Regionlarda sürətli inkişaf prioritetdir
02.07.2022 [11:33]
Nicat Dilqəmli
Azərbaycanda regionların inkişafı uğurla həyata keçirilməkdə olan davamlı sosial-iqtisadi inkişaf strategiyasının əsas tərkib hissəsidir. Regionların sosial-iqtisadi inkişafının həyata keçirilməsində, görülən işlərin keyfiyyətinin daha da yüksəldilməsində qəbul edilmiş dövlət proqramları xüsusi əhəmiyyət kəsb edir. Belə ki, müxtəlif illərdə - 2004-2008, 2009-2013, 2014-2018, 2019-2023-cü illərdə qəbul edilmiş dövlət proqramlarında, bununla yanaşı regionların sosial-iqtisadi inkişafına dair əlavə tədbirlərlə bağlı Sərəncamlarda nəzərdə tutulmuş vəzifələrin icrası ölkədə qeyri-neft sektorunun davamlı inkişafına, regionlarda kommunal xidmətlərin və sosial infrastruktur təminatının keyfiyyətinin yüksəldilməsinə, sahibkarlıq mühitinin daha da yaxşılaşdırılmasına, investisiya qoyuluşunun artmasına, yeni müəssisələrin, iş yerlərinin açılmasına və nəticədə, əhalinin məşğulluğunun artırılmasına və yoxsulluq səviyyəsinin azaldılmasına təkan verib. Dövlətimizin başçısı regionların inkişafına xüsusi diqqət ayırır, verilən tapşırıqların həyata keçirilməsi prosesini izləmək, işlərin necə keçirildiyini görmək üçün respublikamızın şəhər və rayonlarına mütəmadi olaraq səfər edir, görülən işlərlə yerindəcə tanış olur. 44 günlük Vətən müharibəsində əldə etdiyimiz parlaq qələbədən sonra ölkə başçımızın işğaldan azad edilmiş ərazilərə intensiv səfərləri haqqında məlumatlar da bütün ölkə ictimaiyyətinin sevincinə səbəb olur. Belə ki, Ali Baş Komandan 30 ildir mənfur düşmən tapdağında qalan, talan edilmiş, viran qoyulmuş torpaqlarımızın dirçəldilməsində birbaşa iştirak edir, Böyük Qayıdışın ən qısa zamanda gerçəkləşməsi üçün zəruri tədbirlərin icra edilməsi istiqamətində həyata keçirilməkdə olan işlərlə maraqlanır, tapşırıq və tövsiyələrini verir.
Respublikamızın bütün şəhər və rayonlarında görülən abadlıq-quruculuq işləri, istifadə edilməkdə olan ən son texnoloji avadanlıqlar, ümumilikdə regionlarımızın sosial-iqtisadi vəziyyətinin yüksək səviyyədə olmasının nəticəsi olaraq bu gün dünyanın ən müasir şəhərləri ilə müqayisə olunur. Digər əsas məqsəd isə yeni-yeni iş yerlərinin yaradılması, nəticədə isə şəhər və rayonlarımızda yaşayan vətəndaşlarımızın sosial rifahının, yaşam səviyyəsinin yüksəldilməsidir.
Dövlət başçımızın rəhbərliyi ilə ölkəmizin sahib olduğu resurslardan düzgün şəkildə istifadə edilir, nəticə etibarı ilə Azərbaycan neftdən asılılığı minimuma endirib. Qeyri-neft sektorunun inkişaf etdirilməsi istiqamətində əməli işlər artıq bəhrəsini verməkdədir. Artıq bir neçə ildir ki, dövlət tərəfindən aqrar sahəyə dəstək verilir, kiçik və orta sahibkarlara subsidiyalar ayrılır, müxtəlif güzəştlər tətbiq edilir. Kənd təsərrüfatına xüsusi dövlət dəstətəyinin verilməsinin nəticəsidir ki, bu gün məhsuldarlıq səviyyəsi olduqca yüksəkdir. Bu da təbii olaraq ölkəmizin qida ehtiyatının artması, həm də bütün dünyanı ciddi şəkildə narahat edən qlobal aclıq böhranının Azərbaycana təsirlərini minimuma endirmək deməkdir. Cari ilin iqtisadi göstəricilərinə nəzər yetirdikdə aydın olur ki, bu il Azərbaycanda məhsuldarlıq ötən illərə nisbətdə dəfələrlə artıb.
Məsələn, Yardımlıda 2022-ci ilin məhsulu üçün 5222,8 hektar sahədən müxtəlif növ kənd təsərrüfatı məhsulu toplanacaq ki, bu da ötən ilin göstəricisindən 116,8 hektar çoxdur.
