Ermənistanın növbəti müharibə cinayəti
16.09.2022 [10:20]
Müharibə bitsə də...
Nicat PAŞA
30 ilə yaxındır düşmən tapdağı altında qalan dədə-baba yurdlarımız cəmi 44 gün ərzində işğaldan azad edildi. Bu tarix hər bir azərbaycanlının qürur mənbəyi, and yeridir. Milli birlik, həmrəylik, xalq-Ordu-iqtidar birliyi nəticəsində Azərbaycan bütün dünyaya öz gücünü, qüdrətini bir daha nümayiş etdirdi. Müzəffər ölkə olan Azərbaycan əldə etdiyi parlaq qələbə ilə həm də regionda yeni reallıqlar yaratmış oldu. İşğaldan azad edilmiş ərazilərdə abadlıq-bərpa-quruculuq işlərinin yüksək səviyyədə aparılması, Böyük Qayıdışın ən qısa zamanda başa çatması bu gün dövlətin qarşısında duran ən ümdə vəzifələrdən birinə çevrilib. Prezident İlham Əliyevin tapşırıq və tövsiyələri altında həyata keçirilən quruculuq işlərinin uğurlu nəticələri barədə məlumatlara demək olar ki, hər gün şahidlik edirik. Bu isə xalqımızın hər bir nümayəndəsini sevindirir, qürurlandırır.
Bütün bunlara baxmayaraq, hələ də cəmi 44 gün ərzində Azərbaycanın əldə etdiyi parlaq qələbədən “narahatlıq” keçirənlər, könül bulandırmaq istəyənlər var. Elə Ermənistan tərəfi də avantürist hislərə qapılaraq öz məkrli planlarını gerçəkləşdirməyə hər vəchlə can atır, bütün “imkan”larından istifadə edərək öz xeyrinə olan hansısa dəyişikliklərə nail olmaq arzusu ilə yaşayır. Biz də kiminlə müharibə etdiyimizi yaxşı bilirik. Məhz bu səbəblərdəndir ki, Ordumuz Ermənistan tərəfinin törədəcəyi hər hansı bir təxribata qarşı adekvat cavab tədbirləri görmək üçün hazır vəziyyətdədir. Çünki Ermənistan heç də danışıqlarda əldə olunan razılıqları asanlıqla yerinə yetirmək niyyətində deyil. Bunu son hadisələr də təsdiq edir. Məlum olduğu kimi, Azərbaycan-Ermənistan dövlət sərhədində vəziyyət gərgindir. Buna səbəb, həmişə olduğu kimi, indi də Ermənistan tərəfinin təxribatlar törətməsidir. Kiçik bir xatırlatma üçün qeyd edək ki, sentyabrın 12-də gecə saatlarında Ermənistan silahlı qüvvələrinin bölmələri Azərbaycan-Ermənistan dövlət sərhədinin Daşkəsən, Kəlbəcər və Laçın istiqamətlərində genişmiqyaslı təxribat törədib.
Diqqətçəkən məqam təxribat nəticəsində həm də iki mülki vətəndaşımızın xəsarət alması faktıdır. Belə ki, Ermənistan bu təxribatda da müharibə qanunlarını kobud şəkildə pozaraq dinc əhalini hədəfə alıb. Müdafiə Nazirliyi və Baş Prokurorluğun birgə məlumatında bildirilir ki, sentyabrın 12-si gecə saatlarından başlayaraq Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycan-Ermənistan dövlət sərhədinin Daşkəsən, Kəlbəcər, Laçın və Zəngilan istiqamətlərində genişmiqyaslı təxribatı nəticəsində iki mülki şəxs yaralanıb: “Ermənistan silahlı qüvvələrinin bölmələri tərəfindən açılan atəş nəticəsində Kəlbəcər rayonu ərazisində heyvandarlıqla məşğul olan Goranboy rayonunun Veyisli kəndində yaşayan Kəlbəcər rayonu Bozlu kənd sakini 1975-ci il təvəllüdlü Musayev Asim İsa oğlu və Goranboy rayonunun Qaraçinar kəndində yaşayan Kəlbəcər rayonu Ağdaban kənd sakini 1984-cü il təvəllüdlü Orucov Arzuman İman oğlu yaralanıblar”.
