliyini nəzarətdə saxlayacaqlar”, - deyə məlumatda vurğulanır.
Bütün sadalananlar genişmiqyaslı layihələrin icrası istiqamətində görülən işlərin yalnız kiçik bir hissəsidir. Prezident İlham Əliyevin Azərbaycanın inkişafı ilə bağlı müəyyənləşdirdiyi strategiyada Bakının dünyanın ən gözəl şəhərlərindən birinə çevrilməsi istiqamətində görülən işlərin miqyası ilbəil daha da artır. Görülən işlər ölkədə həyata keçirilən sosial-iqtisadi inkişaf strategiyasının tərkib hissəsi olmaqla paytaxtımızın daha da gözəlləşməsinə xidmət edir.
Məqalə “Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi”nin maliyyə dəstəyi ilə “Ekologiya və ətraf mühitin mühafizəsi” istiqaməti üzrə hazırlanmışdır
Xəbər lenti
Hamısına baxDünya
01 Sentyabr 16:18
Siyasət
01 Sentyabr 15:35
Siyasət
01 Sentyabr 15:27
Siyasət
01 Sentyabr 15:03
Sosial
01 Sentyabr 14:58
Siyasət
01 Sentyabr 14:55
Gündəm
01 Sentyabr 14:53
Siyasət
01 Sentyabr 14:46
Siyasət
01 Sentyabr 14:32
Dünya
01 Sentyabr 14:20
Dünya
01 Sentyabr 14:20
Siyasət
01 Sentyabr 14:19
Gündəm
01 Sentyabr 14:12
Siyasət
01 Sentyabr 13:59
Siyasət
01 Sentyabr 13:57
Dünya
01 Sentyabr 13:24
Sosial
01 Sentyabr 13:19
Siyasət
01 Sentyabr 12:43
Sosial
01 Sentyabr 11:54
Gündəm
01 Sentyabr 11:48
İqtisadiyyat
01 Sentyabr 11:20
Gündəm
01 Sentyabr 11:18
Siyasət
01 Sentyabr 11:17
Gündəm
01 Sentyabr 10:56
Analitik
01 Sentyabr 10:22
Gündəm
01 Sentyabr 10:06
Siyasət
01 Sentyabr 09:45
Analitik
01 Sentyabr 09:41
Ədəbiyyat
01 Sentyabr 09:17
Ədəbiyyat
01 Sentyabr 08:50
Elm
01 Sentyabr 08:36
Sosial
01 Sentyabr 07:38
Elm
31 Avqust 23:14
İqtisadiyyat
31 Avqust 22:59
İdman
31 Avqust 22:27
İqtisadiyyat
31 Avqust 21:42
İdman
31 Avqust 21:18
İqtisadiyyat
31 Avqust 20:53
Gündəm
31 Avqust 20:32
Hadisə
31 Avqust 20:25
İdman
31 Avqust 19:41
Dünya
31 Avqust 19:16
Gündəm
31 Avqust 18:58
Dünya
31 Avqust 18:34
Elm
31 Avqust 18:19
İqtisadiyyat
31 Avqust 17:23
Gündəm
31 Avqust 17:12
Sosial
31 Avqust 17:07
Sosial
31 Avqust 16:41
Dünya
31 Avqust 16:30
YAP xəbərləri
31 Avqust 16:12
Dünya
31 Avqust 15:23
Elm
31 Avqust 15:21
Siyasət
31 Avqust 15:19
Siyasət
31 Avqust 15:18
Gündəm
31 Avqust 14:58
YAP xəbərləri
31 Avqust 14:35
Dünya
31 Avqust 14:23
Elanlar
31 Avqust 14:10
İqtisadiyyat
31 Avqust 14:02
İdman
31 Avqust 13:58
Sosial
31 Avqust 13:56
Dünya
31 Avqust 13:19
İdman
31 Avqust 12:51
Dünya
31 Avqust 12:26
Gündəm
31 Avqust 11:45
Dünya
31 Avqust 11:31
Siyasət
31 Avqust 11:31
Siyasət
31 Avqust 11:29
Siyasət
31 Avqust 11:26
| B | Be | Ça | Ç | Ca | C | Ş |
| 1 | 2 | 3 | 4 | 5 | ||
| 6 | 7 | 8 | 9 | 10 | 11 | 12 |
| 13 | 14 | 15 | 16 | 17 | 18 | 19 |
| 20 | 21 | 22 | 23 | 24 | 25 | 26 |
| 27 | 28 | 29 | 30 |

