Dünyaya örnək olan Azərbaycan!
30.09.2022 [10:18]
Dövlətimiz dini və milli tolerantlıq simvoludur...
Yeganə BAYRAMOVA
Azərbaycan müxtəlif etnosların və millətlərin, fərqli dinlərə sitayiş edən insanların tarixən dostluq və qardaşlıq şəraitində yaşadığı tolerant ölkədir. Ölkəmizdə ayrı-ayrı inanclara malik etnosların min illərlə əmin-amanlıq şəraitində yaşamasında xalqımıza xas olan humanizm və çoxmillətlilik dəyərlərinin müstəsna rolu var. İslamın mənəvi dərkinə əsaslanan dünyəvi dövlət olan Azərbaycan nəinki dini tolerantlıq ənənəsini möhkəmləndirib, hətta onu bir dövlət kimi öz imicinə çevirərək beynəlxalq miqyasa çıxarmağı bacarıb.
Ölkəmizin tarixinə qısaca nəzər salsaq, demokratik intibah dövründə də, vahid totalitar rejimdə də müxtəlif xalq və dinlərin dinc yaşamasının şahidi olarıq. Azərbaycanın tarixi inkişafının xüsusiyyətləri, coğrafi mövqeyi, əhalisinin etnik tərkibi hələ qədimdən ölkəmizdə müxtəlif dinlərin mövcudluğuna şərait yaradıb. Ayrı-ayrı dövrlərdə bütpərəstlik, zərdüştilik, yəhudilik, xristianlıq, islam və bir çox başqa dini inanclar ölkədə bu və ya digər dərəcədə yayıla bilib, bir-birinə qarşılıqlı təsir göstərib, dini həyatın özəlliyini şərtləndirib. İftixarla qeyd etməliyik ki, tarixin bütün mərhələlərində ölkəmizdə milli, irqi, dini zəmində heç bir diskriminasiya hadisəsi olmayıb.
Tolerantlığın Azərbaycanda çox möhkəm təməl sütunları, zəngin ənənələri, dərin tarixi-mədəni kökləri mövcuddur. Azərbaycan xalqı daim bu bölgədə yaşayan insanlar arasında sülh və əmin-amanlıq şəraitinin yaradılmasına əvəzsiz tarixi töhfələr verib. Dözümlülük, başqa dinlərin nümayəndələri ilə dinc yanaşı yaşamaq azərbaycanlıların milli mentalitetinin əsas xüsusiyyətlərindəndir. Ölkəmizdə tarixən islam dini ilə yanaşı, xristianlıq, yəhudilik dinlərinə mənsub insanlar qarşılıqlı anlaşma, mehriban qonşuluq və əmin-amanlıq şəraitində yaşayıblar.
Dini və milli tolerantlığımız dünyaya nümunədir
İlahiyyatçı Hacı Şahin Həsənli “Yeni Azərbaycan”a açıqlamasında bildirib ki, Azərbaycanda dini-milli tolerantlıq ən yüksək səviyyədədir. Onun sözlərinə görə, dövlətimiz indiki şəraitdə islam sivilizasiyasının bütün daşıyıcılarına qayğısını əsirgəmir, öz tolerantlığını nümayiş etdirir: “Bu, bizim üçün böyük şərəf və qürurdur. Azərbaycan qonşu ölkələrlə dinlərarası və millətlərarası münasibətlərin inkişafında da hər zaman maraqlı olub və çoxsaylı təşəbbüslər göstərib. Azərbaycanın yaratdığı dövlət-din münasibətləri modelini artıq “ixrac etmək” mümkündür. Bu model Azərbaycan xalqının sərvətidir. Xüsusilə nəzərə almaq lazımdır ki, dünyada baş verən hadisələr dini inancların təcavüzə məruz qalması, milli və etnik dözümsüzlüyün təşviqi bəşəriyyət üçün təhlükə mənbəyinə çevrilib. Yaxın Şərqdə islam pərdəsi altında törədilən dəhşətli qətllər, Avropa və Amerikada islam əleyhinə kampaniyaların geniş işıqlandırılması Qərb və Şərq sivilizasiyaları arasında uçuruma yol açır. Lakin Azərbaycanın müxtəlif konfessiyaların, xalqların birgə yaşadığı nümunəvi ölkə olduğunu qururla vurğulaya bilərik. Respublikamızda ayrı-ayrı etiqad və inanclara malik etnosların yüz illərlə əmin-amanlıq şəraitində yaşaması da humanist dəyərlərə söykənir. Azərbaycanda hər kəsin milli, dini, etnik ənənələrinə hörmət edən bir cəmiyyət mövcuddur. Azərbaycan dəyərləri qanun üzərində deyil, qanunlarımız milli-mənəvi dəyərlərimiz üzərində qurulub. Bu da ölkəmizdə yaşayan müxtəlif xalqlar arasında tolerant mühitin olmasına əsas verir.