Ermənistanın müharibə qanunlarını kobud şəkildə pozması, dinc əhalini hədəf alması faktı ilk dəfə deyil. Xocalı, Qaradağlı, Kərkicahan, Malıbəyli, Quşçular və davam edən siyahı... Vətən müharibəsində müharibəyə aidiyyəti olmayan yaşayış məntəqələrinin - Tərtərin, Bərdənin, Gəncənin - raket zərbələrinə məruz qalması faktlarını da böyük təəssüf hissi ilə qeyd etməliyik.
Bütün bunlar bir daha onu deməyə əsas verir ki, Ermənistan tərəfi çirkin məqsədlərindən, vərdişlərindən əl çəkmək niyyətində deyil. Tam əksinə, ermənilər qeyri-insani əməllər törətməklə müharibə qaydalarını kobud şəkildə pozurlar, bununla da bütün beynəlxalq konvensiyalara zidd addım atırlar. Hərbi məsələlər üzrə ekspertlər dəfələrlə öz çıxışlarında bildiriblər ki, beynəlxalq təşkilatlar bu məsələ ilə bağlı açıq mövqe ortaya qoymalı idilər və Ermənistan qınanılmalı idi. Lakin fakt budur ki, indiyə qədər Ermənistana törətdiyi cinayətlərlə bağlı heç bir tutarlı cəza tədbiri görülməyib. İnsanlıqdan olduqca uzaq olan əməllər isə hələ də davam etməkdədir - ermənilər hər bir addımda dinc əhaliyə qarşı terror törətmək, onlara xəsarət yetirmək kimi məsələlərdə olduqca maraqlıdırlar.
Məqalə “Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi”nin maliyyə dəstəyi ilə “Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə 44 günlük “Vətən müharibəsi”ndə qazanılmış tarixi qələbə, Ermənistan tərəfindən törədilmiş sülh və insanlıq əleyhinə cinayətlər, habelə müharibə cinayətləri ilə bağlı həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması” istiqaməti üzrə hazırlanmışdır
Xəbər lenti
Hamısına baxDünya
15 May 23:35
Dünya
15 May 23:17
Gündəm
15 May 23:14
Sosial
15 May 22:40
Mədəniyyət
15 May 22:31
Dünya
15 May 22:18
Elm
15 May 21:56
Sosial
15 May 21:23
Sosial
15 May 21:10
Dünya
15 May 20:45
İqtisadiyyat
15 May 20:32
Dünya
15 May 20:19
Sosial
15 May 19:53
Sosial
15 May 19:30
Dünya
15 May 19:17
Ədəbiyyat
15 May 18:55
Dünya
15 May 18:45
Sosial
15 May 18:10
Sosial
15 May 17:55
Gündəm
15 May 17:48
Dünya
15 May 17:34
Dünya
15 May 16:58
Dünya
15 May 16:26
Sosial
15 May 16:14
Sosial
15 May 16:04
Siyasət
15 May 16:03
Siyasət
15 May 16:02
Dünya
15 May 15:50
Gündəm
15 May 15:45
Siyasət
15 May 15:40
Mədəniyyət
15 May 15:39
Dünya
15 May 15:19
YAP xəbərləri
15 May 15:15
YAP xəbərləri
15 May 15:05
Dünya
15 May 14:46
Gündəm
15 May 14:30
Dünya
15 May 14:22
Elanlar
15 May 13:57
Sosial
15 May 13:55
Dünya
15 May 13:51
Dünya
15 May 13:47
Mədəniyyət
15 May 13:46
Xəbər lenti
15 May 13:42
Dünya
15 May 13:17
Gündəm
15 May 12:42
Sosial
15 May 12:41
Sosial
15 May 12:41
Sosial
15 May 12:27
Sosial
15 May 12:19
YAP xəbərləri
15 May 11:54
Gündəm
15 May 11:35
Gündəm
15 May 11:17
Siyasət
15 May 10:59
Sosial
15 May 10:49
İqtisadiyyat
15 May 10:48
Elm
15 May 10:48
Gündəm
15 May 10:30
İqtisadiyyat
15 May 10:16
Gündəm
15 May 09:54
Analitik
15 May 09:32
İqtisadiyyat
15 May 09:17
Dünya
15 May 08:42
Ədəbiyyat
15 May 08:33
Dünya
15 May 07:57
Dünya
15 May 07:54
Analitik
15 May 07:50
Sosial
15 May 07:50
Dünya
14 May 23:41
Dünya
14 May 23:12
Dünya
14 May 22:46