Yardımlı Rayon Statistika İdarəsinin rəisi Aydın Ağayev mətbuata açıqlamasında bildirib ki, toplanacaq sahənin 4099,3 hektarını payızlıq-yazlıq dənli və dənli-paxlalı bitkilər, 927,5 hektarını kartof, 196 hektarını isə müxtəlif növ tərəvəz bitkiləri təşkil edir. Kənd təsərrüfatı müəssisələri tərəfindən 2022-ci ilin məhsulu üçün 242,0 hektar sahədə əkin işləri aparılıb ki, bunun 241,0 hektarı payızlıq-yazlıq dənli və dənli paxlalı bitkiləri, 1 hektarı isə kartof sahəsidir.
Kənd təsərrüfatı bitkilərinin əkin sahəsində ailə kəndli və ev təsərrüfatlarının xüsusi çəkisi üstünlük təşkil edir. Bu kateqoriyadan olan təsərrüfatlarda 2022-ci ilin məhsulu üçün ümumi əkin sahəsi 4980,8 hektar olub ki, onun 3858,3 hektarı payızlıq-yazlıq dənli və dənli-paxlalı bitkilərin əkin sahəsi, 926,5 hektarı kartof əkin sahəsi, 196 hektarı isə müxtəlif növ tərəvəz bitkiləri sahəsidir.
Şabran rayonunda da bu il məhsuldarlıq yüksəkdir. Belə ki, rayonun Ağalıq kəndində əkilən 23 hektar badam bağından bu il 70 tona yaxın məhsul yığılması gözlənilir. Badam ağaclarının böyüməsi, həm də keyfiyyətli aqrotexniki qulluq nəticəsində bu il məhsuldarlıq ikiqat artıb.
Digər rayonlarda da analoji vəziyyət müşahidə edilir. Bütün bunlar isə ölkəmizdə regionların sosial-iqtisadi inkişafının hansı səviyyədə olduğunu bir daha aydın şəkildə ifadə edir.
Məqalə “Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi”nin maliyyə dəstəyi ilə “Regionların sosial-iqtisadi inkişafının təşviq edilməsi” istiqaməti üzrə hazırlanmışdır
Xəbər lenti
Hamısına baxİqtisadiyyat
10 İyul 23:21
İqtisadiyyat
10 İyul 22:45
Dünya
10 İyul 22:19
Dünya
10 İyul 21:50
İqtisadiyyat
10 İyul 21:26
Dünya
10 İyul 21:13
Gündəm
10 İyul 20:49
Elm
10 İyul 20:41
Dünya
10 İyul 20:35
İqtisadiyyat
10 İyul 20:18
Maraqlı
10 İyul 19:50
Dünya
10 İyul 19:23
Dünya
10 İyul 19:07
Maraqlı
10 İyul 18:39
Dünya
10 İyul 18:03
Dünya
10 İyul 17:55
Dünya
10 İyul 17:23
Dünya
10 İyul 16:49
Dünya
10 İyul 16:20
YAP xəbərləri
10 İyul 15:50
İqtisadiyyat
10 İyul 15:39
İqtisadiyyat
10 İyul 15:38
Dünya
10 İyul 15:32
Dünya
10 İyul 15:06
Sosial
10 İyul 14:54
Sosial
10 İyul 14:43
Dünya
10 İyul 14:40
Dünya
10 İyul 14:19
Sosial
10 İyul 14:06
İqtisadiyyat
10 İyul 14:06
Elanlar
10 İyul 14:05
Sosial
10 İyul 14:04
YAP xəbərləri
10 İyul 14:03
Dünya
10 İyul 13:51
Dünya
10 İyul 13:35
Sosial
10 İyul 12:43
Sosial
10 İyul 12:43
Elm
10 İyul 12:42
Dünya
10 İyul 12:26
Dünya
10 İyul 12:10
Gündəm
10 İyul 11:50
Gündəm
10 İyul 11:48
İqtisadiyyat
10 İyul 11:47
Gündəm
10 İyul 11:35
İqtisadiyyat
10 İyul 11:35
Siyasət
10 İyul 11:25
Siyasət
10 İyul 11:14
MEDİA
10 İyul 11:13
İqtisadiyyat
10 İyul 11:05
Sosial
10 İyul 10:42
İqtisadiyyat
10 İyul 10:40
Dünya
10 İyul 10:19
Xəbər lenti
10 İyul 10:17
YAP xəbərləri
10 İyul 09:54
Analitik
10 İyul 09:52
Dünya
10 İyul 09:45
Analitik
10 İyul 09:45
Sosial
10 İyul 09:40
Sosial
10 İyul 09:35
Sosial
10 İyul 09:17
Dünya
10 İyul 08:50
İdman
10 İyul 08:22
Dünya
09 İyul 23:32
Sosial
09 İyul 23:17
Dünya
09 İyul 22:45
İqtisadiyyat
09 İyul 22:19
Dünya
09 İyul 22:03
İdman
09 İyul 21:59
İdman
09 İyul 21:50
Hərbi
09 İyul 21:24