Azərbaycanda dünyaya nümunə ola biləcək unikal dövlət-din münasibətləri modeli formalaşıb. Bu model dünya ölkələri üçün bir nümunədir və ölkəmiz dünyada multikultural ənənələri ilə böyük nüfuz qazanıb”.
Azərbaycanda bütün dinlərə xüsusi münasibət var
İlahiyyatçı qeyd edib ki, hazırda ölkədə dövlət-din münasibətləri ən yüksək səviyyədə tənzimlənməkdədir: “Ölkəmizdəki dini dözümlülük, bütövlükdə tolerantlıq mühiti və mədəniyyəti ümummilli lider Heydər Əliyevin müdrikcəsinə formalaşdırdığı dövlət-din siyasətinə uyğun olaraq daha da möhkəmlənərək dövlət siyasətinin əsas istiqamətinə çevrilib. Bu baxımdan, Prezident İlham Əliyevin “Azərbaycanda dövlət-din münasibətləri sağlam təməl üzərində formalaşıb və inkişaf edir” fikri heç də təsadüfi söylənməyib. Ölkəmizdəki müxtəlif din təmsilçiləri həmişə dinc və yanaşı yaşayıblar. Bu gün Azərbaycanın dövlət siyasəti məhz bu istiqamətdə həyata keçirilir. Bütün dinlərə, xüsusən islam dininə xüsusi münasibət var.
Azərbaycanda dinə qarşı nümunəvi münasibət formalaşıb. Bu, indiki dövrdə çox zəruridir. Çünki hazırda dindən sui-istifadə edilməklə dünyanın bir çox ölkələrində qarşıdurma yaradılır, dövlətlər dindən siyasi alət kimi istifadə edir. Dövlətləri, cəmiyyətləri parçalamaq üçün dindən sui-istifadə olunur. Belə bir vəziyyətdə Azərbaycanda dövlət-din münasibətlərinin bu səviyyədə olması olduqca vacibdir”.
Məqalə “Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi”nin maliyyə dəstəyi ilə “Dini və milli tolerantlıq, millətlərarası münasibətlərin inkişaf etdirilməsi” istiqaməti üzrə hazırlanmışdır
Xəbər lenti
Hamısına baxDünya
13 İyul 10:23
Siyasət
13 İyul 10:19
Siyasət
13 İyul 10:18
Siyasət
13 İyul 10:18
Dünya
13 İyul 09:45
Siyasət
13 İyul 09:38
Siyasət
13 İyul 09:37
Siyasət
13 İyul 09:36
Dünya
13 İyul 09:17
Gündəm
13 İyul 09:15
Sosial
13 İyul 08:53
Dünya
13 İyul 08:29
Dünya
12 İyul 23:26
Dünya
12 İyul 22:34
Dünya
12 İyul 21:20
Maraqlı
12 İyul 20:17
Dünya
12 İyul 19:20
Dünya
12 İyul 18:39
Dünya
12 İyul 17:28
Dünya
12 İyul 16:42
Xəbər lenti
12 İyul 15:31
Dünya
12 İyul 14:20
Dünya
12 İyul 13:19
Dünya
12 İyul 12:35
Dünya
12 İyul 11:16
Dünya
12 İyul 10:28
Dünya
12 İyul 10:06
İdman
12 İyul 09:56
İdman
12 İyul 09:33
Dünya
12 İyul 08:52
Elm
12 İyul 08:30
Sosial
12 İyul 08:00
Dünya
11 İyul 23:30
Siyasət
11 İyul 22:38
Siyasət
11 İyul 21:17
Sosial
11 İyul 20:29
Gündəm
11 İyul 19:44
Gündəm
11 İyul 18:45
Gündəm
11 İyul 17:59
Sosial
11 İyul 17:33
Hadisə
11 İyul 16:44
Gündəm
11 İyul 15:59
Gündəm
11 İyul 15:32
Gündəm
11 İyul 15:07
Dünya
11 İyul 14:25
Dünya
11 İyul 13:32
Gündəm
11 İyul 12:55
Gündəm
11 İyul 12:20
Siyasət
11 İyul 11:56
Gündəm
11 İyul 11:32
Sosial
11 İyul 11:18
Gündəm
11 İyul 11:05
Hərbi
11 İyul 10:52
Gündəm
11 İyul 10:45
Siyasət
11 İyul 10:39
YAP xəbərləri
11 İyul 10:23
Sosial
11 İyul 10:13
İqtisadiyyat
11 İyul 09:58
Analitik
11 İyul 09:30
MEDİA
11 İyul 09:17
Ədəbiyyat
11 İyul 08:53
Ədəbiyyat
11 İyul 08:35
İqtisadiyyat
10 İyul 23:21
İqtisadiyyat
10 İyul 22:45
Dünya
10 İyul 22:19
Dünya
10 İyul 21:50
İqtisadiyyat
10 İyul 21:26
Dünya
10 İyul 21:13
Gündəm
10 İyul 20:49
Elm
10 İyul 20:41

